Üzü sabaha olan qədim yurd yeri
(əvvəli ötən sayımızda)
Muzeyin əməkdaşı Həcər Nəsirova burdakı şəkillər,
əşyalar haqqında
çox geniş məlumat verəndən sonra əlavə etdi ki, Həzi
Aslanov haqqında daha çox yazmaq lazımdır.
Çünki çoxları
bilmir ki, ilk dəfə 22 dekabr 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı
adını alan
igid həmyerlimizin ikinci dəfə 4 iyun 1944-ci ildə bu ada təkrar
layiq görülməsi
niyə 47 il gec məlum olub? Bəli, yenə əqrəb
zəhərli erməni
məmurları, onların
əlaltıları bu
adın H.Aslanova təkrar verilməsini uzun illər ört-basdır edə biliblər. Nəhayət ona ikinci dəfə verilən qəhrəman adı çətin araşdırmalardan
sonra 1991-ci ildə rəsmi təsdiqini tapıb.
Yolunuzu burdan salın, sabahın döyüşçüləri,
vətən müdafiəçiləri!
Çünki, Həzi Əhəd
oğlu Aslanov haqqında çox şeyləri, qəhrəmanlığı
da elə bu muzeydən öyrənəcəksiniz.
İqtisadi inkişaf zəhmətdən keçir
Neçə illər qabaq tanış olub, ünsiyyət qurduğum gözəl ziyalı, el-obasını
çox sevən, uzun müddət müxtəlif vəzifələrdə
çalışmış Ələsgər İbrahimovla
söhbətimiz də
Lənkəran və lənkəranlılar haqqındadır:
- Neçə
illərdir gəlib-gedirsən.
Lənkəran əvvəl belə
idimi? Salınan parklar, meydanlar,
tikilən binalar Lənkərana indi bir ayrı gözəllik
verir. Bunlar öz yerində,
bunları qəzetlər,
televiziya kanalları yazıb və göstəriblər. Mən rayonumuzun
son uğurlarından faktlarla
danışacağam. 2011-ci il ərzində rayon üzrə ümumi məhsul 16,1 faiz artaraq, 2011-ci ildə rayon üzrə ümumi məhsulun həcmi 221,5 milyon manat olmuşdur. Sənayedə 19,2 milyon manatlıq məhsul istehsal edilmişdir. Tikinti quraşdırılma işlərində istifadə
edilmiş investisiyanın
həcmi 50 milyon manata çatdırılmışdır.
Aqrar bölmədəki aparılan
uğurlu islahatlar nəticəsində ötən
il biz 3162 ton taxıl yığmışıq.
7112 ton kartof, 125 min ton tərəvəz, 135 ton yaşıl
çay yarpağı
da 2011-ci ildə istehsal edilmişdir. Ötən illə müqayisədə mal-qaranın
sayı 2,1 faiz çoxalmış, ət istehsalı 10,7 faiz, süd istehsalı 3,4 faiz, yumurta istehsalı 1,1 faiz artmışdır. İqtisadi sahədə çalışan
lənkəranlıların orta aylıq əmək haqqı 219 manata çatmışdır.
Lənkəranda sosial şəraitin
yaxşılaşdırılması həmişə diqqət
mərkəzindədir. Rayonun elektrik enerjisi, mavi qazla təminatı
istiqamətində görülən
işlər öz bəhrəsini verməkdədir.
Bu gün rayonumuzda hər 100 ailənin
73-ü telefon xidmətindən
istifadə edə bilir ki, bu
da respublikanın orta göstəricisindən
7,5 faiz çoxdur.
Rayon sakinlərinə xidmət edən, eləcə də idarə və müəssisələrdəki bütün telefonlar elektronlaşdırılmışdır.
İşsizliklə ciddi mübarizə
aparırıq, istəyirik
ki, gənclərimiz istehsalatın müxtəlif
sahələrində çalışsınlar.
Ötən il 1435 nəfəri müvafiq ixtisaslar üzrə işlə təmin etmişik ki, bu iş yerinin
70,4 faizi daimidir. Son 3 ildə
işlə təmin etdiyimiz vətəndaşlarımızın
sayı 4144 nəfərdir.
Elə 2011-ci ilin dekabrında istifadəyə
verilmiş "Sevimli"
ticarət mərkəzində
80 nəfər iş yeri tapmışdır.
Lənkəranda 30 min nəfərdən çox təqaüdçü
var, çalışırıq
ki, bu təbəqənin
insanları təqaüdlərini
vaxtında ala bilsinlər.
Az təminatlı
ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq
məqsədi ilə
3880 ailəyə ünvanlı
sosial yardım veririk.
Məktəb tikintisinə xüsusi
diqqət ayırırıq.
Hirkan qəsəbə, Şilavar,
Xarxatan kənd məktəblərinin tikintisi
başa çatdırılmaq
üzrədir. Baliton və
Vilvan kənd orta məktəblərinin
yeni binaları da 2012-ci ildə şagirdlərin ixtiyarına
veriləcək.
Deyəsən rəqəmlər çox oldu axı, ancaq bunlar rayonun əsas sosial-iqtisadi göstəricilərindəndir.
Ələsgər müəllim rəqəmlərin
çoxluğundan yorulduğumu
düzgün təxmin
etmişdir. Ancaq özü
demiş hər rəqəmin arxasında
min zəhmət durur.
2011-ci il həm də "Turizm ili" idi
İndi həyatın elə
məqamlarına gəlmişik
ki, insanlar aldığı informasiya
nəticəsində imkan
daxilində daha çox gəzmək, görmək istəyirlər.
Təbiidir, ancaq bunları
reallıqda yaşamaq
üçün mütləq
sərhədlər aşmalı,
ölkələr gəzməlidir.
Arxada qoyduğumuz 2011-ci il ölkəmizdə
həm də "Turizm ili" kimi qeyd edildi.
Bu baxımdan Azərbaycanın müxtəlif
regionları ilə bərabər füsünkar
təbiətli Lənkəranda
da təqdirə layiq tədbirlər həyata keçirilmişdir.
Lənkəranda turizmlə bağlı
görülən işlər
barədə çox
danışılıb, çox
yazılıb. Tendensiya
2011-ci ildə bir az da inkişaf etdirilmişdir. Bu məqsədlə rayondakı turizm obyektlərində monitorinqlər
keçirilmiş, xidmət
səviyyəsini yüksəltmək
üçün bir sıra tədbirlər görülmüşdür. Müasir üslubda, bütün normalara cavab verən Lənkəran şəhərində
"Xan -Lənkəran"
oteli ,
Sütəmurdov kəndində
"Palmalife" istirahət
kompleksi tikilmişdir.
3 mərtəbəli otel
istirahət mərkəzi
6 koteci, 22 otağı,
restoran xidmətini, fitnes zalını, tennis kortunu, hovuz və saunanı özündə birləşdirməklə
80 nəfərə iş
yeri vermişdir.
Dəniz suyu ilə təmin
edilən qış hovuzu, 150 nəfərlik konfrans zalı, 200 nəfərlik restoranı,
idman zalı və digər xidmət sahələri olan "Palıdlı-Sahil"
turizm və istirahət mərkəzinin
yeni korpusunun inşası 2012-ci ildə
başa çatdırılacaq.
Xəzərin sahilində, Talış
dağlarının ətəklərində
yerləşən Lənkəran
haqqında yəqin ki, hələ çox yazılacaq.
Çünki gözəl təbiəti,
əməksevər insanları
olan bu rayonun
daha böyük uğurları qarşıdadır.
Səxavət Məmmədli
Ədalət.- 2012.- 25 yanvar.- S.7.