Müstəqil Azərbaycanın Gömrük Xidməti respublikamızın iqtisadi təhlükəsizliyini layiqincə qoruyur

 

   XX əsrdə öz müstəqilliyini bərpa edən ölkəmiz gənc olmasına baxmayaraq 20 illik zaman kəsiyində xeyli uğurlara imza atmış, demokratik, hüquqi, dünyəvi dövlətlər sırasında özünə layiqli yer tutmuşdur. Əldə olunan nailiyyətlər, qazanılan uğurlar isə bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi rəhbərin yorulmaz fəaliyyəti nəticəsində bu illər ərzində Azərbaycan beynəlxalq aləmdə layiqli mövqe qazandı. Ulu öndərimizin ardıcıl, düşünülmüş xarici siyasəti Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışan, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imici qazandırdı. Məhz Heydər Əliyevin yeritdiyi ölçülüb-biçilmiş xarici siyasət, diplomatik səylər nəticəsində dünya birliyi Ermənistanın təcavüzkar dövlət olduğunu, əsl həqiqətləri dərk etdi.  

   Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna misal olaraq böyük sürətlə yeniləşən paytaxtımız və regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr və digər uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.  

   Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətin bütün strukturlarında geniş islahatlar aparıldı. O cümlədən respublikanın iqtisadi təhlükəsizliyinin keşiyində dayanan gömrük sistemində... Ümummilli lider Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində 1995-ci ildən başlayaraq gömrük sistemi özünün hərtərəfli inkişafına start verdi. Qısa zaman kəsiyində Ümumdünya Gömrük Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan gömrük sistemi fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, qanunvericilik bazasının təkmilləşdirilməsində, qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə böyük nailiyyətlər əldə etdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 20 yaşlı gömrük xidməti öz inkişaf dinamikasını daha da artırır, qazanılan uğurların davamlılığı təmin olunur.   

   Dövlət başçısı respublikamızda hər bir sahədə olduğu kimi, gömrük sistemininbütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır və bunun nəticəsidir ki, son illər Azərbaycan Gömrük Xidməti dinamik inkişaf ediryeni müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. İlbəil uğurlara imza atan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin, xarici iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının yeni "Gömrük Məcəlləsi"nin qəbulu, eləcə də gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi, kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində bir sıra mühüm işlər görmüşlər. Eyni zamanda, Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparmışdır. Ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə gömrük xidmətinin əsas funksiyalarından biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyev gömrük orqanlarının 5 illik yubileyində proqram xarakterli çıxışında qeyd etmişdir ki, qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifəsidir.... Qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir... Ölkəmizin ərazisindən şərqdən qərbə, cənubdan şimala və əks istiqamətdə mallar keçirilir. Biz burada da qaçaqmalçılığın bütün növlərinin qarşısını almalıyıq. Xüsusən narkotik maddələrin, silah-sursatın və cinayət törətmək üçün istifadə olunan başqa malların, ləvazimatların tranzit vasitəsilə Azərbaycandan keçirilməsinin qarşısını almalıyıq. Bu da Gömrük Təşkilatının qarşısında duran vəzifədir, onun üzərinə düşən məsuliyyətdir.   

   Ümummilli lider Heydər Əliyevin bu tövsiyyəsini əldə rəhbər tutan müstəqil Azərbaycanın gömrük xidməti ötən illər ərzində qaçaqmalçılıqla mübarizə istiqamətində fəaliyyətini xeyli gücləndirmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Qaçaqmalçılıqla mübarizədə düzgün dövlət siyasəti effektiv nəticə, mənfi təsir dalğasından maksimum qorunmaq üçün imkanlar açır. İstər ümumilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət qaçaqmalçılıqla mübarizənin təşkilatı-hüquqi bazasını formalaşdırıb. Bu isə effektiv praktik addımlar atmağa imkan yaradır.

    Transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində narkotiklərin qanunsuz dövriyyəsi əsas rol oynayır. Dünya birliyinin yetərincə güclü mübarizə üsullarına rəğmən beynəlxalq narkomafiya intensiv formalaşmainkişaf mərhələsindədir. Təəssüf ki, Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya dövlətləri ilə narkoistehlakçı Avropa ölkələri arasında yerləşməsi narkotiklərin qanunsuz dövriyyəsində ərazimizi dəhlizə çevirmə imkanlarını artırır. Xüsusilə, cənub sərhədlərində narkoşərait daha mürəkkəbdir və bu istiqamətdən ölkəmizə "narkotəcavüz" səngimir. Ona qarşı mubarizədə ön cəbhədə duran gömrük orqanları tərəfindən ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasının qarşısının alınması məqsədilə gömrük nəzarətinin və əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrükçülərin peşəkar hazırlığının artırılması, dünya təcrübəsində istifadə olunan ən qabaqcıl üsul və metodların, o cümlədən texniki vasitələrin tətbiqi, habelə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.   

   Ötən illər ərzində əsas sərhəd gömrük keçid məntəqələri ən müasir standartlara cavab verən şəkildə tikilib istifadəyə verilmiş, iri qabaritli nəqliyyat vasitələrinə baxış keçirmək imkanı verən mobil yoxlama qurğularının əsas keçid məntəqələrində tətbiqi təmin olunmuş, "bir pəncərə" sisteminin tətbiqinin təkmilləşdirilməsi və mobil qrupların fəaliyyətinin təşkili üzrə tədbirlər görülmüşdür.   

   Müasir telekommunikasiyainformasiya texnologiyalarının imkanlarından istifadə edilməklə yaradılmış DGK-nın Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi fəaliyyətə başlamış, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilmiş, Komitənin yeni saytında narkotiklərlə mübarizə haqqında materiallar mütəmadi işiqlandırılmışdır.   

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamıyla təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın reallaşdırılması nəticəsində gömrük sisteminin inkişaf dinamikası daha da artmış, Azərbaycanın iqtisadi inkişafına böyük zərbə olan qaçaqmalçılığa qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.  

   Azərbaycan Respublikası gömrük orqanları tərəfindən dünya təcrübəsinə əsaslanan qabaqcıl metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin genişləndirilməsi, əməkdaşların peşəkar hazırlığının artırılması ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, qaçaqmalçılıq kanallarının aşkar və ləğv edilməsinə, hüquqpozma törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəldilmiş hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi və həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2007-2011-ci illər ərzində gömrük orqanları tərəfindən 1020-si cinayət xarakterli olmaqla 47621 hüquqpozma faktı aşkar edilmiş, həmin faktlar üzrə təhqiqat və istintaqın aparılması və təqsirkarların müvafiq məsuliyyətə cəlb olunması təmin olunmuşdur.   

   Son beş ildə hüquqpozma faktları üzrə milyon manatlarla dəyəri olan qaçaqmalçılıq əşyaları: o cümlədən 1 984 630 ABŞ dolları, 26 269 637 rus rublu, 213 100 avro, külli miqdarda qızıl, gümüş və digər valyuta sərvətləri, 6 ədəd odlu silah, 43 kq 515 qram civə, 6898 mobil telefon, 163 kq balıq kürüsu, 10 606 243 ədəd siqaret, 524 litr spirt, 48 504 ədəd spirtli içkikülli miqdarda digər mallar tutulmuş, inzibati xəta törətmiş şəxslərə qarşı 6 434 650 manat cərimə tətbiq edilmiş, onlardan götürülmüş 1 525 677 manat dəyərində mallar müsadirə edilmiş, dəyəri milyon manatlarla ölçülən gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılmasının qarşısı alınmışdır.  

   Cinayət xarakterli faktların içərisində əsas yeri narkoqaçaqmalçılıq tutur. Azərbaycanda narkoşəraitin mürəkkəbləşməsi Əfqanıstan amili ilə birbaşa bağlıdır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin qiymətləndirmələrinə əsasən 2007-2011-ci illər ərzində Əfqanıstanda 727 min hektar ərazidə 32 min 200 ton tiryək istehsal edilmişdir.    

   2010-cu ildə Əfqanıstanda xaş-xaş bitkisinə düşmüş xəstəlik nəticəsində tiryək istehsalının 3600 tona qədər azalması fonunda yaranan optimist proqnozları 2011-ci ildə istehsalın 61% artaraq 5800 tona çatması, əlavə olaraq həşiş istehsalının genişlənməsi alt-üst etmişdir.  

   Narkoişbazlar istehsal edilmiş tiryək və heroini Avropa və digər ölkələrdəki qara bazara çıxarmaq üçün daim yeni-yeni marşrutlar axtarırlar. Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya ölkələri ilə narkoistehlakçı Avropa ölkələri arasında yerləşməsi, əlverişli quru, hava, dəniz və dəmiryolu nəqliyyat şəbəkələri onları özünə cəlb edir və narkotiklərin qanunsuz dövriyyəsində ərazimizdən tranzit dəhliz kimi istifadəyə cəhd göstərilir. Bunun nəticəsidir ki, digər region ölkələri kimi ölkəmizə xüsusilə, cənub sərhədlərindən "narkotəcavüz" səngimir.  

   Bu narkotəcavüzə qarşı mubarizədə ön cəbhədə duran gömrük orqanları tərəfindən (o cümlədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasının qarşısını almaq, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)"ın icrasını təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində 2007-2011-ci illər ərzində 461 fakt aşkar olunmuş, 1 ton 346 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq 344 qramdan çox həşiş, 203 kq 666 qram heroin, 188 kq 469 qram tiryək, 4 kq 747 qram marixuana, 24 kq 400 qram metamfetamindaxil olmaqla əsasən "ağır" və "güclü təsirli" daha təhlükəli narkotiklər dövriyyədən götürülmüşdür.  

   Son 5 ildə qanunsuz dövriyyədən götürülmüş narkotiklər içərisində güclü təsirli və daha təhlükəli heroinin xüsusi çəkisinin əvvəlki 5 illə müqayisədə kəskin şəkildə artaraq 203 kq 666 qram təşkil etməsi ciddi narahatçılıq doğurur. Bu qədər heroinin törədə biləcəyi təhlükənin miqyasını aydın təsəvvür etmək üçün qeyd edək ki, mütəxəssislərin rəyinə görə 1 kq heroindən 10000 "doza" alınır, 100 qram heroinlə 170 adamı narkotiklərdən asılı vəziyyətə salmaq mümkündür.  

   Narkotiklərin keçirilməsi üçün narkoqaçaqmalçılar xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən, mədə və bağırsağ boşluqları, maye halda paltarlara hopdurmakonserv bankalarına doldurma da daxil olmaqla çox ağlagəlməz gizlətmə üsullarından istifadəyə cəhd göstərmişlər.  

   Narkoqaçaqmalçılıq faktları üzrə 531 nəfər şübhəli şəxs qismində cəlb edilmişdir ki, onlardan da 70 nəfərini, başqa sözlə 13 faizdən çoxunu qadınlar təşkil etmişdir. Narkokuryer qismində qadınlardan və hətta azyaşlı uşaqlardan istifadə hallarının çoxalması ciddi narahatçılıq doğurur.  

   Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlər əsasən Azərbaycan və İran vətəndaşları olmuşlar. Bununla yanaşı onların arasında həm də Rusiyanın, Gürcüstanın, Özbəkistanın, Türkiyənin, Litvanın, Ukraynanın, Nigeriyanın, Qananın və digər Afrika ölkələrinin, hətta Kambocanın vətəndaşlarına da rast gəlmək olar.  

   Aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2009-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-dan çox cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilmişdir.  

   Narkotik vasitələrin qaçaqmalçılığının transmilli xarakteri ona qarşı mübarizədə beynəlxalq əməkdaşlığı zəruri edir. Ona görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, İNTERPOL, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, GUAM və digər nüfuzlu beynəlxalq təşkilatlarla, habelə digər ölkələrin gömrük xidmətləri ilə sıx əməkdaşlıq edilmiş, narkotiklərə qarşı mübarizə məsələlərinə həsr olunmuş mühüm beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkili iştirakçılar tərəfindən müsbət qiymətləndirilmişdir.  

   Belə ki, 17-18 oktyabr 2011-ci il tarixində Bakı şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının dəstəyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 42 ölkə və 7 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  

   Ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran gömrük orqanlarının ən ümdə vəzifələrindən biri də milli-mənəvi dəyərləri qorumaq, arxeoloji, tarixi və mədəni sərvətlərin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması hallarının qarşısını almaqdır.  

   Təkcə 2007-2011-ci illər ərzində gömrük orqanları tərəfindən kitablar, xalçalar, tüfənglər, xəncərlər, qılınclar, çoxsaylı fiqurlar, musiqi aləti, qamçılar, samovarlar, pul sikkələri və digər əşyalardan ibarət 490 ədəd mədəni sərvətin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.  

   İndiyədək gömrük orqanları tərəfindən müsadirə edilən yüzlərlə qədim əlyazma kitablar, ikonalar və digər mədəni sərvətlər aidiyyəti üzrə Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarına, İncəsənət Muzeyinə, Naxçıvan Dövlət Xalçaçılıq Muzeyinə, Qafqaz Müsəlmanları İdarəsinə, Təzə Pir məscidinə, Bakıdakı Rus Pravoslav Kilsəsinə, Müqəddəs Jen-Mironosets kilsəsinə, Roma Katolik kilsəsinin Azərbaycandakı nümayəndəliyinə və digər təşkilatlara əvəzsiz olaraq verilmişdir.  

   Rusiya Prezidenti Dmitri Medvedevin ötən il respublikamıza səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona təqdim olunan 5 qədim ikona da Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılardan götürülmüşdür.  

   Bu incəsənət əşyalarının bir qismi 2006-cı ildə yaradılmış Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyionun bölməsində qiymətli eksponat kimi qorunur.  

   Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti tərəfindən cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının 19-cu sessiyası çərçivəsində BMT-nin Vyana bölməsində, Böyük Lüksemburq hersoqluğunda, Belçika Krallığında, İsveçrədə, Vatikanda, Rusiya Federasiyasında, Avstriyada, Argentina Respublikasında, Fransada, Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının illik konfransında "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgi təşkil edilmiş, bu sərgilərdə Azərbaycan gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılan, mədəni dəyər kəsb edən əşyalar nümayiş olunmuşdur.  

   Ötən ilin statistikasına nəzər salsaq, həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2011-ci il ərzində 18330 hüquqpozma faktı aşkar edilmişdir.  

   Hüquqpozma faktlarının 245-i cinayət xarakterli olmuş, bu faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının dəyəri 2 milyon 291 min 736 manat təşkil etmiş və həmin əməllərin törədilməsində şübhəli bilinən 263 nəfər, o cümlədən 217 Azərbaycan vətəndaşı və 46 əcnəbi barəsində müvafiq tədbirlər görülmüşdür.   

   Gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2011-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 138 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə ümumilikdə 227 kiloqram 565 qram: o cümlədən 220 kq 067 qram narkotik vasitə və 7 kq 498 qram psixotrop maddə qanunsuz dövriyyədən çıxarılmışdır.  

   Azərbaycan xalqı üçün narkomaniya spesifik bir problem olmasa da, heç kəs arxayınlaşmamalı, xüsusilə də kütləvi informasiya vasitələri narkomaniyaya qarşı mübarizə işində prinsipial olmalı və daim bu mövzunu gündəmdə saxlamalıdırlar. Onlar maarifləndirmə işi apararaq cəmiyyətin bütün təbəqələrini bu qlobal bəlaya qarşı mübarizəyə cəlb etməli, gələcək nəslin tərbiyəsinə, onun həm fiziki, həm də mənəvi sağlam və vətənpərvər ruhda yetişməsinə yardım göstərməklə yanaşı, narkomaniyanın və narkotik vasitələrin ölkəmizdə yayılmasının qarşısının alınmasında yaxından iştirak etməlidirlər. Amma təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələri nəinki bu məsələdə yaxından iştirak edir, əksinə aparılan mübarizəyə kölgə salaraq dəqiqləşdirilməmiş, yalan informasiyanı ictimaiyyətə çatdırırlar. Belə ki, bu günlərdə Türkiyənin Kapıkule sərhəd məntəqəsində aşkarlanan 179 kq narkotik vasitə-heroinin Azərbaycandan qonşu ölkəyə keçirilməsi barədə bəzi kütləvi informasiya vasitələrində məlumatlar səslənmişdi. Lakin aparılan araşdırmalar nəticəsində, eləcə də Türkiyə Gömrük Müstəşarlığı Gömrüklər mühafizə gənəl müdirlüyündən daxil olmuş rəsmi açıqlamaya görə, TIR yük avtomobilinin Azərbaycan-Türkiyə sərhədinə yüksüz gəldiyi, adıçəkilən narkotik vasitənin avtomaşına Türkiyə ərazisində yerləşdirildiyi, bu cinayət hadisəsinin Azərbaycanla heç bir əlaqəsinin olmadığı bildirilmişdir.  

   Qeyd etdiyim kimi, Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə işinə də xüsusi önəm verir. Bu sahədə Dövlət Gömrük Komitəsi təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlər də həyata keçirir.   

   2011-ci ilin yanvarında Bakı şəhərindəki Muzey Mərkəzində "Narkomaniyaya yox deyək!" plakatfoto müsabiqəsinin yekun sərgisi də növbəti belə tədbirlərdən olmuşdur. Tədbirin təşkilində Dövlət Gömrük Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Rəssamlar İttifaqı da yaxından iştirak etmişdir. DGK-nın məqsədi narkomaniyanarkotik vasitələrin yayılmasına qarşı mübarizədə fəal iştirak etmək və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinə yardım etməkdir.   

   Dövlət Gömrük Komitəsi "Narkotiklərə yox deyək!" adlı daha bir sərgini isə bu ilin martında Vyana şəhərində BMT-nin İqtisadiSosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü sessiyası çərçivəsində keçirmişdir. Sərgidə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan tədbirlər, profilaktik işlər, eləcə də narkotiklərdən istifadənin ağır nəticələri haqqında cəmiyyətin maarifləndirilməsi məsələləri barədə məlumat verilmişdir.   

   Bakı şəhərində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfrans çərçivəsində 2011-ci ilin oktyabrında daha bir tədbir Muzey Mərkəzində baş tutmuşdur. Burada "Narkotiklərə yox!" devizi altında "Molla Nəsrəddin" məcmuəsinin 105 illiyinə həsr olunmuş "Molla Nəsrəddin-Azərbaycan" Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçirilmişdir.   

   2011-ci il iyulun 18-19 tarixlərində Bakı şəhərində keçirilən transmilli narkoqruplaşmaların fəaliyyətinin qarşısının alınmasına yönəlmiş tədbirlərin əlaqələndirilməsi üzrə işçi görüş də Azərbaycan Gömrük Xidmətinin bu sahədə xüsusilə fəal olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan da daxil olmaqla, 16 ölkənin və aidiyyəti beynəlxalq qurumların nümayəndələrinin qatıldığı bu tədbirdə məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilən nəticələri müzakirə etmək, bu istiqamətdə birgə mübarizə işini daha da təkmilləşdirmək olmuşdur.   

   Bu gün müstəqil respublikamızın 20 yaşlı gömrük orqanları ölkəmizin iqtisadi təhlükəsizliyini layiqincə qoruyurümidvaram ki, gələcəkdə də gömrük işi respublikamızın iqtisadi inkişafına təkan verməklə, müstəqilliyimizin qorunub saxlanmasında, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqdır.

 

   Əsgər ABDULLAYEV,

   Dövlət Gömrük Komitəsi sədrinin müavini,

   gömrük xidməti general-leytenantı

 

  Ədalət.- 2012.- 25 yanvar.- S.4.