16-CI RESPUBLİKA -
NAXÇIVAN
"İçəri
Şəhər" məqaləsini yazanda, yəni Bakı,
bakılılar, Bakı kəndləri , bakılı xarakteri
haqqında yazmışdım və ədalətçilərə
söz vermişdim ki, bir vaxt "16-cı Respublika -
NAXÇIVAN " adlı məqalə yazacam, yəni
Naxçıvan, naxçıvanlılar,
naxçıvanlı xarakteri, düşüncəsi
haqqında. Yaza bilmirdim, deyəsən, zamanı gəlib.
Bir az
keçmişdən başlamaq istəyirəm.
Naxçıvan haqqında yazasan, keçmişdən
yazmayasan, olmaz! Keçmiş həm tarix, həm olub keçənlər,
həm də gələcəyi müəyyənləşdirən
yaşanmış proses və hadisələrdir.
Keçmişdən, hələ tam keçməyəndən,
yəni SSRİ dönəmindən başlayaq. SSRİ 15
Respublikadan ibarət idi. Yəni yaradılmışdı, amma
15 Respublikadan birinin içini doğramışdılar
neçə-neçə içə. Bu Respublikanın
içində başqa üç Respublika
yaratmışdılar. Daha bir içini isə özündən
ayırıb özündə yaratmışdılar -
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası.
Böyüyü, yəni Azərbaycan Sovet Sosialist
Respublikasını, daha böyük bütövdən, yəni
Cənubi Azərbaycandan və Türkiyədən
ayırmışdılar, amma daha böyüyü
Naxçıvandan ayıra bilməmişdilər.
SSRİ 15 Respublikanı kimsə ilə
şərik deyildi, amma şərik olduğu bir Respublika var
idi. Bu Respublika tam SSRİ-nin deyildi, dərdinə-şərinə
Türkiyə şərik idi. Bu Respublika SSRİ-nin qeyri-rəsmi
16-cı Respublikası adlanırdı. 15 Respublikanın vətəndaşları
bir-birinə icazəsiz gedib-gələ bilirdilər, amma
16-cı Respublikaya gedib- gələ bilməzdilər, hətta
Azərbaycanın başqa bölgələrində yaşayan
insanlarımız da Naxçıvana icazəsiz gedib- gələ
bilməzdilər. Çünki 16-cı Respublikaya gedib-gəlmək
üçün izin lazım idi, özü də yüksək
yerdən - "KQB"-dən.
Naxçıvan Azərbaycanın
bir hissəsidir, amma tam fərqli, hissələrə
oxşamayan, təkrarlanmayan hissə. Bütövü yaradan,
bütövdən tam ayrılan bir hissə. Bütövü
hissədən ayırsalar da, hissəni bütövdən
ayıra bilməyiblər. Hissə bütövə
dönüb, hissə həmişə bütöv
üçün yaşayıb, həmişə
bütövlüyün, vahidliyin, tamlığın simvolu
olub. Bu hissə üçün bütövün
başına nələr gətirilməyib . Bu hissə
bütövün son başıdır, düşmənlər
neçə illərdir bu son və böyük başı
vurmaq istəyirlər.
Allahsız dövlətin ərazisində
tək Allah bu bölgədə ölmədi, Sovet Hökumətinin
inanmadığı Allahı insanlarımız Sovet
dağılana gədər yaşatdı. Allaha inam
yaşatdı insanlarımızı. Allahın umuduna
yaşadılar.
Sovet nə qədər istəsə
də, tarixi düşmənlərimizi 16-cı Respublikada
çox yerləşdirə bilmədi.
Naxçıvanlılar buna imkan vermədilər, Sovet boş
yer tapmadı, cünki bu bölgənin insanlarının
düşüncəsi millətçilik, dövlətçilik
və bütövlüklə dolu idi.
Naxçıvanda tarixi düşmənlərimizi
bütün zamanlarda "daşnaq" adlandırıblar.
Daşnaqları, yəni erməniləri şəxsi
adları ilə çağırmayıblar:
- Ə, bə daşnaq, gəl
görüm bura! - belə .
Daşnaqlar 16-cı Respublikada həmişə
gözüqıpıq yaşayıblar.
Naxçıvan şəhərində
yerləşən binaların birində Qılı ləqəbli
bir oğlan yaşayırdı. Naxçıvanda demək olar
ki, hər kəsin ayaması var və hər kəs də
ayaması ilə çağrılır. Ən məşhurları
- Qaqqi, Mazqi, Cıbbı və s. Cıbbı indi
böyüyüb, baba olub, amma hələ də uşaqlar onu
Cıbbı əmi deyə çağırırlar.
Keçək əsas məsələyə
- Qılıgilin binası ilə üz-üzə olan binada
Sovet zamanında daşnaqlar yaşayırdılar.
"Neftçi" ilə "Ararat" oynayan zaman
Naxçıvanın küçələrində heç
kimi tapmaq olmazdı. Həngamə də futbol bitəndən
sora qalxardı. Həm də fərq etməzdi,
"Neftçi" udub, ya uduzub. Futbol bitən kimi
Qılı düşüb gələrdi daşnaqların
yaşadığı binanın qabağına. Haylayıb
bütün hayları tökərdi binanın həyətinə.
Bu dəfə "Ararat" udmuşdu. "Ararat" udsa da,
daşnaqlar Qılının yanında sevinclərini gizlədərdilər,
quzuya dönərdilər. Daşnaqların içində bir
Cıqor adlı oğlan var idi. Qılı daşnaqları
verərdi təpik-şillənin qabağına, ortada
Cıqor imkan tapan kimi soruşardı:
- Ay Qılı, bizi niyə
döyürsən, "Neftçi"ni "Ararat" udub,
get "Ararat"ın uşaqlarını döy da!
- Ə, daşnaq uşağı
daşnaq, sizləri "Ararat" "Neftçi"ni
udduğuna görə döymürəm ee, sizləri
"Ararat"a azarkeşlik etdiyinizə görə
döyürəm.
Bir müddət ötür,
şillə-təpiyin ağrısı keçməmiş,
yenə "Neftçi" ilə "Ararat" oynayır,
bu dəfə "Neftçi" udur. Qılı yenə
hayları haylayıb tökür həyətə, həyətə
hay düşür, daşnaqları salır təpik-şillənin
altına. Cıqor yenə mələyə-mələyə
soruşur:
- Ay Qılı, bizi niyə
döyürsən, bu dəfə "Neftçi" udub
axı ...
- Ə , daşnaq uşağı
daşnaq , sizi Ararat uduzduğuna görə döymürəm
ee , sizi Ararata azarkeşlik etdiyinizə görə
döyürəm .
Sovet Naxçıvanda gec quruldu , bəzi
kəndlərində lap gec . Sovet torpağı
özününki edə bilsə də, burada yaşayan
insanları özününki edə bilmədi , burada
yaşayanlar Soveti yad saydı .
Sovetə qarşı neçə
illər dağ kəndləri daşla döyüşdü .
Qəhrəmanlığı daşa yazdılar , əfsanələr
yaratdılar . Bu kəndlərdən biri Keçili - kənd qəhrəmanı
isə Quşdan idi.
Quşdan neçə illər
sovet əsgərini quş kimi dənlədi. Sonda Bakıdan gələn
quşbazların əli ilə xəyanətin qurbanı oldu.
Moskvanın bacarmadığını Bakı etdi .
Sovetə qarşı
döyüşən qəhrəmanlarımızdan biri də
Qaçaq Əsəd olub . Qaçaq Əsəd ana babamın
dayısı idi . Ondan tarixi düşmənlərimiz "
tük salıblar". Tarixi düşmənlərimiz
bütün toylarında Qaçaq Əsədi başda
oturdublar. Toy gecəsinin səhəri Qaçaq Əsədi təzə
gəlin gülər üzlə yola salıb .
Daşnaqların toy gecəsinin qəhrəmanı olub
Qaçaq Əsəd !
Tarixi düşmənlərimizin
bütün toylarının bəyini , sonda yenə
Moskvanın əli ilə , xəyanət nəticəsində
öldürüblər , ölüsünə bir neçə
gün yaxın düşə bilməyiblər . Yəqin ,
bir neçə saat zamanla xalqımızın
düşüncəsində bir neçə günə
dönüb . Amma xalqımızın üzü bu qəhrəmanlardan
heç zaman dönməyib.
Camaatımız sonda Sovetin
qabağından qaçsa da , bu qaçaqları
unutmadılar , dara düşən kimi bu qaçaqların
adı ilə fəxr etdilər , bu qaçaqların
adını önə çəkdilər , bu
qaçaqların adının arxasında gizləndilər
.
Bu qaçaqlar dövlətə
qarşı çıxıblar , yəni Sovetə . Sovet bu
igidlərin atını və tüfəngini istəyib, onlar
da verməyiblər , deyiblər : - " At və tüfəng
kişinin namusudur " , dövlətə qarşı durublar
- qaçaq adı alıblar , dağda, daşda, meşədə
özlərinə yer ediblər - yer alıblar.
İndi də dövlətə
qarşı duranlar var , amma onların nə atı var , nə
də tüfəngi . Məzmun və mahiyyət dəyişdiyi
kimi dövlətə qarşı duranların adları da dəyişib
. İndi bu adamlar , yəni dövlətə qarşı
duranlar özlərinə mərhələli və
ardıcıl şəkildə yeni adlar tapıblar, yeni adlar
alırlar - müxalfətçi, siyasi məhbus , sonra isə
siyasi mühacir . Amma keçmiş qaçaqlar kimi dağlara
, meşələrə çəkilmirlər , özlərinə
dağlarda , meşələrdə yer eləmirlər .
Qaçırlar Avropaya , özlərinə Avropada yer eləyirlər
, siyasi sığınacaq alırlar , ad alırlar - siyasi
mühacirlər. Son zamanlar ad almayanlar bu adı almaq
üçün nələrdən keçmirlər , nələr
etmirlər , axı bu adı verənlər , bunları ölkələrində
qəbul edənlər bunlara şərt qoyub : - Nələri
etməlisiniz ?!
Son zamanlar gündəmi tez-tez
gün vurur , gün vuranların da başı gicəllənir
, başı gicəllənənlərin də
qoltuqlarının altına verib ötürürlər tez-
tez küçələrə , - adını da piket , mitinq
qoyurlar . Başı gicəllənənlər küçəyə
çıxıb bir - iki ağız gic - gic
danışıb dağlışırlar evlərinə . Evə
çatan kimi də arvad - uşağı yığırlar
başlarına , otururlar televizorun qabağında :
- Bə indi məni televizorda
göstərəcəklər . İndi ATƏT-in , BMT-nin
nümayəndələri və Avropanın səfirləri
baxır . Bu dəfə mütləq ad alacam , söz veriblər
.
Kişi özünü televizorda
qaçan halda görəndə üzünü tutur
arvadına , arvadı da tez Azadlıq Radiosunun reportyorunun
nömrəsini yığır , telefonu uzadır kişiyə
. Kişi telefonu alır :
- Azadlıq Radiosu , iqtidarın
kanallarında gaçanda düşmüşəm ,qovan da
yoxdur , sən necə , məni çəkə bilmisən?
- Hə, amma polis sənə
çata bilmədi.
Kişi bu
dəfə " Yeni Müsavat " qəzetinin reportyoruna zəng
edir :
- Ə , sən
nətər , məni çəkə bilmisən?
- Hə ,
amma polislə öpüşəndə .
- Əvvəl
bir yerdə işləmişik , bir ələ .
Kişi bu
dəfə də "Azadlıq " qəzetinin reportyoruna zəng
edir:
- Ə , sən
nətər , bir şey edə bilmisən?
- Hə ,
Mc. Donaldsın qabağında sizə qamburger paylayanda
düşmüsən .
Arvadı
üzünü çevirir kişiyə :
- Əəə
, söz vermişdin ki , bu il tutulacam, siyasi məhbus adı
alacam , Avropaya köçəcəyik ?! Bu ildən də
keçsə, ta məni ...
Dədəsini
hamıdan güclü bilən uşaqlar , dədələrini
özündən bir neçə dəfə zəif polisin
qabağından qaçan görəndə üzlərini
çevirirlər dədələrinə :
- Dədə
, testin cavabı çıxıb , dövlət məni pulsuz
Avropaya oxumağa göndərir .
- Ə ,
gic-gic danışma , Avropaya çatan kimi , bilsələr ki
, sən mənim oğlumsan , səni qaytaracaqlar geriyə .
Çünki Avropanın fondlarından aldığım
pulları qaytara bilməmişəm , nə də bir iş
görmüşəm . Onlar bilsələr ki , dövlət
müxalifətçinin oğlunu - mənim oğlumu dövlət
pulu ilə oxumağa göndərib , elə biləcəklər
ki , mən burda dövlətlə əlbir olmuşam - Grant ala
bilməyəcəm ee !
Bunu hakimiyyət
bilə-bilə edib.
Uşaqlar
başlarını bulaya-bulaya üzlərini tuturlar
analarına :
- Ana ,
keçmiş polisdən başqa adam tapmadın , ərə
gedəsən ?!
Uşaqların dədəsi sinəsini qabağa
verdi:
-
Keçmiş polisdən ... indi Avropa Dəyərlərinin Təbliği
İctimai Birliyinin rəhbəriyəm .
Naxçıvan Azərbaycanın başqa
regionlarından çox fərqlənir , yerləşdiyi
coğrafi ərazi çox strateji əhəmiyyət
daşıyır . Naxçıvanı daha çox əhəmiyyətli
edən budur . Yoxsa Naxçıvanın təbiəti
insanların orada yaşamağı üçün çox
çətinliklər yaradır. Çünki
Naxçıvanın qışı sərt, yayı isə
isti keçir.
Bizlər cəviz
ağacı deyirik , cəviz ağacı ən azı 20 ilə
bar gətirir , hülü isə ən azı 3 - 4 ilə .
Bir dəfə qış sərt keçəndə isə
bütün ağacları soyuq alır . Gəl , indi 20 il
gözlə ki , cəviz ağacı bar gətirəcək .
Məncə , Naxçıvanın təbiətinin necə sərt
olduğu və insanlarının torpağa necə sadiq
olduğu artıq aydın oldu . Elə bu çətinliyə
dözdükləri üçün də
naxçıvanlılar özləri də strateji əhəmiyyət
daşıyır . Strateji əhəmiyyətli
naxçıvanlılar !
Birinci
kursda oxuyuruq , qrupumuzda 5 - 6 naxçıvanlı var .
Qışdır . Müəllimə başı alovlu daxil
olur sinifə :
-
Papağımı apardılar !!!
- Bəəə
!
- Bəəə!
- Bəəə!
- Bəəə!
- Bəəə!
-
Bütün kişilərin gözünün qabağında!!!
- Bəəə!
- Bəəə!
- Bəəə!
- Bəəə!
- Bəəə!
- Ə , nə
bəyildəyirsiniz , durun rədd olun çölə !
Hamımız sinifdən çıxırdıq ki , yəni
bəəldəyənlər , müəlimə arxamızca :
- Evdə
bir bəəldəyənim var , - bəəə!
Naxçıvanlılar heyrət və təəccüblərini
-" bəəə "- deyə ifadə edirlər .
İctimaiyyət arasında naxçıvalılara
" yazanlar " - demaqoqlar deyirlər . Guya ,
naxçıvanlıların əksəriyyəti cibində qələm
gəzdirir . Naxçıvanda düz söz demək , düz
danışmaq , düzlüyü tələb etmək həyat
tərzidir , "yazmaq" isə məişət qanunudur .
Sovetin yalanlarına naxçıvanlılar heç zaman
inanmadılar . Hər zaman Sovetin yalanlarını tutdular ,
Sovetin yalanlarından yazdılar , hətta Leninə də məktub
yazdılar , şikayət etdilər :
- "Əvin
tikilsin Lelin, dur e , movzeleyde yatma , dur , qurduğun hökuməti
dağıdırlar , gör, dırmığın ,
şananın , belin qiyməti neçəyə qalxıb ?!
"Vətənimizin başqa bölgəsindən olan dostum məni
1991 - cı ildə aeroportdan Naxçıvana yola salmağa
aparırdı . Keçid başladı , hələ qapı
açılmayıb , qapının ağzı basabasdır ,
biz də dayanmışıq , o zaman bilet adamın əlində
" qala " bilərdi , deyirdilər ki : - yer doldu - nə isə
...
Kiminsə
nömrəsini yazmalı olduq , kimdən qələm
soruşduq - dedi - yoxumdu . Dostum uca səslə qayıtdı
:
- Ə ,
Rza , elə bil səhv dayanmışıq .
- Niyə?!
- Deyəsən
, Naxçıvan reysi deyil .
Dostumun
üzünə baxıb başımı buladım , yəni
nə gic-gic danışırsan ?
Dostum:
-
Görmürsən , heç kimdə qələm yoxdu .
- Bəəə
!
Bir də qərəzli
mətbuat və qərəzli siyasətlə məşğul
olanlar naxçıvanlıları yerlipərəst
adlandırırlar . Əslində , naxçıvanlılarda
yerlipərəstlik yoxdur , olmayıb tarixboyu .
Naxçıvanlılarda özünüqoruma instinkti var , necə
ki , çeçənlərdə olduğu kimi . Sovetin
naxçıvanlılara və çeçenlərə
münasibəti eyni olub . Onu da deyim ki , Rusiyada
naxçıvanlıları Azərbaycanın
çeçenləri adlandırırlar . Bəlkə də
bu oxşarlıq özünüqoruma instinkindən doğur .
Bu özünüqoruma instinktini naxçıvanlılarda və
çeçenlərdə İmperiya yaradıb. Həmişə
mərkəzdən (bütövdən) ayrı düşən
Naxçıvan və naxçıvanlılar ən çətin
anlarda özləri - özlərini qorumağa məcbur olublar
. Və bunun nəticəsində bir naxçıvanlıya
bir başqası toxunanda başqa naxçıvanlılar
şəxsən tanımadıqları naxçıvanlıya
qahmar çıxırlar .
Mən hələ
bu günə qədər rast gəlməmişəm , bir
yüksək vəzifə tutan naxçıvanlı
qohumların və yaxın tanışların çıxmaq
şərti ilə kimisə, yəni naxçıvanlı
olduğuna görə önə çəksin, dəstək
olsun, istedadını, biliyini qiymətləndirsin . Bir təşkilatda
əgər 5 naxçıvanlı işləyirsə ,
onların üçü bir-biri ilə danışmırlar
, küsülü olurlar , bir-birlərinin ayağının
altını qazırlar . Amma adını çəkmək
istəmədiyim bir neçə bölgəmiz var ki ,
çox yerlipərəstdirlər, bir yerli olmaqları bəs
edir ki , bir-birlərinə kömək etsinlər, bir-birlərini
önə çəksinlər, bir-birlərinin işlərini
aşırsınlar .
(ardı var)
Rza Rzayev
Ədalət.- 2012.- 25 yanvar.- S.5.