16-CI
RESPUBLİKA - NAXÇIVAN
(əvvəli
ötən sayımızda)
Naxçıvan Kiçik Qafqazda yerləşir. Son zamanlar yazılı mətbuatda və yaxud ictimaiyyət arasında, Naxçıvanı sevənlər "KİÇİK TORPAQ", sevməyənlər isə "məlum region" adlandırırlar. İndi "məlum region" anlayışını mətbuata gətirənin ovurdları şişib , yəni kökəlib. Əvvəllər şalvarını əynində saxlaya bilmirdi, yəni arıqlığından şalvarı əynində durmurdu. İndi "durur" - naxçıvanlıların hesabına, yəni şalvarını əynində saxlayır. Özünə ofis, altına maşın, qardaşına hərfləri öyrədib, baş redaktor müavini qoyub. Amma çənələrinin uzun olması hər ikisinə də Azərbaycan Türkcəsində doğru-düzgün danışmağa imkan vermir. Buna görə də "yazarlıqla" məşğul olurlar. Yəqin, qərəz yazmaqları da çənələrinin uzunluğundandır. Amma nə yumruqluq çənələri var!
Qərəz yazmağını isə özü boynuna aldı. Deyəsən, qərəz, şər, böhtan çoxdan bunun "boyuna" düşüb, çünki ağzını açıb gözünü yumub.
Həmişə anti-naxçıvanlı təbliğatı aparır. Bir az keçmişdə bunun belə olmadığını sübut etmək üçün bir neçə naxçıvanlı "dostları" ilə olan rəsmini qəzetində verdi, qələmini "dala" atdı.
Son zamanlara qədər partiyalarında nümunə üçün iki "donqili" naxçıvanlı saxlayırdılar. Onlar da ipiqırıqların əlindən iplərini qırıb partiyadan uzaqlaşdılar.
Son zamanlar bu adamın dili də uzanıb, ağına-bozuna baxmır, kimə istəyir bozarır. Bu adamın dili də, qələmi də əyridi, əyri dil kəsilməz, əyri qələm də sınmaz, çünki sınanlar əyilmir, əyri olmur, yoxsa yoxlayardıq.
İndi də hansı məzhəbə qulluq etdiyi məlum deyil. Məzhəbi də yoxdur. Görkəmindən də məzhəbsiz mollaya oxşayır, çünki məzhəbsizlərin məclislərində tez-tez iştirak edir.
Son zamanlar yenə yaman qazlanıb, kimsə bunun daha çox böhtan, qərəz tərəfini tez-tez basır, çünki yazdıqları şər, böhtan və qərəzdir.
Uzun çənəsin və böyük dilin çevirib Naxçıvana, amma unudur ki, Naxçıvanda sular elə yerdən qazlı çıxır, təkrar sulara qaz vurmurlar, yəni bizim qazımız özümüzdəndir, danışanda da, yazanda da özümüz yazırıq, nə sifarişli, nə də qərəzli yazmırıq.
Son zamanlar təriqətçilik ölkəmizdə tüğyan edir. Müxalifətçilərin çoxu da gördülər ki, onlardan siyasətçi çıxmaz, keçdilər mollalığa. İndi də hansı ölkənin mollası olmaq uğrunda bir-birləri ilə vuruşurlar. Axı təriqət bir çox dövlətin ideoloji siyasətinin bir hissəsidir. Bu ölkələr təriqət siyasəti ilə başqa ölkələrdə ictimai-siyasi proseslərə təsir edirlər və öz milli maraqlarını həyata keçirirlər.
Nə isə, bu problem də, yəni təriqət problemi də Naxçıvanda birdəfəlik həll edilib. Hamının bir məzhəbi var, hamı bir məzhəbə qulluq edir.
Gözünü yumub ağzını açanlar deyirlər ki, Naxçıvanda əhalinin sıxlığı azdır. Mən 2005-ci ildə Gəncədə, 2011-ci ildə isə iki ay İsmayıllıda, Ağcabədidə, Qəbələdə kino çəkilişlərində olmuşam. Həmin regionlarda da əhalinin sıxlığı azdır. Bu problemi kimsə danmır. Bu problemi doğuran cəmiyyətin transformasiya olunmasıdır. Bütün ölkələrdə quruluş transformasiya olunanda əhalinin sıxlığı regionlarda azalır. Çünki transformasiya maddi dəyərlərdən tutmuş, mədəni dəyərlərə qədər hər şeyi dəyişir. Əsas odur ki, bu gün regionlarımızda əhalinin geri qayıtması üçün bütün quruculuq işləri gedir, hər cür şərait yaradılır. Artıq bu təminedici məqsəd kimi qarşıya qoyulub. Amma hər şeyi bir anda etmək mümkün deyil. Bunların hamısı olacaq. Bu gün isə əsas vəzifəmiz dövlətçiliyimizi qorumaq, torpaqlarımızı geri qaytarmaqdır. Sonra insanlarımız geri qayıdacaq və geridə heç kim qalmayacaq.
Gözünü yumub ağzını açanlar yazırlar - Naxçıvanda insan hüquqları pozulur. Gözünü yumub ağzını açanlar düşməni və düşmənə xidmət edənləri insan sayırlarsa, Naxçıvanda düşməni və düşmənə xidmət edənləri insan saymırlar. Azərbaycana - Naxçıvana düşmən olanların Naxçıvanda heç bir hüququ yoxdur. Naxçıvanda düşmən və düşmənə xidmət edənlər insan sayılmır, Naxçıvanda düşmənin və düşmənə xidmət edənlərin heç bir hüququ olmayacaq. Naxçıvanda düşmən heç zaman at oynada bilməyəcək, at oynatmaq istəyənlərin atının ağzını çevirəcəklər gəldiyi yerə. Naxçıvanda düşmənə yer olmayacaq, düşmən Naxçıvanda özünə yer edə bilməyəcək! Naxçıvanda düşməni və düşmənə xidmət edənləri adam yerinə qoymayacaqlar!
Masanı taxtadan, qılıncı dəmirdən düzəldərlər. Bu gün özünü polad qılınc kimi göstərənlər, yəni sadiq, dost göstərənlər, döyüş anında, çətin anda taxta qılınca dönəcəklər, yəni saxta çıxacaqlar, sifətlərini dəyişəcəklər, qızıl suyuna çəkilmiş mis üzük kimi altlarından mis çıxacaq. Necə ki, keçən il on biri martda, ikisi apreldə çoxları tərəddüd edirdilər, mövqe bildirmirdilər, yenə də bu gün yaltaqlanmaqda və tərif deməkdə növbəyə dayanıblar.
Çar Rusiyası zamanı Qış Sarayında Hüseyn Xan Naxçıvanski adlı igidimiz olub, çarın adyudantı. Bolşeviklər Çar Rusiyasını devirəndə demək olar ki, bütün vəzifə tutanlar və çara çox sadiq olan adamlar bolşeviklərin tərəfinə keçdi. Bir neçə general axıra qədər çara sadiq qaldılar. Bunlardan biri və birincisi, sona qədər çarı müdafiə edən, şəxsiyyətini, qürurunu, mənliyini sona qədər qoruyan Hüseyn Xan Naxçıvanski olub. Sona qədər çarı qoruyub və çara sadiq qalıb. Sonda güllələnib, haqqında çox az məlumat var, harada dəfn edildiyi də məlum deyil.
Tarix dönür, dönə-dönə təkrarlanır, hadisələr, baş verənlər, insanlar fərqli olsa da, məzmun və mahiyyət dəyişmir. Tarix döndüyündən, tarixi döndərən bolşeviklərin də tarixi dönmək üzrə idi. Bu zaman öz sifəti, şəxsiyyəti, qüruru, mənliyi olan BİR BÖYÜK KOMMUNİST var idi. BU BÖYÜK KOMMUNİST - həmişə ayaqda olub, indi başa keçən kommunistlərin hədəfinə çevrildi. Bəlkə də həmişə ayaqda olub, indi başa keçən kommunistlər elə çarı satan, o vaxtki vəzifəlilərin qohumları, qanını daşıyanları idi . Çünki satqınlıq, ikiüzlülük genetik koddur. Bu dəfə hədəfdə yenə satılmayan, ikiüzlülük etməyən, qürurunu, mənliyini, şəxsiyyətini qoruyan, Hüseyn Xan Naxçıvanskinin həmyerlisi General Heydər Əliyev idi. Həm imperyanın mərkəzindəkilər, həm də Bakının mərkəzində oturanlar, ikiüzlülər, mənliyi olmayanlar, şəxsiyyəti olmayanlar , sifətsizlər ONU hədəf seçmişdilər. HƏDƏF - qürur, şəxsiyyət, mənlik, iradə, əzm, dönməzlik və kişilik idi.
Mərkəzi Bakı ONU qəbul etmədi. O üzünü doğulduğu məkana tutdu. ONU doğulduğu məkan kişi üzü ilə qarşıladı. O KİŞİ bildiyi insanın OCAĞINA sığındı. OCAQ ONU qucaqladı, ağrılarına məlhəm oldu, O OCAĞIN istisi günü-gündən bütün Respublikanı bürüdü, işıqlığa çıxartdı, günəşin qarşısındakı qara buludları dağıtdı. O OCAĞIN KİŞİSİ hər an ONUN qayğısını çəkdi, hər an ONUN yanında oldu. ONA olan təhlükələri birlikdə qəbul etdi, yeri gələndə ONA olan təhlükələrin önünə tək çıxdı. O özünə qayıtdı, daha da böyüdü, daha da möhkəm oldu. ONU yenidən mərkəzə çağırdılar, mərkəzə döndü. Bir çoxları ONUNLA mərkəzə gəldilər.
O isə yenə doğulduğu məkanda, OCAQDA qaldı . ONUN vəzifəyə gətirdiyi, önə çəkdiyi insanların içində ən çox haqqı olan, daha böyük vəzifə tutmaq imkanı olan - O OCAĞIN YİYƏSİ - VASİF TALIBOV İDİ. O isə bunlardan imtina etdi, ONUN əmanəti olan OCAĞI qorumaq, qurmaq, böyütmək, inkişaf etdirmək istədi və etdi.
Qıraqdan çıxanlar vəzifə tutdular, böyüdülər, imkanları artdı, amma OCAĞI qoruyanı unutmadılar. Həmişə OCAĞI və OCAĞI qoruyanı hədəf seçdilər. ONU sevməyənlər Vasif Talıbovu da sevmədilər. Zamanında ONA böhtan atanlar, indi də Vasif Talıbova böhtan atırlar, həm də "KİÇİK OCAĞA" .
Qıraqdan çıxanlar vəzifə tutdular - böyüdülər, indi də ortalığa düşüblər, ortalığı qatmaq istəyirlər - ağızların çeviriblər "KİÇİK OCAĞA" - NAXÇIVANA, amma bir şeyi unudurlar , Naxçıvan və naxçıvanlılar həmişə olduğu kimi, bu dəfə də - onlarla BİR olanı, onlarla BİR yaşayanı və BİRİ müdafiyə edəcəklər və yenə BİR olacaqlar, ağızların "KİÇİK OCAĞA" tutanların ağızlarından vuracaqlar, ağızların qaytaracaqlar!!!
Ölkəmizin hər yerində quruculuq işləri gedir. Amma məsələ bu gün necə qurmaqdan, yaratmaqdan gedir. Yəni bu gün əsas nə etmək deyil, çünki ölkəmizin bütün bölgələrində bu gün çox sürətlə iqtisadi quruculuq işləri gedir. Bu gün eyni zamanda nə etməklə bərabər, nəyi necə etmək daha önəmlidir. Naxçıvan nəyi necə etməkdə, necə qurmaqda, necə yaratmaqda, Cənab Prezdentimiz İlham Əliyevin məqsədlərini, tapşırıqlarını necə həyata keçirməkdə nümunədir.
Naxçıvanda çəkilən yollar sabah yenidən qazılmır, çəkilən yollara yenidən yamaq vurulmur, tikilən binalar sabah yenidən sökülmür, tikilən binalara sabah yenidən üzlük çəkilmir. Yağış yağanda maşınlar küçələrdə gəmi kimi üzmür.
Naxçıvanda işlər bir dəfəyə, bir dəfə, bir görülür.
Naxçıvan gözdən uzaq olsa da, könüldə ən yaxındadır. Naxçıvanda görülən işlər, aparılan regional siyasət fərqlidir və bu fərqlilik Naxçıvanı fərqli edir. Bu fərqlilik problemləri düzgün dərk etmək, problemləri düzgün həll etmək, dözümlü, əzimli, sadiq və işgüzar olmaqdır.
Bu fərqlilik - Vasif Talıbovdur.
Sovetin yol çəkə bilmədiyi kəndlərə Vasif Talıbov yol çəkdirib! Sovetin məktəb tikdirmədiyi kəndlərdə Vasif Talıbov məktəb tikdirib! Ot bitmyən quru dağlarda meşə saldırıb! Sovetin ot göyərdə bilmədiyi şoranlıqları gülüstana çevirib!
Naxçıvan olduğu qədər var və var olcaqdır, çünki Naxçıvan üçün varından keçənlər var!
on zamanlar müxalifətçilər və müxalifətə dəstək verən qüvvələr Naxçıvanla Bakını üz-üzə qoymaq istəyirlər. Xalqımız bir olanı, ayrılmaz insanları həmişə belə ifadə edib - "Onlar ətlə dırnaq kimidirlər" - ətlə dırnağı bir -birindən ayırmaq olmadığı kimi, onları da bir-birindən ayırmaq olmaz.
İlham Əliyevlə Vasif Talıbov ətlə dırnaq kimidir, onları bir-birindən ayırmaq olmaz, onlar dar günün, çətin anların, sınaq dövrünün QARDAŞLARIDIR, BİR OLANLARDIR - ONLAR BİRDİRLƏR.
Xalqımızın belə bir deyimi var: Bir MÜDRİK bir GƏNCƏ deyir - "Mən sənə qol çəkdim" - yəni sənə zaval yoxdur, sənə söz ola bilməz, sən artıq özünü təsdiq etmisən - deməkdir.
Vasif Talıbova Ümummilli liderimiz qol çəkib. O İMZANI kimsə
poza bilməz. O, ən çətin anlarda Böyük Heydər Əliyevin qarşısında sınaqdan
keçib, onu Böyük Heydər Əliyev sınaqdan keçirib, sınaqdan keçənləri bir daha sınamazlar.
Vasif Talıbov Ümummilli
lider HEYDƏR ƏLİYEVİN
İMZASINI ürəyində daşıyır, bir çox nazirlər və məmurlar kimi pencəyinin yaxasında yox.
Ümummilli liderimiz çoxlarına
vəzifə verib, çörək verib, ad verib. O, çoxlarının
kim olduğunu
bilirdi. O, hər kəslə olduğu kimi davranırdı.
O, Vasif Talıbova sadiq, məğrur, dəyişməz,
əsl kişi
adı verib. Vasif Talıbov bu adı həyat tərzi ilə qazandı və bu gün də
bu həyat tərzi ilə yaşayır.
Hər kəsin fəaliyyətini
və başqalarına
olan münasibətini
onun qəbul etdiyi dəyərlər istiqamətləndirir, müəyyənləşdirir.
Cənab Vasif Talıbovun
da fəaliyyətini və başqalarına olan münasibətini qəbul etdiyi dəyərlər müəyyən
edir. Onun dəyərləri millət, dövlət və Ümummilli liderimiz Heydər Əliyevdir. Cənab Vasif
Talıbovun insanlara, fərdlərə, şəxslərə,
partiyalara münasibəti
bu dəyərlərlə
müəyyənləşir və qiymətləndirilir
və bu heç zaman dəyişməyəcək.
Cənab Vasif Talıbov dostuna dost, düşməninə
düşməndir və
bu mənada dəyişməzdir!
Rza Rzayev
Ədalət.- 2012.- 26 yanvar.- S.5.