Elçin dramaturgiyası xarici
ölkə teatrlarının səhnəsində
(Əvvəli ötən şənbə
saylarımızda)
O, dedi: "Elçin böyük modernist dramaturqdur. İndi baxacağınız "Şekspir" tragikomediyası XX əsrin sonu, XXI əsrin əvvəllərində yaranmış ən yaxşı modernist pyeslər sırasındadır. Bu əsərin qısa müddətdə Avropa teatr səhnələrini dolaşacağına mənim şübhəm yoxdur".
Sonra
Azərbaycanın Böyük
Britaniyadakı səfiri F.Qurbanov
çıxış edərək bu
tamaşanın Azərbaycan ilə Böyük
Britaniya arasındakı mədəni əlaqələrin
inkişafında əhəmiyyətli rol
oynadığını dedi.
Son olaraq söz tetarın dəvəti
ilə London premyerasında iştirak edən xalq
yazıçısı Elçinə verildi. Elçin müəllim
öz çıxışında belə bir cəhəti
xüsusi vurğuladı: "Əlbəttə, bir müəllif
kimi mənim üçün çox xoşdur ki, bu gün
Londonda mənim əsərim tamaşaya qoyulub.
"Şekspir" Şekspirin vətənində göstərilir.
Ancaq mənim üçün daha qiymətli və
mühüm cəhət odur ki, sizin teatr konkret olaraq yalnız
Elçinin yox, ümumiyyətlə Azərbaycan
dramaturgiyasının bir nümunəsini böyük Britaniya
tamaşaçılarına təqdim edir".
Hərarət və sürətli
alqışlar altında keçən tamaşa böyük
müvəffəqiyyət qazandı. Tamaşa bitdikdən
sonra da tamaşaçılar dağılmırdı, onlar
Elçin müəllimə yaxınlaşır, ona suallar
verir, avtoqraflar alırdılar.
Tamaşaçılardan bir neçəsinin fikrini oxuculara təqdim edirik.
Professor, teatr tənqidçisi Peter Adams: "Bu tamaşa modern səhnə
düşüncəsinin nəticəsidir.
Bu, əlbəttə, pyesdən gəlir. "Şekspir" çox orijinal bədii təfəkkür
məhsuludur. Dramaturq həyata
sürrealist nəzərlərlə
baxır. Deyvid Peri
bu cəhəti tuta bilib və
səhnə dili ilə göstərməyi
bacarıb. Şekspir personaj
kimi bu əsərdə
iştirak etmir. Ancaq onun sənətinin gücü, ümumiyyətlə,
sənətin gücü
bu pyesin əsas qəhrəmanıdır
desəm, elə bilirəm ki, səhv etmərəm.
Mən Elçini bir dramaturq kimi özüm üçün
kəşf etdim.
Bu tamaşa haqqında
mütləq yazacağam".
YUNESKO üzrə
Böyük Britaniya Milli Komissiyasının Baş katibi Ceyms Bric: "Bu əsər mənə çox təsir etdi. Olduqca fəlsəfi əsərdi.
Bu tamaşaya baxdıqdan sonra insan nə üçün
yaşadığı barədə
düşünür, öz
həyatına nəzər
salır, təhlil etməyə başlayır.
Rejissor işini, aktyor oyununu da çox
bəyəndim".
Azərbaycan-Türk-İngiltərə
Cəmiyyətinin sədri
Alpaslan Düven: "Mən fəxr edirəm ki, böyük yazar Elçinin əsəri çox tələbkar
London tamaşaçılarının bu qədər məhəbbətini qazandı.
Bilirəm, Elçin Azərbaycan
çox məşhurdur.
O, Türkiyədə də
çox məşhur
yazardır. O, böyük
dünya şöhrətinə
layiq yazardır".
Almaniyadakı Köln Universitetinin
filologiya magistri Hans Şroyder: "Mən alman dilində Elçinin
"Mahmud və Məryəm" və "Ağ dəvə"
romanlarını oxumuşam. Bu romanları çox bəyəndiyimə
görə elmi rəhbərimlə məsləhətləşdikdən
sonra magistrlik disertasiyamı Elçinin
yaradıcılığına həsr etdim. Dissertasiyamı
Elçinin yaradıcılığına həsr etdim.
Dissertasiyamın adı belədir: "Azərbaycan naziri
Elçinin romanlarında Şərq və Qərb
estetikasının vəhdəti". İnternetdən öyrəndim
ki, Elçinin pyesinin premyerası olacaq. Bu gün səhər
Londona gəldim. İndi buradan da birbaşa aeroporta gedib,
Kölnə qayıdacağam. Çox xoşbəxtəm ki,
Elçinlə şəxsən tanış oldum. O, nə qədər
böyük yazıçıdırsa, o qədər də
sadə insandır. "Şekspir" olduqca orijinal bir əsərdir.
İndi ən böyük arzum "Şekspir"i alman dilinə
tərcümə etməkdir. Təəssüf ki, mən Azərbaycan
dilini bilmirəm. Onu ingilis dilindən tərcümə edəcəyəm".
"Şekspir" tamaşası
Londonda beş gün nümayiş olunub. Tamaşa hər dəfə
tamaşaçıların alqışlarıyla
qarşılanıb.
Qeyd edək ki, teatr yanvar
ayının 7-dən "Şekspir" tamaşası ilə
Uelsə qastrol səfərinə yollanacaq.
Bu göstəricilər Elçinin
yaradıcılıq qüdrətinin həqiqətlərinin mənzərəsidir.
Ədəbi mühitimizin və milli teatrımızın
inkişaf tarixində özünə yüksək yer tutan, əsərlərinə
dünya ədəbi mühiti və teatrları tərəfindən
durmadan, sevilərək müraciət olunan və
dramaturgiyası ilə dünya teatrlarının səhnəsinə
böyük miqyasda yol aça bilən Elçin, bu istiqamətdə,
məhz miqyas və maraq doğurma etibarı ilə ilk
qaranquş olduğu kimi, həm də dünya ədəbi
mühitində ən çox çap olunan müasir Azərbaycan
müəllifidir. Bu mənada sanballı ədəbi nümunələri
ilə dünya ədəbi aləminə çıxan və
müasir Azərbaycan ədəbi mühitini öz
arxasınca dünya ədəbi mühitinə çəkib
apara bilən "Elçin, dünya miqyaslı
yazıçıdır!" desək çox düz olar. Bu
fərəhverici hadisə, milli təəssübkeşlik
nöqteyi-nəzərindən məni çox sevindirir. Çünki
Elçin azərbaycanlıdır və Azərbaycan
xalqını təmsil edir. Azərbaycan xalqını ləyaqətlə
təmsil edən hər bir azərbaycanlı və Azərbaycan
vətəndaşı xalqımızın göz bəbəyi
hesab olunmalıdır. Belə şəxsiyyətlərimiz nə
qədər çox olsa bu, bizim sərvətiimz olaraq, bizə
başucalığı gətirər və biz belə hadisələrə
cani-qəlbdən sevinməyi bacarmalıyıq, həm də
dövlətçilik mövqeyinin fonemenal dəyəridir.
İFTİXAR
PİRİYEV,
Əməkdar mədəniyyət
işçisi,
AMEA-nın
dissertantı
Ədalət.-2012.-28
yanvar.- S.10.