Bayat
Bulvarda
Quzum, heç nə istəmə sən,
Bax dənizə, doyunca bax.
"Bulvar" adlı bu aləmdən
Yadında tək o qalacaq.
Ona pay ver göz yaşından,
Bir az hava alaq, gedək.
Gəl, dənizin yaddaşında
Biz də
belə qalaq, gedək.
Bu da dənizin qırağı,
Eləcə bax, ötüb
keçək.
İstədiyin
oyuncağı
Sənə leylək gətirəcək.
Ləngər vurur, yuxuludur,
Gəmi suda batar birdən.
Karusellər qorxuludur,
Tut əlimi, gedək burdan.
Yesən, boğazın ağrıyar,
Dondurmadan gözünü çək.
20-cə qəpik
pulum var,
Onunla da evə gedək...
Bu, elə bir günah ki...
***
Bir kişi qocalacaq
mənimlə
bir
ömür boyu
bir
damın altında.
Həyatımı
daim
bir
hüzn bürüyəcək,
bir
kişi qollarım arasında
ürəyimin
hərarətindən əriyəcək.
O, sən olmayacaqsan dostum,
sən
olmayacaqsan...
Onun gözlərində
sənin
baxışlarını axtaracam,
dodağında
öpüşlərini.
İkinci dəfə doğulacam
başqa
birinin olmaq üçün
sənin
sevgində boğulacam
başqa
birindən
qisas
almaq üçün.
Yaşlı qadınların
"Qoşa qarıyın",
"Bir yastıqda qocalın" kimi
qarğışlarından
sonra
xoşbəxt
olmağım mümkünsüz...
Qovuşacam sənə
özümü
ürəyimin
şah damarından asdıqda,
qocalacam
bir
kişi ilə bir yastıqda.
O, sən olmayacaqsan, dostum,
sən
olmayacaqsan.
Mən səni sevdim, dostum,
tək
səni sevdim...
Səninlə qocalmaq
mümkünmü
heç?
Bu, elə bir günah ki,
Sənə demərəm
günahımdan
keç!..
Mən ayrılıqların dostuyam,
arkadaş...
Sən sevən ürəyinlə
mənimlə üz-üzə,
göz-gözə
oturma...
Sən də içkiyə qurşanarsan
özünü
... tərki-dünya
olunmuş sanarsan...
Mənim kimi bir qədəh
içkidə
boğularsan,
ya
da bir siqaret
atəşində yanarsan,
yanarsan...
***
Qal elə mələk kimi,
Girmə şeytan donuna.
Ayaqlarım yerimir,
məni
məcbur aparma
məhəbbətin
sonuna...
***
Bu yol gedər-gələr yoldu,
Bu yollardan
gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə, gəldiyi tək...
Ölüm sevgi kimidir,
Sevgi də ölüm.
Hamı kimi ölməyim,
Sevgidən ölüm...
***
Nə bir gözdə sevinc oldum,
Nə bir gözdən
mən yağmıram.
Anamın qarnına sığdım,
İndi dünyaya sığmıram...
***
Tənhayam...
Görmürəm
indi açdığım
təzə wordu...
Elə bil ki, dağılıb
dünyanın
ata yurdu,
qırılıb
nəsli, köku...
... Dəyməyin
həyatımın replayinə,
mən
ölmək istəyirəm...
Çalınır
uzaqlarda həyatımın
soundtrakı...
Öləydim belə kaş ki...
Yalançı
sevgilər,
ayrılıq
oldu mənə qənim,
Bu qara dünyada
ağ
word açdım-
olsun
kəfənim...
İllər keçib sevgimizdən
Bu gerçəkdi,
güman deyil,
Bir ömürdü, bir an deyil...
Zaman da o zaman deyil,
... İllər
keçib sevgimizdən...
İradəsiz
olduq deyə,
Ayrılıb döndük özgəyə...
Yol gedir yeni sevgiyə-
İllər keçib sevgimizdən.
Vaxtı deyil, baxtı qına,
Ürəyini bir də sına...
Bağışlasın
saflığına-
İllər keçib sevgimizdən...
Mən, sən, Torqovı
(Sevinc üçün)
Mən, sən, Torqovı,
Yenə olaq üçümüz...
Bir az mağazaları
gəzək,
Gözlərimiz
bayram eləsin,
sonra
baxa-baxa qalsın
ala bilmədiyimiz paltarlara...
Bir az da kədərə bürünsün
gözlərimiz.
Tanrı taleyimiz kimi
gözlərimizə
də sevinci
şişin
burnunda verir...
Mən, sən, Torqovı,
yenə
olaq üçümüz...
Bir az da vaxt itirək
türk
kafelərində biz...
Ürəyimizdə
cibimizi sayaq,
son qəpiyimizi də burda qoyaq...
Vitrinlərin önündən
şütüyüb
keçək Zaman kimi...
Qan ağlasın içimiz...
Mən, sən, Torqovı,
yenə
olaq üçümüz...
Bir qədəh soyuq gecə
Bütün sədlər ilk misraya qədərdir,
bütün
sədləri keçək,
dostum,
gəl
içək, dostum!
Bir qədəh soyuq gecə içək
Bir bənd təzə
şeirin üstündən.
İçək
bizi
ilk misrayadək qovan
ilk məhəbbətimizin sağlığına!
Bir sağlıq da
qafiyələrdə
gizlən-qaç oynadığımız
sevgilərə
deyək
Doyunca içək, dostum...
Unudaq bu dünyanı
içə-içə
yaza-yaza...
Bir azdan yenə bizi
son misradan sürüyə-sürüyə
aparacaqlar
xarabamıza...
Gecə yarı
Şəhərin
yuxulu gözləri süzülür
şərab
kimi
səhərə
sarı
Bir azdan
gecə
öz libasını soyunacaq,
adamlar
gecəni çılpaq
görmək üçün
yuxudan
oyanacaq...
***
Həyat adlı o cəllad
Kəsməsəydi
yollarımıg
Mən ölümün boynuna
Dolayardım qollarımı...
***
Sevgi ilə dostluğun arasında
bircə
qarış yol varmış...
O bir qarış yola da
tufan
gələr,
çovğun
düşər,
ya
da ki
qar
yağarmış...
***
Bu yol gedər-gələr yoldur,
Bu yollardan
gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə gəldiyi tək...
***
Bu gecə başqa bir gecə,
Payızın da qar-qışı var,
Payız heç getmək istəmir-
Pəncərəmdə
göz yaşı var...
***
Bu ağ-qara şəkildəki
balaca
dostlarımın gözləri
dolub...
Bir az da baxsam
boynuna
sarılacaqlar xatirələrimin...
Bu, şərab deyil...
Dostum, bir tək
sən
anlayırsan məni.
Bu, şərab
deyil, dostum,
Bir daş ürəyin yaraladığı
sevgimi
al qanıdır.
Çəkdiyim
isə
tənhalığın
nazıdır.
Bu dumanı da
dağlar
göndərib mənə.
Özləri gələ bilməyən
dağlar
Arxa-dayağımdı,
dostum-
Onlara söykənib
ayrılığa
dözəcəyəm.
Bir azdan
dumanları
dağlara qovacam
başımdan,
Bir az da göylərə verəcəm
göz yaşımdan.
Yenə başıma düşən,
sümüyümə düşməyən
bu sevda havasına
oynamaq çətin,
dostum.
Bilirəm,
sonu yoxdu bu məhəbbətin...
Xuraman
Hüseynzadə
Ədalət.-2012.-28
yanvar.- S.20.