Hisslərin
tərbiyəsi
(Şair Əjdər Ol üçün ucqar
havası)
Orda ayla, illə, burda müxtəsər dillə...
Dünyanın ucqar deyilən
yerinin havası belədir ki, günün günorta çağı da yazıya pessimist konsepsiya ilə başlamalı olursan.
Haqqında danışdığım zamanlar Bakının yolları indiki kimi su yolu
olmamışdı. Vətən deyilən
də hələ kef yeri yox, kəfən
yeri idi. İldə, iki ildə bir
dəfə mən də Bakıya gedirdim və ildə, iki ildə bir dəfəyə
gətirdiyim işıq
Əyriqardan Qaraçöpəcən
əsrim qəmlərdə
qərq olana qədər mənə bəs eyləyirdi.
Məktəbim milad bayramı
qabağı uzun-uzadı
tətilə getdiyi üçün Bakıya
da bu vədələrdə
gedirdim. Onda Əjdər
ədəbiyyatın təbliği
bürosunda işləyirdi.
Fələstin qaçqınlarına ünvanladığım şeiri
"Dul" adlı şeirlə birgə Əjdərə verdim.
O, oxuyub "ərəbi
ölən dəvə"
ifadəsinin altından
qanqırmızı xətt
çəkdi. "Çox
ola bilər ki, sən Azərbaycanın
yəhudi şairisən"
- dedi. Onda Yevgeni Reyn, İosif
Brodski kimi rusca yazan, yəhudi
əsilli şairlər
qırmızı qanı
ağarmaqda olan rus sovet poeziyasında
"qan qayırırdılar".
Əjdərlə
məni uşaqlıq
dostum-qardaşım Elman tanış eləmişdi;
Gəncədə tələbəlik
illəri bir keçmişdi. Tanış eləməkdən dolayı, Əjdərin şeirlərini də ilkin olaraq mənə
Elman göstərmişdi. Adımın peyğəmbər
adı olduğuna və "Allahın sevimlisi" anlamını
verdiyinə rəğmən,
mən az
qala uzaqgörənlik
edib demişdim ki, bəs deməzsənmi,
ay Elman, Əjdər uzaq
gedəcək, çox
uzaq gedəcək.
Sonra Əjdərin əl
boyda kitabı çıxdı. Və tənqid
deyilən ədəbiyyatşünaslıq
sahəsi elə bil qəsdən Süsən-Sünbül xocasıtək
susmağı qərara
aldı. Onda mən "Ulduz" jurnalının 1992-ci il, 11-ci sayının
mənə açdığı
meydanda - sözə meydan tapana kimi
dilə gəlmərəm
(Saib Təbrizi) - öz ucqar sözümü
dedim: "Çox güman ki, həqiqi ədəbiyyatda
xoşbəxtlik anlayışı
həqiqi sərhədlərini
çoxdan itirib. Stendalın cənazəsinin dalınca
bircə nəfər gedirdi; amma o, böyük Balzak idi. Adımın peyğəmbər adı
olması o demək deyil ki, mən
poeziyada - əstəğfrüllah!
- peyğəmbər olacam. Tənqidin əlindən isə
g peyğəmbərlik gəlməlidir.
Təəssüf ki, istedadlı Əjdər Cəbiyevin kitabı haqqında heç nə deyilmədi"...
Əjdərin möhtərəm tənqidin iti gözlərindən yayınan
ilk kitabı "Gələcəkdə
yaşayıram" adlanırdı.
Mən düz 20 il
sonra bir də - yenə də milad bayramı
ərəfəsində - canım-gözüm
Bakıya getdim və g nə görsəm yaxşıdır?
Artıq Bakı deyilən, adı gələndə çızdağım
çıxan, bağrım
badaş Azərbaycan paytaxtı Əjdərdən
sinədolusu danışır!
Özü də bu qədər şair çoxluğunda,
yazar basırığında!..
Ucqar deyilən yer
kimi tanıtdığım
yaşayış məskənim
bir də bununla əlamətdardır
ki, internet əsrinə
baxmayaraq Bakıdan durnagözlü məktub da gec gəlir.
Adamın inanmağı belə
gəlmir ki, hərdən-birdən görüb-görüşdüyüm
Kür çayı da gedib-gedib son nəhayətdə Araza qovuşur. Bu necə olur ki, Kür suları
hətta hüznlü
ismarıcları da
"coşqun Xəzər"ə
belə çatdırır?
Milad bayramı ərəfəsində
Elmanla bərabər Əjdərin görüşünə
getdik və bu "yeni tipli
dövlət məmuru"nun
qızıl-mirvari kimi
vaxtını aldığımıza
görə qətiyyən
təəssüflənmədim. Çünki Əjdərin
Dərbənd, Səmərqənd,
Zəncan, Muğan, Naxçıvan tərəflərindən
dolayı, bir də bir Borçalı
tərəfi də var və Əjdərin
bu ümidim-arzum Borçalı tərəfi
əslən Borçalıdan
olan Mirzə Halaypozanın dörd cəhət və doqquz iqlimindən, sınıq-salxaq adda-buddalarından
qat-qat doğmadır.
Burasını
deyim ki, Bakıda mənim Yazıçılar Birliyinin
Natəvan klubundan savayı bir hücrəm-filanım yoxdur
və vaqif Adil Mirseyidin Əjdərə yazdığı
şeiri özümə
də aid edirəm:
Hücrəmə
qar yağacaq
bir
qara qış axşamı.
Hardasa ağlayacaq
sərxoş
milad bayramı.
İndi milad bayramı
karvan-karvan yurduna-yuvasına
addamaqda olsun, sizə hardan xəbər verim, Əjdərin Borçalı
tərəfindən.
Xocalı faciəsi ilə
bağlı Sınıq
körpüdən bəri
biz də səssiz qalmadıq; Tiflisdə qərənfillər dilimizdən
və gözlərimizdən
Azərbaycanca ağladı,
amma ağlamaqla bitərdimi?
Ucqar deyilən də - pasportda Kazreti - pul-para topladı və məni də, Natəvan klubundan savayı, yer tanımayan dünyanın ucqar adamını da kömək aparan dəstəyə az qala sarvan qoyub
Bakıya yola saldı. Bu indi belədir: hamı qəhrəmanlıqdan dəm
vurur. Onda uçan quş
da qanad salırdı, "qatır"ın
da tökülən dırqanlarını hələ
demirəm. Çölə-bayıra çıxmaqmı olurdu?
Millətçiliyin tüğyan
eləyən dalğaları
elə yaman günə qoymuşdu.
Mən, adını "Sınıq körpü sınar deyə köçmürəm" qoyan
dad-bidad ancaq Əjdərə müraciət
edə bilərdim.
Borçalı tərəfi bürc-bürc
olan Əjdərə.
Bəs, Əjdər nə etdi?
Bizə yardımı Bakıya
layiqli çatdıraq
deyə yolpulu və yemək pulu da ayırmışdılar.
Əjdər iki gün bizimlə ayaq döydü. Bütün etirazlarımıza
baxmayaraq yemək pulumuzu da ödədi.
Bir mən bilirdim Əjdərin kirayədə
yaşadığını. Yardım dəstəsinin üzvləri olan Tahir həkimə, Tofiqə necə deyəydim?..
Gürcüstan Yazıçılar İttifaqında da, "Qafqaz Evi"ndə də mənə çox deyənlər olub ki, bəs
deməzsənmi, biz də
elə bilirdik ki, Əjdər Ol Borçalıdandır.
Bunlar Əjdərlə bərabər
uzaqlı-yaxınlı poeziya
festivallarında iştirak
edən gürcü yazarlardır.
Yox-yox, elə bilməyin
ki, mən Əjdəri gürcüstanlılara
etdiyi duz-çörək,
ya da pul-para
hörmətinə görə,
borçalılı sayıram.
Xeyr! Sadəcə, Əjdərin özünü
və yazdıqlarını
gördün, ya Borçalını, fərq
etməz! Əjdər,
bildiyim qədər nə yazılarında, nə də məişətdə bir kimsədən soruşmayıb:
sən haralısan? Məhəlləçilik hisslərindən
o qədər uzaqdır!
Məğər
Əjdər bu misraları məxsusi olaraq həm də Allahverdi Təhləliyə, Yunis Novruza, Rafiq Hümmətə, mənə
yazmayıbmı:
Onlara kimdən danışım?
hansı
tilsimdən danışım?
Qəm nədir, qəmdən danışım -
o dünyanı görmüşlərə?
Mən hələ Bakıya
getməmişdən Əjdərin
Tiflisdə kitabı çıxacağı xəbərini
də eşidib bu yazının adını "Hisslərin
tərbiyəsi" qoymuşdum.
Floberin "Madam Bovari"
və "Salambo"dan
- Allah İsmayıl Şıxlıya
və İsrail Mustafayeva rəhmət eləsin; onlar sevdirmişdilər - artıq
sevdiyim bir romanı daha var: "Hisslərin tərbiyəsi" adlanır.
Doğrudur, burada alınmayan,
baş tutmayan həyatdan, ömürlərdən
bəhs edilir. Amma, baxın, insan həyatında Xeyirlə Şər həmişə
faciəvi surətdə
kəsişmirmi? Səadət, ləyaqət, alicənablıq,
məkr və məhəbbətin quruluşunu
dahiyanə dərk etmiş vaqiflər - Füzuli, Şekspir və saymaqla bitməyən saysız vaqiflər öz şəxsi həyat və talelərindən tammı razı idilər?
Müxtəsəri, Əjdər Ol
özündə Estetika
tərbiyə edən
bir vaqifdir. Nəcib hisslər tərbiyəsi məcmuəsidir.
Adam var zalda tərbiyədən dərs
keçir, çıxan kimi dəhlizin döşəməsinə
lappadan hayxırır... Bədii sözə təcavüz edənlər
də elə...
Əjdərin tərbiyəsi və
məhəbbəti - Dostoyevski demiş - o qədər
böyükdür ki, elə Əjdərin özünü
doğub!..
Əjdərlə bağlı
Hüseyn Caviddə də güclü sitat var:
Gerçəkdən pək gözəl,
pək süslü xəncər,
Bir parçacıq
polad, lakin bir əjdər!..
"İçi
lirikalı polad": bu heç bir
söz adamı ilə heç zaman dəyişik düşməyən Əjdər
Oldur
Mənə gələn zərbə özümə dəyib,
onu
qardaşıma ötürməmişəm.
Bircə bayrağım var - döyüş bayrağı;
yanımca
ağ bayraq götürməmişəm
Dərbənddən - Səmərqəndə, Zəncandan - Ərzincana və hələlik şüşələr üstə
yeriyən Şuşaya
qədər, ümidlərinə
batan tikanları çıxarmaqda olan Xocalıya qədər bir kimsə sanmasın ki, Əjdər hər ehtimala qarşı təslim bayrağı da götürüb.
O da Əjdaha ili ola!
İbrahimxəlil
Ədalət.-2012.-31
yanvar.- S.7.