Dağlardan gələn fəlsəfə
Görkəmli
filosov, ictimai və dövlət xadimi, BDU-nin kafedra müdiri
İzzət Rüstəmovun 80 illik yubileyinə
Dünya fəlsəfəsinin
başlanğıcı hesab ediliən istər Şərq fəlsəfəsi
və istərsə də Qərb fəlsəfəsinin
yaradıcı dühaları həmişə öz mülahizə
və fikirlərini təbiətə istinadən izah etmiş
və onun fonunda cəmiyyətin tarixi, iqtisadi və
ictimai-siyasi istiqamətlərini ümumiləşdirməyə
çalışmışdılar. Bu
da təsadüfi deyildir.
Bizim təbiətlə
bağlı, günümüzə ərmağan olmuş bir ömür çərçivəsində
bunları yaşaya-yaşaya həmişə
iç edə bilməyə
çalışmışıq. Əlbəttə hər kəs
öz çiyninə düşən yük qədər, ağırlıq qədər...
Fikirləşəndə, belə
qənaətə gəlmək olar ki, təbiət öz
füsunkar gözəlliyi ilə bizi zaman-zaman məftun edə
bilmişdir. Onun durnagözlü bulaqlarının,
zümzüməli çaylarının notsuz, bəstəsiz
şərqiləri ömrümüzə, günümüzə
elə daxil olmuşdur ki, bu sehrin , bu tilsimin içində
gücümüz ancaq şüurumuzu, ağılmızı
itiləməyə çatmışdır. Ürəyimizə
təpər olan çeşmənin
pıçıltısından, nədənsə, axar
çayların səsi, qıjıltısı, şərqiləri
daha cəlbedici olmuşdur. Ancaq məsələ bundadır
ki, bu səsləri, bu şərqiləri yaradan onun alt
qatında bütövləşən və hələ də
fərqinə varmadığımız daş
parçaları, qaya parçalarıdır. Həmişə,
zaman-zaman, səsi qulaqlarmızda əks-səda verən Qobustan
qayaları, Qobustan daşları kimi...
Bu baxımdan axar çaylar, fərqinə
vara bilmədiyimiz, giley-güzarmızın, şikayətimizin,
ağrılarmızın mənbəyi və mənsəbi
olan Zamandır. Ancaq onun alt qatını təşkil edən
bizlər, cansız çay daşlarından fərqli olaraq bəşərin
və talenin bəxş etdiyi canlı adlanan Tanrı bəndələri
və insanlarıyıq. Və biz, bu, bəxş edilmiş
tale çevrəsində Zamanın içində nəfəsimizlə,
ruhumuzla doğula bilirik, yaşaya bilirik...
Bu zaman nəhrinin bir dan
üzündə Gədəbəyin Keçəl dağ
yaylağında İzzət müəllimin anası Tavat ana
üzünü Tanrı Günəşinə tərəf
tutaraq bir salavat çevirdi. Onun, səhərin bu sübh
çağına ünvanlandığı duaları mənim
ana babamın adına yurd yeri kimi qalmış Tanrıverdi
boynundan dolaylanıb üzü Göycə gölünə,
İrəvan çuxuruna qədər, elə həmin
sübhün havasına, mehinə qatılmış, mehinə
tutulmuşdu.
Onda hələ, Zaman öz nəhrindən
və öz təhnəsindən, qapalı sərhədlər
çevrəsində mövcud və hakim idelogiyanın
"düşməni" hesab edilən bir çox
filosofların, şairlərin, yazıçıların, bir
sözlə ziyalılarımızın daşını
daş üstə çevirərək, onların bəxtini,
taleyini sürgünlərə, katorqalara, güllələrə
bağlamışdı. H.Cavidlə, Ə.Cavadla, M.Müşviqlə,
H.Hüseynovla və bir çox ziyalılarımızla davam
edən qanlı-qadalı otuz yeddi içimizdə
sıralana-sıralana, bu Zamanın dalğalarında yeni-yeni
dünyaya gəlmiş filosoflarmıza, bir sözlə
bütün yazarlarmızın qələminə örnək
ola biləcək, sipər ola biləcək və iç
dünyalarında gizli bir milli, fəlsəfi və ictimai
şüurun formalaşmasına xidmət edəcəkdir.
Bax onda zamanın bu keçməkeşli
günlərində İzzət müəllimin Gədəbəydə
öz ulu babasının adını daşıyan Düz-Rəsullu
kəndindəki yeddi illik kənd məktəbinə qədəmləri
və atdığı addımlar onda yeni-yeni fikirin izlərini
qoyacaqdır. Bu fikirlər, Düz-Rəsullu ilə Çayrəsullu
kəndi arasında, hələ onda araba yolunu xatırladan
yeddi-səkkiz kilometrlik daşlı, çınqıllı,
yazlı, payızlı və qışlı bir yolda öz
axarının izlərini qoyacaqdır. Bu izləri gerçəkləşdirən
Çayrəssullu kənd orta məktəbində
aldığı təhsillə bağlı və bu təhsildə
yer almış klassik şair və
yazıçılarımızın əsərlərindəki
milli və bədii dəyər onun daxilinə qaynaq olmuş
prosesə çevriləcəkdir.
O, bu yolların şaxtalı,
boranlı günlərində klassik şairimiz M. Fizulinin
" Salam verdim rüşvət deyil deyə almadılar"
misrasını, M.P.Vqifin " Bu cahanda hər nə
gördüm əyri gördüm, özgə babət
görmədim" misrasını, M.F.Axundovun qaranlıq
dünyanın içindən üstümüzə
dolaylanmış "Aldanmış kəvakib" və bizləri
öldürüb, dirildən "Ölülər" əsərlərini,
M. Ə. Sabirin "Fəhlə sən də özünü
bir insanmı sanırsan" misrasını, C.Məmmədquluzadənin
" Danabaş kəndinin əhvalatı" və yaxud da
"Poçt qutusunu" öz içində gerçəkləşdirə-gerçəkləşdirə
nöqtəsini, nidasını ömrünün
darülfün illərinə saxlayacaqdır.
O, bu yolların yaz və payız fəslində
M.Ş. Vazehin, M. Lermontovun, Karamzinin, B. Marlinskinin romantizimlə
dolu şeirlərini təbiətlə, sevgiylə həmahəng
bir duyğu çevrəsində, indi özəlləşdirdiyi,
o vaxt " Port-Port " bulağı adlanan bulağın
üstündən Cənuba istiqamətlənmiş Günəşin
qürub üfüqləri altında bir yaz havası, bir payız
havası altında ovxarlana-ovxarlana yaşayacaqdır. Bu yaz və
payız rənglərinin içində bir fəlsəfi
dünyanın romantik cizgilərini cızacaq, xəyala
dönmüş baxışlarında və bir də
"Töləki" ağacının qızılı rəngə
çalan yarpaqlarından əsən səhər mehini dərib
içindən, könlündən keçirəcəkdi...
Bax onda, onun Darülfün illərindəki
təhsilindən sonra dissertasiya işinin əsası olan və
özü qeyd etdiyi kimi, " Görkəmli jurnalist,
darvinçi alim, pedaqoq, maarifçi-demokrat", təkcə
Azərbaycan xalqının deyil, həm də bütün
Türk dünyasının iftixarı sayılan, "Əkinçi"
qəzetiylə mətbuatımızın ilk təməlini
qoyan Həsənbəy Zərdabinin fəlsəfi
baxışları çözələnib,
saf-çürük edilib işıqlandıracaq içimizi,
çölümüzü. Azərbaycanın görkəmli
filosofu İzzət Rüstəmov bax onda daxilində zaman-zaman
cücərtdiyi bir poetik və fəlsəfi fikiri epiqraf edib,
bu monoqrafiyanın üstünə belə də yazacaq "
Bunlar sənin oğullarındır, Azərbaycan".
Bu monoqrafiyada görkəmli
filosofumuz İ.Rüstəmov böyük şəxsiyyət
və böyük maarifçi H.Zərdabinin təkcə
ictimai-siyasi fəlsəfi baxışlarının dəyərləndirilməsi
və qiymətləndirilməsi ilə məhdudlaşıb
qalmayacaq, həm də onun qaranlıq və boğucu
dünyadan bu günümüzə ərmağan olmuş
milli potensialının təkanverici imkanlarının
formalaşmasını da öz oxucularına layiqincə
çatdıra biləcəkdir.
Bu, çox möhtəşəm
və bizim mənəvi dəyərlərimizə layiqli
töhfə olan monoqrafiya hörmətli filosofumuz
İ.Rüstəmovun gələcək
baxışlarının bir filosof kimi formalaşmasında və
müraciət etdiyi qarşıdakı əsərlər və
problemlərin həlli üçün açar rolunu
oynayacaq,
Bütün bunlar öz şərəfli
və layiqli yerini "M.F.Axundov", "A.A.Bakıxanov"
və " XX əsrin əvvəllərində Azərbaycanda
təbii-elmi və fəlsəfi fikrin vəhdəti" əsərlərində
daha mükəmməl və obrazlı şəkildə
oxucuların stolüstü kitabına, yeni yazılan əsərlərin
mənbəyinə çevriləcək.
O, M.F.Axundov
yaradıcılığında, təkcə
ağrılarımıza, dərdlərmizə yük
olmuş qaranlıqların açılmasını deyil, həm
də onun bugünkü dilimizə açar olmuş ana
dilimizin, əlifbamızın formalaşmasında,
dövrünün, eləcə də bu günümüzün
ictimai-siyasi həyatında tutduğu mövqeyinin fəlsəfi
təhlilini sıralaya bilmişdi. Eyni zamanda İzzət
müəllim bir filosof kimi, Azərbaycan dramaturgiyasının
ilk banisi və nasiri M.F.Axundovun, alman Bondeyştet tərəfindən
şeirləri oğurlanan və Avropada yüzdən artıq
müsiqi yazılmış, o dövrün görkəmli
romantik şairi, M. Ş.Vazehin layiqli tələbəsi kimi
formalaşdığını, o dövrün rus romantik
şair və yazıçıları ilə yaxın
bağlantılara malik olduğunu, rus poeziyasının təməlinin
qoyulmasında əvəzsiz xidmətləri olmuş, klassik
rus şairi A.S. Puşkinin ölümündən kədərlənərək
ona şeir həsr etməsini və Rusiyanın görkəmli
tənqidçisi N.O.Çernişevskinin "Zurna"
almanaxında çap etdirməsinin ədəbi aləmə
açıqlanmasının geniş şərhini
vermişdir.
Xiristiyan dünyasında bir general
kimi xidmətlərindən peşmançılıqhissi
keçirən və buna görə də həc yolunda, həccə
çatmamış öz dünyasını dəyişmiş
Azərbaycanın görkəmli şəxsiyyəti,
"Gülustani irəm" əsərinin müəllifi,
ictimai-siyasi xadim A.Bakıxanovun ədəbi- bədii
yaradıcılığı, fəlsəfi baxışları
onun fəlsəfi-etik əsərlərində əsas yerlərdən
birini tutur.
"XX əsrin əvvəllərində
Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti"
əsəri hörmətli filosofumuzun doktorluq müdafiə əsəri
kimi onun bədii və fəlsəfi təfəkkürünün,
tam formalaşmasında mühüm rol oynamış və
onun şah əsəri olaraq, keçən əsrin əvvəllərinin
olduqca ziddiyyətli, qarmaqarışıq bir dövründə
cərəyan edən və gələcəyimizin
çiçəklənməsinə ünvanlanmış
tarixi, ictimai və siyasi baxışlarının
zümrüd qaşına çəkən ziyasını,
işığını bizlərə ərmağan edə
bilmişdi.
Ümumən, klassik şərq və
qərb filosoflarından, eyni zamanda Azərbaycanın klassik
filosofları Bəhmənyardan, Eynəlgüzatdan,
Şührəvərdidən, Yəhya Şühvərdidən,
Siracəddin Urməvidən üzü bəri və
dövrümüzün H.Hüsenov, Z.Göyüşov,
Firudin Köçərili, C.Əhmədli, T.Rəsulov, C.
Mustafayev, H.İmanov kimi görkəmli filosofları ilə
yanaşı tarixin səhifəsində
yaradıcılığı və fəlsəfi
baxışları tədqiqat obyektinə çevrilmiş
görkəmli filosof İzzət Rüstəmov, təkcə
yuxarıdakılarla kifayətlənməmiş, pedaqoji fəaliyyətində
də ziyalılığın və fəlsəfi fikrin
formalaşmasında mühüm və layiqli yerlərdən
birini tutur.
O, ictimai və dövlət xadimi
olaraq, uzun illər özünə təcrübə etdiyi fəlsəfə
elminin bu və ya digər sahələrinin nəticəsi kimi,
AR Nazirlər Kabinetinin Baş Nazirinin müavini kimi də
bacarıq və qabiliyyətini, bədxah qonşumuz Ermənistanın
işğalçılıq müharibəsi nəticəsində
yerindən, yurdundan yurd olmuş
qaçqın-köçkünlərimizin narahat
dünyasının aradan qaldırılmasına sərf edə
bilmişdi və bununla az da olsa rahatlıq tapa bilmişdi.
Bu yazıda hörmətli
filosofumzun kövrək hisslərinə toxunmaq istəməzdim,
ancaq məcburam, qeyd edim ki, bu elan olunmamış müharibədə
Vətən uğrunda qəhrəmancasına həlak
olmuş Azərbaycanın Milli qəhrəmanı Məzahir
Rüstəmovun atası olaraq bu illər ərzində nələri
yaşamamışdı o, və mən Məzahirin qəhrəmalığını
2008-ci ildə nəşr edilmiş "Göy üzündə
qərib ağlar" kitabıma daxil etdiyim "Gədəbəy
şəhidləri" poemamda ifadə etmişəm.
Qeyd edim ki, İ.Rüstəmov təkcə
bir filosof kimi deyil, həm də təbiəti,
keçmişin ənənəvi dəyərlərini, insani
keyfiyyətləri özündə əks etdirən və
isti münasibətlərə bağlı bir filosof, bir
ziyalı, hər şeydən əvvəl isə alicənab
bir insan kimi tanınmışdı
Əlbəttə, həm
yaxşı insanlar haqqında, həm də mənim ixtisas
peşəmdən kənar, fəlsəfi baxış və
ümumiləşdirmələri özündə birləşdirən
filosoflar haqqında fikirləri, deyimləri və sözləri
bir-birinə cilalamaq, ilgələmək olduqca çətindir.
Eyni zamanda hörmətli
yubilyarımız, İzzət müəllim Rəmə
adlanan örüş yerinin ayağında, Duzdağ deyilən
yerdə mövcud olan və "Port-port" adlanan
bulağı düzəldib adını "İzzət
bulağı" qoymuşdur, belə fikirləşdim ki, bu
yazıya bir "İzzət bulağı" əlavəsi
ilə yubilyarı təbrik edim.
Bu bulağın yaşı, əzəli
qədim,
Yol üstü, çox sayda, mərd
yola salıb.
Salavat bilib də üzə çəkmişik,
Neçə qəm, kədəri,
dərd yola salıb.
Elə aynalanıb neçə diləkdə,
Gülüb, çeşmələnib qarda,
küləkdə,
Gəlib dualanıb hür də, mələk də,
Neçə yad baxışı,
bəd yola salıb.
Dönüb ziyarətə, pirə dönübdü,
Göydəki ruhlar da, yerə,
dönübdü,
Dil açıb bu Rəmə, dərə dinibdi,
Ocaq olub qalıb,
yurd olub qalıb.
Qədim kurqan kimi Duzdağa
bir bax,
Böyründə,
başında yüz dağa bir bax,
Düşmən
olmuşlara gözdağı,
bir bax,
Duyub, duyğulanıb, sərt olub qalıb.
Çiçək
düymə-düymə, gül
düymə-düymə,
Şeh küsüb tökülər,
əl, dəymə, dəymə,
Ocaqda kömbəsi, kül düymə-düymə,
Dəyirman ununa, şərt
olub qalıb.
Seçib, seçmələyib doğmanı,
yadı,
Qalıb ağızlarda, dodaqda dadı,
İzzət bulağıdı çoxdandı,
adı,
Neçə namərdləri, pərt yola salıb.
Bu bulağın
yaşı, əzəli
qədim,
Yolüstü, çox sayda,
mərd yola salıb.
Salavat bilib də üzə
çəkmişik,
Neçə qəm, kədəri,
dərd yola salıb.
Fəxri Müslüm
Ədalət.-2012.-31
yanvar.- S.6.