O GÜNLƏR
QAYITMASIN
Qara xəbərin qorxusu
o gün ki, dünyanı bürüdü-
yanıb kül oldu
ağacların, yarpaqların yuxusu.
O gün ki,
insanların yaxasından
keçdi güllələr;
kömür-kömür oldu boylu zəmilər, -
gündüzləri günəşli, gecələri aylı zəmilər,
bürünüb isti çörək qoxusuna
Vətən torpağı
girdi əsgər Qədrin yuxusuna.
Şirin yuxudan
diksinib güllə səsinə,
iti süngüyə döndü Qədir,
sancıldı düşmənin sinəsinə.
Yaxılanda gözlərə
bu xəbərin acısı,
hardan biləydi Qədrin böyük bacısı;
güllü ağ donu,
ağ güllü yaylığı
qaralacaq həsrətdən
qardaşının qara kağızı kimi...
DÜNYAYLA ÜZ-ÜZ
Üzünə, közünə saçı
dağılmış,
taxtı viran olmuş, tacı dağılmış
Qonur göz, qara qaş, bir qara
oğlan
Dolaşar dünyanı, gəzər
biçarə
axtarar, dərdlərə
tapammaz çarə.
Cüyürün qaçarı, quşun
uçarı...
Qara qaş, qonur köz, o qara oğlan
əlindən, dilindən
salıb itirər
Bir eşqin
sirrinə düşən
açarı.
Getdiyi yollar da dalınca
qaçar,
Gəldiyi yollara könlünü açar.
Torpağında gəzər, göyündə
uçar
Qara qaş,
qonur göz, o qara oğlan.
Qonur gözlərində qara yaş gəzər,
Qara ciyərində qara daş gəzər
Bu varlı dünyada cibi boş gəzər
Qara qaş,
qonur köz, o qara oğlan.
Gözəl sevdalardan sönük
adamlar,
Dost üzündən üzü
dönük adamlar
Qarğıyar o ki var, hey danar onu
Gəzdiyi torpağa,
uçduğu göyə
Getdiyi yollara qısqanar onu.
Beləcə, beləcə yaşar
dünyada
Gözündən, sözündən, özündən
daşar.
Külündən püskürüb, gözündən
daşar
Dünyayla üz-üzə bir
oğlan yaşar...
QALMAZ BELƏ,
QALMAZ DÜNYA
Aşıq Ədalətin
"Yanıq Kərəmi"sini
dinlərkən
Bığ yeri tərləyən
igid,
Girəvə hərləyən igid.
İçində çərləyən igid
Qalmaz belə,
qalmaz dünya.
Sığınar bir xəlvət
döşə,
Qorxar baxtı
bəndə düşə.
Boynunu bükmə, bənövşə,
Qalmaz belə,
qalmaz dünya.
Könül verməzlər şər
vaxtı
Arxanca bir qərib baxtı..
Qara qızın qara baxtı
Qalmaz belə,
qalmaz dünya.
Övladların çıxdı naşı,
Qəm yükünü özün
daşı
Axma anamın göz yaşı,
Qalmaz belə,
qalmaz dünya.
Dünya, qayıt dünyamıza
Arxanca mən su atmışam,
Gözləməkdə
haqlıymışam
Mən ki gedib qayıtmışam,
Dünya, qayıt düyamıza.
Bu bar ayrılıq
barıdır,
Gözəllər
erkən qarıdı
Yarıyan sənnən yarıdı,
Dünya qayıt dünyamıza.
Tale bizi yarıtmadı,
Yaramızı
sarıtmadı,
Nəm gözləri qurutmadı,
Dünya, qayıt dünyamıza.
Daş da dönüb oğul olub,
Ərənlərin nağıl olub.
Körpələrə
noğul doğub,
Dünya, qayıt dünyamıza.
Çəkdik
hər çəkilən
qəmi,
Bu ömür-gün
boş yerəmiə
Götür Əslini, Kərəmi
Dünya qayıt düyamıza.
Torpağında
ah göyərər,
Hər atılan ox göyərər.
Dönməsən
günah göyərər
Dünya, qayıt dünyamıza.
Bir cüt uşaq
əlləri
Anam, bu ağını oxuma, anam...
Məzardan boy atıb, bir
dərd uzanıb.
Yapışıb çökəcək yaxama, anam.
Baş alıb gələcək
yuxuma, anam.
Anam, bu ağını oxuma, anam,
Hələ qurumayıb gözümün
yaşı.
Gözümün
yaşına çöküb
islanıb,
Hələ qurumayıb körpə
başdaşı.
O ürəyim
qardaş, o canım qardaş,
Çözələnmiş
ümid-gümanım qardaş,
Gözümün
yaşını gəlib
aparar,
Mənim varım-yoxum bu son umuddan
Bircə təsəllidən gəlib qoparar.
Anam, bu ağını oxuma... anam!
Bu dərdə-bəlaya
yazar qardaşım.
Şirin yuxusundan haram oyanıb,
Yol alar üstümə, qaçar üstümə,
Körpə əllərini açar
üstümə.
Anam, bu ağını oxuma, anam,
Səsinə məzardan oyana
bilər.
O körpə ürəyi, uşaq ürəyi
Qüssə harayına, qəm
naləsinə.
Qorxudan döyüküb dayana bilər.
Top-top oynamağa
gələr məzarda,
Qaranlıq qəbirdə topunu tapmaz,
Birdən əl uzadıb axtarar orda,
Hey gəzib vurnuxar, qapını tapmaz.
Anam, bu ağını
oxuma, anam.
O soyuq qəbirdən, oyuq qəbirdən
Bir cüt uşaq əlləri göyərib
qalxar...
Qarabağsız
(Mahir muğam ustadlarından biri çadır şəhərciyində:
- Xoş gəldin elinə, obana, nə yaxşı... dedi mənə və
"Şuşanın dağları"nı oxudu...)
Dostlar, bağışlayın, əliboş
gəldim,
Gəldim qapınıza mən, Qarabağsız.
Vallah, gözlərimdən çəkilib
getmir
Duman Qarabağsız,
çən Qarabağsız.
Ələ qələm aldım,
əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən, Qarabağsız.
Sel də yox Saranı
gəlib aparsın,
Bu dərdi, bəlanı
bölüb aparsın.
Qoymayın sürüşüb, silib aparsın
Qara saçlarımı
dən, Qarabağsız.
Könül sevdan vətən
adlı bir bağa,
Göz aç, bir gör bağban kim oldu,
qağa.
Dəmyə taleyinə min yağış
yağa,
Bitirməz bir sünbül, dən, Qarabağsız.
"Qalmaz belə, qalmaz dünya" yazanda,
Ümid közərirdi könül
sazında.
Zakir Fəxri hər üzünə yozanda,
Anasız yetimsən sən, Qarabağsız.
Zakir Fəxri
Ədalət.-2013.-3
aprel.-S.4.