YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

 

İSTEDADLI ŞAİR TOFİQ HÜSEYN – 3

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

VƏ NƏHAYƏT MƏNİM TANIDIĞIM ŞAİR TOFİQ HÜSEYN HARADA O "İŞIQ"lı GÜNLƏR…

Yox, beynimi yordu bu yazı, heç dəxli olmasa da yazacam, amma düşünürəm ki, dəxli var. Necə dəxli yox ki, bir zamanların çox tanınan şairlərindən biri "indi artıq on ildir şeir yazmıram" - deyir və hətta şeir yazmamağı bir yana, ümumiyyətlə, ədəbiyyata canında bir qıdıq var, baxmayaraq ki, özü də indi elə ədəbiyyatdan bir o qədər də uzaq deyil. Onun içindədir. Bizim qəzetlərdən birinin xüsusi müxbiri olaraq yazılar yazır. Amma çox maraqlıdır ki, o yazıları nədən o bədii ədəbiyyat hesab eləmir, bax bunu mən tam anlamış deyiləm.

Bir zamanlar da eynən gözəl publisistik yazılar yazan və hətta görüş anlarında tez-tez xatırladığımız gözəl və unudulmaz şairimiz İsa İsmayılzadənin bir şair olaraq hər zaman simpatiya ilə yanaşdığı Tofiq Hüseyng

Uzun bir zaman kəsiyindən sonra, yəni üz-üzə təxminən 10 il görüşmədikdən sonra, amma gənclik illərimizdə daha tez-tez görüşdüyüm Tofiq Hüseyn mənə yazar Azər Abdullanın yanından telefon açır və təbii ki, ilk sözü bu olur: tanımadınmı? Bir müddət dayanıram, bu aradan o istifadə eləyir. Məni çox yormamaq üçün, təbii, bu da bir mədəniyyətdir, bəs Tofiq Hüseyndir, - deyir.

Bir Tofiq Hüseyn (ov) da var, o tənqidçidir.

şair Tofiq Hüseyni səsindən indi artıq aydınca tanıyıram bir az danışandan sonra, mənim dəvətim üzərə: Mən oralara, Yazarlar Birliyinə gəlmək istəmirəm, - deyir.

Tofiq ilk yazar deyil mən bunu bir çox ədəbiyyat adamından eşitmişəm, amma bunun anlam daşıdığının fərqinə varmasam da, düşünmüşüm ki, hər kəsin öz işdir bu, amma bir az dərininə varanda, mən bu adamların Yazarlar Birliyindən incik düşdüklərinin alt qatını da görürəm belə anda həqiqətən əsəbiləşirəm bir az sərt olsa: a balam, bura mənim kiminsə ata-dədə evi deyil, buranın qapısı hamının üzünə açıqdır siz nədən bunu bu qədər şişirdirsiniz, bilmirəm.

Baxın, həqiqətən daha başqa bir neçə şair, məsələn, çox sevdiyim Zakir Fəxri bir dəfə belə bir şey dedi, amma vallah, heç bir şey anlamadım düzü. Anlamadığım üçün (yox bir az anlayıram) yenə düşünürəm ki, bu onların şəxsi işidir.

Sonra düşünürəm ki, bu ŞƏXSİ işlər görün hara qədər gedib çıxırg

Keçmişlərdə çox aktiv ədəbiyyat adamı olan, şair Tofiq Hüseynlə görüşürük oturub xeyli dərdləşirik, ötənlərə qayıdırıq, Tofiq Hüseyn elə hey yazar Məmməd Orucu soruşur, o da gəlir, onu da çağırıram çox az oturur bizimlə, amma Tofiq Hüseyn onu bir neçə dəfə soruşduqdan sonra mən onu çağırıram Yazarlar Birliyində bir şahmat "dərsi" var, bir çoxları ən azından bu şahmat oynamaq üçün buralara gəlir, şükür ki, bir şey şirnikdirir onları. Baxıram ki, bu yazarlar Natəvan klubunda olan görüşlərin heç birisinə getmirlər, lap qulaqlarının dibində olsa belə. Bu da onların işidir düşünürəm.

Amma bu da dərin bir şeydir. Maraqlıdır, mən Tofiq Hüseynlə söhbət ərəfəsində bir neçə dəfə "şeir yazırsanmı, deyə inadla soruşaram, o bir az da gülümsünərək :yox, yazmıram", - deyir.

Amma əsəbiləşmir.

Sonra işlə məşğul olduğunu soruşuram doğrudur indi məşğul olduğu şeir yazmaqdan daha sərfəli xalq, millət üçün daha gərəkli bir şey mən bir az da təəccüblənirəm. Baxın bizim bir çox yazarlarımız bu BİLGİSAYARA, KOMPÜTERƏ yad baxsalar da, onlar barmaqla yazmağın daha dadlı olduğunu düşünürlər (məsələn: gözəl yazar Nəriman Əbdülrəhmanlı) bəli, onlar bu kompüter olayına dırnaqarası baxsalar da, şair Tofiq Hüseyn indi mərəzdən uzaqda Əlibayramlıda yaşasa da bir KOMPÜTER ÖYRƏTMƏ (loru dildə desək) müəssisəsi qurmuş daha mühüm bir olaraq gələcəyin vətəndaşlarına bu kompüterlə necə çalışmaq kimi bir vərdişin dərsləriylə məşğuldur, özü birbaşa dərs vermir, amma dərs verən, öyrədən müəllimləri var.

Mən fəxrlə baxıram Tofiq Hüseynə bu işi qurduğu üçün, amma, sadəcə düşünürəm ki, gözəl : bir ziyalı şair indi daha mühüm bir işlə məşğuldur bunu hələlik yürüdə bilir hər il bir neçə azərbaycanlı balasına kompüterdə işləmək imkanını saxlayırsa, gözəl düşünürəm.

özümün şeir yazmaq sənətinə bir o qədər keyfli baxışım olmasa da, düşünürəm ki, Tofiq Hüseyn neyçin şeir yazmır heç yazmır. Mən inad edirəm ki, deyirəm ki, Tofiq indi daha yaxşı şeirlər yaza bilərsən, çünki həyatını nisbətən qurmusan sən indi daha özünlü şeirlər yazıb oxucularını sevindirə bilərsən (bu SEVİNDİRMƏK məsələsi bir az sovet cağını xatırlatdı məncə, olsun) ən azından dostların səni oxuyar, amma yox, Tofiq heç şeir yazmayıb BU SON ON İLDƏ şeir yazmağı bir yana bu ədəbiyyat aləmindən qədər uzaq duşübsə Yazarlar Birliyinin pilləkənləriylə aşağı düşəndə gözəl tənqidçimiz Arif Əmrahoğlu qabağımıza çıxır mən görüşürəm, baxıram ki, Tofiq lal-dinməzdir, tanış eləyirəm: Arif müəllimə deyirəm bu şair Tofiq Hüseyndir Tofiq Hüseynə deyirəm ki, bu da bizim gözəl tənqidçimiz Yazarlar Birliyinin katibi Arif Əmrahoğludur.

Təbii, burada qeyri-adi bir şey olmasa da bunun alt qatında vallah, insanı incidəcək bir çox məqamlar da var. Mən bunun üstündən Tofiq Hüseynə bir misal danışıram.

Deyirəm ki, İstanbulda olanda eşitmişəm bunu. deyirəm ki, bir türk bir bakkala, bizimcə bir dükana girir sakitcə soruşur: Əfəndim, sizdə ƏTİN KİLOSU KAÇDIR.

Yəni, ətin kiolusu neçəyədir?

Dükançı baxırg baxır dərindən bir ah çəkərək soruşur:

Əfəndim, SİZ KAÇ YILDIR ƏT YEMİYORSUNUZ?

Yəni bizimcə: SİZ NEÇƏ İLDİR ƏT YEMİRSİNİZ?

Təbii, mən bu misalı oradan ayrılandan sonra Tofiq Hüseynə danışıram. həqiqətən bizim ziyalıların bir-birindən qədər qopuk düşdüyünün fərqinə varıram.

Yox, bu artıq bizim hər birimizin şəxsi işimiz deyil. Bir zamanların aktiv bir şairinin indi ən gözəl tənqidçini və Yazarlar Birliyinin katibini tanımaması adi bir hal deyil mənim fikrimcə.

Və mənə elə gəlir ki, hətta Tofiq Hüseynin bu gün qurduğu işdə məhz onu yazarlığı böyük bir təkan olmuşdur. Tofiq Hüseyn ət dükanı açmamış, paltar-palaz mağazası açmamış (bunları açsaydı da bir qəbahət yox, məncə) və bir çox yaxşı insanların köməkliyi ilə bizim gənc insanlarımıza çağımızın çox vacib bir işini öyrənmək üçün irəli durmuşdur. Bunu ancaq və ancaq alqışlamaq mümkündür.

Və yenə də deyirəm: vsetaki Tofiq, indi sən daha yaxşı şeylər yaza bilərsən, ona gərə ki, sən yalnız ədəbiyyatdan ədəbiyyat kimi yararlanacaqsın, daha mütləq 12 min işarət yazım və filan qədər (şayət versələr) alım kim bir ağrın olmayacaq.

Bu var işin içində və düşünürəm : Tofiq Hüseyn güman ki, yaxşı şeylər yazacaq bizim ədəbiyyatımız üçün. Ona görə belə deyirəm ki, ən azından onun yazılarını bizim gözəl şairlərimizdən biri İsa İsmayılzadə çox sevirdi.

Not: Baxın, əyər siz mənim onunla olan bir öncəki iki yazımı oxumusunuzsa, deməli mən o zaman yanlış düşünməmişəm. Tofiq Hüseyn çox nəfis və gözəl şeirlər olan bir kitab yayınlatdı. Televizyona çıxdı. O verilişə ki, hər adam ora çağırılmır. İstanbıl türkləri demiş: DARISI BƏZİLƏRİNİN BAŞINA.

 

 

abdin41@mail.ru

 

www.tofigabdin.com

 

Tofiq Abdin

 

Ədalət.-2013.-13 aprel.-S.15.