Bu hava…
Sən
qəmin əlçatmaz yuvasını tap,
Dərdin
məlhəmini, davasını tap.
Axtar
öz dünyamın havasını tap -
Mənim
sümüyümə düşməz bu hava.
Viranə
könlümdə gül əkənə bax,
Qarşımda
dikələn pilləkənə bax.
Yolumu
bağlayan çiləkənə bax -
Mənim
sümüyümə düşməz bu hava.
Özüm
də bilmirəm nəçiyəm, kiməm
Dirilik
suyunda gərək ta çiməm.
Alın
yazısında köklənmiş siməm -
Mənim
sümüyümə düşməz bu hava.
Nə
bir az dilə tut, nə yandır məni,
Bəxtimdir
sızladan bu andır məni.
Yolumdan
saxlama amandır məni -
Mənim
sümüyümə düşməz bu hava.
Daşımaq
çətindir bu ağır yükü,
Bir də
necə qalxım yoxuşu, diki?
Üstümə
qaçsa da o yol, o səki -
Mənim
sümüyümə düşməz bu hava.
Dəhnədən
bulandı suyum, dəhnədən
Mənə
pay düşmədi dolu təhnədən.
Oynağan
deyiləm elə köhnədən -
Mənim
sümüyümə düşməz bu hava.
Göyərdi
dilimdə bayatı, ağı
Heç
yaz da göyərtməz quru budağı.
Harama
yaraşır oynamaq axı -
Mənim
sümüyümə düşməz bu havag
Dünya
Hər
addımı kəm - kəsir,
İçimdən
yellər əsir.
Görən
hara tələsir -
Ətəyi daşlı dünya?
Yaxşı - yaman tanımaz,
Yüz yol de "can" - tanımaz.
Möhlət - aman tanımaz
-
Cəngli - savaşlı dünya.
Heç
fərqi varmı yaddan,
Qartıyıb düşdü daddang
Atlını salır atdan -
Qarlı - yağışlı dünya.
Arası
yoxdu xamla,
Yola getmir adamla.
Sevinci bircə damla -
Ölüm "naxışlı" dünya.
Hərdən sirli - soraqlı,
Gah günahgar,
gah haqlı.
Əzəldən qaş-qabaqlı -
Dərdli-qarğışlı dünya.
Hər yetəni yarıtmaz,
Qəmi
bol, sevinci az.
Yalmanına əl çatmaz
-
Eniş-yoxuşlu dünya.
Dar məhbəsdir, kahadır
Zəhəri də bahadır.
Şeytandır, əjdahadır -
Bu yeddi başlı
dünya.
***
Ağ saçlar illərin sazağı, qarı
Hər kövrək
xatirə oddu, ocaqdı.
Anlar ötüb keçən sürət qatarı,
Ölüm axırıncı dayanacaqdı.g
Tanıdım səni
Bilmirəm yolumuz harda kəsişdi,
Bilmirəm heç niyə gəldik üz-üzə?
Nə sənin qismətin ovcuna düşdü,
Nə mənim
istəyim çevrildi
közə.
Şirin
yalanlarla ovundum bir az,
Gördüm tez alışıb sönən ocaqsan.
Elə bilirdim ki, yersiz
əda, naz
Səni
bezdirəndə qayıdacaqsan.g
Getdin...
gözlərimdə gilələndi
yaş,
Sinəmdə gizlicə sızladı ürək.
O sevgi bağrımdan qopan qara daş,
Təzədən gəlişin nəyimə
gərək?
Ötəri istəklə göyərərmi
dən,
Nə səsim
isitdi, nə adım səni.
Yaxşı ki, ölmədim
mən həsrətindən,
Yaxşı ki, vaxtında tanıdım səni.g
Yaşadım
Od idim, alışqan idim
Yamanca dalaşqan
idim.
Bir atlı qarışqa
idim,
Yükümü dartıb yaşadım.
Haqdan gəldi havam, suyum
Sıralandı ilim, ayım.
Elə ki, uzandı boyum,
Azalıb-artıb yaşadım.
Bağlananda qapı-baca,
Əyilmədim ehtiyaca.
Tanrıya əl aça-aça,
Yüyürüb-yortub yaşadım.
Coşub
daşanda sel kimi,
Gəzdim sevginin ilkini.
Göylərin bulud kürkünü
Üstümə örtüb yaşadım.
Səddi
aşdım göynədilər,
Məni didib çeynədilər.
Üzümə xoş söz dedilər,
Utanıb-pörtüb yaşadım.
Söz mülkünə təzə
gəldim,
Hərdən yaman gözə gəldim.
Ölümlə üz-üzə gəldim,
Kəfəni yırtıb yaşadım.g
Güllə
Tüfəngdən ayrılan güllə
də
Qəzəbi şahə qalxan
Kütlə kimi
Qana həris
olur.
Kim nə deyir, desin
Güllə "azadlığının"
Sonu pis olur.g
Çəkdim
Saçına sığal çəkib
-
Hördün - şəklini çəkdim.
Hərdən gəlib yuxuma
Girdin - şəklini çəkdim.
Soraqladım ilkimi,
Aşıb daşdım sel
kimig
Ümman
boyda sevgimi
Gördün - şəklini çəkdim.
Bağrına basdın yadı,
Qaçdı ağzımın dadı.
Gözümdə yaş qaynadı
-
Dərdin
şəklini çəkdim.g
Hikkəyə bax
Göy gurlayır, qaralır qaş
Diyirlənir yamacda daş.
Dərələrdən yavaş-yavaş
Selin səsi-küyü
gəlir.
Sular daşır axın-axın,
Silkələnir uzaq-yaxın.
Hikkəyə bax, yenə dağın
"Ağzından" qan iyi gəlir.g
Bu gecə
Zülmətdə azdırdım qəmi,
Qəlbdə ümid şamı yanır.
Gecə
nazlı bir qız kimi
Yatağımda xumarlanır.
Siyah saçlı bu gözəlin
Düşüb üstümə kölgəsi.
Sükut
buraxmır yaxına
Uzaqlardan gələn səsi.
İçimdə dəli ehtiras,
Dilimdə öpüşün dadı.
Kipriklərimlə gəzirəm
Sinəmdə közərən odu.
Zülmət boyalı anların
Sükutu sığmır qəfəsə.
Barmaqlarım sığal çəkir
İçimdə hıçqıran səsə.
Oyaqdır nə yol, nə küçə
Ulduzlar hara köç edir?
Boynuma sarılıb gecə,
Görəsən saat neçədir?..
İsmayıl İmanzadə
Ədalət.-2013.-11 aprel.-S.7.