"Mənim
sevimli dəlim" Londonda
Tamaşa aprelin 13-ə dək
davam edəcək
"Tristan
Bates" teatrında Londonda
fəaliyyət göstərən
Azərbaycan Cəmiyyətinin
(AZICS) və ALOFF teatrının
təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin və ölkəmizin Böyük Britaniyadakı
səfirliyinin dəstəyi
ilə Baş nazirin müavini və Azərbaycan xalq yazıçısı
Elçin Əfəndiyevin
"Mənim sevimli dəlim" pyesi əsasında eyniadlı tamaşanın premyerası
olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları,
bu ölkədə fəaliyyət göstərən
Azərbaycan təşkilatlarının
təmsilçiləri, Britaniya
rəsmiləri və
ictimaiyyət nümayəndələri
iştirak etmişlər.
Tədbiri açan AZICS-in sədri Sənan Əliyev
tamaşa haqqında iştirakçılara ətraflı məlumat
vermiş, tamaşanın təşkilində verdikləri dəstəyə
və köməyə görə müvafiq qurumlara minnətdarlığını
bildirmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin
Qurbanov mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyətindən
bəhs etmişdir.
Bildirilmişdir ki, mədəni tədbirlər ölkələr
arasında körpü rolunu oynayır. Xalqların
bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin
yaranmasında mədəniyyətin misilsiz önəmi
vardır.
Elçin Əfəndiyevin həyat və
yaradıcılığı haqqında
iştirakçılara ətraflı məlumat verən səfir
qeyd etmişdir ki, E.Əfəndiyev 100-dən çox
kitabın müəllifidir, əsərləri 40-dan artıq
dilə tərcümə edilmişdir. 1960-cı illərdə
tanınmağa başlamış yazıçı sovet
rejiminin qoyduğu məhdudiyyətlər çərçivəsində
işləmiş və təsdiqlənmiş realizm
konsepsiyasından məharətlə istifadə etmişdir.
Onun əsərləri "Elçin
teatrı" kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri
dəyərlərlə birləşdirən incə bir
metodologiyadır. Yazıçının
bütün əsərlərinin nümunəvi olduğunu
diqqətə çatdıran diplomat, "Şekspir"
pyesinin xarici tamaşaçılar tərəfindən
xüsusi rəğbətlə
qarşılandığını vurğulamışdır.
Daha sonra nümayiş etdirilən "Mənim sevimli dəlim"
tamaşası qonaqlarda böyük rəğbət
doğurmuşdur.
Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan
edir. Səhnədə müxtəlif personajların məzhəkə
elementləri yer almışdır. İntihara
meyilli, anormal olan bu personajların hər biri öz gerçəkliyində
yaşayır, lakin buna baxmayaraq, nə yollasa bir-biri ilə dil
tapır. Bəs onların hansı biri daha
sərsəmdir? Əslində, bu personajların hər
biri "dəli" roluna namizəddir, amma təbii ki, bu
fantaziyalar xaosuna təsadüfən düşmüş
ağlı başında olan yeganə adam
dəli olaraq qəbul edilir.
Mattev Qouldun quruluşçu rejissorluq etdiyi tamaşada bəstəkar
Məmməd Ənsarinin musiqisi səsləndirilmişdir. Pyes aktyorlarRiçard
Stirling, Oliver Mavdsley, Ralf Boqard, Daniel Robinson, Qaret Bennett-Ryan,
Danni Vainrayt, Andrev Saykesvə aktrisalar Viktoriya Farley, Viktoriya Sye
tərəfindən canlandırılmışdır.
Tamaşadan sonra "Sobranie" restoranının sponsorluğu ilə qəbul təşkil edilmişdir. Tamaşa aprelin 13-ə dək davam edəcəkdir.
Ədalət.-2013.-11 aprel.-S.8.