"Hakimiyyət mexanizm
tapmalıdır"
Fərəc Quliyev: "Ayrılan vəsait kommunal
xərcləri ödəmək, aparatı saxlamağa
belə yetmir"
Müsahibimiz Milli Dirçəliş
Hərəkatı Partiyasının sədri, millət vəkili
Fərəc Quliyevdir
- Fərəc bəy,
qarşıdan prezident seçkiləri gəlir. Seçki
öncəsi siyasi situasiyanı necə dəyərləndirirsiniz?
-
Bizim ölkənin siyasi nəbzi təbii ki, Qarabağla vurur.
Hər hansı bir sahədə irəliləyişlər
olsun, problemlər olmasına baxmayaraq, Qarabağ probleminin həll
olunmamış qalması təbii ki, siyasi proseslərə
ciddi təsir göstərir. Çünki 20 faiz
torpağımızın işğal altında olması, o
deməkdir ki, biz
potensialımızın 20 faizindən
doğru-düzgün istifadə edə bilmirik.
Yeraltı-yerustu sərvətlərimizdən yetərincə
yararlanmırıq. Eyni zamanda 1 milyondan artıq soyadışımızın
qaçqın və məcburi köçkün olması
ölkə üçün böyük yükdür. Ancaq
bütün bunlara baxmayaraq, bizim potensialımız imkan verir
ki, indikindən daha yaxşı vəziyyətdə davranaq. Ən
azından elə eləmək olar ki, münasibətlər
sistemində bir dönüş yaransın. Bu dönüş
barışığa söykənən, sabitliyə gətirib
çıxaran səviyyəsində olmalıdır. Belə
bir dönüşün olması siyasi münasibətlərin
razborka səviyyəsinə deyil, masa arxasında, parlament səviyyəsində,
bir-birini təhqir etmədən, bir-birinə hədə-qorxu
gəlmədən ümumilkdə cəmiyyətin
inkişafına töhfə verə bilər. Bu
barışığın oturuşması üçün
hakimiyyətdən də daha çox şey
asılıdır. Hakimiyyət mexanizm tapmalıdır. Mən
məsuliyyəti tək hakimiyyətin üzərinə qoymuram. Ancaq bu
addımlar onlar tərəfindən atılmalıdır və
cəmiyyətin hər bir hissəsi, siyasiləşmiş və
siyasiləşməmiş hissəsi də məsuliyyətin
onunda üzərində olduğunun fərqində
olmalıdır. Çünki, ölkənin ümumilli məsələlərində
"mənim", "sənin" yoxdur. Bu dövlət bir
hakimiyyətə məxsus deyil. Dövlət özü
bütövlükdə bizim məhsulumuzdur. Biz də dövlətin
balalarıyıq. Bu dövlət babanın xidmətində
bütün hər kəs durmalıdır. Bu prizmadan baxanda Azərbaycan
adlı gəminin vəziyyəti o qədər də normal
deyil. Kənardan vuran dalğalar Azərbaycan adlı gəminin
normal hərəkətinə maneə yaradır. İstəyirik
qonşularnan sıfır problemi olsun, ancaq baxırsan ki, Ermənistan bizimlə müharibə
aparır, İran hər an bizi təhdid edir. Belə bir vəziyyətdə
bu gəminin sakinləri olaraq hər birimiz gəminin batmaması
üçün vahid mövqedən çıxış etməliyik.
Mən o mənada ölkənin
çox da normal olduğunu düşünmürəm. Aztəminatlı
ailələrə kifayət qədər vəsaitin
ayrılmasında çatışmazlıqlar,
israfçılıq var. Ordu quruculuğumuzda çox
böyük inkişaf olmasına baxmayaraq, bu sahədə də
müəyyən problemlər var. Orduya sahib
çıxmağı təkcə dövlətin
üstünə yükləmək olmaz.
- MDHP-da seçkilərə
hazırlıq işləri hansı səviyyədədir?
- Siyasi fəaliyyətimizdə prezident seçkilərində iştirakı vacib hesab edirik. Yarışı qarşı tərəfi təhqir etmək, onu hörmətdən salmaq, onu ucuzlaşdırmaq kimi baxmırıq. Azərbaycanda prezidentliyə namizəd olacaq hər bir şəxs qiymətli insanlardırlar. Bizim seçkilərə baxışımız fərqlidir. Çalışırıq ki, siyasi mübarizəni masa arxasına keçirək. Biz artıq dövlətimizi qurmuşuq. Sadəcə dövlətin inkişafı ilə bağlı ağıl, platforma komanda yarışması olmalıdır. Bunun fonunda onu deyə bilərəm ki, seçkilərə hazırlıq işləri gedir. Hazırlığımız indidən başlamayıb. Biz fəaliyyətimiz dövründə seçkiyə hədəflənirdik.
- Partiya
seçkilərdə öz namizədi ilə
iştirak edəcək?
- Bizdə ümumi rəy ondan ibarətdir ki, partiyanın özünün namizədi olsun. Bu mən də ola bilərəm, ya başqası da. Böyük ehtimalla mənim namizədliyim irəli sürüləcək. Başqa müraciətlər də var. Bütün hallarda düşünürük ki, seçkidə öz namizədimizlə iştirak edək.
- ATA Bloku ilə əməkdaşlığa dair razılığa gəldiniz.
Maraqlıdır niyə məhz Ata Bloku?
- Biz istənilən təşkilatla siyasi mühitin demokratikləşməsi, seçkilərin səffaf, demokratik keçməsi, seçki mühitinin normal olması, bütün bu məsələlərlə bağlı hər kəslə əməkdaşlıq etməyə hazırıq. Əslində bu əməkdaşlıqla bağlı müqavilə bağlanmır. Cəmiyyətdə hər kəs buna əl qoymalıdır. Biz Blok siyasətinə qarışmırıq. Heç bir blokun tərkibində deyilik və olmayacayıq. Məsələ burasındadır ki, bloka daxil olanda öhdəliklərin olur və yaxud da sənin müttəfiqinin etdiyi səhvlərin daşıyıcısı olursan. Bu təhdidləri üzərimizə götürməməkdən ötrü müstəqil fəaliyyət göstərməyə meylliyik. Onu da nəzərinizə çatdırım ki, bizim partiya başqa partiyalardan fərqlənir. Bizim strukturda departament sturukturu var. Qərbi Azərbaycan, Bakı Kəndləri, Güyen Azərbaycan, Borçalı, Qarabağ, Dərbənd departamentlərimiz var. Biz Azərbaycanın bütün problemləri ilə bağlı Adekvat İnstitutlaşmışıq. Bizim partiya Blok şəkilində bir qurumdur. Belə deyək ki, cəmiyyətin bütün eloktoratlarını öz ətrafında toplayıb. Ancaq buna baxmayarq, biz Ata Bloku ilə əməkdaşlıq edəcəyik. Orda 22 partiya təmsil olunur. Onlardan 9-u qeydiyyatdan keçib. Dərin inteqrasiya üçün ortaya iradəmizi qoyduq.
- Parlamentdə olan partiyaların birliyinin
yaradılacağı yönündə fikirlər var. Sizə bu yöndə
hər hansı təkliflər olub?
- Hələlik belə bir birliyin yaradılması hiss olunur. Mən düşünürəm ki, ən azından bir düşüncə ətrafında birləşməyə çox böyük ehtiyac var. Milli Məclisdə çox böyük, bacarıqlı insanlar var. Bəzi məsələlərdə heç bir anlaşma olmadan belə birgə fəaliyyət göstərmək olar. Məsələn, onu deyim ki, mən millət vəkili seçildiyim ilk gündən Milli Məclisdə Qarabağ məsələsi ilə bağlı Qarabağ Daimi Komitəsinin yaradılmasını təklif etmişəm. Hətta bir dəfə irad tutdum ki, mən özüm AVRONEST-in üzvü kimi müxtəlif ölkələrdə Qarabağla bağlı çıxış etdiyim halda Milli Məclisdə Qarabağ dinləmələri edə bilmirik. Bu anormal bir məsələdir. Bu tipli məsələlərdə partiyaların birgə təşəbbüslə çıxış etməsi vacibdir.
Bu əməkdaşlıqlar fayda gətirə bilər.
- Siyasi təşkilatlara, o cümlədən sizə maliyyə yardımı ayrılıb. Maraqlıdır, həmin vəsait sizin seçki hazırlığınıza nə kimi təsir göstərir?
- Siyasi politikanın normal, ayaq üstə durması üçün siyasi partiyalara maliyyə ayrılması normaldır. Ancaq ayrılan vəsait olduqca azdır. Cəmi 2,5 milyon manat vəsait ayrılıb. Bunun da yarıdan çoxunu hakim partiya götürüb. Adi bir kənd yolu üçün 6, 7, 10 milyon pul ayrılır. Mən may ayından siyasi partiyalara ayrılan vəsaitin artırılması üçün təkliflərimi verəcəm. Bizim partiya üçün deyim ki, ayrılan məbləğı aylara böləndə 8 min manat vəsait düşür. Bu komunal xərcləri ödəmək, aparatı saxlamağa belə yetmir.
- Nədənsə maliyyə yardımı alan və almayan siyasi təşkilatlar da bundan narazıdır...
- Əslində siyasi
palitranın doğru-düzgün yön alması üçün mojaritar və proporsional sistemin birgə
tətbiqi çox vacibdir.
Onda siyasi güclər bəlli olar. Ondan sonra da bir maliyyələşmə
mexanizmi olar. Ancaq elə partiyalar var ki, qrantlar
yolu ilə külli miqdarda vəsait alırlar. Elə partiyalar da var
ki, yalnız xalqa güvənir. Maliyyə qaynağı da öz resurslarıdır.
Biz də sonuncu
kateqoriyaya aid olan siyasi təşkilatlardanıq.
Ancaq çətinliklər çəkirik.
Mən düşünürəm ki,
dövlət siyasətlə
məşğul olan təşkilatlara özü
sahib çıxmalıdır ki, siyasi təşkilatlar
kənardan pul almasınlar.
- "El" Hərəkatı
yaradıldı. Bu hərəkata sizin münasibətiniz necədir?
- Mən ümumiyyətlə
təşkilatlanmanın tərəfdarıyam.
Millət təşkilatlanmalıdır.
Ancaq biri var ki,
bu birliklər millətinə, dövlətinə
sahib çıxmaq üçün
yaradılır. Biri də
var ki, bu
birliklər mövsümi
olaraq, xüsusən kiminsə maraqlarına xidmət edir. Əgər "El" Hərəkatı
sabah Azərbaycan
xalqının xidmətində
duracaqsa alqışlanacaq.
Yox, əgər əks tərəfdə dayanacaqsa həm lənətlənəcək, həm
də qarşında millətçi qüvvələri,
o cümlədən bizi
görəcək.
Onu da qeyd edim ki,
bu mövsümi təşkilatların uğur
qazanacağına inanmıram. Mən dediyim
kimi milli maraqlara xidmət edəcəklərsə onlara
uğur arzu edirəm. Ancaq ümumilikdə mən
"El" Hərəkatının ciddi uğur qazanacağına inanmıram.
- Necə özəy təşkilatınız
var?
- Bütün rayonlarda özəklərimiz var. Ancaq
rayon təşkilatı kimi
fəaliyyət göstərmələrində
maliyyə imkanlarımiz
məhdudluğundan bir
sıra problemlərimiz
olur. Ümumilikdə 48 rayon təşkilatlarımız var. Təşkilatlanma işlərimiz
hazırda da davam edir.
- 48 rayon təşkilatı
səviyyəsində seçkidə
qalib gəlməyi planlaşdırırsınız?
- Bizim sosial potensialımız
hərəkatçı dostlarımzıdır.
Biz heç də
düşünmürük ki, siyasi hakimiyyətə
gələndə mütləq
kadr dəyişikliyi getməlidir. Bu yöndə yanaşmamız
fərqlidir. Biz düşünürük ki,
Reportasizasiya, siyasətləşdirmə
siyasəti aparılsın. İşlək kadrlar yerində
qalsın. Onlar siyasətə
qarışmasınlar. Biz siyasi hakimiyyətə
gəlməyi yalnız
düşüncəmizi hakimiyyətə
gətirmək kimi baxırıq.
Ədil Ədilzadə
Ədalət.-2013.-12 aprel.-S.5.