Şuşalılar “Dolu”nu ayaq üstə
alqışlarla qarşıladılar
Aqil Abbas: “Qarabağ uğurunda
savaşa da əlimdə avtomat sizinlə birgə gedəcəyəm”
Dağlıq
Qarabağın Azərbaycanlı İcması İctimi Birliyi
60 illik yubileyi və "Şöhrət” ordeni alması
münasibəti ilə yazıçı, millət vəkili
Aqil Abbasla Şuşa ictimaiyyətinin
görüşünü təşkil edib. Görüş
Şuşa rayon İcra Hakimiyyətinin binasında baş
tutub. Rayonun icra başçısı Qarabağ
İcmasının sədri Bayram Səfərov Aqil Abbası tədbir
iştirakçılarına təqdim edərək onun bir əsgər,
yazıçı, millət vəkili və vətəndaş
kimi Qarabağın azadlığı üçün
gördüyü işlərdən danışıb.
İcra
başçısı bəyan edib ki, Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin baş
komandalığ altında yaxın vaxtlarda Dağlıq
Qarabağ və işğalda olan ətraf rayonlar düşmən
əsarətindən azad ediləcək: "Biz bu həqiqətə
inanırıq. Aqil Abbasın bütün əsərləri,
bütün fəaliyyəti məhz bu həqiqət üzərində
qurulub”.
Tədbirdə
Aqil Abbasın ssenari müəllifi olduğu "Dolu” filminin
yaradıcı heyəti də iştirak edib. Bayram Səfərov
filmin ssenari müəllifi və yaradıcı heyətini təqdim
edəndən sonra sözü Aqil Abbasa verib. Aqil Abbas hər kəsin
Qarabağ uğurunda müharibəyə hazır olduğunu
deyərək, yazılan əsərlərin, çəkilən
filmlərin məhz bu səpkidə olmasının vacibliyini
vurğulayıb: "Cənab prezident İlham Əliyevə
minnətdaram ki, məni "Şöhrət” ordeni ilə təltif
edib. Həmişə özümü xalqımın ən
sıravi üzvü hesab etmişəm. Qarabağ uğurunda
savaşa da əlimdə avtomat sizinlə birgə gedəcəyəm.
Torpaqlarımızın işğaldan azad olacağına hər
an inanmaq düşmən üzərində qələbə
qazanacağımız günü yaxınlaşdırır.
İndi baxacağınız "Dolu” filmində də
bütün kollektivlə birgə insanlarımıza məhz
bu inamı aşılamağa
çalışmışıq.
Tədbirdə
"Dolu” filmi də nümayiş olunub. Şuşalı
tamaşaçılar filmi ayaq üstə alqışlarla
qarşılayıblar. Tədbirin sonunda Bayram Səfərov həm
doğum gününə, həm də yüksək
mükafata layiq görüldüyünə görə
yubliyara bahalı hədiyyələr verib.
Anar
Ədalət.-2013.- 12 aprel.-S.3.