Ana, bizə indən belə gərəksən
Təzə-təzə
yetişirik ərsəyə,
Ana, bizə indən belə
gərəksən,
Zəhmətinin
bəhrəsini görməyə,
Ana,
bizə indən belə gərəksən.
Evimizin
nəbzi kimi vurmağa,
Neçə-neçə
toy məclisi qurmağa,
Gecə-gündüz
qulluğunda durmağa,
Ana,
bizə indən belə gərəksən.
Hamımızı
başıuca görməyə,
Dar
ayaqda ürək-dirək verməyə,
Taleyini
nəvə-nəvə hörməyə,
Ana,
bizə indən belə gərəksən.
Ömrün
axdı gözlərinin yaşında,
Ağ
saçların ağ yaylıqdı başında,
Diz
çökməyə, baş əyməyə
qarşında,
Ana,
bizə indən belə gərəksən.
Keçmişləri
sellər yudu apardı,
Qarşı
yolun hər qarışı divardı,
Bu
yaşacan yaşamağa nə vardı,
Ana,
bizə indən belə gərəksən.
Gərək
yəhərlərdən enməyəydik biz
Oğuz
ellərinin bayat boyunca
Belə
olmamışdı həyat boyunca,
Kiçildik,
alçaldıq bir at boyunca,
Gərək
yəhərlərdən enməyəydik biz.
Başımız
girməyən çadırmı qaldı,
Ruzimi,
yığvalmı, yatırmı qaldı,
Səməndlər
yormağa cıdırmı qaldı,
Gərək
yəhərlərdən enməyəydik biz.
Qayadan
büdrədik, quyuda qaldıq,
Ağ idik, qapqara boyada
qaldıq,
Hamı
çapıb getdi, piyada qaldıq,
Gərək yəhərlərdən enməyəydik
biz.
Düz yollar, cığırlar çəp hərdən düşdü,
Məmləkət sərhəddən-sipərdən düşdü,
Kəhərlər-köhlənlər təpərdən
düşdü,
Gərək yəhərlərdən enməyəydik
biz.
Gözüylə od-alov götürəndi
at,
Bütün savaşları bitirəndi
at,
İnsanı murada yetirəndi
at,
Gərək yəhərlərdən enməyəydik
biz.
Aşağı boylanıb baxmaq
eşqinə,
Göydə şimşək olub
çaxmaq eşqinə,
Ucalmaq eşqinə, qalxmaq eşqinə,
Gərək yəhərlərdən enməyəydik
biz.
Bozat kişnəyəydi, baxıb
güləydik,
Zülmü-zilləti yarı böləydik,
Harda doğulmuşduq, orda öləydik,
Gərək yəhərlərdən enməyəydik
biz.
Tam oxusaydın
Köksünün altından daş
çıxarardın,
Gözünün içindən yaş
çıxarardın,
Dövrün gərdişindən baş çıxarardın,
Sən öz tarixini tam oxusaydın.
Yurdu hifz edərdin ağır anlarda,
Sənə tapınardı yoldaş
da, yar da,
Kəsirlə çıxmazdın imtahanlardan,
Sən öz tarixini tam oxusaydın.
Kim deyir, qurd oğlu
qurd olammazdın,
Cəngavər qəlblərdə yurd
salammazdın,
Qara qəpik kimi xırdalammazdın,
Sən öz tarixini tam oxusaydın.
Düzərdi hamını səfə
yürüşün,
Açardı bir yeni səhifə yürüşün,
Yarımçıq qalmazdı zəfər yürüşün,
Sən öz tarixini tam oxusaydın.
Adın
kitablardan silinərdimi,
Başına od-alov ələnərdimi,
Vətənin ikiyə bölünərdimi,
Sən öz tarixini tam oxusaydın.
Baban Koroğlunun tayı olardın,
Hər bənddə-bərədə ayıq
olardın,
Elinə-obana layiq olardın,
Sən öz tarixini tam oxusaydın.
Uşaq evləri
Tükənən yeridir imanın-dinin,
Səbirsiz, təmkinsiz uşaq
evləri,
Sadə
cümləsidir daş
ürəklərin,
Ammasız, lakinsiz uşaq evləri.
Sirlilər axtarır sirdaşlarını,
Bacılar tanımır qardaşlarını,
Susan harayıdır göz yaşlarının,
Bu məsum, bu kinsiz uşaq evləri.
Qəhərdən boğulur haçandan
bəri,
Atammır qoynundan qəmi-kədəri,
Süzür qarşısından yol keçənləri
Mümkünsüz-mümkünsüz uşaq evləri.
Yenə
bənövşəni yüz
bitirəcək,
Peşiman-peşiman köks ötürəcək,
Dünyadan nə görüb,
nə götürəcək,
Vətəndə vətənsiz uşaq
evləri
İntizar qoxuyur çiçəyi,
gülü,
Ulayır
bayquşu, susur bülbülü,
Sanki bir yetimdir boynubükülü,
Gələnsiz-gedənsiz uşaq evləri.
Unudub biryolluq "ana" sözünü,
Tufanlar qoynuna atıb özünü,
Yaxşı ki, sabaha dikib gözünü,
Dünənsiz, bu günsüz uşaq evləri.
Əziz,
saf duyğular dinəydi bir gün,
Ağlayan könüllər güləydi
bir gün,
Dövran
dəyişəydi, gələydi
bir gün,
Qalaydı sakinsiz uşaq evləri.
Ağacdələnim!
Bu nə damlalardı, axır gözündən,
Bu nə qəm-qüssədi,
yağır üzündən,
Tanrı
dərgahının nur
dənizindən,
Ərk edib qapıma qonanım mənim,
Ağacdələnim!
Halım
pozulmuşdu, növrağım
oldun,
Dünyam
qaralmışdı, çırağım
oldun,
Qonaqsız evimdə qonağım
oldun,
Yaman azalmışdı gedib-gələnim,
Ağacdələnim!
Zərbi-sədaların obaşdan çıxır,
Yemin sancıldığın ağacdan
çıxır,
Mənim
çörəyimsə lap daşdan çıxır,
Şükür verdiyinə ruzi
bölənin,
Ağacdələnim!
Teleqrafçı deyil, radist deyilsən,
Xeyirmi söyləyir, şərmi
deyirsən,
Hansı
hərfləri döyəcləyirsən,
Sənin
əlifbanı yoxdu bilənim,
Ağacdələnim!
Ruhunu nadanın, keyin döyməkdən,
Asta taqqıldadıb yeyin döyməkdən,
Daha korşalıbdı beyin döyməkdən
Sənin
dimdiyinlə, mənim
qələmim,
Ağacdələnim!
Gəl apar məni də, göylərə qalxım,
Dayanım Allaha bir az da yaxın,
Günəşin gözünün içinə
baxım,
Alova qurşanım, oda bələnim,
Ağacdələnim!
Torpaq
Süxur
yaddaşına yazıb
saxlayır,
Həm cəsur, həm qorxaq anımı torpaq,
Bitirə
bilməyir arzularımı,
İçsə də tökülən qanımı torpaq.
Elin məramıyam, mətləbiyəm
mən,
Mərdlik-mərdanəlik məktəbiyəm
mən,
Gah Mete,
gah Babək, gah Nəbiyəm mən,
Yaşadır adımı-sanımı torpaq.
Bir cüt ayparadı Vətən gözümdə,
Gün Bakımda doğur, ay Təbrizimdə,
İkiyə bölündüm axır
özüm də,
Ruhumu göy uddu, canımı torpaq.
Məhəbbət
Sevgi yuvasıdı torpağın
bətni,
Hər güllə-çiçəklə bitir məhəbbət,
Yollar qovuşanda qarşıya çıxır,
Yollar ayrılanda
itir məhəbbət.
Təbiət sevməyə öyrədib
məni,
Duvağa
çevirib zirvədə
çəni,
Yazın
əvvəlində tər
bənövşəni
Dərəndə bilmişəm nədir məhəbbət.
Açmaram qəlbimi hər
insafsıza,
Gərək çeşmə gözdən
damcılar sıza,
Sevgi məktubunda sevdiyim qıza,
Yazdığım ən ülvi sətir-məhəbbət.
Sevindim,
bağımda bar yetişəndə,
Kədər sovuşanda, qəm
ötüşəndə,
Ömrümə qar yağıb,
dolu düşəndə
Başıma tutduğum çətir-məhəbbət.
Göyün qübbəsində, yerin təkində,
Hər nə var, məhəbbət
durur kökündə,
Təndirdə qızaran ən
iri kündə,
Sac üstə ən
yağlı fətir-məhəbbət.
Odur, alimlərin ixtirasında,
Odur şairlərin hər misrasında,
Görüb duyduğumuz el arasında
Hörmət məhəbbətdir, xətir-məhəbbət.
Hər zaman ucada tutmuşam
səni,
Mirdamət Əzizəm, sevindir
məni,
Apar taleyimdən qəmi-qüssəni,
Yerinə toy-büsat gətir, məhəbbət.
Yalan-həqiqət
Özün istəmisən bu
halı könlüm,
Niyə
usanırsan, niyə bezirsən,
Yenə
dəli könlüm,
havalı könlüm,
Yalan dünyasında
doğru gəzirsən.
Anlaya bilmədim heç nədən oldu,
Hiylə
insanların içini
yedi,
Həqiqət Tanrıya aparan
yoldu,
Yalan həqiqətin
əksinə gedir.
Həqiqət carçısı olmağınla
sən,
Özünü dahisi sanma dünyanın,
Kimdi həqiqətin adını
çəkən,
Yalan bayramı
var, amma dünyanın.
Nəyinə gərəkdir saxta
təntənə,
Sabah hər cəhətdən pis görünəcək,
Yalan nə geyinir-geyinsin yenə
Çılpaq həqiqətdən pis görünəcək.
Xəbəri yox
Gedimlər yaman artıb,
Gəlimin xəbəri yox,
Perikib sonaları,
Gölümün xəbəri yox.
Daha demərəm odam,
Gərək səsimi udam,
Gözüm doyub dünyadan,
Könlümün xəbəri yox.
Hər bağda bir yel əsir,
Bülbül açmır gülə
sirr,
Çox
tamah var öləsi,
Ölümün
xəbəri yox.
Buludlar
naxır-naxır,
Damlalar
ağır-ağır,
İçimə
yağış yağır,
Çölümün
xəbəri yox.
Mirdamət ƏZİZ
Ədalət.-2013.-20 aprel.-S.12.