Paytaxt rabitəsinin intibah
dövrü Ümummilli
liderin adı ilə bağlıdır
BEYTULLA HÜSEYNOV,
Bakı Telefon Rabitəsi
İstehsalat Birliyinin baş
direktoru
İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə etməklə dövlətin
elektron xidmətlərinin yaradılması, onun yenidən
formalaşdırılması müasir dövrün tələbidir.
Cəmiyyətdə informasiya texnologiyalarının əsas
amilə çevrildiyi bu dövrdə ölkəmizin
intelektual resursları da sürətlə artır. Dövlətin
idarəetmə sistemində elektron infrastruktur inkişaf edir və
idarəetmədə əsas yerlərdən birini tutur.
Azərbaycan rabitəsinin inkişafı, onun ümumdünya telekommunikasiya şəbəkələrinə sürətli inteqrasiyası ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ölkəmizdə İnformasiya-Kommunikasiya Texnologiyalarının tərəqqisi, intibah dövrü Heydər Əliyevin 17 fevral 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə (2003-2012-ci illər) Milli Strategiya"dan başladı. Uzaqgörənliklə hazırlanmış bu mühüm sənədin ölkəmizdə tətbiqi sahəsində 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının prioritet sahələri müəyyənləşdirilmiş, qloballaşma dövrünün reallıqları nəzərə alaraq çevik idarəetməni təmin edəcək "elektron hökumət"in yradılması əsas məsələlərdən biri kimi önə çəkilmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdən birinə çevrilmişdir.
Son illər Azərbaycanın dinamik inkişafına və iqtisadi yüksəlişinə görə dünya liderinə çevrildiyi bir zamanda ölkənin informasiya-kommunikasiya sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların yerlərdə geniş tətbiqi əsas və vacib məsələ kimi daim dövlətimizin və ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. İnformasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə müasir tələblərə uyğunlaşdırılması üçün zəruri islahatlar aparılmışdır. Təsadüfü deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev XXI əsirdə İKT-nin inkişafı baxımından ölkəmizin yüksək irəliləyişə nail olacağını bildirmiş, bu sahənin inkişafını ölkəmizin iqtisadiyyatında əsas prioritet sahə elan etmişdir. O, demişdir: "Dövlət siyasətinin prioritet istiqaməti olmaqla informasiya və telekommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verilməsi dünyanın bir çox biznes dairələrinin diqqətini böyük potensiala malik ölkə kimi Azərbaycana yönəltmişdir. Əminəm ki, bu istiqmətdə həm dövlət strukturlarının, həm də özəl sektorun beynəlxalq və regional səviyyədə əməkdaşlığı uğurlu olacaq, tezliklə öz səmərəli nəticələrini verəcək və informasiya cəmiyyətinin bərqərar olması yolunda yeni mərhələyə çevriləcəkdir".
Bütün bu qeyd olunanların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 16.01.2013-cü il tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir ki, bu mühüm sənəd də Azərbaycan rabitəçiləri, eləcə də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi qarşısında xüsusi əhəmiyyətli vəzifələr qoyur.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) əvvəlki illərdə olduğu kimi 2012-ci və 2013-cü ilin I rübü ərzində də uğurlarını davam etdirərək müasir texnologiyalar tətbiq etməklə istifadəçilərinə yeni və keyfiyyətli telekommunikasiya xidmətləri göstərmiş, bu sahədə ilk növbədə Dövlət Proqramlarının vaxtında icrasına, Bakı şəhərində və qəsəbələrində kommunikasiya şəbəkələrinin genişləndirilməsi və təkmilləşdirilməsi, o cümlədən əhalinin müasir telekommunikasiya xidmətlərinə keyfiyyətli çıxışını təmin etmək məqsədilə yeni və müasir rabitə obyektlərinin tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirmişdir.
Belə ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində - Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Xırdalan-Binəqədi şossesi ünvanında yeni ATS binasının tikinti işlərinə başlanılmış, Ordubadi qəsəbəsində isə yeni ATS binasının, 1500 nömrəlik stansiya avadanlıqlarının quraşdırılması və ATS-nin xətt qurğularının tikintisi başa çatdırılmışdır.
2012-ci il ərzində Binəqədi rayonu ərazisində yerləşən ATS-561/562/563 -də, ATS-568/569/513-də, ATS-411 -də və ATS-412- də geniş zolaqlı interrnet xidmətinin tutumunun uyğun olaraq 96, 640, 736 və 832 port artırılması təmin edilmişdir. 2013-cü ilin I rübü ərzində isə ATS-561/562 üzrə 384 , ONU-1 üzrə 32, ATS-411 üzrə 128 ADSL portu(sürətli genişzolaqlı internet kanalı) artırılmışdır. Ümumilikdə rayon üzrə 2848 ADSL portu tələbata uyğun artırılmışdır.
-Dövlət Proqramına uyğun Xətai rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası tam təmin olunmuşdur. Belə ki, rayon ərazisində yerləşən ATS-371/372/373-ün xətt şəbəkəsinin optik kabel vasitəsilə qurulması və xidmətin təşkili məqsədilə 8128 nömrə tutumu olan 5 ədəd ONU (kiçik tutumlu optik şəbəkə ATS-i) istifadəyə verilimş, Əhmədli qəsəbəsi Mehmandarov küçəsində tutumu 4192 nömrə olan 579 saylı stansiyanın NGN (New Generation Network - Yeni nəsil şəbəkə texnologiyası) tətbiqi ilə qurulması təmin edilmişdir.
-Nərimanov rayonu ərazisində yerləşən ATS-564/565 xətt şəbəkəsinin Fiber Optik kabelin tətbiqi ilə qurulması məqsədilə 496 nömrə tutumu olan 1 ədəd ONU, ATS-566/567/514 xətt şəbəkəsinin Fiber Optik kabelin tətbiqi ilə qurulması məqsədilə isə 9672 nömrə tutumu olan 7 ədəd ONU istifadəyə verilməklə bu rayon üzrə də Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası tam təmin edilmişdir.
Dövlət Proqramına uyğun olaraq Xəzər rayonu ərazisindəki Şağan, Binə (Südçülük sovxozu), Qala, Türkan qəsəbə ATS-ləri müasir tələblərə cavab verən NGN texnologiyası əsasında rekonstruksiya olunaraq istismara verilmişdir. Bundan başqa Dübəndi, Gürgan və Xaşa-Xuna yaşayış məntəqələrində də yeni müasir tipli ATS-lər tikilərək həmin qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
Bununla yanaşı qeyd olunan yaşayış məntəqələri istiqamətində rabitənin alternativliyinin və etibarlılığının təmin edilməsi məqsədilə Zirə, Gürgan və Pirallahı istiqamətində fiber optik kabel çəkilmişdir.
Rayon üzrə ümumilikdə 3704 ADSL portu artırılmışdır.
-Qaradağ rayonunun Qobustan qəsəbəsində ATS binasının tikintisinin başa çatdırılması, Lökbatan və Sahil qəsəbə ATS-lərində genişzolaqlı internet xidməti tutumlarının uyğun olaraq 560 və 320 port, Sanqaçal ATS-i üzrə üzrə 48, Qobustan ATS-i üzrə 48, Qızıldaş ATS-i isə üzrə 48 ADSL portunun, ümumilkidə rayon üzrə 1024 ADSL portunun artırılması Qaradaq rayonu üzrə Dövlət Proqramının aidiyyatı bəndlərinin icrasının təmin edilməsidir.
Bundan başqa Dövlət Proqramına uyğun olaraq Ələt, Korgöz, Qızıldaş, Ümid, Çeyildağ, Şıxlar və Puta ATS-lərinin NGN texnologiyası əsasında yenidən quraşdırılması üçün hazırlıq işləri aparılır.
Sabunçu rayonu ərazisindəki Savalan, Şuşa qaçqınları, Ramana kənd, Ramana-sovxoz, Kürdəxanı, Pirşağı kənd, Məmmədli, Pirşağı (sovxoz) qəsəbə ATS-ləri NGN texnologiyası əsasında rekonstruksiya olunaraq istismara verilmiş, Maştağa qəsəbəsində internet xidməti həcminin 32 port, Nardaran qəsəbəsində internet xidməti həcminin 200 port artırılması təmin edilmişdir.
Rayon üzrə ümumulikdə 2200 ADSL portu artırılmışdır.
Səbail rayonunun Şıxov qəsəbəsində və Badamdar qəsəbəsində yeni ATS-lər quraşdırılmışdır.
Suraxanı rayonu üzrə Hövsan, Zığ qəsəbə ATS-lərinin, "Duzlu göl", "Bahar", Dədə Qorqud və Əmircan qəsəbə ATS-lərinin NGN texnologiyası əsasında yenidən qurulması təmin edilmişdir.
Yasamal rayonu ərazisindəki 433 saylı ATS-in tutumu da Dövlət Proqramına uyğun olaraq 944 nömrə artırılmışdır.
Bundan başqa "Azərbaycan Respublikası Regionların 2009-2013-cü illərdə, Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın Baktelekom-a aid olan bəndlərinin icrasının təmin edilməsi məqsədilə "Bakinternet" platformasının qlobal şəbəkəyə qoşulma sürəti artırılmış, köhnəlmiş texnologiyaya malik olan Mehmandarov, Savalan, Kürdəxanı, Bilgəh və Hövsan südçülük sovxozu (ATS-I), Duzlu Göl, Zığ, Ramana kənd, Ramana sovxoz və Şuşa qaçqınları, Pirşağı kənd, Məmmədli, Pirşağı-sovxoz, Hövsan, "Bahar" ATS-ləri rekonstruksiya olunaraq istifadəyə verilmişdir .
Hal-hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Bakinternet" internet provayder platforması Qlobal internet şəbəkəsinə böyük həcmli kanalla qoşulmuşdur. "Bakinternet" internet provayder platformasının özü isə dünyanın ən qabaqcıl İT istehsalçılarının texnologiyaları əsasında rekonstruksiya olunaraq çox güclü provayder platforması kimi yenidən istimara verilmişdir.
"Bakinternet" internet provayderi istifadəçilərinin şəbəkədə sayı artdıqca ona uyğun olaraq şəbəkənin texniki imkanları və qlobal şəbəkəyə qoşulma kanalının sürəti də artırılır, genişzolaqlı internet xidmətlərinin istifadəçilərə çatdırılması isə optik transmissiya şəbəkəsi üzərindən həyata keçirilir ki, bu da yüksək keyfiyyət və sürət deməkdir.
"Bakinternet" platformasında abunəçilərlə trafik hesablaşmasının uçotunu, idarəetmənin avtomatlaşdırılmasını təmin etmək üçün müasir billinq sistemi tətbiq edilmişdir.
Bütün bunlara baxmayaraq "Bakinternet" internet provayder platformasının artan tələbata cavab verməsi, təhlükəsizliyinin təmin edilməsi və gücünün artırılması üçün müntəzəm olaraq tədbirlər görülür.
BTRİB-in xətt şəbəkəsi üzərindən qoşulmuş genişzolaqlı internet xidməti istifadəçilərinin BTRİB şəbəkəsində fəaliyyət göstərən digər provayder üzrə istifadəçilərin birgə sayı isə durmadan artır.
Hal-hazırda əhali tərəfindən BTRİB-in rabitə xidməti haqlarının ödənişlərinin Paypoint sistemi, internet üzərindən isə "Golden Pay" sistemi vasitəsilə aparılması təmin edilmişdir.
Müasir telekommunikasiya texnologiyaları adi telefon xətti üzərindən çoxlu sayda əlavə telekommunikasiya və müvafiq servis xidmətlərinin də istifadəçilərə çatdırılmasını təmin edə bilir. Belə xidmətlərdən biri də internet protokolu üzərindən televiziya kanallarının və digər videomaterialların istifadəçilərə çatdırılmasını təmin edən İP-TV xidmətidir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təqdim etdiyi İP-TV xidməti beynəlxalq standartlara uyğun olaraq rəqəmsal audio və video sıxlaşdırma formatı olan MPEG 4 formatı üzərindən təşkil olunmaqla yanaşı əlavə bir çox servis xidmətlərinin istifadəçilərə çatdırılmasını təmin edir.
Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 16.01.2013-cü il tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir. Bununla əlaqədar olaraq 2013-cü il ərzində Baktelekom kollektivi qarşısında bir çox mühüm tədbirlərin həyata keçirilməsi durur.
Belə ki, Bakinternet" İnternet provayder platformasının genişləndirilməsini, platforma üzərindən ONLİNE rejimində qoşulma imkanlığının 200 minə çatdırılmasını və qlobal internet şəbəkəsinə qoşulma kanalının sürətinin tələbata uyğun artırılmasını təmin etmək, xidmətlərin artım dinamikası nəzərə alınmaqla Baktelekom-un mövcud İP transmissiya şəbəkəsi sürətinin 100 Gbit/s-ə qədər genişləndirilməsinin və trafik daşıma imkanlığının artırılmasının təmin edilməsi, Baktelekom-un hər bir istifadəçisinə daha yüksək sürətli (100 Mbit/s) internet xidmətinin göstərilməsi məqsədilə ATS-lərdən 3 km və daha uzaq məsafədə yerləşən Paylayıcı şkafların SmartAX-FOİS300 və ya digər daha müasir texnologiyalı optik şəbəkə avadanlıqları ilə əvəz edilməsi, FTTx (FTTH, FTTB, FTTC, FTTCab) texnologiyasının tətbiqinin genişləndirilməsi, NGN texnologiyası əsasında intellektual və servis xidmətlərinin, o cümlədən E-xidmətlərin tətbiqinin genişləndirilməsi, ATS-492/497-nin müasir texnologiya əsasında yenidən qurulmasının təmin edilməsi, kiçik tutumlu. mənəvi cəhətdən köhnəlmiş köhnə tipli ATS-lərin (Karel, Kvant, DRX-4, Remut) müasir texnologiya əsasında yenidən qurulması, Bakı şəhərində hər 100 nəfər abunəçiyə düşən sürətli internet istifadəçilərinin sayının 80%-ə çatdırılmasının təmin edilməsi, Baktelekom-un Sorğu Məlumat Xidmətinin müasir texnologiya əsasında yenidən qurulması üçün çox böyük işlər görülməsi, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bundan başqa telekommunikasiya sahəsində qabaqcıl ölkələrin təcrübəsini daim öyrənən Baktelekom mütəxəssisləri tərəfindən son mill probleminin həlli üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun "Evlərə optika" birgə layihəsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Son mill probleminin bu cür həlli (İPTİME -Multi-play xidmətinin istifadəsi üçün İP-transport infrastrukturu) müxtəlif şəbəkə topologiyasının məsələn, FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) topologiyalarının Baktelekom şəbəkəsində tətbiqini nəzərdə tutur ki, bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksək sürətli internetin (Ethernet 10/100 və 10/100/1000) , İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.
Ədalət.-2013.-23 aprel.-S.5.