Körpə

 

(40 günlük nəvəm İsgəndərin şəxsində bütün körpələrə)

 

Ağlamırsan, hayqırırsan,

Saatı, dəqiqəni,

Billur qab kimi,

çilikləyirsən.

Evi silkələyirsən.

xristian, yahudi,

, müsəlman,

İNSAN!...

Mübarəkdir gəlişin.

Billursan;-ağlamırsan,

Körpə, cingildəyirsən,

Bahar günəşi kimi

Qışı zəncirləyirsən.

Müqəddəssən! Bəlkə

İsadan Musadan,

Məhəmməddən ulusan.

Sən, bütün millətlərin,

Yerin peyğəmbərisən;

Allahla söhbətləşib

su içmisən əlindən.

-Sağ ol!-deyib, qalxmısan,

yerindən, ay sabahım.

Biz edək, neyləyək,

Həyat səni əyməsin,

Bizlərdən eləməsin...

 

 

Söz üyüdən dəyirmanam

 

Vəzifəli şayəbaz;

baz, baz, eh baz

Çox, çox xırda, ay çox az,

Sən qoşunsan, mən təkəm.

Qısnama, dağ əridib

Dayaz başına tökəm.

 

Mən, masada sözləri

Üyüdən dəiyrmanam,

Belə doğub mərd anam;

Ha hürsün, cırıldasın

O çax-çax cırcıramag

Peşimansan, ay nadan,

Ağlama, zırıldama.

 

Hürsün minlər, milyonlar;

Allah bilir mən kiməm.

Vaxt verib, qalib gələm.

 

Sən məni yox, nəslini,

Özünü öyrən, tanı.

Onda deyərsən: - şair,

Məndəki, mən, bəs hanı?

 

 

Gecə qara beşikdi

 

Gecə qara beşikdi, mən içində;

Dəqiqələr, saatlar keşikçimdi,

Məni yırğalayır yatım,

Təzələnsin həyatım.

Gecə yırğalanır,

mən mürgüləyirəm,

Keçir yuxulu fikrimdən

mərdlər, namərdlər.

Namərdləri süngüləyirəm,

Dünya dönür cənnətəg

Deyirəm:

- yaşamaq gözəldir, Allah!

Gecə beşiyim sökülür,

Oyanıram həyata.

Görürəm: - həmən tas,

həmən hamamdır.

həyat, övladların

necə avamdır.

 

 

Səslənirəm:

Gəl, məni apar, ata!...

 

Urəyim söz quyusudur

 

Ürəyim söz quyusudur:

Bəzən olur,

Ürəyimdən bir gecədə boşalanı,

Yüz gecədə boşalda bilmirəm.

Çəkib üzə çıxartdığımın

Yüzdən birini yaşada bilmirəm.

Söz yatağı ürəyimdən.

Söz həmişə püskürmür;

İlham buruğum cancılmasa,

Söz;

- Gəlirəm, hazırla kağız çənlərini,

Qələm götür! - deyib öskürməsə.

Mən kiməm ki,

Söz quyudadı, mən buruqçuyam,

İlham ağamdı,

mən buyruqçuyam!

Gecə hamilədir mənə

 

Mən gecənin qarnındayam,

Gecə hamilədir mənə.

Damar-damar saatların

Çağlayan qanındayam,

Atacaq məni sahilə.

Doğulan körpə kimi.

- İnğə! İnğə! - demiyəcəm,

Ədalət hayqıracam!

Yalan-palan, hay qracam!

Doğulduğum səhəri

istəyimcə quracam!

 

 

Qələm mən

 

Gecə saat onbirdə

"Xəbərlər"ə baxacaqdım;

Qələm məni məndən xəbərsiz

Məni vaxtan qopardı,

Uzaqlara apardı.

Ayılanda gördüm ki,

gecə saat ikidi.

Qıçlarımın mənə gücü çatmır,

Qollarım sınıq budaq kimi

sallanıb,

Bədənim ən ağır çəkidi.

Əsnədim, gərnəşdim,

Batman dəqiqələrlə,

çəkişdim, əlləşdim,

Bir az özümə gəldim.

Elə bilirdim uzaq, çox uzaq

Bir səfərdən gəlmişəm.

Nəhəng-nəhəng sözlər,

Pələng-pələng fikirlər

görmüşəm.

Şükür edirəm ki,

sağ-salamatam,

Bu dünyaya təzədən gəlmişəm.

Açılar üzümə günlərin qapısı.

Əriyər, üstümə yıxlan

gecələrin ən qatısı.

Qələmin bu zülmünə,

zillətinə,

Fikirlərimi azdıran zülmətinə

Baxmadan,

Yenə qələmləyəm,

Məni yaşadan sevinclərlə,

qəmlərləyəm...

 

 

Xəyanət

 

Xəyanət atomdur, düşsə ailəyə,

Onu məhv edər.

Xəyanət edəni, Allah, ,

Bəndə əff edər.

Əxlaqdan dəm vurma,

əxlaqsz qadın,

Tayına-tuşuna bəllidir adın,

Sus, sus barı, sus dinmə.

Sən namusu, qeyrəti,

Çəkin, alma dilinə;

Salma gözdən, qiymətdən,

Eldə düşər hörmətdən,

Zirvələnən heyrətdən.

Uşaqların gözündə

Pərdələmə özünü.

- Mən! deməyə haqqın yox,

Tök içindən közünü.

 

Gizlənə bilsən haqqdan,

ölümdən,

Gizlənə bilməzsən

eldə özündən.

 

 

Söz masamın arxasında

 

Mən, göylərdə quş oluram,

Axar suya qarışıram,

Səmalarda planetə,

Yerdə dağa qoşuluram,

Söz masamın arxasında.

 

Pələnglənir, şirlənirəm,

Arazlanır, Kürlənirəm.

Tufanlarla qucaqlaşan,

Dəniz kimi kürlənirəm,

Söz masamın arxasında.

 

Gah xəyala dalıram hey...y,

Gah da haray salıram hey...y...

Nadanların işlərinə,

Mat-mətəl qalıram hey...y...

Söz masamın arxasında.

 

 

Dahilik faciədir

 

Asanlıqla aldadır

Dahiləri xəbislər.

Qaralayır fikrini

Bulud hislər.

 

Dahi uşaq kimidi,

Hamını adam bilir.

Yarımçıqlar, əyrilər,

Dahini avam bilir.

 

Nadanlar, anlamazlar,

Ömrü boyu pay bölür;

Dahi görür, inanmır,

Ölsə, bu dərddən ölür.

Şairlik ölür

 

Şairilk əbədi yaşayan

payız kimi, yaz kimi,

Qılınc qələm qış kimi,

Bəxtiyarlıq daşıyıb.

Şahlar şahı ilham da

Hər ürəyi bəyənmir,

Hər ürəkdə əylənmir,

Püskürtməyir hər kəsi,

Od ürəkli dağ kimi.

Planetlər içində,

Bəlkə şair görüb,

Təkcə Yerin adamı?

İndi çox adam - Şairəm! - deyib;

çiçək-çiçək sözləri,

Ürəklərinin qarasında hisləyib,

Candan salıb, tökürlər kağıza...

İlhamla mayalanmayan,

Öyüd görüb

hayalanmayan sözlər,

Suyu süzülə-süzülə,

Canı üzülə-üzülə,

Getmək istəsə

gedə bilmir duyğulara, hisslərə...

 

İsgəndər, bu günəcən;

Şairlər ölürdü, adı qalırdı,

Hər şeirdən əlvan-əlvan

sözlərin dadı qalırdı...

Daha şair doğulmayacaq,

Şairlik ölür.

Qoduq - filəm! - deyəcəksə.

Fil doğulmasa yaxşıdır.

 

 

Günüm

 

Səhər yanan Günəş idim,

Axşam sönürəm.

Gecə qara kəfəndi,

Bürünüb ölürəm.

Kilidlənir arzu, ümid qapılarım.

Beynim qıvrılıb başımda,

yuxu görmək istəyir,

Gündüz gördüklərimi ələyir,

Birini tərifləyir, yüzünü pisləyir,

Qaralayır, hisləyir.

Narahatlığım çevirir məni,

Tabut yatağımda sola, sağa.

Gecəni qara inək kimi

Gözlərimə sağa-sağa

Boşaldıram boşluğa.

Gözlərim dəlir göyü,

Göy ki, borclu qalmır,

Kəfənimi sökür,

Üfüqə tökür,

Yapışb əllərimdən,..

Verir səhərə məni.

 

 

İsgəndər Etibar

 

Ədalət.-2013.-24 aprel.-S.7.