Məmməd Arazın hər cümləsi bir obrazdır

 

İradə Tuncay: “Yeni nəsilin Məmməd Araz marağı təbii qarşılanmalıdır”

 

Bugün Respublika İncəsənət Gimnaziyasında xalq şairi Məmməd Arazın 80 illiyi ilə bağlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Məmməd Arazın həyat qoldaşı Gülxanım Fətəliqızı, qızı İradə Tuncay, millət vəkili, yazıçı-publisist Aqil Abbas iştirak edirdi. Ədəbi bəddi gecədə gimnaziyanın şagirdləri xalq şairinin bir sıra şerlərini səsləndirdi. Rejisor Əliheseyn Rəsulovun rəhbərliyi altında "Dünya sənin dünya mənim dünya heç kimin”adlı kompazisiya böyük marağa səbəb oldu. Şagirdlərin səsləndirdiyi bu kompazisiyada canlandırılan obrazlar izləyicilərdə böyük rüh yüksəkliyi yaratdı.

Tədbirdə çıxış edən Gimnaziyanın teart şöbəsinin müdiri Hicran Sadıqzadə şairin keçdiyi həyat yoluna nəzər saldı. Qeyd edıb ki, M.Araz hələ cavan yaşlarında yazdığı şeirlərlə özünə geniş oxucu aiditoriyası toplamağı bacarıb. Onun yazdığı şerlərdə vətənpərvərlik hissi təbliğ olunur: "Məhz bu amil şairin daha da sevilməsi ilə nəticələnib.Bu gün Məmməd Araz yaradıcılığı, onun şerlərini bilməyənlər az saydadır. Şairin yaradıcılığa müraciət edənlərin böyük əksəriyyəti doğma torpağa, millətə, xalqa layiqli övlad olmaq yönündə addım atır”.

Tədbirdə gimnaziyanın şagirdləri şairin "Qalx ayağa Azərbaycan”, "Mən belə dünyanın nəyindən küsüm” və bir sıra şerlərini səsləndirib.

Məmməd Arazın qızı, "Ədalət qəzeti”nin baş redaktoru yazıçı-publisist İradə Tuncay bildirib ki, Məmməd Araz Azərbaycan xalqının canına, qanına hopub: "Elə insanlar var ki, onlar yaşadığı dövrdə və ondan sonra heç zaman unudulmurlar. Onlar fiziki cəhətdən bu dünyadan ayrılmaqlarına baxmayaraq, həmişə yaşar olurlar. Məmməd Arazda həmin şəxslərdəndir. Bu gün yeni nəsilin Məmməd Araz marağı təbii qarşılanmalıdır. Çünki Məmməd Araz xalqının, millətinin şairi olub. Onun yaradıcılığında vətənpərvərlik, millətə, xalqa bağlılıq ön sırada yer alıb. Bu gün bütün Məmməd Araz sevənlərin bayramıdır”.

İ.Tuncay Gimnaziya rəhbərliyinə təşəkkürlərini çatdırıb.

Tədbirdə çıxış edən millət vəkili, yazıçı-publisist Aqil Abas deyib ki, Məmməd Araz qeyri adi şəxsdir. Onun sözlərinə görə, şairin hər cümləsində bir obraz var: "Məmməd Arazın hər sözü bir xəzinədir”.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevibn 90 illiyi ilə bağlı keçirilən Qiraət müsabiqəsi qalibləri mükafatlandırılıb. Eyni zamanda Gimnaziyanın bir sıra müəllimlərinə diplomlar təqdim olunub.

 

 

Ədalət.-2013.-30 aprel.-S.3.