Azərbaycana həyatı bəxş edən
lider
"Azərbaycanın
içməli su təchizatı sektorunun inkişafında ümummilli
lider Heydər Əliyevin rolu
danılmazdır"
Dünya
Su Forumu həyəcan təbili çalır. Forumun
keçirilən iclaslarından sonra qəbul olunan qərarlarda
göstərilir ki, bir sıra ölkələr yaxın
zamanlarda içməli su problemi ilə üzləşəcək.
Bununla bağlı həm
hökumətləri həm də aidiyyatı
qurumları məlumatlandıran Forum rəhbərliyi sudan
istifadədə qənaətçil olmağı tövsiyyə
edir. Azərbaycanda içməli su probleminin olub-olmayacağını
araşdırarkən məlum olur ki, bu barədə deyilən
təhlükələr Azərbaycan üçün heç
də keçərli deyil. Aparılan araşdırmalar onu deməyə
əsas verir ki, vətəndaşların içməli su sahəsində
görülən işlər bu problemdən yan keçməyimizə
zəmin yaradır. Bütün bunları deməyə isə
kifayyət qədər əsasımız var. Birincisi və ən
əsası bu gün Azərbaycanda "İçməli
su" ilə bağlı həyata
keçirilən Milli Plana əsasən, 50-yə yaxın
inzibati ərazi tədqiq olunub. "Böyük Bakının
su təchizatı sisteminin yenidən qurulması" layihəsi
çərçivəsində xeyli işlər
görülüb. Bunun nəticəsidir ki, bu gün istər
paytaxt Bakı istərsə də regionlarda vətəndaşların
içməli suya olan tələbatı yüksək səviyyədə
ödənilir. Bu sırada
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə
verilməsini xüsusi qeyd etmək lazımdır.
Düzdü bu zamana kimi bir çox kanallar vasitəsi ilə
paytaxta su gəlirdi. Ancaq həyata keçirilən Oğuz-Qəbələ-Bakı
su kəməri layihəsi həm kəmiyyət həm də
keyfiyyət baxımından digərlərindən fəqlənir.
Bu da danılmaz faktır ki, Azərbaycan vətəndaşlarının
içməli suya olan tələbatının ödənilməsində
ümumilli lider Heydər Əliyevin böyük əməyi
olub. Bir zamanlar bu istiqamətdə Bakı zadəganları, bəylər,
ağalar addım atırdılar sa, 1970-ci ildən
başlayaraq ölkənin
içməli su təchizatı, onun inkişafı və
dirçəlişi ulu öndərimiz Heydər Əliyevin
diqqət mərkəzində olub. Uzaqgörən siyasətçi
çox gözəl bilirdi ki, içməli su
ehtiyatlarının keyfiyyətinin
yaxşılaşdırılması, iqtisadiyyatın müxtəlif
sahələrində çalışan əhalinin iş
şəraitinin normallaşdırılması
bütövlükdə əhalinin həyat səviyyəsinin
yüksəlməsinə xidmət edən başlıca amillərdəndir.
Hələ o zamanlarda Bakıya Şollar-Xaçmaz və
Çeyranbatan su kəmərlərinsən su gəlməsinə
baxmayaraq, şəhərdə su qıtlığı real
hiss olunurdu. Yaranmış su qıtlığını nəzərə
alaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Kür-Bakı su kəmərinin tikintisinə
başlanıldı. Xalqı mühüm məsələlərin
həllinə yönəltməyi həmişə bacaran Heydər
Əliyev Kür su kəmərinin tikintisinin "Ümumxalq
tikintisi" üsulu ilə başa
çatdırılmasına nail oldu. Bu işlərin birinci
hissəsi 1970-1971-ci illərdə yerinə yetirildi və I
Kür su kəməri istifadəyə verildi. Ceyranbatan su
qovşağında 1975-1978-ci illərdə
aparılmış yenidənqurma işlərini xüsusi ilə
qeyd etmək lazımdır ki,
bu da regionun su təchizatının xeyli
yaxşılaşdırmağa və əlavə olaraq şəhər
əhalisinə su verməyə
imkan verib. Lakin su təchizatı ilə bağlı olan
problemlər və suyun artan qıtlığı təxirəsalınmaz
tədbirlərin görülməsini tələb edirdi. Bu məqsədlə
II Kür su kəmərinin tikintisi haqqında qərar qəbul
olundu. I Kür su kəmərinə paralel olaraq II Kür su kəmərləri
sistemi 1978-1988-ci illərdə tikilərək istifadəyə
verildi.
Onu
da xüsusi qeyd etmək lazımdır ki, bu gün Bakı
sakinlərinin istifadə etdiyi Oğuz-Qəbələ-Bakı
su kımırinin reallaşması da məhz ümummilli
liderin adı ilə bağlıdır. Belə ki, 2002-ci ilin
dekabrında keçirilən müşavirədə
çıxış edən ulu öndər Heydər Əliyev
Bakı şəhərinə yüksək keyfiyyətli bulaq
suyunun gətirilməsinin vaxtının
çatdığını qeyd edərək bu məqsədlə
Oğuz-Qəbələ zonasının yeraltı
sularından istifadə ilə bağlı müvafiq göstərişlərini
verib.
Ulu
öndərin həyata keçirdiyi uöurlu siyasət nəticəsində
reallaşan layihələr biz gənclərin su problemi ilə
qarşı-qarşıya qalmayacağından xəbər
verir. Bu gün ümummilli liderin siyasi kursunun layiqli
davamçısı prezident İlham Əliyevin rəhbərliyi
altında dövlət əhalinin dayanıqlı su təchizatını
təmin etmək üçün böyük layihələr
həyata keçirir. Bu layihələr 2035-ci ilə hesablanıb.
"Azərsu"
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Anar Cəbrayıllın mətbuata verdiyi müsahibəsində
deyib ki, vətəndaşların işməli suya olan tələbatınə
qarışılamaq məqsədi ilə hazırda istər
"Azərsu", istər Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, istərsə də yerli dövlət orqanları tərəfindən
ölkə və lokal miqyaslı layihələr həyata
keçirilir. "Bu il bu iş bütün ölkə ərazisində,
xüsusilə, stimullaşdırılıb. Həm dövlətin
öz imkanları, həm də beynəlxalq banklardan cəlb
olunan kreditlər hesabına ölkə əhalisinin içməli
suya olan tələbatının səmərəli şəkildə
ödənməsi məqsədilə işlər
görülür, rayonlarda modul tipli sutəmizləmə
qurğuları tikilir. Bizim bütün layihələrimiz
2035-ci ilə hesablanıb".
Ekologiya
və təbbi Sərvətlər Nazirliyindən bildirirlər
ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına
əsasən Kür və Araz çayları boyu yaşayış
məntəqələrində əhalinin ekoloji cəhətdən
təmiz içməli suya olan təlabatının ödənilməsi
məqsədi ilə 2007-2010-cu illər ərzində Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən
18 rayonun 156 kəndində modul tipli sutəmizləyici
qurğular quraşdırılaraq bu kəndlərdə
yaşayan 300 mindən artıq əhali içməli su ilə
təmin edilib. Kür və Araz çayları boyu məskunlaşmış
və hədsiz dərəcədə fiziki, kimyəvi və
bioloji cəhətdən çirklənmiş vəziyyətdə
olan Kür və Araz çaylarının suyundan uzun illər
ərzində heç bir təmizlənmə aparılmadan
istifadə edən əhalinin içməli suya olan təlabatının
ödənilməsi üçün öncə bu kəndlərdə
su mənbələrinin kəmiyyət və keyfiyyət
göstəriciləri üzərində dəqiq monitorinqlər
aparılmış və monitorinqlərin nəticələri
sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə
yeraltı suların olmadığını göstərmişdir.
Ən sərfəli variant kimi yaşayış məntəqələrindən
təqribən 1000 metrədək məsafədən axan
mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək
əhaliyə verilməsi seçilib.
Sutəmizləyici
qurğuların layihələndirilməsi və onlarda istifadə
olunan texnologiyaların seçilməsində su mənbələrinin
çirklilik dərəcəsi, kəndlərdə yaşayan
əhalinin sayı, yerlərdə enerji təminatının vəziyyəti
və digər parametrlər əsas götürülüb.
Kəndlərdə
quraşdırılmış sutəmizləyici
qurğuların gücü adambaşına gün ərzində
içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilmişdir
və hər bir kənddə quraşdırılmış
sutəmizləyici qurğudan alınan içməli su əhaliyə
supaylayıcı şəbəkə vasitəsi ilə
çatdırılır. Supaylayıcı şəbəkə
hər bir kənddə əhalinin sayından və kəndin
yerləşmə sxemindən asılı olaraq qurulmuş və
hər birində 2 ədəd kran qoyulmuş supaylayıcı
məntəqədən və məntəqəni sutəmizləyici
qurğu ilə birləşdirən içməli su
üçün nəzərdə tutulmuş müxtəlif
diametrli boru xətlərindən ibarətdir.
Sonda
onu qeyd edək ki, su həyat mənbəyidir. Müstəqil
Azərbaycana bu həyatı bəxş edən insan
ümummilli lider Heydər Əliyev olub.
Sübhan Mahmudlu
Ədalət.-2013.-30 aprel.-S.4.