Kremlə sancılmış türk bayrağı
Kremlə sancılmış türk bayrağı - Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin bayrağına çevrildi.
Bilmirəm, nədənsə hər dəfə ümummilli liderimiz Heydər Əliyevi xatırlayanda yadıma Ramiz Rövşənin bu misraları düşür:
Kimini
tale səsləyir,
Kimi
bəxtə-bəxt doğulur.
Dünyaya
hərə bir cür gəlir. Elələri var ki, dünyaya
gəlişləri ilə yalnız valideynlərinə sevinc bəxş
etməkdən başqa bütün ömürləri boyu əllərindən
bir iş gəlmir. Nəinki bir elin, obanın, heç bir ailənin
qayğı yükünə belə çiyin verə bilmirlər.
Amma elə insanlar da var ki, onları tale səsləyir. Ulu
Tanrı tərəfindən mənsub olduqları xalqa,
bütövlükdə bəşəriyyətə bir
xilaskar kimi göndərilir.
Azərbaycanın
siyasi tarixində böyük xidmətləri olan,
xalqımızın qan yaddaşında əbədi yaşayan
şəxsiyyətlər çoxdur. İyirminci əsrin
ikinci yarısında bir qərinədən çox Azərbaycana
rəhbərlik edən, ölkənin iqtisadi inkişafına
nail olan və xalqın özünüdərkində əvəzsiz
xidmətlər göstərən, bütün mənalı
ömrünün hər anı xalqına, Vətəninə
bağlı olan Heydər Əliyev isə bu mənada əvəzsiz
şəxsiyyətdir. Özü də onun siyasətdə əvəzolunmazlığı
təkcə öz xalqı tərəfindən deyil, həm də
dünyanın ən nüfuzlu siyasi xadimləri tərəfindən
də etiraf edilib. Xalqımızın üzləşdiyi
bütün taleyüklü probləmlərin həlli istiqamətində
göstərdiyi dönməzlik, həyata keçirdiyi
ardıcıl və səmərəli siyasət son illərdə
onun fəaliyyətinin əsas qayəsi olub. Bütün bunlar
da onu deməyə əsas verir ki, onun ömrü də
xalqımızın ömrü kimi əbədidir.
Dünya
şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət
başçısı Heydər Əliyev bütün
şüurlu həyatını canından artıq sevdiyi
xalqının xoşbəxt yaşamasına, Azərbaycanın
tərəqqisinə həsr edib. Möhtərəm Heydər Əliyev
tarixi yaradan dahi şəxsiyyətlərdəndir. Müasir
tariximizin bütöv bir epoxası-34 il bu müdrik insanın
adı və fəaliyyəti ilə bağlıdır.
Müstəqil Azərbaycan dövlətinin
yaradıcısı və memarı kimi o, quruculuq salnaməmizin
şanlı səhifələrini yaratmağa müvəffəq
olub.
Respublikada
minlərlə insan var ki, Heydər Əliyevin hakimiyyətdə
olduğu birinci dövrdə ( 1969-1982-ci illərdə) ölkənin
qazandığı uğurlar onların gözlərinin
qarşısında baş verib. Bu dahi şəxsiyyətin gərgin
əməyi sayəsində respublikada elə bir sahə
olmayıb ki, o sahədə Heydər Əliyev zəkasından
irəli gələn müvəffəqiyyətlər hiss
olunmasın.
İqtisadiyyatın
inkişafı, mili kadrların yetişdirilməsi Heydər Əliyev
tərəfindən ön plana çəkilmişdi. Bunun nəticəsidir
ki, o vaxt inşa edilmiş böyük sənaye müəssisələri
indi müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını
təşkil edir. Böyük öndər Heydər Əliyev
uzaqgörən siyasəti nəticəsində gələcəkdə
də Azərbaycanın müstəqil yaşaya bilməsi
üçün zəmin yarada bildi. İqtisadi
çətinliklər bir növ
aradan qaldırıldı.
Heydər
Əliyev siyasi büroya üzv gedəndə nəinki azərbaycanlıların,
bəlkə də Sovet İttifaqına üzv olan
bütün türkdilli dövlətlərin xalqlarının
sevincinin həddi-hüdudu yox idi. Mən bir neçə
faktı qeyd etmək istəyirəm. Ulu öndərimiz Heydər
Əliyevlə bağlı yazı yazılanda çox vaxt bir
məsələ unudulur. Totalitar sovet rejiminin tüğyan
etdiyi bir dövrdə Azərbaycan dilinin dövlət dili kimi
təsbit olunması Heydər Əliyev tərəfindən
atılmış çox cəsarətli addım idi. O vaxt
Sovetlər Birliyində bəzi qonşu dövlətlərdə
ana dili dövlət dili kimi tanınsa da, Azərbaycanda bu məsələ
gecikmişdi. Heydər Əliyev birinci dəfə hakimiyyətə
gələn kimi ilk növbədə
qayğılandığı məsələlərdən
biri məhz bu problem oldu. Ulu öndərin
prinsipiallığı, qətiyyəti sayəsində o vaxt
"Azərbaycan SSR-in dövlət dili Azərbaycan
dilidir" müddəası Konstitusiyaya salındı. Bundan
başqa, Heydər Əliyev Azərbaycan dilinin inkişafı
və zənginləşməsi istiqamətində müxtəlif
vasitələrdən istifadə edirdi. Azərbaycanda
dilçi alimlərə yüksək diqqət və
qayğı göstərilməsi, milli dildə nəşr
edilən kitabların tirajlarının
çoxaldılması və digər tədbirlər ana dilimizin
daha da inkişaf etdirilməsi məqsədini
daşıyırdı. Görkəmli dilçi alimlərimiz
- filologiya elmləri doktoru, professor Əlövsət Abdullayev,
Azərbaycan dilçilik elminin yaradıcılarından olan
Muxtar Hüseynzadə, Ağamalı Həsənov, Səlim Cəfərov
və b. Azərbaycan dilini hissə-hissə şöbələr
üzrə işləyib hazırladılar. Onlara dövlət
mükafatlarının verilməsi də o dövr
üçün Heydər Əliyevin qəbul etdiyi qətiyyətli
qərarlardan idi. Bəlkə də o vaxt hələ müttəfiq
respublikaların heç birində bu təcrübə yox idi
ki, birinci katib dilçi alimləri bunca rəğbətləndirmiş
olsun. Bu hadisə çox böyük sensasiyaya səbəb
olmuşdu, alimlərimizə qol-qanad vermiş,
ruhlandırmışdı, yaradıcılıqlarına
stimul vermişdi.
Bu
gün müstəqil Azərbaycan dövlətinin
yaşaması üçün biz hamımız Heydər Əliyevə
borcluyuq. Heydər Əliyev xalqın təkidi ilə
respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca
mürəkkəb məqamında qayıdıb. Yalnız
siyasi müdrikliyi, polad iradəsi və dövləti idarə
etmək istedadı sayəsində o, qarşıya
çıxan bütün maneələri dəf etdi, xalqı
düşdüyü bəlalardan qoruya bildi.
Bir
faktı qeyd edim: Heydər Əliyev Moskvadan Azərbaycana
dönüşündə məşhur gürcü jurnalistlərindən
birinin onunla apardığı müsahibəyə belə bir
sərlövhə qoymuşdur: "Odlar Yurdu pələnginin
biləkləri hələ bükülməmişdir". Çox
uğurlu başlıq idi. Bütün sonrakı hadisələr,
ulu öndərin fəaliyyəti, ölkəmizin
inkişafı naminə gördüyü işlər
sübut etdi ki, Heydər Əlirza oğlu Əliyev
bükülməz biləkli çox böyük şəxsiyyətdir.
Elə bir adam yoxdur ki, bu həqiqəti birmənalı qəbul
etməsin. Bizim çox böyük tənqidçimiz, cəsarətli,
yaltaqlığın nə olduğunu bilməyən professor
Qulu Xəlilov televiziya çıxışlarından birində
belə bir müdrik kəlamı xatırlatdı ki, mən
böyük ağıl qarşısında baş əyirəm,
böyük ürək qarşısında isə diz
çökürəm. Heydər Əliyev böyük ağıl və böyük
ürək sahibi idi.
Həmin
dövrdə Azərbaycan xalqı öz taleyindən narahat
idi. Hər bir Azərbaycan vətəndaşı sabit, təhlükəsiz
bir cəmiyyətdə yaşamaq istəyirdi və bunun
üçün xalqın iradəsinə güvənən qətiyyətli
bir siyasi komandanın hakimiyyətə gəlməsi vacib idi.
Heydər Əliyevin hakimiyyətə gəlişi də məhz
bu tarixi zərurətin məntiqi nəticəsi kimi xarakterizə
edilməlidir. 1993-cü ilin yayında Azərbaycan real vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qaldı. Surət Hüseynovla hakimiyyət strukturları
arasında yaranmış münaqişə
bütövlükdə dövlətçiliyin taleyini sual
altında qoymuşdu. Bütün bunlara son qoymaq və ölkədə
ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini
təmin etmək üçün xalqın böyük əksəriyyətinin
təkidli tələbindən sonra Heydər Əliyev
Bakıya dəvət olundu. Ölkəni gözləyən
real vətəndaş müharibəsi təhlükəsinin
aradan qaldırılmasına nail olan Heydər Əliyev
ictimai-siyasi sabitliyin yaradılmasını da təmin etdi. Məhz
onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan
vətəndaş müharibəsi təhlükəsindən
xilas oldu. Elə buna görə də 1993-cü ilin 15 iyunu
müstəqil Azərbaycan dövlətinin tarixinə Milli
Qurtuluş günü kimi daxil oldu.
Heydər
Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz
reallıqlarına dərindən bələd olan bir siyası
xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə
təbliğatın düzgün qurulmasına və beləliklə
də dünya dövlətlərinin diqqətini işğal
faktının əsl səbəblərinə yönəltməyə
nail ola bildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını
qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi
istiqamətində əhəmiyyətli addımlar
atıldı. Bu dövrdən ictimai münasibətlər
sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə
başladı, iqtisadi tənəzzülə son qoyuldu.
Bütün bunlar müstəqil Azərbaycan dövlətinin
sosial və siyasi dayaqlarını möhkəmləndirdi və
respublikanın ümumi inkişafını təmin etdi.
Heydər
Əliyev prezident kimi respublikamızın dövlət müstəqilliyini
qorumaq, demokratiyanı inkişaf etdirmək, bazar
iqtisadiyyatının inkişafına şərait yaratmaq, erməni
təcavüzkarlarına qarşı xalqımızın ədalətli
müharibəsini sülh vasitələsi ilə başa
çatdırmaq və ərazi
bütövlüyümüzü təmin etmək
üçün yorulmadan çalışdı.
Ulu
öndər əmanət olaraq xalqımıza zəngin maddi və
mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən
etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı-
dünya miqyasında yeri və nüfuzu olan bir dövləti,
dövlətçilik ənənələrini qoydu. Heydər
Əliyev çiyinlərini çox ağır və çətin
işin altına verərək xalqımızı
müdhiş bəlalardan qurtardı. Həqiqətən də
ömrünün qalan hissəsini bu müdrik insan öz
xalqına qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaq.
Zəmanəmizin
ən ünlü və nəhəng siyasətçilərindən
sayılan bu dahi şəxsiyyətin ölkədə təhsilin
inkişafında da misilsiz xidmətləri olub. "Cəmiyyət
haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə
xərcləməlidir, gənc nəslin təhsilinə,
müəllimə kömək etməlidir", - deyən
ümummilli liderimiz müstəqilliyə qovuşduğumuz ilk
illərin iqtisadi çətinliyi dövründə belə həmişə
təhsili prioritet sahə hesab edərək böyük diqqət
və qayğı göstərib. Bu müdrik siyasətçinin,
uzaqgörən ölkə başçısının təhsilə
böyük önəm verməsinin nəticəsidir ki, bu
gün də həmin siyasət uğurla davam etdirilir. Hər
il neçə-neçə yeni tədris ocaqları tikilib
istifadəyə verilir, pedaqoji kadrların
hazırlığına diqqət artırılır. Məhz
Heydər Əliyevin qayğısı sayəsində müəllim
nüfuzu yenidən yüksəldi. Başqa cür ola da bilməzdi.
Çünki müəllim əməyinə həmişə
böyük qiymət verən Heydər Əliyev deyirdi: "
Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə
hörmət etməli, cəmiyyətin həyatında
oynadığı rolu qiymətləndirməlidir"
Heydər
Əliyev kursu Azərbaycanın bütün sahələrində
böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi
son on beş ili xarakterizə edən mühüm amillərdir.
Bu müdrik siyasət nəticəsində Azərbaycan
artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir.
Artıq dünya birliyi ölkəmizlə hesablaşır,
irimiqyaslı beynəlxaql layihələr Azərbaycanın
iştirakı və onun milli maraqlarının nəzərə
alınması ilə həyata keçirilir. Dövlətin əsas
göstəricilərindən biri olan iqtisadiyyatda aparılan
köklü islahatların nəticəsində ölkəmiz
qısa müddət ərzində bu sahənin yüksəlişini
təmin edib.
Heydər Əliyev dühası ilə tarixin şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçirdiyi siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Gördüymüz hər bir işdə nailiyyət, uğur əldə etmək istəyiriksə, Heydər Əliyev təşəbbüskarlığından öyrənməliyik. Vətən, xalq təəssübkeşliyi Heydər Əliyev şəxsiyyəti ona görə nəsillərə nümunədir ki, bu şəxsiyyətdə azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur. Biz bu gün Heydər Əliyevi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, ulu öndərimiz, Azərbaycan təhslinin himayədarı, təhsil işçilərinin mənəvi atası, Azərbaycan dövlətinin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı, xalqımızın əbədi prezidenti Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Heydər Əliyev kremlə sancılmış türk bayrağı idi. Kremlə sancılmış türk bayrağı- Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin bayrağına çevrildi. Bu həqiqətdir, bu tarixdir.
Türk Dünyasının böyük şairi Zəlimxan Yaqub ulu öndərimizə gözəl əsərlər həsr edib. Həmin əsərlərdə ümummilli liderin şəxsiyyəti, xalqa xidməti, məhsuldar fəaliyyəti poetik cizgilərlə adına layiq surətdə öz əksini tapıb. Deyərdim, Zəlimxan Yaqub Heydər Əliyev haqqında dilə gətirilmiş ən gözəl fikirlərin müəllifidir. Həmin şerlərin birində deyir:
...Çiçəksən, zərin gəldi,
Anasan, ərin gəldi,
Oyan,
Zərifə xanım,
Oyan,
Heydərin gəldi.
Saçda
dən, ağlamadın,
Gözdə
çən, ağlamadın.
Ona
hamı ağladı,
Təkcə
sən ağlamadın...
Xalqımızın
ulu öndərə olan sevgisi, məhəbbəti sərhədsizdi,
ölçüyəgəlməzdi. Ümummilli liderin xalq,
millət, Vətən qarşısında xidmətləri
misilsizdi. Bu polad iradəli, biləyi bükülməyən
insan özünü yurduna, torpağına, Vətəninə
Qurbaninin "boynu bükük bənövşəsi" kimi
əymişdi. Ona görə də alnı açıq,
üzü ağ, başı sonsuza qədər uca idi.
Məktəbimiz
Bakı şəhərində keçirilən ənənəvi
"Gül bayramında" "Kremlə sancılmış
Türk bayrağı" adlı gözəl bir kompozisiya
hazırlamışdı. Həmin kompozisiya sonradan Heydər Əliyevin
xatirə günləri münasibətilə keçirilən
müsabiqələrin, elmi-tədqiqat layihələrinin
şüarına çevrildi. Məktəbimiz həmişə
belə tədbirlərdə fəallığı ilə
seçilib, öndə olub. Sabunçu rayonunda təşkil
olunmuş Gül bayramında hər il bizim kompozisiya
orijinallığı ilə seçilmişdir. Bir başqa
kompozisiya "Biz Vətənə Heydəri doğan qeyrət
deyirik" adlanırdı. Bu kompozisiya da bəyənilmiş
və alqışlanmışdır. Biz də bununla qürur
duyuruq. Bir də ona görə qürur duyuruq ki, normal işləmək
üçün bu sağlam mühiti bizə Ulu Öndərimiz-Heydər
Əliyevin layiqli davamçısı İlham Əliyev cənabları
yaratmışdır. Ölkəmizdə gedən quruculuq
işləri, böyük-böyük layihələrin həyata
keçməsi, iri miqyaslı tədbirlərin keçirilməsi,
insanı valeh edir. Ölkəmizə gələn
dünyamızın məşhur adamları, qonaqlar gündən-günə
gözəlləşən şəhərimizdən zövq
aldıqlarını açıq şəkildə etiraf edirlər.
Tezliklə Bakımız görkəmiylə, əsrarəngiz
və füsunkar gözəlliyi ilə dünyaya meydan
oxuyacaqdır.Elə doğma rayonumuz Sabunçunun
özündə, xüsusilə Bakıxanov qəsəbəsində,
qəsəbənin mərkəzi boyunca görülən
işlər ürək açır, göz oxşayır.
Böyük
Söz Fatehi Zəlimxan Yaqub yaxşı deyib:
Baxmağa
güzgüsü, aynası yoxdu,
Yüz
il yaşasa da mənası yoxdu.
Diri
ölülərin dünyası yoxdu,
Bu
dünya əbədi dirilərindi.
Ulu
öndərimiz Heydər Əliyev də xalqımızın əbədi
diri qalacaq şəxsiyyətlərindəndir. Nə qədər
ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev
də yaşayacaqdır!
"Tarix
nə üz görür, nə rüşvət alır,
tarixdə tarixi həqiqət qalır". Tarixi həqiqəti
unutmağa heç kimin haqqı çatmır.
Səməndər Məmmədov
Ədalət.-2013.-30 aprel.-S.5.