Neftçala yeni inkişaf mərhələsində
(əvvəli qəzetin 29 iyul
sayında)
2013-08-01 00:07 | 239 dəfə oxunub Şriftin ölçüsü: A+ Böyütmək A+ Balacalaşdır
2012-ci ilin fevral-dekabr aylarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə Kür çayının məcrasının dərinləşdirilməsi məqsədi ilə lilsoran qurğulardan vurulan lil qarışıqlı suyun yığılması və çökdürülməsi üçün Neftçala rayonunun Bankə qəsəbəsində Dövlət Torpaq Fondundan 16 hektar, Kürkənd bələdiyyə torpaq fondundan 30,3 hektar, Qaraqaşlı bələdiyyə torpaq fondundan 10,6 hektar, Qaraqaşlı kəndində 5,5 hektar torpaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir. Suyun yığılması və çökdürülməsi üçün anbarların tikintisi, Bankə və Kürkənd ərazilərində sona çatdırılmışdır. Digər ərazilərdə inşaat işlərinin sürətləndirilməsi qərara alınmışdır.
Rayon ərazisində 234,7 kilometr suvarma
kanallarında, 63 kilometr kollektor-drenlərdə
lildən təmizlənmə, 54 ədəd suvarma
kanallarının, 35 ədəd kollektor-drenlərin hidrotexniki qurğularında əsaslı və
cari təmir işləri
aparılmışdır. Neftçala magistral kanalının nasos
stansiyası ilə birlikdə tikintisi davam etdirilir. Hesabat dövründə 565 metr
beton, 2 ədəd körpü
tikilmişdir.
Yollara qayğı mütəmadi
olmalıdır
Neftçalada ölkə və yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri həmişə diqqətdə saxlanılır. 2009-2012-ci illərdə bu rayonda 23100 kvadrat metr yol asfaltlanmışdır. Yerli əhəmiyyətli avtomobil yollarının orta təmiri ilə əlaqədar 106200 kvadrat metr çınqıl örtük salınmışdır.
Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun tikintisi məqsədi ilə Neftçala rayon İcra Hakimiyyətinə 5 milyon 935,6 min manat vəsait ayrılmışdır. Yolun çəkilməsi ilə bağlı hal-hazırda işlər davam etdirilir. Dövlət Proqramının şəhərdaxili yolların və səkilərin bərpası, yenidən qurulması tədbirlərinin icrası ilə bağlı 2013-cü ildə yerli büdcədən 565,8 min manat vəsait ayrılmışdır. 2013-cü ilin 6 ayında şəhərdaxili yollarda 14485 kvadrat metr asfalt örtük qoyulmuş və işlərin görülməsinə 152,1 min manat vəsait xərclənmişdir. 2009-2012-ci illərdə şəhərdaxili yollarda 85613 kvadrat metr, səkilərdə 980 kvadrat metr asfalt örtüyün tikintisinə hazırlıq məqsədi ilə 4950 kvadrat metr həcmində çınqıl əsasın tikintisi aparılmışdır. Haqqında danışılan işlərin həyata keçirilməsinə 936,6 min manat vəsait sərf edilmişdir. Rayon mərkəzindəki Heydər Əliyev prospektində 1333 metr səki daşlarının sökülüb mərmər daşlarla əvəz edilməsinə 179 min manat vəsait sərf edilmişdir. Qəsəbədaxili küçə və yollarda 46011 kvadrat metr asfalt örtük qoyulmuşdur ki, bu işlərin görülməsinə 397,7 min manat vəsait xərclənmişdir.
Magistral avtomobil yollarının ətrafında yaşıllaşdırma işləri aparılmışdır. Bu məqsədlə inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr, idarə və təşkilatlar bu ərazilərdə 47200 ədəd ağac əkmişdir.
Sakinlərin sosial həyatlarına
qayğı
Heç şübhəsiz ki, insanların yaxşı yaşamaları üçün onların sosial problemləri də həll olunmalıdır. Bu mənada elektrik enerjisinə olan tələbat daha önəmlidir. 2013-cü ilin yanvar-iyun ayları ərzində rayonun elektrik enerji təchizatı sisteminin yaxşılaşdırılması ilə bağlı 8,2 kilometr məftil, 41 ədəd dayaq dəyişdirilmişdir. 5 ədəd transformator təmir olunub yenidən istifadəyə verilmişdir. Transformatorların işləməsi üçün 4300 kiloqram yağ alınmışdır.
2009-2012-ci illərdə rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması ilə bağlı 39 kilometr məftil, 99 ədəd dayaq dəyişdirilmişdir. 88 ədəd transformator təmir olunaraq yenidən həyata qaytarılmışdır. Yarımstansiyaların xətlərində 4395 metr kabel yenisi ilə əvəzlənmişdir. Transformatorun işləməsi üçün onlara 22950 kiloqram yağ əlavə olunmuşdur.
Rayonun qaz
təsərrüfatının genişləndirilməsi
işləri indi də davam
etdirilir. 2013-cü ilin
yanvar-iyun aylarında 4560 metr
müxtəlif ölçülü qaz xətti çəkilmişdir. Rayonda qaz təsərrüfatını
günün tələbləri səviyyəsində
qurmaqdan ötrü bu ilin əvvəllərinə
qədər 196099,4 metr müxtəlif ölçülü qaz
xətləri çəkilişi aparılmışdır. Rayonun Tatarməhəllə kəndində yerləşən
Qaz Paylayıcı Stansiyada
1 ədəd separator
quraşdırılmışdır. Rayonun
Kürkənd kəndi qazlaşdırılmışdır.
Rayonda aparılan təmir-tikinti işləri
Bütün bölgələrdə olduğu kimi Neftçala rayonunda da təmir-tikinti, abadlıq işləri bir an da olsa belə dayanmır. Hal-hazırda Heydər Əliyev Mərkəzinin tikintisi böyük sürətlə aparılır. Rayon İcra Hakimiyyəti tərəfindən Tarix Diyarşünaslıq Muzeyinin fasad hissəsinin təmir işləri yekunlaşmışdır. Yerli büdcə hesabına Mədəniyyət evində 7,1 min manat məbləğində əsaslı təmir, Mərkəzi Kitabxanada 11,1 min manat, Rəsm Qalereyasında 1,3 min manat, Mədəniyyət və İncəsənət sarayında 6,5 min manat dəyərində cari təmir işləri görülmüşdür.
Neftçala şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üçün 2010-cu ildə 6 hektar torpaq sahəsi ayrılmışdır. Hesabat dövründə ilkin hazırlıq işlərinə başlanmışdır.
Neftçala rayonunda məktəb binalarının tikintisinə və təmirinə böyük önəm verilmişdir. 220 nəfər şagird üçün Astanlı kənd orta məktəbinin yeni binası tikilib istifadəyə verilmişdir. Ötən ilin sentyabr ayında 220 şagird üçün Xıllı qəsəbə 2 saylı tam orta məktəbi, dekabr ayında İkinci Qaralı kəndində 200 şagird üçün, Xəzər kəndində 260 şagird üçün məktəb binalarının inşası uğurla yekunlaşmışdır.
Bu ilin ilin 1-ci yarısında Yuxarı Qaramanlı kəndindəki 360 şagird üçün nəzərdə tutulan tam orta məktəb binasının tikintisi sürətləndirilmişdir.
Səxavət Məmmədli
Ədalət.-2013.-1 avqust.-S.4.