"Biz bədbin
yox, nikbin filmlər istəyirik"
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun Kulis.az-a müsahibəsi
- Yusif müəllim, Mədəniyyət
və Turizm Nazirliyinin kino siyasətinin əsas prinsipləri nədən ibarətdir?
- Əvvəlcə ordan
başlamaq lazımdır
ki, bizim kino çox böyük problemlər qarşısında qalıb. Son 10-15 ilin əsas problemi kadr problemidir.
Düşüncə səviyyəsi biçilmiş
otdan yuxarı olmayan, özünü kinematoqrafçı adlandıranlarımız
çoxdur. Onlar kinonun
bu gününü və sabahını müəyyən etmək
iqtidarında deyillər.
Kinoya yeni düşüncəli
adamlar, təzə ideyalar lazımdır.
Kinoya yeni nəfəs, yeni qan gətirmək
üçün görülən
və görüləcək
işlər var. Biz Azərbaycan
kinosunu dünya kinosu ilə ayaqlaşa biləcək bir sənət kimi görmək istəyiriksə, gərək
kinoya gəncləri cəlb edək. Kinonun gələcəyi onlarla bağlıdır. Bu o demək deyil ki, ağsaqqal sənətkarlara film verilməməlidir.
Praktika da bunu göstərir
ki, belə deyil. Amma gənclər kinoya
cəlb olunur. Bunun üçün çox iş
görülür. Mən 40 ildir
kinoda işləyirəm,
Azərbaycan kinosunda heç vaxt bu qədər gənc kinoya cəlb olunmayıb. Son vaxtlarda elə
olub ki, illik büdcənin yarıdan çoxu debüt filmlərə sərf olunub. Elə bu il də belədir. Asif Rüstəmov ilk tammetrajlı filmini çəkir. Altı gənc
rejissor "Motivlər"
filmini çəkir.
"Sirr" adlı tammetrajı filmi gənc rejissorlar Elməddin və Xəyyam çəkiblər. Məqsəd istedadları açmaq, onlara yeni filmlər
həvalə etmək,
imkanlar yaratmaqdır.
- İldə
6 milyon yarım kinoya pul ayrılır. Bu pul yalnız
filmlərin istehsalına
xərclənir, yoxsa bu pula kinonun inkişafı ilə bağlı layihələr,
məsələlər daxildir?
- Əlbəttə bu
pul ümumiyyətlə
kino ilə bağlı məsələlərə
ayrılır. Yalnız bu pulun böyük bir hissəsi, təxminən
90 faizi filmlərin çəkilişinə ayrılır.
Çünki film istehsalı böyük
maliyyə tutumlu layihədir. Yerdə qalan
məbləğ isə
filmlərin təbliğinə,
müxtəlif tədbirlərin
keçirilməsinə, festivallara,
ora adamların göndərilməsinə xərclənir.
Bunlara o qədər də çox maliyyə tələb olunmur. Məbləğin əsas hissəsi
filmlərin istehsalına
xərclənir.
- Layihələrin qəbulu
məsələsində ssenarilərin
qiymətləndirməsi prosesində
ekspertlər şurası
var. Bu şurada kimlər
var? Yalnız nazirlik işçiləridir?
- Yox, müstəqil kino adamları, peşəkar kinematoqraflar
da var.
- Bu sabit heyətdir?
- Yox, vaxtaşırı dəyişir.
- Ssenarilərin qiymətləndirilməsi
prosesində hansı amillər nəzərə
alınır? Layihə verənlərdən
biri ssenarilərdə
qətl, intihar, ölüm hallarının
olmaması şərtinin
olduğunu və yaxud da həmin
yerlərin senzuraya məruz qaldığını
deyir.
- Amillər deyəndə arzuolunandır ki, dövlət sifarişi ilə çəkiləcək
filmlərin pozitiv qüvvəsi olsun. Biz istəmirik ki,
filmlər bədbin ruhlu olsun. Amma şərt deyil ki, orada hansısa
bədbin intonasiyalar olmasın. Ümumi prinsip belədir.
Senzura tamamən yersiz və əsassız sözdür. Senzuradan yox,
redaktədən söhbət
gedə bilər.
Redaktor kinoda çox vacibdir. Filmin yaradıcılarına, xüsusən
cavanlara elə gəlir ki, onların yazdığı
Quran ayəsidir, ona toxunmaq və ya dəymək olmaz. Siz təsəvvür edə bilməzsiniz ki, biz nə qədər keyfiyyətsiz
materialla rastlaşırıq.
Əgər hansısa
materialda iynə ucu boyda işıq
varsa, filmə bənzər nəsə görürüksə, onda
müəlliflərə deyirik
ki, ssenarindən nəsə alına bilər və ya bu yerlərinə
diqqət et. Düzəldə bildikdə qəbul
olunur. Redaktor çox vacibdir.
İncəsənət Universitetinin professorları
deyir ki, əgər bizim məzunlardan iyirmi nəfərin içindən
biri kinematoqraf çıxsa çox sevinərik. Amma dindirsən, hamısı
özünü Fellini sayır.
Mən o senzura
haqqında danışan
adamı, tənqidçini
bir aylığa, yarım iliyə dövlət sifarişi ilə çəkiləcək
filmləri seçən
vəzifənin başında
görmək istəyirəm. Baxaram ki,
o nələr çəkir
və necə böyük problemlərin
həlli qarşısında
qalır.
- Kinonun inkişafına dair Dövlət Proqramında
nəzərdə tutulmuş
işlərdən, bəndlərdən
bir neçəsi icra olunmayıb. Bu barədə nə
deyə bilərsiniz?
Bu işlər icra olunacaqmı, yoxsa onların üstündən keçilib?
- Görülməyən işlərdən
biri kinoteatrların bərpası ilə bağlı idi. Bənddə
yazılmış tapşırıq
belə idi ki, bölgələrdə
kinoteatrların bərpasının
layihə smetası müəyyən olunsun.
İcra olunmayıb. Yalnız Nizami
kinoteatrının bərpası
və yenidənqurmasının
göstərmək olar.
İş burasındadır ki, kinoteatrlar dövlətin sərəncamında
olanda onları işlətmək mümkün
deyil. Təcrübə bunu göstərir.
Məsələn Bakı təcrübəsi
- Park Cinema, 28 Mall, Cinema Lux və başqa özəl müəssisələr
uğurla işləyir.
İnvestorlar nəhayət ki,
bunu başa düşdülər. Gecikmiş olsa
da bizdə də bunun konturları
görünür. Gəncədən soraq var ki,
orada da belə bir şey
etmək istəyirlər.
Demək,
bölgələrdə də
bu işə həvəs artır.
Yəni bunu dövlət deyil, özəl investor etməlidir. Dövlətin vəzifəsi isə bunu nizamlamaq, şərait yaratmaq, lazım gələrsə
vergi güzəştləri
etmək və ya milli filmlərin
repertuardakı kvotasını
müəyyən etməkdir.
- Vaxtilə bölgə kinoteatrlarında,
hətta kənd klublarında film nümayişləri
vardı. İndi klublar dağılır, bu anlayış tamam itir. Bunu qorumaq
mümkün olacaqmı?
- Kəndlərdə də nə vaxtsa kinoklublar olub. 70-ci illərdə kənd və şəhərlərdə ümumilikdə
2200 kinoqurğu, kino nümayişi üçün
obyekt fəaliyyət göstərib. O zaman
belə bir anlayış vardı: kinolaşdırma. Buna qədər radiolaşma, televiziyalaşma da olub. Dövlətin ideologiyasını yeritmək üçün
bunlar önəmli idi. Mən də o dövrü
görmüşəm. "Sovet Azərbaycanı"
kinojurnalı, kolxoz həyatından filmlər
göstərilirdi. Bir məqam
gəldi ki, buna ehtiyac olmadı.
Paralel olaraq video, kompüter,
internet yarandı. İndilikdə bunu qeyd edim
ki, avqustun 2-də Azərbaycanın 40-a yaxın
rayon mərkəzində və
kəndində, daha dəqiqi 61 kinoteatr və mədəniyyət
evində "Dolu"
filmi göstəriləcək.
Artıq
avadanlıq qurulub, plakatlarla təmin olunub. Avqustun 2-də filmin premyerası
olacaq və daha sonra harada
alınarsa orda davamlı seanslar göstəriləcək. Bilirsiniz bunu zorla etmək
olmaz. Alınarsa
az sonra
ikinci filmi də göstərəcəyik.
Çox
güman ki bu, "Vəkil hanı?" filmi olacaq.
- Sözügedən Dövlət
Proqramında vaxtında
icra olunmayan bəndlər arasında
"Azərbaycanfilm" kinostudiyasının
təmiri və yüksək qurğularla təmini də var.
- Bu bənd icra olunmaq ərəfəsindədir.
Fransız şirkəti ilə
müqavilə bağlanıb.
Mütəxəssislər gəlib işləyiblər
və yenidənqurma layihəsi ilə bağlı təkliflər
hazırlayırlar. Bu,
böyük bir layihə olacaq. Layihə neçə nəsil Azərbaycan kinematoqrafçıların
gözlədiyi layihədir.
Əminik ki, olacaq.
- Avqustun 2-i "Dərvişin qeydləri"
təqdim olunacaq. Daha hansı filmlər il
ərzində təqdim
olunacaq?
- Ayaz Salayevin "Ağ qara gecələr"
filmi tamamlanır. Oqtay Mirqasımovun "Qisas almadan ölmə"
filmi tamamlanmaq üzrədir, "Salnamə"
studiyasında Samir Kərimoğlunun çəkdiyi
"Mən evimə qayıdıram" filmi xeyli uzanmalardan sonra nəhayət demək olar ki, hazırdır. Və daha 7-8 film istehsalat prosesindədir.
- "Bu meydan
bu ekran" layihəsinə nə üçün xitam verildi? Müsabiqə, layihələr davam edəcək?
- Bizə belə gəldi ki, "Bu meydan bu ekran"
forması yekunlaşmağa
doğru gedir. Bilirsiniz, seçim məxfi olurdu, münsiflər heyəti üstündə
ad familiya olmayan, bağlı ssenariləri oxuyub seçirdi. Elə olurdu ki, qalib
gələn layihənin
müəllifi artıq
bir dəfə, ya iki dəfə
film çəkmiş olurdu.
Ona görə də başqa bir formaya keçdik. "Motivlər" layihəsini çox bacarıqlı prodüser
İradə Bağırzadə
təqdim etdi və 6 gənc rejissor bu kinoalmanaxı
çəkməyə başladı.
Layihənin maliyyəsinin bir
hissəsini müxtəlif
prodüser mərkəzləri
öz üzərinə
götürdü. Ssenarilərini özüm oxumuşam, çox maraqlıdır.
Artıq
6 filmdən biri Rüfət Həsənovun
çəkdiyi film tamamlandı.
Görək onlar bu kinoalmanaxda özlərini necə göstərəcəklər?
Alınsa onlara böyük
film də həvalə
etmək olar.
Aliyə
ədalət.-2013.-2 avqust.-S.4.