GERİYƏ BAXANDA. İKİNCİ DÖNƏM: VƏLİ BABAYEV

O YUXUNU BİR DƏ GÖRMÜRƏM...

 

Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA ,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlli verici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.

Və inanın ki, heç bir şey artırmıram. Bu yuxunun öncəsi bunlar olmuş: kompyuterimə virus düşmüşonu bir şirkətə götürdüm yoxlamağa, üç günə başa gəldi və kompyuterin arxasınca gedəndə Yazarlar Birliyində bir xanım tənqidçinin tanıdığım bir ədəbiyyatçı ilə mübahisəsinin şahidi oldum: nədən başlamışdı bilmirəm, amma onu gördüm ki, xanım tənqidçinin üzünün cizgiləri dəyişmiş və ədəbiyyatçıya son dərəcə nəzakətlə deyir: baxın, mən sizə ağır söz deyə bilərəm. Mən məsələnin qəlizləşdiyini hiss elədim, dost kimi bir şeylər dedim ədəbiyyatçıya. Bütün bunlardan sonra mən kompyuterin dalınca gedib aldım, gətirib qurdum, bir neçə əskikliyilə (dostlarım mənim kompyuter azarımı, tutqumu bilirlər). Amma neyləyəsən bura bizim məmləkətmizdir, olanımız budur. Və həmən gün başqa bir şey olduğunu xatırlamıram və olmayıb da...

 

***

Bütün bunlardan sonra o gündüzün gecəsi mən, bir YUXU gördüm. Və dəhşətli bir YUXU gördüm və məni bir çox zamandı ki, bir fikir rahat buraxmır. O da ibarət olsun ondan ki, mən birbu dünyaya gəlsəydim bu təfəkkürümlə və bu düşüncəmlə, yalnız və yalnız ÖZ YUXULARIMI yazmaqla məşğul olardım. Amma kişi kimi, bütün iyrəncliyi və bütün təmizliyi ilə öz yuxularımı yazıb bu dünyadan çox rahat (bu bir az həqiqət deyil, dünyadan "çox rahat" köçmək sadəcə bir deyimdir) köçərdim. Mən bilmirəm, dünyada bu işlə məşğul olan başqa bir yazan-pozan olub olmayıb, amma mən çox istərdim ki, bunu həyata keçirim. Bu məni son illərdə ÖLÜM qədər məşğul edən bir şeydir.

bu YUXU axşamının gündüzü söylədiyim hadisədən sonra mən çox dəhşətli bir yuxu gördümbu yuxunu təfsilatı ilə yazmaq istəyirəm... Aman Allahım!!! Təbii bu təfsilatı anlatmaq bu yazını yazdığım zaman da mənə ağır gəlir, mən qəhərlənirəm və inanın ki, bu YUXUNUN mənə nə dərəcədə dəxli olub olmadığını da bilirəm və...

...Görürəm ki, həbsxana kimi bir yerdəyəm, ya da nəsə buna bənzər bir yerdir, bəlkə yoxsul bir xəstəxanadır və burada hündür bir çarpayı var. Mən bu çarpayının önündəyəm və çarpayıdan bir az aralıda bir qadın da var: yaşlı və çox səliqəsiz geyinmiş bir qarıdır. Bu qarı yaxınlığındakı zibillikdən yığdığı bəzi para şeyləri o çarpayıda çox halsız yatanbütün aydınlığı ilə gördüyüm üz- gözü tüklü bir adama uzadır və bu zibillikdən yığılan şeyləri yemək üçün uzatdığı adam mənə tanışdır və elə tanışdır ki, inanın ki, mən bu qədər aydın yuxunu heç zaman görməmişəm. Çarpayıda yatan adam mənim heç zaman uzun müddət ünsiyyətdə olmadığım, yalnız çox hörmət etdiyim və yalnız bir kərə yaradıcılıq əməkdaşlığı elədiyim və yalnız bir kərə o tamaşadan, sonra evimə kollektiv olaraq dəvət eləyib, qonaqlıq verdiyim, unudulmaz rejissor VƏLİ BABAYEVDİR.

O VƏLİ BABAYEV ki, bir zamanlar mən "Qobustan" toplusunda işləyəndə Anar müəllim mənə tapşırdı ki, bəs o maraqlı rejissordur, onun haqqında yazı yazdırın və mən təbii ki, özüm yazmasam da, o yazını yazdırdım və sonradan mən özümonu izləməyə başladım.

O VƏLİ BABAYEV ki, Naxçıvan Cavid Poyeziya teatrında tamaşa qoyulan, bir az sonra haqqında oxuyacağınız böyük şairimiz Rəsul Rzanın şerlərindən kompozisiya olaraq yaratdığım "BİR GÜN DƏ İNSAN ÖMRÜDÜR" poetik tamaşada rejissorluq etmişdi və hələ o zaman teatrşünas Cəlil Vəzirov onun haqqında "Ədəbiyyat və incəsənət" qəzetində yazmışdı: "Tamaşanın quruluşçu rejissoru Azərbaycan SSR əməkdar artisti Vəli Babayev müəllifdən gələn, günün aktualson dərəcə müasir səslənən problemlərini ön plana çəkmiş və maraqlı bir tamaşa hazırlamışdır. Rejissor tamaşaçı nəzərini mənalı bir istiqamətə-sosial ədalət prinsiplərinin sözdə yox, məhz əməldə təzahür problemlərinə yönəltmişdir. Rejissor poetik teatrın tələblərindən və imkanlarından ustalıqla istifadə edərək faciəni törədən səbəbləri ön planda səciyyələndirir. Qeyd etmək lazımdır ki, rejissor-rəssam dueti tamaşada məzmunlu bir harmoniya yaradır (qeyd edək ki, Vəli Babayev bu tamaşada həm də rəssamdır)...

O VƏLİ BABAYEV ki, "Kommunist" qəzetində (6 yanvar 1988-ci il) Fəsahət Hüseynov yazırdı: "Hər bir vətəndaşın cəmiyyət qarşısında məsuliyyət hissi, mənəvi təmizlik və xeyirxah mövqeyi əsərin ana xəttini təşkil edir. Quruluşçu rejissor, Azərbaycan SSR əməkdar artisti Vəli Babayev (o həm də quruluşçu rəssam idi) əsərin səhnə həllində məhz bu problemlərin açılmasına çalışmış və məqsədinə nail olmuşdur. O tamaşada poetik teatrın tələb və imkanlarına düzgün riayət etməklə müəllifin fəlsəfi qayəsini tutarlı rejissor təsirilə açmışdır".

O VƏLİ BABAYEV ki......

mən görürəm ki... Vəli Babayev çox halsız uzanıb çarpayıda və qadın əlindəki çirkli yeməkləri ona verməyə çalışır və mən qadını qabaqlayıb ciblərimi axtarıram və cibimdən bir neçə manatlıq çıxarıram və qadına verirəm ki, başqa bir şeylər alsın.

Bunları çox aydın xatırlayıram və bu yazını da məhz həmən yuxunun tam səhəri yazmışam...

Və qadın məndən pulu götürmür və mən bir də baxıram ki, burada bir adam da var. Və inanın, Allah xatirinə, inanın bu adam da kim olsa yaxşıdır: gözəl rejissor Hüseynağa Atakişiyevbuişdir düşünürəm. Və burası lap məni dəhşətə gətirir: mən ağlaya-ağlaya Hüseynağa bəyə deyirəm: aman, Hüseynağa müəllim, bu adam (yəni Vəli Babayev) bu günə düşməməliydi... bu adam bu günə layiq deyil. İnanın lap beləcə deyirəm və bütün bu müddəti mən hönkür-hönkür ağlayıram...

Mənə inanmanızı istərdim...

Mənə inanmanızı istərdim...

Mənə inanmanızı istərdim... (bu təkrar deyil, təkrirdir, saxlanılmasını istərdim)

Ağlaya-ağlaya bunları deyirəm və qadın artıq yoxa çıxıb və Hüseynağa müəllim çox qaranlıq bir şeylər deyir, amma onu başa düşürəm ki, dəhşətli peşmandır və o da son dərəcə dəhşətli dərəcədə mağmun görünür...

Və mən hələ də ağlayıram...

Və nəhayət ayılıram və görürəm ki, kirpiklərim yaşdır, gözlərimin içi yaşla doludurdoğrudur yaş yanaqlarımı islatmasa da, gözlərimin içi yaşla doludur və mən kişi kimi ağlamışam...

Baxın, mən bir çox məqamı bir az öncə izah elədim və mən bu vaxtsız itirdiyimiz gözəl rejissorla, gözəl ziyalı Vəli Babayevlə bir neçə dəfə qarşılaşsam da bir çoxları kimi onunla yaxından təmasda olmamışam və yuxarıda vurğuladığım kimi mənim Naxçıvan Poeziya Teatrı üçün unudulmazböyük şairimiz Rəsul Rzanın şeirlərindən yaranmış "BİR GÜN DƏ İNSAN ÖMRÜDÜR" poetik səhnə əsərimə o rejissorluq eləmişdi (və indicə onun o işi haqqında bir neçə nümunə verdim), amma mən o zaman da bu Vəli Babayev adında bir sənətçi ilə deyim ki, unudulmaz teatrşünas Cəlil Vəzirov kimi yaxınlıq eləməmişdim. Yəni, busirr, bu nə möcüzə, Aman Allahım? Mən nədən Vəli Babayevi yuxuda görməliyəm və nədən məhz o halda görməliyəm ki, ağlamalıyam və oyandığımda da gözlərimi nəmli hiss eləməliyəm? Nədən?

Vəli Babayev bizim unudulmaz rejissorluq məktəbimizin unudulmaz bir nümayəndəsi idi ki, Bakıdan ayrılıb Naxçıvana getdi və Naxçıvanda da bir çox tamaşalara və Naxçıvan teatrının tarixinə imza atdı. Məncə o Naxçıvana getməməliydi və Bakıda yaşamalıydı və Bakıda mübarizə etməliydi, amma o yolu ona kim seçmişdi, mən deyə bilmərəm. Bəlkə Bakı artıq onun üçün ölmüşdüya bəlkə Bakıdan o intiqamını beləcə almaq istəmişdi. Bütün bunları mən indi də bilmirəm, amma Bakı teatr camiəsi onu itirməklə bir çox şeyi itirmişdi, çünki o bir rejissorluq məktəbi görmüşdübu rejissorluq məktəbini də görmək üçün onun haqqı vardı: O İSTEDADLI VƏ ALLAH VERGİSİNƏ SAHİB BİR YARADICI idi...

Təbii, mən portret yazmıram, amma onun kim olduğu barədə bir neçə sitata ehtiyac duydum ki, onu da yazımın irəlidəki bölümündə oxudunuz, bu ona layiqdir. Və burada mən bir şeyin altını özəlliklə cizmək istərdim: Aman Allahım, bu nə möcüzə? Nədən Vəli Babayev mənim yuxuma girməliydi və nədən məhz elə bir ağrıyla girməliydi ki, mən ağlamalıydım...

Bunu mənə anladacaq bir kimsə varmı?

Bir varlıq varmı?

Mən bilirəm: onun qarşısında heç bir suç sahibi deyiləm və mən onunla dediyim kimi bir o qədər də ünsiyyətdə olan insan olmamışam...

O zaman bunun adı olsun ? Nədir bu...

Babayev Vəli Allahverdi oğlu

Babayev Vəli Allahverdi oğlu (1945-1989) - rejissor. Azərb. əməkdar art. (1974). Azərb. Teatr İn-tunu (indiki Azərb. Mədəniyyət İncəsənət Un-ti) bitirmişdir (1966). 1974-1976 illərdə M. Qorki ad. Moskva Akad. Bədaye Teatrında təcrübə keçmişdir. 1966-1989 illərdə C.Məmmədquluzadə ad. Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rej. (1974-1982 illərdə baş rej.) işləmiş, M.-nin "Ölülər" (1975, 1981) "Dəli yığıncağı" (1977) əsərlərini tamaşaya qoymuşdur.

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

ədalət.-2013.-3 avqust.-S.15.