QOBUSTAN: BOZ
DAĞLARIN YENİ HƏYAT ŞƏRQİSİ
Ucqarların xoş taleyi
Məlum olduğu kimi iyul ayının 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmiş, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. İclasda bir sıra regionların əvvəlki dövrlərlə müqayisədə indi daha yüksək nailiyyətlər qazanması da vurğulanmışdır.
Həqiqətən bəzi ucqar rayonlar və müstəqillikdən qabaqkı problemlərini öhd edə bilməyən regionlar da sürətlə inkişaf etməkdədir. Bütün bunlar dövlətimizin, xalqımızın və prezidentimizin arzulanan yeni Azərbaycan uğrunda böyük zəfəridir.
Tanınmaz dərəcədə inkişaf edib dəyişən,
abad və müasir rayona çevrilən Qobustanın da taleyində bu amillər
rol oynamış, onu az müddət ərzində on
illərlə irəli aparmışdır. Gerçəkdən
bu gün bir vaxtların miskin
görkəmli Qobustan şəhərinə,
Qobustan rayonuna ayaq basan hər kəs heyrətini
gizlədə bilmir. Zarafat
deyil, sanki bütöv bir rayon sökülüb
yenidən tikilmiş, ucaldılmışdır.
Təcrübəli icra
başçısı Adil Məmmədov
bütün bu xoş məqamların, təntənələrin
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin möhtəşəm
daxili və xarici siyasətinin,
eləcə də hər bir regionun inkişafına eyni
dərəcədə qayğısının nəticəsi
olaraq reallaşdığını diqqətə
çatdırır.
Ümumi
məhsul istehsalında
18 faiz artım
Bu ilin birinci yarısında rayonda 47476,2 min manatlıq ümumi məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,0 faiz çoxdur. Bu artım kənd təsərrüfatında 12,0 faiz, tikintidə 89,1 faiz, ticarətdə 12,9 faiz, nəqliyyatda 3,0 faiz təşkil etmişdir. Baxılan dövrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 8,6 faiz artmışdır.
Əhaliyə təbii qazın və elektrik enerjisinin verilməsi,
içməli su ilə təminat sahəsində
bir sıra işlər görülmüşdür.
Qaz təsərrüfatının
yenidən qurulması
2013-cü
ilin birinci yarısında əhaliyə 513781,1 manatlıq təbii
qaz satılmış, dəyəri 104,3 faiz ödənilmişdir.
Belə ki, hesabat dövründə rayonun Xilmilli kəndinə təbii qaz verilmiş, Bədəlli, Sədəfli, Yekəxana, Təsi, Poladlı kəndlərinin qazlaşdırılması işlərinə başlanmış, artıq bu kəndlərə daşıyıcı xətlər çəkilmiş, Bədəlli kəndində isə qazlaşma başa çatdırılmışdır. Yaxın aylarda Bədəlli kəndinə təbii qaz veriləcəkdir. İlin sonunadək bu kəndlərin və eyni zamanda Şıxzahırlı kəndinin qazlaşdırılması nəzərdə tutulur. Bununla da, rayon əhalisinin 98,5 faizi təbii qazdan istifadə etmiş olacaqdır.
Rayonda mövcud qaz xətlərinin təmiri də uğurla həyata keçirilir. Belə ki, bu ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Heydər Əliyev Prospektində 1,1 km uzunluqda, 159 mm-lik yerüstü polad borular yeraltı polietilen borularla əvəz edilmişdir. Eyni zamanda kəndlərə gedən istismar müddətini başa vurmuş 42 km-dən artıq yerüstü polad daşıyıcı xətlərin də yeraltı polietilen borularla əvəz edilməsi işlərinə başlanılmışdır.
Şəhərin M.Ə.Sabir, Koroğlu küçələrində, Nərimankənd adlanan sahəsində və Təklə kəndində ümumi uzunluğu 1489,6 metr yeni xətlər çəkilmişdir. Hazırda bu işlər davam etdirilir.
Görülən bu yenidənqurma işləri əhalinin təbii qazla təminatının daha keyfiyyətli və dayanıqlı ödənilməsini təmin etməklə yanaşı, itkilərin azalması, eyni zamanda şəhərin görünüşünə çox müsbət təsir göstərir.
Enerji sahəsi rəhbərliyi
tam qane etmir
Qobustan şəhəri və rayonun kəndlərində elektrik enerjisi ilə təminat sahəsində bir sıra işlər görülmüşdür. 6 ay ərzində 48 ədəd dayaq, 8,0 km naqil, 174 ədəd izolyator, 5 ədəd 10 kV-luq ayrıcı, 9 ədəd 0,4 kv-luq ayrıcı, 0,3 km kabel, 1,14 ton transformator yağı, 2 km SİP kabel və 3 ədəd yanmış transformator dəyişdirilmişdir. Cəyirli kəndində 1 ədəd 63 kVa transformator quraşdırılmışdır. Əlbəttə ki, bu qənaətbəxş hesab edilə bilməz. Bəzi xətlərin köhnə olması səbəbindən yaranan itkilər hələ də yüksək faiz təşkil edir. 13 sentyabr 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən açılışı olmuş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində artıq işlər sürətləndirilmişdir. Mərkəz tərəfindən alternativ enerjinin verilməsi məqsədilə 20/35 KV-luq yarımstansiya tikilmiş, 27 ədəd anker dayaqları basdırılmış, 1,3 km hava, 0,7 km yeraltı xətt olmaqla 2 km 10 KV-luq xətt çəkilmişdir.
Qobustan şəhərinin inzibati mərkəzi
sayılan "Yeni Massiv"
adlanan ərazidə inzibati
binaların alternativ enerji
ilə təmin edilməsi məqsədilə 3,5 km yeratı kabel xətlərinin
çəkilişinə başlanılmış, 630 KvA gücündə transformator
qoyulmuş, nəzarət qüllələri
quraşdırılmışdır. Bununla
da ilk növbədə
rayonun inzibati mərkəzində
yerləşən binalara enerjinin
verilməsi, şəhər əhalisinə simsiz
internet xidmətlərinin göstərilməsi
nəzərdə tutulur.
İçməli
su ilə təminata xüsusi diqqət göstərilir
Əhalinin içməli su ilə təminatında da mühüm irəliləyişlər vardır. Şəhərin T.İsmayılov və Koroğlu küçələrində ümumi uzunluğu 1160 metr olan yeni xətt çəkilmiş, əhaliyə suyun verilməsi təmin edilmişdir. Qobustan şəhərində 88 metr uzunluqda xəttin təmiri aparılmış, 200 m uzunluqda yeni xətt çəkilməklə əlavə olaraq 27 ailə içməli su ilə təmin edilmişdir. Nabur kəndində təmir işlərinə başlanılmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2013.-6 avqust.-S.3.