KÜRDƏMİR: ARZULAR GERÇƏKLƏŞİR

Köhnə bazar öz missiyasını necə başa vurdu?

 

Keçən əsrin əvvəllərindən üzü bəri məhz dəmiryolu, Kürdəmir stansiyasının tikintisibütün bunların primitiv görkəmli mövcudluğu rayon mərkəzini uğursuz bir əraziyə çəkdiyindən bu yerlərin bir şəhər kimi formalaşması uzun onilliklər boyu çətin sədlər aşmışdı. Kürdəmirlilərin əsrlərlə mərkəz hesab edib yaşadıqları Köhnəbazar zaman-zaman həmin dəmiryolu və stansiya deyilən əlverişsiz sahəyə qovuşmuşdu. Məhz həmin o dəmiryolu stansiyasına görə enişli-yoxuşlu qamışlıq ərazidə primitiv bir mərkəz yaradılmışdı. Və uzun illər elə belə də qalmışdı.

Kürdəmirin müasirləşməsi necə başlandı?

Təbii ki, keçən əsrin 70-ci illərindən başlayaraq Kürdəmir şəhərinin də müəyyən inkişaf mərhələləri diqqət çəkirdi. Ancaq bütün bunlar iqtisadi potensialı normal səviyyədə olan bir rayon üçün yetərli deyildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə təkrar qayıdışından sonra respublikanın hər yerində olduğu kimi, Kürdəmir rayonunun inkişafı, eləcə də rayon mərkəzinin abadlaşdırılması, sosial mədəni yüksəlişi diqqət mərkəzində saxlanıldı. O vaxtlar rayona yeni icra başçısı təyin edilmiş Taleh Qaraşovun cəsarətli addımları, gənc olmasına baxmayaraq, tikinti-quruculuq işlərini uzaqgörənliklə müasirləşdirməyə yönəltməsi rayonun abad gələcəyindən xəbər verirdi. Planlar quruldu, bünövrələr qoyuldu, persektiv tədbirlərin ilkin uğurları gələcəyə inamı daha da artırdı. Artıq təəssüflər olsun ki, Taleh Qaraşovun təşkilatçılıq bacarığının qiymətləndirilməsi və bunun nəticəsi olaraq daha böyük rayona rəhbər təyin edilməsi Kürdəmirdə başlanan yenidənqurma tədbirlərində özünü müəyyən ləngimələrdə göstərdi. Sonradan vəzifələrinin öhdəsindən layiqincə gələ bilməyən başçılar işdən çıxarıldı. Yaxşı başlanmış, lakin bir çox hallarda özünü doğrultmamış ilkin abadlıq və müasirləşmə tədbirlərinin sürətlə davaminkişaf etdirilməsi respublikada hamının yaxşı tanıdığı İrşad müəllimn üzərinə düşdü. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İrşad müəllimi Kürdəmirə başçı təyin edərkən onun böyük təcrübəsinə və yüksək təşkilatçılıq bacarığına inanmışdır. Belə də oldu. Prezidentin böyük qayğı və diqqəti nəticəsində Kürdəmir az vaxt ərzində sanki çox uzun bir dövr yaşadı.

İrşad Əliyev: Başçı-döyüşçü...

Ziyalı bir dövlət xadimi olan İrşad Əliyev hələ Sovet dövründən rəhbər işlərdə çalışmış, xüsusilə Qarabağ müharibəsinin ilk illərində başçı-döyüşçü kimi tanınmış, yaddaşlarda xalq qəhrəmanı kimi yaşamışdı. İrşad müəllimin taleyində Kürdəmir rayonuna rəhbərlik etmək qismətdə varmış.

İ. Əliyev rəhbərlik etdiyi komandası və camaatı ilə birlikdə az vaxt ərzində böyük uğurlara yol açmağı bacardı, kürdəmirlilərin abad və gözəl şəhər xəyalları gerçəkləşdi. Görülən işlər o qədər çoxdur ki, bütün bunları ayrı-ayrılıqda geniş şərh etmək də mümkün deyil.

Ölkənin inkişaf strategiyası

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevlə bu mövzuda söhbət edərkən o da fikrini konkret izah etdi:

- Bilirsiniz, qurub-yaratmaq, əhalinin qayğısına qalmaq Ulu Öndərin dövlətçilik fəaliyyətinin üstün istiqaməti, idarəetmə fəlsəfəsi idi. Ümummilli liderimiz yeni şəraitdə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasını belə müəyyənləşdirmişdi: "Strateji xəttimiz - sərbəst iqtisadiyyət, özəlləşdirmə və sosial inkişaf yoludur". Bu yol bu gün ümumilli liderimizin layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan Respublikası Sosial-iqtisadi İnkişafının Sürətləndirilməsi Tədbirləri Haqqında" və "Azərbaycan Respublikasının Sosia-iqtisadi İnkişafının Dövlət Proqramları barədə" Fərmanlarının son 9-10 ildə uğurlu icrası ölkəmizin tərəqqisini daha da sürətləndirmişdir. Bu mənada rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məsələlər və həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılmış, mövcud problemlərin həllinə yönəldilən konkret işlər aparılmaqla son dövrlər uğurlu nəticələr əldə olunmuşdur".

Birinci yarımilliyin uğurları

2013-cü ilin birinci yarımilliyində respublikanın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da dinamik inkişaf təmin edilmişdir.

Dövlət Proqramına əsasən rayonda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir.

Rayonda ilin əvvəlindən 499 yeni yeri açılmışdır ki, bundan 359-u daimi yerləridir. Onlardan 97 nəfər hüquqi, 247 nəfər fiziki, 15 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.

2013-cü ilin birinci yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14,3 faiz artaraq 175136.6 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 82,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14.6 faizi sənayedə, 34.4 faizi inşaat kompleksində, 33.2 faizi isə kənd təsərrüfatı sahələrində yaradılmışdır.

Ümumi məhsul buraxılışının 17.8 faizi xidmət sahələrində, o cümlədən 1.0 faizi nəqliyyat sahələrində, 0.1 faizi rabitə sahəsində, 16.7 faizi ticarət və ictimai iaşə sahəsində olmuşdur.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-14 avqust.-S.3.