KÜRDƏMİR:
ARZULAR GERÇƏKLƏŞİR
(əvvəli
ötən sayımızda)
Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir. Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzindədir, bu sahədə ardıcıl işlər görülür. 36830 hektarda əkilmiş taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilmiş, sahələr 1.8 dəfə suvarılmış, 16 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 8 min hektarda ziyanvericilərə qarşı 5 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır. Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.
Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilən kombaynlarla birlikdə zəmilərə 144 ədəd kombayn çıxarılmış, 25 iş günü müddətinə 36830 hektar sahənin taxılı biçilmişdir.
Taxıl istehsalının qarğıdalı əkinləri hesabına bir qədər də artacağı gözlənilir. Bu il 550 hektardan çox sahədə dənlik qarğıdalı əkilmişdir ki, bu da ötən ildəkindən 50 hektar çoxdur. Dənlik qarğıdalı əkinləri yüksək texnologiya ilə becərilir və bu sahələrdən yüksək dən məhsulu gözlənilir. Yazlıq əkinlərə də diqqət artırılmış, bu il 2132 hektaradək sahədə yonca, 1262 hektarda kartof, 2960 hektarda tərəvəz, 4197 hektarda bostan, 336 hektarda günəbaxan, 59 hektarda yerfındığı əkilmişdir. Bütün yazlıq əkinlərdən ötən ildəkindən çox məhsul gözlənilir.
Fiziki və hüquqi şəxslər tərəfindən 120 traktor və 200-dən çox digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi əsasən mümkün olmuşdur.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iribuynuzlu mal qaranın sayı 63.5 min başa, qoyun keçilərin sayı 130.6 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3.6 %, süd istehsalı 14.1 %, yumurta istehsalı 0.9 faiz, yun istehsalı 1.9 % artmışdır.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, 10 nəfər süni mayalanma texnikləri hazırlanmış, onların fəaliyyəti üçün hər cür şərait yaradılmış, süni mayalanma avadanlıqları, yüksək məhsuldar cins mal-qara toxumu və nəqliyyatla təmin edilmişlər.
Bu ilin I yarımilliyində 364 iribuynuzlu mal süni mayalandırılmış, 283 başdan çox bala alınmışdır. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 260 başa çatdırılmış, daha 200 baş cins düyənin alınması üçün sifariş verilmişdir.
Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.
Rayondakı süd zavodunda hazırda gündəlik 25 tondan çox süd emal olunur və bu emaldan 8 çeşiddə məhsul istehsal edilir.
Kənd təsərrüfatının
inkişafında və yüksək məhsul əldə edilməsində
meliorasiya işləri və suvarma sistemləri mühüm
rol oynayır. Bu
sistemdə mövcud suvarma
kanalları, kollektor-dren şəbəkələri
təmizlənmiş, hidrotexniki qurğular, nasos
stansiyaları əsasən təmir olunaraq
işlək vəziyyətə gətirilmişdir.
Əhalinin elektrik enerjisi ilə təminatı
yaxşılaşır
Əhalinin
elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının
yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin
daim diqqət mərkəzində olmuşdur.
Rayon mərkəzində və kəndlərdə qəzalı
vəziyyətdə olan elektrik
dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz
olan sayğacların dəyişdirilməsinə,
sıradan çıxmış transformatorların yeniləri
ilə əvəz olunmasına diqqət
artırılmışdır. Bununla
belə qəzalı vəziyyətdə olan
elektrik dirəklərinin, köhnəlmiş
naqillərin, nasaz sayğacların
vaxtında dəyişdirilməsi sahəsində nöqsanlar hələ də davam
etməkdədir. Bu səbəblərdən
də küləkli və yağmurlu havalarda elektrik enerjisinin fasiləsiz verilməsində problemlər
yaranır ki, bu da əhalinin haqlı narazlığına səbəb
olur. Bəzi hallarda sayğaclara müdaxilə edənlərə
qarşı ciddi mübarizə
aparılmır.
Bütün rayon qazla təmin
olunacaq
Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə təbii qazla təchiz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşdırılmasına başlanılmışdır. 215 mənzil qazlaşdırılmış, 1771 ədəd köhnə qaz sayğacı yenisi ilə əvəz edilmiş, 215 yeni qaz sayğacı quraşdırılmışdır. Xidmət ərazisindən 83 ədəd qaz tənzimləyici şkaf, 59 ədəd siyirtmə təftiş və təmir edilmişdir. 859 ədəd qaz sızması aşkar edilərək ləğv edilmişdir. Cənub məhəlləsinə 1 ədəd, 69-cu məhəllədə 2 ədəd QTS quraşdırılmışdır.
Sığırlı-Çöhranlı
marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman,
Karrar qəsəbə, Muğanlı,
Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilmiş, şəhərin
63 və 69-cu məhəllələrində, Atakişili
kəndinin yeni yaşayış ərazisində
qazlaşma işlərinə
başlanılmışdır. Rayonun Şilyan və Qarasu kəndlərinin
qazlaşması üçün layihə-smeta
sənədləri hazırlanmış, hazırda həmin kəndlər
istiqamətində 9 km
daşıyıcı xətt çəkilmişdir.
İçməli su problemi öz həllini tapır
Dövlət Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli su ilə təminatının
daha da yaxşılaşdırılması
və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin
yenidən qurulması
sahəsində işlər
uğurla davam etdirilir. H.Əliyev prospektində, İ.Məmmədov
və Babək küçəsində olan
su xətlərində
təmir işləri
aparılmışdır. Cari ildə əhalinin fasiləsiz içməli
suya olan tələbatını ödəmək
məqsədi ilə su anbarları təmir olunaraq istifadəyə hazır vəziyyətdə saxlanılmış,
şəhərin su olmayan küçələrinə
avtomaşınlarla su
verilməsi təmin edilmişdir. Qaçqın və məcburi köçkünlərə tərtib
olunmuş qrafik üzrə suyun verilməsi təşkil olunmuşdur. Hazırda I Külüllü
su xəttində su itkisinin qarşısını
almaq üçün
mütəmadi təmir
işləri aparılır.
2013-cü ilin iyun ayında Ağsu rayonu ərazisində olan Külüllü bulağında 300 p/m məsafədə
2 metr dərinlikdə
xəndək qazılmış,
bulağın açıq
hissəsi d-630 mm olan polietilen boru vasitəsi ilə ötürücü qurğuya
birləşdirilmişdir. Rayonun Topalhəsənli
kəndi ərazisində
d-315 mm-lik polietilen boruda baş vermiş su itkisinin qarşısı alınmışdır.
(ardı
gələn sayımızda)
Məzahir ƏHMƏDOĞLU
ədalət.-2013.-15 avqust.-S.4.