KÜRDƏMİR: ARZULAR GERÇƏKLƏŞİR

(əvvəli ötən saylarımızda)

 

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır. Ötən ilin birinci rübündən sonra rayonda geniş vüsət almış quruculuq-abadlıq işləri bu ilin birinci rübündə də sürətlə davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin yeni binasının tikintisi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 14 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış,11,7 km hissəsi çəkilmiş, 2013-cü ildə işlərin davam etdirilməsi üçün əlavə 4 milyon manat vəsait ayrılmış və yolun qalan hissəsinin tikintisi başa çatdırılmış, hazırda köməkçi işlərin aparılması davam etdirilir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri bu yolun keyfiyyətlə istismara verilməsinə nəzarəti gücləndirməlidirlər.

Şəhərin Heydər Əliyev prospektində, S.X.İslamzadə, Aşıq Əhməd, G.Orucova küçələrində abadlıq işləri davam etdirilmiş, 3338 p/m bardür düzülmüş, 4771 m2 ağlay vurulmuş, 3310 m2 piyada yolları beton tavalarla üzlənmiş, 18600 m2 asfalt döşənmiş, 690 metr uzunluqda yeni işıqlanma xətti çəkilmiş, 26 ədəd müasir işıq dirəkləri quraşdırılmış və bu işlər hazırda davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli Heydər Əliyev mərkəzində tikinti-quraşdırma işləri başa çatdırılmışdır.

Ərazisi 8.5 hektar olan "Heydər" parkında yeni layihəyə əsasən rekonstruksiyatikinti işləri davam etdirilmiş, 42 metr uzunluqda parkın giriş hissəsi tağvari milli memarlıq üslubunda yenidən işlənilmişdir. Parkda 2400 p/m bardur düzülmüş, 2800 m2 səkilərə mozaik beton tavalar döşənmiş, 4950 m2 asfalt vurulmuş, 220 m uzunluqda hasar çəkilmiş, ölçüləri 8x16 metr olan şəlalə qurulmuşdur.

Əraziyə çoxlu sayda dekorativ ağac əkilmiş, 2,0 ha əraziyə qazon səpilmiş, 2000 metr süni suvarma xətti çəkilmişdir.

"Gənclər Evi" rekonstuksiya olunaraq 140 m2 genişləndirilmiş, müasir atıcılıq tiri qurulmuş, əlavə sinif otağı tikilmişdir. Binada və ətrafında 600 m2 ağlay vurulmuş, 560 p/m bardur düzülmüş, 880 m2 mozaik beton tavalar döşənmişdir.

Aparılmış abadlıq-tikinti işlərinə 6 ay ərzində daxili imkanlar hesabına 1278343 manat məbləğində vəsait xərclənmişdir.

Tarixi hadisə: Prezidentin Kürdəmir səfəri

Kürdəmir rayonu 20013-cü ilin avqust aynın 7-də fərəhli bir tarixi hadisəni yaşadı. Həmin gün kürdəmirə səfər edən Azərbaycan respublikasının prezidenti İlham Əliyev əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki parkda Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülən işlər barələ məlumat verdi.

Həmin gün istifadəyə verilən Kürdəmir Ralyn İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev görülən işləri dəyərləndirdi.

Prezidentin səfər boyu tanış olduğu yeniliklərdən razı qalması, Kürdəmir camaatı ilə görüşləri hamının qəlbində iftixar hissi yaşatdı.

Təhsil, səhiyyə və mədəniyyət

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 4 məktəbində yeni məktəb binasının tikintisi davam etdirilir. 360 şagird yerlik Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbinin, 640 şagird yerlik Sığırlı, 280 şagird yerlik Cəyli, 220 şagird yerlik Köhünlü kənd tam orta məktəblərində tikinti işləri davam etdirilir, 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin, 80 şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin yeni tədris binaları tikilib istifadəyə verilmişdir.

Rayonun Mürtülü və Xınısli kəndlərində yeni məktəb binalarının tikintisi üçün müvafiq sənədləşmə işləri aparılır.

Rayon Mərkəzi Xəstəxanasının əsas binasında regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılmış, müasir tibbi avadanlıqlarla təhciz olunaraq istifadəyə verilmişdir.

Lakin, əksər kənd həkim və tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərir və texniki təhcizatı günün tələbləri səviyyəsində deyildir. Səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə göstərilən tibbi xidmət aşağı səviyyədədir. Ayrılan tibbi dərman preparatları təlabatı ödəmir. Bunlar da nəticədə rayon mərkəzindən uzaqda yaşayan sakinlərin narazılığına səbəb olur.

İdeoloji işin başlıca istiqamətləri

Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir .

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxilixarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.

İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-16 avqust.-S.3.