QƏDİM MÜASİR ŞAMAXI
(əvvəli ötən sayımızda)
Rayon iqtisadiyyatında kənd təsərrüfatının mühüm yeri
Məlum olduğu kimi, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə 19,1 milyon manatlıq məhsul istehsal edilmişdir. Qeyd olunmalıdır ki, istər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsındə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynamışdır. Bu il rayon üzrə 3017 kənd təsərrüfatı istehsalçısına 461,1 min manat yardım verilmişdir.
Ulu öndər Heydər Əliyevin Şamaxıya göstərdiyi böyük qayğı sayəsində keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdir. Bu sahənin inkişafında dövlətimizin başçısının tapşırığı ilə hazırlanan "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsinin böyük rolu olmuşdur. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Ötən ildə rayon üzrə 1530 hektar üzümlük olduğu halda, fermerlər tərəfindən ilin birinci yarısında 80 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1610 hektara çatdırılmışdır.
Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən
birini təşkil edir.
Bu ilin altı
ayında rayonda iribuynuzlu
mal-qaranın baş sayı artaraq 35851-ə, xırdabuynuzlu heyvanların baş sayı 164309-a, quşların sayı
isə 230160-a çatdırılmışdır ki, bu da
keçən ilin müvafiq
dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin
dövrdə ət, süd və yumurta istehsalı ötən ilin
müvafiq ayları ilə müqayisədə
xeyli artmışdır. Arı ailələrinin
sayı artaraq 4805-ə
çatdırılmışdır.
Şamaxının
tarixi keçmişi qürur mənbəyidir
Dövlətimizin başçısı regionların, xüsusilə Azərbaycanın tarixi şəhərlərinin abadlaşdırılması və onların infrastrukturunun daha da möhkəmləndirilməsi ilə bağlı qarşıya ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdur. Ötən dövr ərzində bu tapşırıqların icrası ilə bağlı Şamaxı şəhərində də xeyli işlər görülmüşdür.
Şəhərin Bakı istiqamətindəki giriş hissəsində layihə əsasında Şamaxının tarixi keçmişinə layiq inşa olunan qala divarlarının tikintisi başa çatmış, onun ətrafında geniş yaşıllıq və abadlıq işləri aparılmışdır. Qala divarlarının içərisində yeni Etnoqrafiya muzeyi yaradılmış və orada rayonun tarixi keçmişini əks etdirən xeyli eksponatlar toplanılmışdır.
Qeyd olunduğu kimi, bu ilin birinci yarısında Şamaxı Olimpiya İdman Kompleksində yenidənqurma və genişləndirmə işləri sürətlə davam etdirilərək burada hər cür şəraitə malik olan idman bazası yaradılmışdır. Mərkəzdə 2 min nəfərlik müasir tələblərə cavab verən futbol meydançası, əlavə idman və fitnes zalları, idmançıların istirahəti üçün 20 ədəd müasir tələblərə cavab verən koteclər tikilib istifadəyə verilmişdir. Prezidentin tapşırığına əsasən Şamaxı Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri aparılaraq orada bu gün nəinki Azərbaycanda, hətta Qafqazda analoqu olmayan möhtəşəm tarixi-memarlıq abidəsi yaradılmışdır. Dövlətimizin başçısının Sərəncamlarına uyğun olaraq Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma və tikinti işləri nəticəsində burada unikal elm sahəsi yaradılmışdır. Rayon mərkəzində beynəlxalq standartlara cavab verən Şamaxı Uşaq İncəsənət məktəbi tikilərək istifadəyə verilmışdir.
Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl avtomobil yolunun 19 kilometri çəkilib başa çatmaq üzrədir. Həmin yolun Avaxıl hissəsinin çəkilişi sürətlə davam edir. Həmçinin 53 kilometrlik Şamaxı- Padar-Çöl yolunun artıq 17 kilometrinə asvalt-beton örtük vurulmuşdur. Hazırda magisrtal yolun digər hissəsində işlər davam etdirilir. Şamaxı-Çuxuryurd-Qızmeydan yolunun 13 kilomertində təmir işləri sürətlə davam etdirilir.
2013-cü ilin birinci yarısında şəhərin küçələrinin abadlaşdırılması və yenidənqurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Heydər Əliyev, S.Ə.Şirvani və Şirvan küçələrində bütün bardür və piyada səkiləri yenidən çəkilmiş, ictimai, inzibati, fərdi mənzillərin və ticarət obyektlərinin dam örtükləri dəyişdirilmiş, fasad hissələri yenidən üzlənmiş, işıq, telefon xətləri, işıqlandırma dirəkləri yenisi ilə əvəz edilmişdir. Ümumilikdə S.Ə.Şirvani, Azadlıq, C.Cabbarlı, M.F.Axundov, H.Məmmədov, Ü.Hacıbəyov, Azərbaycan, 20 Yanvar, Gənclər, Mahmudağa küçələrinə 53,5 min kv.metr asfalt-beton örtük vurulmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-20 avqust.-S.3.