SAQİF QARATORPAQ
ƏDƏBİ HƏYAT
("Bölgələrdə ədəbiyyat" silsiləsindən)
Saqif Qaratorpaq Azərbaycanın şair yetirən, böyük söz ustadları ilə qürur doğuran Qazax rayonundandır. Əlli yaşına oktyabr ayında yetişəcək Saqifin otuz il şeir yazmağına baxmayaraq cəmi iki kitabı işıq üzü görüb. Deyilənə görə çox mədəni, abırlı-həyalı, utancaq bir adamdı. O bölgənin yetirdiyi tənqidçi Rüstəm Kamal onun haqqında yazır ki: "Saqif Qaratorpağın içində emosional ehtiras güclü olsa da, sözün axarı bu enerjini sakit məcraya salır. Qazaxda, Ağstafada keçirilən ədəbi görüşlərdə, yubiley tədbirlərində qəribə bir utancaqlıq... Kənarda sakitcə oturub tribunaya, səhnəyə cuman şairləri dinləyir, özünü gözə soxmur. Halbuki, onun deməyə sözü də var, kifayət qədər elmi də. Yəni, söz haqqını qazanmış dəyərli şairimizdi o".
Çox qəribədir ki, mən Saqifi cəmi ikicə dəfə görmüşəm: 2006 və 2012-ci illərdə. Saqifin kitabları məhz bu illərdə çıxıb və hər iki kitabını "Azərbaycan" jurnalı redaksiyasına gətirib, mənə bağışlayıb.
İndi, üstündən neçə il keçib, Saqifin şeirlərini bir də oxuyuram və çox qəribədir ki, hər dəfə oxuyanda elə bil, birinci dəfəymiş. İstedadlı şair, halal şair həmişə belə olur.
Saqif Qaratorpağın bir şair kimi özünəməxsusluğunu şərh etmək istəyirəm.
Saqifin poetik sözə yiyələnmə qabiliyyəti yetərincədir və onun şeirlərini oxuduqca bunların dəqiqliyinə, hər sözün, hər misranın, hər bəndin və ümumilikdə hər şeirin öz yerinə oturduğuna, necə deyərlər, snayper sərrastlığına şahid olursan. Təbii ki, şeirdə sözlərin daşıdığı funksiya poetik mənaya köklənməlidir.
Gəldik bu sevda evinə,
Bir daş hörməyə dayandıq.
Baş əyib Qırxlar pirinə.
Salam verməyə dayandıq.
Yatıb gecənin gözündə,
Binə qurduq gündüzündə,
Ləngiyib biz yer üzündə
Yarı görməyə dayandıq.
Ömür bir hicran ölkəsi.
Gerçəyindən çox "bəlkə"si,
Dünya bir çinar kölgəsi,
Nəfəs dərməyə dayandıq.
Saqifin şeirlərində çox vaxt adi həqiqətlərdən danışılır. Amma baxıb görürsən ki, bu adi həqiqətlər şeirdə tamam başqa biçimdədir, yəni öz poetik həllini tapıb. Adi bir fikir poeziya dililə nəql olunanda xassəsini dəyişir.
Sözlər şeirə çevrilir. Yuxarıdakı üç bəndlik şeirdə müəllif "dünyaya gəlmək, getmək üçündür" məlum fikrini yeni aspektdə çözələməyə çalışıb. Sonuncu iki misra ("Dünya bir çinar kölgəsi, Nəfəs dərməyə dayandıq") insan və dünya münasibətinə təzə bir deyim gətirir.
Ömür deyil əyilib
Baxıb ələ yaşamaq.
Yaltaqların işidi
Ölə-ölə yaşamaq.
Baxan yox atımıza,
Ğoş qalan çatımıza,
Düşərmi baxtımıza
Gülə-gülə yaşamaq?
Hamı
uyub şeytana,
Şeytan
da doyub cana,
Əzabdı qana-qana,
Bilə-bilə yaşamaq.
Deyən tapılar ki, bu şeirdə nə yenilik var nümunə kimi nümayiş olunur? Deyərik ki, adi həqiqətlərin şeir
həqiqətinə çevrilməsidir.
Saqif Qaratorpaq
əksər şeirlərində
dünyanı, insanı,
həyatı, gerçəkliyi,
kainatı, haqqı-ədaləti
olduğu kimi görmək istəyir. Ona axtarış
həvəsində olan
bir səyyah da demək olar.
Amma onun "səyahəti"
xəyalının getdiyi
yollarda sınanır.
O, gah köhnələn,
gah da təzə
görünən dünyada
üzünü Tanrıya
tutub deyir ki: "Tanrım, elə ucasan, Söz səndən aşağıda. Yollar boynunu
burub, İz səndən aşağıda.
Mən bal yığan arıyam, Haqq yanında darıyam. Yaxşı-yaman arayan Göz
səndən aşağıda".
Saqif Qaratorpaq
şeirimizin bütün
tendensiyalarına məhrəmlik
göstərir. Onun şeirlərində xalq sufizmindən gələn meyllərlə
də qarşılaşırıq.
Başqa
bir məqamda o, sırf realist kimi gözümüzə görünür.
Amma ümumən, o, romantika ilə nəfəs alır. Bu romantikada
sevinc çalarları
ilə qəm, möhnət çalarları
bir-birilə çulğaşır,
bu romantikada bir bitməzlik var. Necə ki, bu
şeirdə siz onu görə bilərsiniz.
Bu dünya bir boz səhra,
Bizsə ikicə nəfər.
Tükənərmi bu sevda,
Qurtararmı bu səfər?!
Bir söz ilişib qalıb,
Dilimizin ucunda.
Bu ömür göz yaşıdı
Bir gözəlin
ovcunda.
Qulağımız tutular
Bir qışqırıb
"qu" desək.
Üzümüzdən tər axır,
İçimizdə çən, çisək.
Başımızda şöhrətin,
Məhəbbətin havası,
Elə bil ki, nə
dərd var,
Nə də dərdin dəvası.
Saqif Vaqif, Vidadi, Səməd Vurğun diyarından çıxıb
və elə o diyarda da yaşayır.
Qazaxlıdı deyə, mən
ona qoşmaçı
şair, ya da xalq şeirinin
nümayəndəsi "titullarını"
bəxş edə bilmərəm. Çünki bayaq dediyim kimi,
Saqifin şeirlərində
tendensiya müxtəlifliyi
var və bu, onun şeirlərinin
forma-struktur yönündə
də özünü
büruzə verir.
O, qoşma, təcnis,
gəraylı yazır.
Yazmaya bilməz, çünki şeir mühitində bunlar əzəli-əbədi
yaranmışlardır. O, heca şeirinin əksər şəkillərinə
müraciət edir. Bu da ənənəvilikdən
başqa yolunu, səmtini müəyyənləşdirir.
O, sərbəst şeir
də yazır. Amma eksperiment üçün
yox, içdən gələn bir təkan kimi. Saqif Azərbaycan şeiri haqqında poetik düşüncəyə
öz xallarını
artırır:
Ərməğandı "Bənövşə"yə
bükülü,
Ələsgərin sol əliylə dikəlib.
Gülgəzin gül yaxasından
tökülüb,
Gecə yağmış təzə
qardı şeirimiz.
O, Babəkin al qanından su içib,
Öz dostunu, düşmənini
düz seçib,
Sibir çöllərini Cavidnən
keçib,
Dünya görmüş ixtiyardı
şeirimiz.
Gah olur ki, səsi
uzaqdan gəlir,
Şəhriyar sözüdü-o haqdan gəlir.
Qoşulub Osmana Qazaxdan gəlir,
Onun kimi düz ilqardı şeirimiz.
Saqifin bəhrələndiyi
poeziya nəhəngləri
də var və onun şeirlərində
bu təsirlər, bu bəhrələr səni sevindirir. Çünki ustadlardan yaxşı mənada görüb-götürməklə
gözəl nümunələr
ortaya qoymaq olar. Saqif bunu bacarır.
Onun şeirlərində (ələlxüsus
qoşmalarında) Molla
Pənah Vaqifin də, Aşıq Ələsgərin də nəfəsini duymaq olar. İki nəfəs qarışır
bir-birinə: ötən
əsrlərin və
XXI əsrin nəfəsləri
şeirdə bir vəhdət, bir harmoniya yaradırlar. Baxın, görün:
Saçların çiyninə tökülür
hərdən,
Tel varmı bilmirəm
bu teldən gözəl?!
Qızılgül utanar boynunu görüb,
Sən ki hər çiçəkdən,
hər güldən gözəl!
Amandı,
üstündən bir
meh əsməsin!
Tanrı
kərəmini heç
vaxt kəsməsin,
Bənövşə inciyib, lalə küsməsin,
Bir incə
bel varmı bu beldən gözəl?
Tapılmaz dərdinə çarə
Saqifin,
Yazılıb baxtına qara Saqifin,
Nəyi
var ki, bu
biçarə Saqifin,
Nə versin,
de sənə könüldən
gözəl?!
Deyə bilərəm ki, Saqif çox təbii şairdir (hərçənd ki, bu təbiiliyə xələl gətirən
məqamlar da diqqətdən yayınmır). Təbiiliyi onun
şeirlərinin dil-stilistika
baxımından da izləmək olar və bunu elədik.
Amma hisslərin təbiiliyi də var və
bu mənada Saqifin bir neçə
şeirini misal gətirə bilərəm
ki, o şeirləri onun uğuru saymaq olar.
İlk dəfə öpülən
qız əlləritək,
Qərib göyərçintək-bir azca
ürkək.
Ya ömür yalandı, ya da o gerçək,-
Bir çinar
yarpağı düşdü
ovcuma.
Çox təbii şeirdir, çünki hisslər, duyğular özü təbiidir. Amma tutaq ki, "Ürəyim" şeirində
Saqif o dərəcədə
istəyinə nail ola bilmir. Doğrudur, bu şeirdə "Bir bağ cığırında
Ay kimi doğub, Gecələr həsrətlə
yanıb ürəyimg
Yamyaşıl qızılgül
budağı bilib Uçub da köksümə qonub ürəyim" kimi əsl şeiriyyət misvllı misralar var, amma ümumilikdə
"Ürəyim"də ürək çox az döyünür.
Saqifin şeirlərində
böyük Vətənin
obrazı da canlanır və o çalışır ki,
bütün şairlərin
müraciət etdiyi ənənəvi mövzuda
kimsəni təkrar eləməsin.
Olsun ki, tanış
xallar, tanış çalarlar eşidilsin, amma hamının getdiyi düz yoldan bir azca
ayrılıb təzə
bir cığırla irəliləməyə nə
varg
Mən Dərbənddən keçib
gəldim,
Tanrıdağdan köçüb gəldim.
Eşq şərbəti içib
gəldim
Qarışanda toza yollar.
Aşdım Ağrıdan o yana,
Yada düşdü
atam, anam.
Az qaldı nəfəsim dona,
Yetişəndə düzə yollar.
Könül burda, can ordadı,
Şah burda, fərman ordadı,
Dərd
burda, dərman ordadı,-
Aparır Təbrizə yollar.
Nəhayət, Saqif Qaratorpağın qəzəlləri haqda. Qəzəl yazmaq
müəyyən uzun
fasilədən sonra indi yenə dəbə düşüb
və çoxları
əruzu, qəzəl
poetikası bilmədən
və bu çətin yolun cığırlarına bələd
olmadan qəzəlləmə
yazırlar. Amma Saqifin
qəzəlləri barədə
pis demək olmaz. Hiss olunur
ki, Saqif Qaratorpaq qoşma torpağından qəzəl
vadisinə enməyi, ya da uçmağı
bacarır. Onun qəzəllərində
əruz üçün
naşılıq hesab
olunan sınıqlar, əyrilər yox dərəcəsindədir. Amma Saqif onu
da unutmamalıdır ki, bəlkə də qoşmada, gəraylıda hünər
göstərmək olar
(Hüseyn Arif, Məmməd Aslan, Məmməd İsmayıl
kimi), amma qəzəldə də gərək Füzuli kimi olmasa da
Vahid kimi bacarıqlı olasan.
Bilmirəm, yar inciyib, yoxsa küsübdü məndən,
Barı xəbər göndərmir
bir gələndən,
gedəndən.
Qar əriyir, yollara təzə-təzə iz düşür,
Gələr çiçək dərməyə
yəqin yazda çəməndən.
Bir ah qopsa sinəmdən, səda düşər dağlara,
Dostlar yığışıb
gələr İncədən,
Kəsəməndən.
Ölsəm bu qubar ilə Köçəsgərdə
basdırın,
Cismim torpağa
dönüb qoy kam alsın vətəndən.
Nə xoşbəxt olardım
ah, saqif, sevənlər
dərə
Məzarım üstə bitən bənövşədən, süsəndən.
Saqif Qaratorpğın "Qorxmuram" qoşması belə bitir: "Gahdan can verəndi, gahdan can alan, Mən sözdən qorxuram, sözdən qorxmuram". İzaha ehtiyac duymuram. Qoy həmişə belə olsun.
Vaqif YUSİFLİ
Ədalət.-2013.-24 avqust.-S.13.