ZAQATALA: İNKİŞAFIN VƏ GÖZƏLLİYİN TƏNTƏNƏSİ

İnamlı olmaq səlahiyyəti

 

İyul ayının ortalarında yolu Zaqatalaya düşənlər bu gözəl şəhərdə küçələrin nə gündə olduğunu görüb verilən proqnozlara şübhə ilə yanaşırdılar. Su-kanalizasiya xətlərinin çəkilişi, bir sıra binaların əsaslı təmiri və ya fasadlarının müasirləşdirilməsi, digər abadlıq işləri... Axı bütün bunlar şəhəri müvəqqəti də olsa alt-üst edən məsələlərdir. Bir tərəfdən də zəlzələnin nəticələrinin aradan qaldırılması tədbirlərinin məsuliyyəti. Yaxşı ki, bu istiqamətdə də son mərhələ yaşanır.

Sakinlərin də bəziləri bütün bu işlərin tez bir zamanda başa çatacağına, yəni gözlənilən günlərə hazır olacağına inanmırdı.

...Gizlətmirəm, inanmayanlardan biri elə mən idim. Ancaq ortada rayon rəhbərinin ən çətin situasiyalarda belə inamlı olmaq xarakteri əvvəllərdəki fəaliyyəti dövrünün presedenti vardı. Burada şahmatçıların dili ilə desək, seytnot vəziyyəti yarana bilərdi elə çoxlarını da məsələnin bu tərəfi diksindirirdi.

Doğrudan da narahatçılığa bir elə əsas yox imiş. Prezidentin qayğı diqqətini daim görüb hiss edən rayon rəhbərliyi, başçının komandası rayon sakinləri bütün tədbirlərin uğurla davam etməsi üçün əlbir oldular. Belədə podratçı təşkilatların da məsuliyyət hissi işgüzarlığı yüksəlirdi. Başçı Mübariz Əhmədzadə, aparat işçilərinin əksəriyyəti rəsmi görünməyən geyimlərlə daim şəhərin müxtəlif istiqamətlərində olub, özləri müəyyən işlərə dəstək verirdi. Şəhər sakinlərindən bir çoxu vaxtından sonra əllərindən gələn köməkliyi göstərməyə çalışırdı. Hətta Bakıda yaşayıb çalışan bəzi vətənpərvər şəxslər həftəsonu Zaqatalaya gəlib, həm əlavə işçi qüvvəsi cəlb edir, həm özləri bacardıqları işin qulpundan yapışırdı. Insanları yaxşı mənada çaşdıran hadisələr baş verirdi ki, indiki halda bunu bütün təfərrüatları ilə qələmə almaq mümkünsüz inanılmazdır. Sonralar el-obaya bağlılığın, əxlaqi dünyagörüşün ənənələrdən gələn elitar tərbiyənin bu cür nümunəsinə yönəlik başqa bir yazı qələmə alacağım da istisna deyil.

...Qazılan, sökülən, həyat ritmi müvəqqəti pozulan Zaqatala az vaxt ərzində əvvəlkindən gözəl təravətli bir görkəm alanda hamı sevindi.

Prezident yenidən "Qızıl güllər" diyarında...

... avqust ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zaqatalaya növbəti səfəri bu sevincli günlərə təsadüf etdi. Prezident zaqatalalılar tərəfindən həmişəki kimi böyük coşqu təntənə ilə qarşılandı. Əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyan dövlət başçısı tikilməkdə olan Heydər Əliyev Mərkəzinə baş çəkdi, burada aparılan işlərlə maraqlandı. Görülən bu ya digər tədbirlər barədə rayonun icra başçısı ilə söhbət edən cənab prezident məmnunluğunu bildirdi.

Prezident yenidən qurulmuş Dədə Qorqud meydanında gəzinti zamanı ictimaiyyət nümayəndələri ilə görüşüb söhbətlər etdi. Bundan sonra ölkə başçısı şəhərin yeni qurulmuş su-kanalizasiya sisteminin açılışında, Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilmiş "Tumurcuq" uşaq bağçasının, Bəhmətli kəndindəki müasir tipli orta məktəb binasının açılışlarında iştirak etdi. Zaqatala sakinləri həmin gün sevimli prezidentləri ilə birgə qürurlu anlar yaşadılar.

...Bölgəyə ağır zərbə vurmuş zəlzələnin nəticələri aradan qaldırılır. Prezidentin göstərişi müntəzəm nəzarəti ilə bu yerlərdə dünyada analoqu olmayan tədbirlər həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin apardığı işlər həm vaxt, həm keyfiyyət müasirlik baxımından görənləri heyrətə gətirir. Ölkə rəhbərliyinin öz vətəndaşına bu qayğısı müqayisə olunmaz səviyyədədir.

Xoş məqamların sirri

...Beləcə, Zaqatalada həyat öz ritmi ilə davam etməkdə, gələcəyə daha xoş arzular oyatmaqdadır. Bütün sahələrdə inkişaf tərəqqidən söz açılır. Bunlar olduqca xoş məqamlardır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Zaqatala rayonu üçün nəzərdə tutulan tədbirlərin icra olunması nəticəsində 92,1 milyon manatlıq məhsul istehsal edilmiş xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz çoxdur. Məhsul buraxılışı əvvəlki illə müqayisədə kənd təsərrüfatında 13,3 faiz, sənayedə 19,6 faiz, tikintidə 4,0 dəfə, nəqliyyatda 2,8 faiz, ticarətdə 1,1 faiz çox olmuş, pərakəndə əmtəə dövriyyəsi 5,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,7 faiz artmışdır. Hesabat dövrü ərzində rayonda 432-i daimi olmaqla 492 yeni yeri açılmışdır.

Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış, 3 sahibkara 0,12ha torpaq sahəsi satılmış, 12 sahibkarlıq obyektinin layihələndirilməsinə 5 sahibkarlıq obyektinin tikintisinə razılıq verilmiş, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 25 layihə üzrə 325 min manat həcmində güzəştli kredit verilmişdir. 07 iyun 2013-cü il tarixdə Şəki-Zaqatala iqtisadi rayonu üzrə Zaqatala rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmiş, tədbirdə müasir heyvandarlıq kompleksinin, çayçılıq, taxılçılıq tütünçülük təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı, sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilməsi təmin edilmişdir.

Rayonda fəaliyyət göstərən 8 bank filialı 3 qeyri-bank kredit təşkilatları tərəfindən isə əhaliyə adamlarına ümumilikdə 16,9 milyon manat həcmində kreditlər verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz çoxdur.

Əhalinin həyat səviyyəsi yüksəlirsə...

Ölkənin hər yerində olduğu kimi, Zaqatalada da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır.

2013-cü ilin 6 ayı ərzində rayonda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 242,1 manat, orta aylıq pensiyanın məbləği 136,6 manat olmuş, əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6,4 faiz artmışdır.

Hesabat dövründə 265 pensiya işi təyin edilmiş, 16694 pensiyaçıya xidmət göstərilmiş, 2,6 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 91,0 faiz icra olunmuş, 15 hüquqi fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir. 2013-cü ilin birinci yarımilində rayonda 4385 nəfərə sosial müavinət, 1907 ailənin 4706 üzvünə (hər ailəyə orta hesabla 116,0 manat) ünvanlı sosial yardım verilmiş, 214 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmişdir.

2013-cü ilin 6 ayı ərzində məşğulluq xidməti orqanları tərəfindən 376 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 272 nəfər münasib işlə təmin olunmuş, 7 nəfərə işsiz statusu verilərək müavinət təyin edilmişdir. 2013-cü ilin II rübündə rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon manat artaraq 45,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işləri 35,1 milyon manat təşkil etmişdir.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-27 avqust.-S.3.