ZAQATALA:
İNKİŞAFIN VƏ GÖZƏLLİYİN
TƏNTƏNƏSİ
(əvvəli
ötən sayımızda)
Çoxistiqamətli
tikinti işləri davam
edir
Keçid obyektləri olan rayon Hərbi Prokurorluğunun, rayon Polis şöbəsinin və Qaz İstismar Sahəsinin yeni inzibati binalarının, Zaqatala şəhərində 500 nömrə tutumluq elektron ATS binasının, Yeni Suvagil və Göyəm kəndində sahə baytarlıq məntəqələrinin tikinti işləri davam etdirilmiş, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin, rayon Maliyyə İdarəsinin inzibati binalarının, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınının və "Araz" hazırlıq kurslarının binalarının tikintisi aparılmışdır. Zilban kəndində daxili imkanlar hesabına yeni tibb məntəqəsi tikilmiş, Danaçı kənd xəstəxanası cari təmir olunmuş, Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə inşa edilməsi nəzərdə tutulan yeni tibb məntəsinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın, Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 şagird yerlik məktəb binasının tikintisinə başlanılmışdır.
2012-ci ilin may ayında baş vermiş güclü zəlzələlərin fəsadlarının aradan qaldırılması sahəsində işlər davam etdirilmiş, ilin birinci yarısı ərzində qəzalı vəziyyətə düşmüş 3 məktəb binası və 1683 evin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda 9 məktəb binasının və 3628 fərdi yaşayış evinin tikintisi davam etdirilir. Ümumilikdə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 13 məktəb binası, 1 məktəbəqədər tədris müəssisəsi və 3358 evin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Sahibkarlara qayğı tərəqqiyə
aparır
Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, rayonda ümumi sahəsi 3628,0 kvm olan 35 fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, 1,1 milyon manat, o cümlədən daxili imkanlar hesabına 240 min manat həcmində abadlıq, bərpa və quruculuq işləri görülmüşdür. Şəhərin Dədə Qorqud meydanının, Qala düzü pilləkənlərinin, H.Əliyev prospektinin və 28 may küçəsinin tarixi görkəminin qaytarılması və yenidənqurma işləri davam etdirilmiş, 50-dən çox fərdi yaşayış evinin, ictimai bina və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma və bərpa işləri aparılmışdır.
H.Əliyev prospektində avtomobil yolunun səviyyəsi 0.5 metr aşağı salınaraq, səkilərə və meydana 4700 kvm tamet plitə döşənmiş, 4000 kvm sahəyə yaşıllıq zolağı salınmışdır.
"Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsinin icrası olaraq içməli su sistemində 193 km uzunluğunda, şəhər kanalizasiya xəttində 153,9 km uzunluğunda boru xətləri çəkilmiş, təmizləyici qurğular kompleksinin tikintisi aparılır. Məhsuldarlığı 10 min kubmetr/gün olan çirkab sutəmizləyici qurğular kompleksinin potensialı Zaqatala şəhərini və şəhərətrafı beş kəndi əhatə edir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Lahıc və Mazıx kəndlərində 2 ədəd subartezian quyusu qazılaraq kənd sakinlərinin istifadəsinə verilmiş, Əli Bayramlı kəndinə 1,6 km su xətti çəkilmiş, rayonun digər kəndlərinin içməli su xətlərində cari təmir işləri aparılmışdır. Zaqatala rayonu ərazisində təmir ediləcək avtomobil yollarının və şəhər küçələrinin titul siyahısı və layihə-smeta sənədləri hazırlanmış, Zaqatala-Car avtomobil yoluna 0,5 km uzunluğunda, şəhərin küçələrində isə 26650 kvm sahəyə asfalt örtüyü döşənmişdir.
Rayonun qəsəbə və kəndlərinə 59,7 km uzunluğunda daşıyıcı qaz xətləri, 149 mənzilə təbii qaz xətti çəkilmiş, 427 ədəd sayğac yenisi ilə əvəz edilmişdir.
Əliabad qəsəbəsində və Danaçı kəndində daşıyıcı qaz xətlərinin çəkilişi başa çatdırılaraq qaz sayğaclarının quraşdırılmasına başlanılmış və artıq Əliabad qəsəbəsində 750, Danaçı kəndində 1550 ədəd qaz sayğacı quraşdırılmışdır. Bəhmətli, Lahıc, Suvagil kəndlərinə təbii qaz xətlərinin çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanmış və Faldarlı, Qandax, Əli Bayramlı, Dombabinə, Gözbarax, Mamrux kəndlərinin qazlaşdırılması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması üçün "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilmişdir. 2013-cü ilin altı ayı ərzində rayonun elektirik şəbəkəsində 3,5 km uzunluğunda SİP kabel xətti çəkilmiş, 10 kv-luq 3,74 km, 0,4 kv-luq 5,32 km uzunluğundakı hava elektrik verilişi xətləri təmir edilmiş, 23 ədəd 10/0,4-kv-luq kompleks transformator məntəqəsi, 20 ədəd 10/0,4 kv-luq transformator əsaslı təmir edilmiş, 798 ədəd yeni sayğac quraşdırılmışdır. 01 iyul 2013-cü il tarixə rayonda genişzolaqlı internet xidməti istifadəçilərinin sayı 4789 abonent olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 1051 abonent çoxdur.
2013-cü ilin II yarısında rayonda tikinti, abadlıq və quruculuq sahəsində daha böyük işlərin görülməsi nəzərdə tutulmuşdur.
Aqrar sahənin özünəməxsusluğu
Aqrar
sektorda son illərdə həyata keçirilmiş məqsədyönlü
tədbirlər sayəsində rayonda 2013-cü ilin birinci
yarısında kənd təsərrüfatı məhsullarının
istehsalı 3,4 milyon manat (13,3% ) artaraq 29,4 milyon manata
çatmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası ilə bağlı rayonda xeyli iş görülmüşdür. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədi ilə cari ildə 608 ədəd texnikadan istifadə edilərək rayonda cəmi 30985 ha (+77.8 ha) əkin sahəsində becərmə işləri aparılmış, 14617 ha (+158.8 ha) sahədə yazlıq bitkilər əkilmişdir. Ondan 5902 ha (+19 ha) sahədə qarğıdalı, 127 ha sahədə paxlalılar, 436 ha sahədə tütün, 308 ha (+50 ha) sahədə dən üçün günəbaxan, 1521 ha (+54.3 ha) sahədə kartof, 2095 ha (+42 ha) sahədə tərəvəz, 779 ha (+4.5 ha) sahədə bostan bitkiləri və 3424 ha (+241 ha) sahədə yonca əkilmişdir. Cari ilin I yarısında 15562 ha suvarılan torpaq sahələrini itkisiz suvarma suyu ilə təmin etmək məqsədilə 51 ədəd hidrotexniki qurğu təmir edilmiş, 3 ədəd yeni hidrotexniki qurğu tikilmişdir. 146,6 min m3 suvarma kanalları təmizlənmiş, 4 ədəd subartezian quyusu təmir edilmiş, 2100 ha əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilmişdir. Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni kanalların tikilməsini, artezian quyularının qazılmasını, Şəmkirçay su anbarının tikilməsini eləcə də, böyük - tarixi əhəmiyyətli, nəhəng infrastruktur layihəsi olan Taxtakörpü su anbarının istismara hazır olmasını bildirərək, bu sahədə daha da böyük nailiyyətlərin əldə edilməsi üçün demişdir: "Hesab edirəm, meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqram da qəbul edilə bilər ki, biz öz strategiyamızı və planlarımızı proqram şəklinə salaq və bu məsələləri ardıcıllıqla həll edək. ...Biz kiçik çaylardan daha da səmərəli şəkildə istifadə etməliyik. Yəni, hesab edirəm ki, bu sahədə çox dəqiq, müfəssəl və dünya praktikasına uyğun bir proqram işlənib təqdim edilməlidir".
İstehsalçılara
dövlət dəstəyi məhsul artımını
reallaşdırır
Rayonda
heyvandarlığın inkişaf etdirilməsi və
mal-qaranın cins tərkibinin yaxşılaşdırılması
məqsədilə 2013-cü ilin I yarısında lizinq yolu ilə
4 baş yüksək məhsuldar iribuynuzlu mal-qara gətirilmiş,
süni mayalanma yolu ilə 2578 baş (+150 baş) iribuynuzlu
mal-qaradan 1921 baş (+233 baş) cins bala əldə
edilmiş, İribuynuzlu mal-qaranın baş sayı 60577
başa (+160 baş), qoyun-keçilərin baş sayı
170481 başa (+187 baş)
çatdırılmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-28 avqust.-s.3.