Maestro Niyazinin ailə dramı

 

Bura Azərbaycanın dahi incənət xadimi, Maestro Niyazinin ev-muzeyidir. O evdə ki, Niyazi 26 il xanımı ilə birgə sevgisinə sevgi qatıb.

Ev-muzeyin tarixçəsi

Ev-muzey 1994-cü il sentyabrın 18-də qapılarını Niyazi sevərlərin üzünə açıb. Maestro Niyazinin ev-muzeyinin direktoru Rza Bayramovun sözlərinə görə, məşhur dirijor 1958 –ci ildən ömrünün sonunadək burada yaşayıb-yaradıb: 

 

“1937-ci ildən 1958 –ci ilə qədər Niyazi indiki Rəssamlar İttifaqının yerləşdiyi binada yaşayıb. Sonradan bu mənzilə köçüb. Mənzil-muzey əvvəlcə 3 otaq olub. Qonaq otağı, yataq otağı. 10 ildən sonra qonşu mənzil alınaraq bu mənzilə qatılıb. Bunlardan 3-ü (yemək, yataq otağı) memorial otaqlardır. Digər 2 otaq isə ekspozisiya artistik qonaq otağı məqsədilə istifadə olunur. Ni­ya­zi­nin ev-mu­ze­yi onun şəx­si əş­ya­la­rı ya­ra­dı­cı­lıq qa­le­re­ya­sı ilə zən­gin­dir. Bu­ra­da bəs­tə­ka­rın vax­ti­lə ya­zıb-ya­rat­dı­ğı əsər­lə­rin əl­yaz­ma­la­rı, no­ta kö­çür­dü­yü mu­si­qi nü­mu­nə­lə­ri, şəx­si əş­ya­la­rı ilə ya­na­şı, onun müx­tə­lif il­lər­də dün­ya­nın ən ta­nın­mış mu­si­qi­çi­lə­ri ilə olan fo­to­şə­kil­lə­ri gö­rüş­lə­ri­ni əks et­di­rən ma­te­ri­al­lar da da­xil­dir”.

Niyazi niyə iki soyad daşıyırmış? 

Niyazi Tağızadә-Hacıbәyov Zülfüqar oğlu (Maestro Niyazi)  1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən olub. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev , Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.

Maestro Niyazinin ev-muzeyinin direktoru Rza Bayramovun sözlərinə görə, Tağızadə-Hacıbəyov soyadı Niyazinin öz seçimi olub.

 

Tağızadə anası Böyükxanımın soyadıdır. Yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olub. Onun faciəli qətlindən sonra o, bu soyadı yaşatmağı özünə borc bilib”.

Sankt –Peterburqda təhsilini davam etdirə bilməməsinə səbəb

Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925-26-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929-30-cu illərdə isə illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən, sözügedən təhsil ocağını bitirə bilməyib.

Azərbaycan dirijorluq məktəbinin formalaşması inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" "Şur"u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 1979-cu ildə Azərbaycan Dövlət Flarmoniyasının bədii rəhbəri olub.

Niyazi 1984-cü ildə isə 72 yaşında vəfat edib.

Niyazi bəylə Həcər xanımın sevgisinə mane olan kimlərmiş?

Maestro Niyazinin ev-muzeyinin direktoru Rza Bayramov: “Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. İran təbəəsi olan Həcər xanımla da elə Mahaç-qalada tanış olub. Həcər xanım əslən Cənubi Azərbaycandan olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaç-qaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur.  Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə edirlər. Ancaq həmin dövrdə Hacıbəyovlar ailəsində vəziyyət yaxşı deyilmiş. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə ömür sürüblər”. 

 

 

Mənim xanımım mənim qanımdan başqa heç içmir

Rza Bayramov: “Niyazi çox hazırcavab insan olub. Həcər xanım xatirələrinin birində yazır:

Niyaziylə mənim barəmdə məzəli əhvalatlar, ara-sıra, Türkiyə mətbuatına da yol tapırdı. Bir dəfə Türkiyədə hansısa səfirlikdə ziyafətə qatılmışdıq. Xörəkpaylayan mənə yanaşıb “madam, viski istəyirsiz?” - deyə soruşdu. İstəmədiyimi söyləyəndə, xörəkpaylayan araq, konyak, şərab da təklif etdi. Mən yenə istəmədiyimi bildirəndə, Niyazi hamının eşidəcəyi səsləmənim xanımım mənim qanımdan başqa heç içmirdedi. Hamı  gülməyə başladı””.

R.Bayramovun sözlərinə görə Niyazi sərt insan olub. Yaxınları ilə incikləri olsa da, tez unudularmış: “Bu haqda Həcər xanım öz xatirələrində qeyd edib. Niyaziylə Rəsul Rza qədər mehriban insanlar idilərsə yeri düşəndə çox sərt idilər. Həcər xanım bir axşam maestrodan soruşur ki, “Rəsulla aranız dəyməyib? Məni küçədə gördü ağızucu, elə yüngülcə başını tərpətməklə salam verib keçdi”. Niyazi Həcər xanımın bu gileyini şairə çatdırır, o da and-aman edir ki, “vallah görməmişəm, ya da ola bilsin fikirliyəmmiş”.

Bir neçə gün keçir. Təsadüfən şəhərin ən gur yerlərindən birində Həcər xanımı uzaqdan görən Rəsul Rza dərhal dayanır, küçənin o tayından ikiqat əyilib təzim edir. Uzaqdan baxan şairi tanıyanların hamısı hörmətlə ayaq saxlayır Rəsul Rza başını qaldırır, gülə-gülə: " necədi, Həcər xanım, bu salamımı bəyəndin?"”.

R.Bayramov deyir ki, Niyazi bəyin tez-tez tanınmış qonaqları olarmış. Hətta dünya şöhrətli Rastropoviç bir gün Niyazi bəyin qonağı olur. Burada onlar müxtəlif mözularda müzakirələr aparırmışlar. Rastropoviç burda olarkən Həcər xanımın bişirdiyi plovdan da dadıb. Sonradan o, qeydlərində plovun dadını unutmadığını bildirib. Niyazi bəyin çox sevdiyi xörəklər plov dolma olub”. 

Ailə dramı

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotika aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Deyilənə görə, həbsxanada ölür...

 

Ədalət.-2013.- 21 avqust.-S.4.