ZAQATALA: İNKİŞAFIN VƏ GÖZƏLLİYİN TƏNTƏNƏSİ

(əvvəli ötən saylarımızda)

 

Rayonda 3959 ton (+302 ton) diri çəkidə ət, 17923 ton süd (+1546 ton), 8529 min ədəd (+1337 min ədəd) yumurta istehsal edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası olaraq cari ilin I yarısında 6061,77 ha buğda sahəsinin becərilməsinə görə 242470 manat subsidiya verilmiş, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə isə 21919,33 ha əkin sahəsinin becərilməsinə görə 876773 manat yardım hesablanmış, fermer təsərrüfatlarına güzəştli qaydada 493,5 ton mineral gübrə satılmış,1 ədəd traktor 1 ədəd ekskovator lizinqə verilmişdir.

İlin əvvəlindən ekoloji məsələlər diqqət mərkəzində saxlanılaraq 31,5 hektar sahədə mədəni meşə əkinləri salınmışdır. Hazırda rayonun meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti 37,6% təşkil edir. Rayonda bələdiyyələr üzrə 2300 ədədi yol kənarlarında olmaqla 60100 ədəd ağac əkilmişdir.

Torpaqların sel sularından mühafizəsi məqsədi ilə altı ayda 605,4 min m3 cay yataqları təmizlənmiş, 3595,5 m3 daş-beton bəndləri təmir edilmiş, 600 pm daş beton bəndin tikintisi aparılmış, 150 m3 qabion bəndlər quraşdırılmış,

2013-cü ilin I yarısında torpaqların 11 hərrac müsabiqəsi keçirilərək şəhadətnamələrin verilməsi təmin olunmuş, 5732 nəfər mülkiyyətçiyə "Torpaq sahəsinin Planı Ölçüsü" sənədi paylanmış bu davam etdirilir.

Təhsil, səhiyyə, mədəniyyət...

Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə diqqət artırılmış, respublika fənn olimpiadasında iştirak edən 12 şagirddən 2-si III yerə, 10 şagird isə IV yerlərə layiq görülmüşlər.

Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2013 ilin birinci yarımilində 856 nəfərə AKDS, 642 nəfərə BSJ, 693 nəfərə hepatit-b əleyhinə peyvənd, 777nəfərə göy öskürək, tetanus, difteriya, 1080 nəfərə qızılca, polimiolit, məxmərək xəstəliklərinə qarşı peyvənd olunmuş, 24 həkim, 39 tibb bacısı ixtisasartırma kurslarından keçmiş, qanvermə aksiyasında 250 nəfər tibb işçisi iştirak etmişdir.

2013-cü ildə Zaqatala Azərbaycanın Folklor Paytaxtı elan edilmiş, 05 mart 2013-cü il tarixində rayonda təqdimat mərasimi keçirilmişdir. Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi XII Beynəlxalq Turizm Səyahətlər sərgisində rayonun turizm obyektləri, folkloru mətbəxi geniş təbliğ olunmuşdur. Qax şəhərində keçirilən "Xalı xalçaçılıq" sənəti üzrə sərgidə Suvagil Əli Bayramlı kənd mədəniyyət evləri iştirak etmiş, nümayiş etdirdikləri xalçalardan 3-ü diploma layiq görülmüşdür. Rayonun "Hudulki" xalq kollektivi Masallı şəhərində keçirilən II Beynəlxalq Folklor Festivalında Belarusiyanın Babruysk şəhərində keçirilən festivalda da uğurla iştirak etmişlər.

 

Hüquq mühafizə orqanlarının fəaliyyətində uğurlu nəticələr

 

Rayonda sabitlik təmin olunmuş, ictimai asayişin pozulmasına, dövlət orqanlarının, idarə, müəssisə təşkilatların fəaliyyətinə, vətəndaşların hüquq azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan kütləvi tədbirlər keçirilməmişdir.

Qanunçuluğun hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat axtarış tədbirləri uğurla davam etdirilmişdir.

2013-ci ilin birinci yarımilində 80 cinayət hadisəsi qeydə alınmış, həmin ilin birinci rübündə cinayətlərin açılma faizi 91,9 olmuşdursa, ikinci rübündə 93 faiz açılması təmin edilmişdir.

Hesabat dövründə narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması ya satışına qarşı mübarizə sahəsində 10 cinayət faktı qeydə alınmış, aşkar olunmuş barəsində məhv etmə qərarı çıxarılmış narkotik vasitələr rayonun hüquq-mühafizə, səhiyyə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

"Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün Dövlət Proqramı" na uyğun olaraq RİHB-nın sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.

İcra aparatının fəaliyyətində yeniliklər

Tərtib olunmuş qrafikə əsasən yanvar ayı ərzində RİHB-nın şəhər, qəsəbə kənd inzibati ərazi dairələri üzrə nümayyəndəliklərinin bələdiyyələrin 2012-ci ilin yekunları ilə əlaqədar hesabatlarının keçirilməsi təşkil edilmişdir. 06 fevral 2013-cü il tarixdə RİHB-nın 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmiş, iclasda səslənən tənqidi qeyd təkliflərin sistemləşdirilərək Prezident Administrasiyasına göndərilməsi təmin olunmuş, icrası nəzarətə götürülmüş müəyyən işlərin görülməsi artıq təmin edilmişdir.

"Bir bələdiyyə azı bir layihə" təşəbbüsü çərçivəsində rayonda fəaliyyət göstərən bələdiyyələr tərəfindən 2012-ci ildə görülmüş 2013-cü ildə nəzərdə tutulmuş işlər barədə məlumatlar (forma 1 forma 2) hazırlanaraq Prezident Administrasiyasına göndərilmişdir.

RİAİS proqramının şablonları üzrə məlumatların ümumiləşdirilməsi müəyyən olunmuş müddətdə ötürülməsi təmiin olunmuşdur.

Yerlərdəki görüşlərin əhəmiyyəti vətəndaş müraciətlərinə həssaslıq

Rayon İcra Hakimiyyəti gündəlik fəaliyyətində "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırıq tövsiyyələrini əsas tutaraq 2013-cü ilin birinci yarısında vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, səyyar qəbullarda irəli sürülən tənqidi qeyd təkliflərin icrasına səy göstərmişdir.

2013-cü ilin birinci yarısında RİHB yanında Şuranın 14 yığıncağında 30 məsələ müzakirə edilmiş, RİHB-nın 119 sərəncamı, 88 əmri verilmiş, 6 ayda Rayon İcra Hakimiyyətinə 2164 ərizə, 413 xidməti sənəd, 1251 şifahi müraciət daxil olmuşdur.

Ötən ilin birinci yarısı ilə müqayisədə Rayon İcra Hakimiyyətinə daxil olan cəmi ərizələrin sayı 2,5 dəfə, Prezident Administrasiyasından daxil olan ərizələr 5,8 dəfə, kollektiv təkrar müraciətlər 27 faiz, RİHB-nın qəbulunda olan vətəndaşların sayı 34 faiz artmışdır. Ərizələrin 90,3 faizi RİHB aparatının şöbələrində baxılmış, 88 faizi nəzarət qaydasında araşdırılmışdır.

Vətəndaş müraciətlərinin artmasının əsas səbəbi ötən il rayonda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması, Fövqəladə Hallar Nazirliyinin komissiya rəyindən narazılıq, evlərə təkrar baxışın keçirilməsi ilə bağlı çoxsaylı müraciətlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə zəlzələ ilə bağlı ərizələrin sayı 7 dəfə artmışdır.

Prezident Administrasiyası digər Mərkəzi orqanların nəzarətində olan bütün müraciətlər Rayon İcra Hakimiyyəti tərəfindən mövcud qanunvericiliyə uyğun vaxtında baxılaraq cavablandırılması təmin edilmişdir.

2013-cü ilin birinci yarısında RİHB-nın yerlərdə 24 səyyar qəbul-görüşləri keçirilmişdir ki, bu görüşlərdə 3538 adam iştirak etmiş, 165 tənqidi-qeyd təklif irəli sürülmüşdür.

Təhlil göstərir ki, səyyar qəbullarda qaldırılan məsələlərin 19,5 faizi ötən il rayonda baş vermiş zəlzələnin törətdiyi fəsadlarla bağlı, 15,7 faizi elektrik təchizatı məsələləri, 12,2 faizi içməli su kanalizasiya, 12 faizi məktəb tikintisi təmiri, 12 faizi yolların təmiri, 6,1 faizi təbii qaz çəkilişi məsələləri digər məsələlərlə bağlı olmuşdur.

Bir çox vətəndaşlar onlara göstərilən diqqət dövlət qayğısına görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürünü minnətdarlıqlarını bildirmişlər.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-29 avqust.-S.3.