ƏLƏDDİN İNCƏLİ
("Bölgələrdə ədəbiyyat" silsiləsindən)
Ələddin İncəlini Azərbaycanın Qərb bölgəsində - Tovuzda, Şəmkirdə, Qazaxda hamı tanıyır. Elə məmləkətimizin başqa bölgələrində də Ələddin İncəlini tanıyanlar, sevənlər az deyil. Bir şair və bir ağsaqqal kimi o, hamının hörmətini qazanıb. 84 yaşı var Ələddin müəllimin və bu yaşda Azərbaycanda tək-tük söz adamı qalıb.
Bu adamın həyatı, taleyi Qazaxla bağlı olub və institutu bitirəndən ta indiyədək əmək fəaliyyətinin böyük bir hissəsi rayon qəzeti ilə bağlıdır.
APİ-nin filologiya fakültəsini bitirəndən sonra (1951) üç il Ağdərə rayonunda müəllim işləyib. Bir ara (1966-1971) Qazaxda, rayon partiya komitəsində təlimatçf, maarif şöbəsində metodist, kinobirliyində direktor vəzifələrində çalışıb. Vəssalam. İndi də məşhur "qələmimlə dolanıram" şüarına sadiqdir.
Qazaxda hamı şeirlə danışır. Bunun şahidi olanlar çoxdur. Amma təbii ki, şeirlə danışanların, şeir yazanların hamısı ŞAİR olmur, çünki Vaqifi, Vidadini, Səməd Vurğunu sevməklə ancaq şeir heyranı olmaq mümkündür, şair yox. Ancaq Qazax ədəbi mühitində poetik ənənə çox güclüdür və o torpaqdan XX əsrdə Vaqif Nəsib, Nüsrət Kəsəmənli, Ağamalı Sadiq, Aslan Kəmərli, Akif Səməd, Məhəmməd Astanbəyli, Eldar Nəsibli, Vəli Xramçaylı, Mahmud Vəli, İbrahim İlyaslı, Davud Nəsib, Barat Vüsal, Məmməd Dəmirçioğlu, Avdı Qoşqar kimi tanınmış söz ustaları çıxıb. Ələddin İncəlinin bu sırada öz yeri var.
Ələddin İncəli ilk mətbu şeirindən ("Gəl Kür qırağına", 1955, "Azərbaycan gəncləri" qəzeti) ta bugünəcən xalq şeiri, Vaqif-Səməd Vurğun yolu ilə gedib. Heca şeirindən bir addım da kənara çıxmayıb (son illərdə qəzələ də meyli istisnadır) və çalışıb ki, poetik istedadını bu vəzndə nümayiş elətdirsin.
Onu məşhurlaşdıran bir şeiri var: "Ceyranı" rədifli bu qoşma Qazaxda dillər əzbəridir. Səməd Vurğun "Muğan" poemasında çöllər gözəli ceyranı vəsf elədi. Bu şeir poeziyamızın ölməz, bənzərsiz bir nümunəsinə çevrildi, ondan sonra şairlərimizin "Ceyran"ları çoxaldı. Təbii ki, yaxşısı da oldu, ortababı da, zəifi də. "Ceyran"lardan bir yaxşısını Ələddin İncəli yazdı. Bu şeirdə Vurğunun "Ovçu, insaf eylə, keçmə bu düzdən, O çöllər qızını ayırma bizdən" çağırışı başlıca motivə çevrilir və Ələddin İncəli həmin fikri, həmin çağırışı daha da ucadan söyləyir:
Vurğun kimi sevsən, məha eləməzsən,
Sözlə gətirərsən yola ceyranı.
Bir az uzaqlaşsa, səhv eləməzsən-
Bənzətsən üfüqdə xala ceyranı.
Yanı gah balalı, gah təkəlidi,
Qorxaqdı, hürkəkdi, səksəkəlidi,
Gözəllik özü də təhlükəlidi,
Odur ki, tez tapır bəla
ceyranı.
Sən mahir ovçusan, maşından əl çək,
İnsafsız, motorla birdimi ürək?!
Kişisən, piyada düzə çıx,
görək,
Qovmaqla tuturmu tula
ceyranı.
Səyyad, bir şiş kabab can verməz sana,
O zərif
xilqəti
bir an duysana,
Ayaq saxlayır ki, yormasın ana
Dalınca tövşüyən
bala ceyranı.
Yoxsa, elə
uçar, süzgün
ox olar,
Bir göz qırpımında
qaçıb yox olar,
Nəfsi cilovlasaq-artar, çoxalar,
Görərik gözləri
ala ceyranı.
Eşit,
ay ocağın-közün sahibi,
Nə deyər
Ələddin-sözün sahibi,
Muğan
düzü kimi düzün sahibi,
Məgər istəməzmi ola ceyranı?!
Ələddin İncəlinin
bütün qoşma və
gəraylıları
beləcə zövqlə,
usta əliylə naxışlanıb.
Azərbaycan qoşmasının, gəraylısının
XX əsrdəki durumunu izləsək,
ilk növbədə, müraciət
olunmalı müəlliflərdən biri də
Ə.İncəli
olacaq.
"İncəli"
təxəllüsdür. Qazaxın
Astanbəyli,
Kəmərli, Qaymaqlı kəndlərini
birləşdirir
İncə
dərəsi. İncəlilərdən-bu üç kənddən
Azərbaycan
poeziyasının Ağamalı
Sadiq, Akif Səməd kimi bənzərsiz şairləri
çıxıb. Ələddin müəllim həmin
incəli
şairlərin
ilk gördükləri
şairdir. Yazıçılar
Birliyi Qazax filialının rəhbəri, şair
Barat Vüsal yazır
ki: "Bir vaxtlar Qazaxda "Qalibiyyət
bayrağı" adıyla
çıxan qəzetdə Ələddin İncəli
uzun müddət işləmişdir.
Bizim çoxumuz səbirsizliklə
qəzetin
redaktorunun nə vaxt məzuniyyətə gedəcəyini gözləyirdik. Çünki bilirdik ki,
o, gedən
kimi bir ay ərzində redaktor müavini Ə.İncəli
meydanı qəzetdə "Ədəbiyyat
səhifəsi"nə verəcək. Bizim küçədə də, necə
deyərlər, bayram olacaqdıg
Ələddin İncəli
Eldar Nəsibli Sibirel,
Heydər
Qasımlı, İsa
Cavad, Firudin Rəhim
və
başqaları ilə yanaşı, mənim də
qayğımı çəkmişdir. Haqqımda yazdığı
"Uğurlu yol"a
belə
bir başlıq vermişdi: "Poeziyaya doğru". Yeri gəlmişkən qeyd edək
ki, görkəmli şairlərimiz
- Məmməd İsmayılın, Nüsrət Kəsəmənlinin, Səyavuş Sərxanlının
ilk şeirlərinin
işıq üzü
görməsində Ələddin
İncəli
qayğısını əsirgəməmişdir.
Onun qoşma,
gəraylı
və
heca vəznli digər şeirləri
sadə,
anlaşıqlı, amma
səlis,
rəvan
bir dillə yazılıb. Bu şeirləri
oxuyursan, özündə bir rahatlıq, bir yüngüllük hiss
edirsən.
Elə bil güllü-gülüstanlı
bağçaya çıxmısan,
quşların nəğməsinə qulaq asırsan. Fikirləşirsən ki, bu şeirlərdə qəfil,
gözlənilməz obraz ya təşbih, metafora nəzərə çarpmır,
bəs
niyə
səni
özünə
cəlb
edir, birini dinlədin,
o birisini də dinləmək istəyirsən. Budur, onlarla şairin müraciət etdiyi, Ə.İncəlinin də yan qaçmadığı BƏNÖVŞƏ:
Bəlkə ölüb getdim,
yazı görmədim,
Gülüm, o dağlardan dər bənövşəni.
Nazik əllərinlə seçib-oxşayıb,
Qəbrimin üstünə sər
bənövşəni.
Bəlkə incə
ruhum xoşahal ola,
Bəlkə yaman dillər susa, lal
ola,
O güllər
üç rəngdə: ağ, göy,
al ola,
De: şair sevməzdi hər bənövşəni.
Gərdiş
dövranımı deyirdi,
- deynən,
Vurub iqbalımı çevirdi,
- deynən,
Ələddin İncəli
sevirdi, - deynən,
Şehli bənövşəni, tər
bənövşəni.
"Bənövşə" rədifli
bu qoşma inanın ki, yüzlərlə "Bənövşə"lərdən seçilir,
fərqlənir. Təbii ki, ustad Qurbaninin "Bənövşə"sinə çatmasa da.O, nədən yazır? Sualı başqa cür də
qoymaq olar: O, nədən yazmayıb? 2010-cu ildə
çap olunan "Söz incilərim" kitabına
baxanda bu 84 yaşlı söz sərrafının
mövzular aləminə heyrətlənirsən. Eşq, məhəbbət, doğma Vətən
torpağı, onun şair dostları, sənət adamları, ata-ana sevgisi, həyat,
ölüm, varlıq,
yoxluq,gbir sözlə xalqı nə düşündürürsə, Ələddin İncəli
onları şeirəgətirir. İncəlinin qoşma və gəraylıları
əsrlərdən bəri qəlbimizi
fəth
edən
Ələsgərin, Tufarqanlının, Xəstə Qasımın
qoşma və gəraylılarından
güc alır. Bu mənada
İncəli
kökə,
ənənəyə
bağlı şairdir.
Dərə keçib, dağ
aşıram,
Dağlar duman içindədir.
Mən könlümlə
danışıram,
Könlüm duman içindədi.
Dağlar-dağın qoynundadı,
Gül-yarpağın qoynundadı,
Zər-torpağın qoynundadı
Yaxşı-yaman içindədi.
Nə gur seləm, nə
gurşadam,
Nə şagirdəm,
nə
ustadam,
Hələ naşı bir səyyadam,
Oxum kaman içindədi.
Gah yad oldum dərdə-qəmə,
Gah da endim zildən bəmə,
"Ay İncəli,
çox yaz" - demə,
Söz də zaman içindədi.
Ələddin İncəlinin
2011-ci ildə
nəşr
olunan "Üç
kitab və ya Qarabağnamə"
kitabındakı bütün
şeirlər
poeziyamızın baş
mövzusu Qarabağ mövzusunu həsr olunub. Deyim ki,
indi bu mövzuda
yazılan şeirlərin sayı-hesabı yoxdu və
səviyyəsindən asılı olmayaraq o şeirlərin
içində
bir yanğı var. Amma poeziyanı "aktual mövzu" aldanışına da çevirmək
olmaz. İllər, onilliklər
keçəcək, Qarabağa həsr olunan şeirlərdən yalnız ən yaxşıları-ŞEİR
OLANLARI yaşayacaq. Ələddin İncəlinin kitabında da belə
şeirlər
var. Bu şeirlər
torpaqları işğal
olunan bir el ağsaqqalının, bir qocaman şairin ahlarını, fəryadlarını,
eyni zamanda birliyə,
döyüşə,
intiqama səsləyən haraylarını ifadə edir. Ələddin İncəli
ürəyindən keçənləri, ona dərd
və
əzab verən
hissləri,
duyğuları şerirə çevirib. Qarabağ münaqişəsi
başlanandan son illərə qədər hansı
olaylar yaranıbsa, onların əks-sədasını
İncəlinin
şeirlərində görə
bilərik.
Erməni qana çalxanır,
Qan tökür-qan
Qarabağda.
Yurdumun ər oğulları
Can qoyur-can Qarabağda.
Zirvədə tərlan
qalacaq,
Tərlanı sarmı alacaq?!
Bizimdi, bizim olacaq,
Yenə meydan Qarabağda,
Sökülür dan Qarabağda!
Kitaba toplanan şeirlərin
çoxu publisistik pafosu ilə
seçilir və təbii
ki, 90-cı illərin çağırış ahəngi bu yazılara da sirayət
edib. Əlbəttə, bu şeirlər vətənpərvərlik ruhunu ifadə edir və
bir şairin baş verən hadisələrə,
ayrı-ayrı olaylara
münasibətindən yaranıb. "Ermənistandan (Mehridən)
sonuncu köçürülən kənd
Nüvədi
oldu", "İnancımızı
deyil, Əcdadımızı "boz qurd" adlandırır haylar!",
"Tovuzdakı "Boz
qurd" könüllü
müdafiə dəstəsinin döyüşçülərinə", "Qarabağ uğrunda döyüşlərdə həlak
olmuş şəfqət bacısı
Rahilə
Orucovanın əziz xatirəsinə", "Qazaxdakı Aşağı
Əskipara kəndinin igid qızı Qaratel Şəmsi
qızının əziz xatirəsinə", "Ağdamın Almədədli kənd sakini, milli qəhrəman Yelmar Edilova", "Azərbaycan əsgərlərinə" - Ələddin İncəlinin şeirlərinin
bir çoxu ithaf səciyyəlidir. O, müharibənin
gedişatını diqqətlə izləyib. Qələbəyə inam hissini tərk
etməyən şair "Sizi gözləyir"
şeirini Azərbaycan əsgərlərinə
ünvanlayıb. Elə bu şeirlə də söhbətimizi
bitirək
və
qələbəmizi bayram
edəcəyimiz günü gözləyək:
Ay ərən oğullar, əsgər oğullar,
Ağdam,
Şuşa, Xankənd
sizi gözləyir!
Cəbrayıl,
Zəngilan,
Qubadlı, Gorus,
Xocalı,
Xocavənd
sizi gözləyir!
Qırğı tək
şığıyıb bir
qanad açın,
"Uğurlu yol!" deyib su səpsin Xaçın!
İgid
Soltan bəyi qoruyan Laçın,
O min evli Minkənd
sizi gözləyir!..
Məzarlar dil açıb giley etdilər:
"Dirilər
hayanda batıb-itdilər?!
Bizi birdəfəlik atıb getdilər!.."
Papravənd, Sırxavənd
sizi gözləyir!..
Şair
Ələddini eşidin, barı,
O yurdlar boylanır sizlərə sarı.
Hardasız, a yurdun xilaskarları,
Neçə yurd, neçə kənd
sizi gözləyir,
Ağdam,
Şuşa, Xankənd sizi gözləyir!..
Vaqif YUSİFLİ
Ədalət.-2013.-7
dekabr.-s.13.