Xalq şairi Məmməd Araza həsr edilən poçt markası tədavülə buraxılıb
Naxçıvan Muxtar Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə
Məmməd
Arazın 80 illik yubileyinə
həsr
edilmiş poçt
markası hazırlanaraq tədavülə
buraxılıb.
Üzərində Məmməd
Arazın portreti əks
olunmuş marka 20 min tirajla buraxılıb.
Markanın nominal dəyəri 20 qəpikdir. Bundan başqa, Məmməd Arazın 80 illik
yubileyinə həsr edilmiş
suvenir bukleti və "Birinci gün” zərfi də hazırlanıb. Doğma Vətənə
bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir
dərinliyi və sadəlik, poetik
təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz
yaradıcılığına uzunömürlülük
bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin
rəğbətini qazanıb. Məmməd Arazın əsərləri
dünya xalqlarının dillərinə tərcümə
edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya
poeziyasının ən
yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə edib.
Parlaq
istedadı və təkrarolunmaz
yaradıcılığı ilə
böyük şöhrət qazanan Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərinə görə ümummilli
lider Heydər
Əliyev tərəfindən Azərbaycan
Respublikasının "İstiqlal” ordeni ilə
təltif olunub, adına "Məmməd Araz” ədəbi mükafatı təsis edilib.
Ədalət.-2013.-7
dekabr.-S.3.