Bakıda dekabrın 9-da Beynəlxalq Yunus İmrə Konfransının öz işinə başlaması
münasibəti ilə
Siracəddin Səyyid, Özbəksitan xalq şairi
Siracəddin Səyyid - Özbəksitan xalq şairidir. 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət universitetinin jurnalistika fakultəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin iki cildlik seçilmiş əsərlərini nəşr etmişdir.
Yunus İmrə
"Məni sorma məndən, məndə deyiləm",
Fəqir donundayam, canda deyiləm.
Könül dərsindəyəm, ruh aləmində,
Ki sənin gördüyün təndə deyiləm.
1990
Təriqət torpağı
Alovları kül çıxar,
Xəzanları gül çıxar.
Lay-lay, qat-qat torpaq deyil,
Yer altından
dil çıxar.
Aləm əsli-üzündədir,
Yəni qaş və
gözündədir.
Hikmət sənin
özündədir,
Nə axtarsan - o çıxar.
Bu yerin hər
zərrəsi,
Ya bir şeyxdir, ya bir vəli.
Qafil insan deyər,
bəli:
Külçə qızıl, pul çıxar.
Yerdən səma
çıxar burda,
Demə: zindan çıxar
burda.
Qullar
sultan çıxar burda,
Sultanları qul çıxar.
1997
Surxan səhrası
Bənövşələr getdi,
Lalələr getdi.
Buludlar Pamirə
getdi,
Qartallar getdi.
Od almağa gələn küləklər
Yamaclar qarnını
oxşayıb getdi.
Səhra gedəmmədi,
Səhra tək qaldı.
Mərhum səltənət var qumlar altında,
Otlar nisgiltək
saralıb solar
Qədim Baktriya təpələrində.
Mənim dərdlərimə od vermisiniz,
De, neçün sevməyim mən
bu diyarı?
Xüsusən, təşnə olanda Termiz
Dodaqlarına basar Amudəryanı.
1984
Qardaşım, əldə cam, gözdə
yaş nədir?
Sövdalar içində
yalqız baş nədir?
Nəsihət de, nədir? Dava-dalaş nədir?
Fəna qapıları əbədi bağlı qalmaz,
Dünyalar tapılar, adam tapılmaz.
Qardaşım, aşiqlik bahardır,
ötər,
Bu daşqın duyğular
dəryadır,
ötər.
Gah könül verdiyin xətadır,
ötər,
Ümid
qönçələri daim açılmaz,
Dünyalar tapılar, adam tapılmaz.
Qardaşım, ömrünü fərzanə eylə,
Nə qədər dərdin
var, dərmanın eylə,
Bütün nisgilləri
təranə eylə,
Hər könül şeir tək
nur saça bilməz,
Dünyalar tapılar, adam tapılmaz.
Qardaşım, dünyadan neçin şikayət?
Nə üçün tükənməz məhzun hekayət?
Diriliyin
özü böyük
inayət,
Bundan da qiymətli
kəlam
tapılmaz:
Dünyalar tapılar, adam tapılmaz.
1985
Tarixi təşbeh
Günbəzlər - dəbilqə,
Minarələr - nizə.
Harda qalmış
keçmiş şan-şöhrət, zəfər?
Dərin yuxudadır sonsuz hərblərdə
Seyrəkləşən ləşkər kimi qədim
bu şəhər.
1989
Daşkənd təranələri
Bu nurlu dünyada
mən
nəyi
gördüm?
Daşkənd, şəhər görüb mən səni gördüm.
Burda hər
bir küçə mənə dost, rəfiq,
Burda hər bir ağac anamtək müşfiq.
***
Dünyada ən əziz gözlər,
qaşlar tək,
Hər bir məhlən mənə qarındaşlar tək.
Könlümü zərrə tək
aləmə saçsam,
Qayıdıb gələcək qaranquşlar
tək.
***
Sən - Qafur Qulamın həyat
qoşuğu,
Aybək, Şeyxzadənin könül eşiyi.
Beşiklərlə dolsun evlərin, şəhrim,
Ey ulu zatların mənqu beşiyi.
2000
Böyük İpək
yolu
Gələr, gedər
karvanlar,
Gedər, gələr karvanlar.
Qədim ipək
yolu bu -
Həm sevinc, həm
ərmanlar.
İyirmi
bir əsrdir,
Həm dözüm,
həm
səbrdir.
Xalqlar quran qəsrdir
-
Gah abad, gah viranlar.
Buncalar
gen, bu açün ,
Bir yanı
Çinü-Maçin.
İnsan
açsa qucağın
Bil sığar
asimanlar.
Yerdən göylərə yetmiş,
Ölməz ərlərə yetmiş,
Uluğbəylərdən getmiş
Ulduzlara ünvanlar.
Avropamı, Asiya,
Bir günəş,
bir ay - ziya,
Ədalətə, ey dünya,
Bağrın olsun məkanlar.
Biz aləmə göz dikdik,
Gah durduq, gah yıxıldıq.
Qəddimizi dikəltdik,
Gəldi dövr-dövranlar.
Günçıxandan çıxar gün,
Bu yanda yatar hər gün,
Yaponca söylər bu gün
Termizdəki kurqanlar.
Böyük, şanlı yoldur
bu,
Min millət,
bir dildir bu.
Əcdadlardan
uzanan
Yenilməz bir əldir bu.
Dünya,
eylə
bir nəzər,
Mənzillərin olsun zər.
Düz əbədiyyətə qədər
Dayanmaz bu karvanlar.
2004
Özbəkcədən çevirəni:
Yaşar Qasımbəyli,
Azərbaycan Yazıçılar Birliyinin
və
Özbəkistan Yazıçılar İttifaqının
üzvü,
filologiya elmləri üzrə
fəlsəfə doktoru,
Ədalət.-2013.-10
dekabr.-S.8.