Neftçala - zamana sözü
olan rayon
Xəzər dənizinin sahilində yerləşən Neftçala rayonu arxada qalmaqda olan ili də zəfərlə başa vurmaqdadır. İlin qurtarmağına bir neçə həftə qalmağına baxmayaraq bunu inamla demək olar. Arxada qalan 9 ay ərzində rayonda 3 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa edilmiş, 466 fiziki şəxs fəaliyyətə başlamışdır. Bu müəssisələrdə 518 daimi yeni iş yeri açılmış və iş axtaran vətəndaşlar işlə təmin olunmuşlar. Rayonda 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 21 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənayenin ümumi məhsulunda qeyri -dövlət bölməsinin xüsusi çəkisi 86,7 faiz təşkil edir. Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 374,4 min manatlıq rabitə xidməti göstərilmişdir. Müqayisə üçün deyək ki, bu ötən dövrün müvafiq ili ilə müqayisədə 17,4 faiz çoxdur. Ümumi xidmətin 80,5 faizi bilavasitə əhalinin payına düşür. İndi Neftçalada hər 100 təsərrüfatın hesabında 62 ədəd telefon aparatı vardır.
Əhalinin nominal pul gəlirləri 38 milyon 500 min manat olmuşdur. Adambaşına
düşən
pul gəlirləri
2,8 faiz artaraq
465,7 manata çatmışdır.
Rayon üzrə hər bir işçinin orta aylıq əməkhaqqı 253 manat təşkil
edir. İlin əvvəlindən əhaliyə 111,8 milyon manatlıq istehlak malları satılmışdır.
01 oktyabr 2013-cü il
tarixə
kimi Neftçalada pensiya və
müavinət
alanların sayı
13251 nəfər, ünvanlı dövlət sosial yardım alanların sayı 1135 ailə
olmuşdur. Bu müddət
ərzində Azərbaycan
Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən 2 nəfər müharibə
əlilinə pulsuz avtomobil verilmişdir.
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti
hesabına 20 nəfər sahibkara
220 min manat məbləğində
kredit verilmişdir.
Neftçala Elektrik Şəbəkəsi
tərəfindən rayona 104,8 milyon
kilovat saat elektrik enerjisi verilmişdir. Rayondakı abonentlərin
sayğaclaşdırılmasına nəzər salsaq görərik ki, bu rəqəm əhali tərəfindən 98,9 faiz təşkil edir.
Rayon Qaz İstismar Sahəsi
Neftçalaya 7 milyon
121,2 min kub metr həcmində təbii
qaz vermişdir. "Azəriqaz"
İstehsalat Birliyi tərəfindən müxtəlif
ölçüdə
5830 metr boru xətləri çəkilmişdir.
Hazırda rayonun mavi qazla təmin
olunması istiqamətində işlər
davam etdirilir.
Rayonda fəaliyyət göstərən 3 nərəbalıqartırma
zavodları tərəfindən
3 milyon 461,7 min ədəd nərə
cinsli körpə cinsli balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu ötən ilin eyni dövrü
ilə
müqayisədə 20,6 faiz çoxdur.
Təsərrüfat rayonu olan Neftçalada
kənd
təsərrüfatının
ümumi məhsulu artaraq 62 milyon 516 min manat olmuşdur. 7322,6 ton
ət, 5078,7
ton süd, 3 milyon 166
min ədəd yumurta istehsal edilmişdir. 2013-cü ilin
məhsulu
üçün 42944,2
hektar sahəyə
taxıl əkilmiş, nəticədə 110,9 min ton məhsul toplanılmışdır. İribuynuzlu mal-qaranın baş sayı 41355 baş, xırdabuynuzluların sayı
isə
128353 başa çatdırılmışdır.
Rayonun Xol zonasında 17 min hektardan yuxarı suvarılan əkin sahələrini
suvarmaq üçün
Kür çayından
Xol zonasına 25 kilometr uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə
tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin ərzaq məhsulları
ilə
tam təminatına
dair Dövlət Proqramı"na daxil edilmiş və bu işə
2006-cı ildən
başlanmışdır. İndiyə kimi həmin kanalın tikintisinə 10 milyon 144 min manat vəsait
sərf
olunmuşdur. Bu yöndə
işlərin
sürətlənməsi üçün
müvafiq işlər həyata
keçirilir.
Hamının gözü önündə dəyişən şəhər
Neftçala rayon rəsmiləri ilə birlikdə rayon sakinləri də rayon ərazisində aparılan təmir, tikinti və abadlıq işlərinə xüsusi önəm vermişlər. Rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 5 milyon 475 min manat olmuşdur.
Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması nəzarətdə saxlanılmışdır. Tikilməkdə olan Heydər Əliyev Mərkəzinin inzibati binasının, Bayraq Meydanının, "Şəhidlər Kompleksi"nin, Kür çayı sahilində bulvar tikintisinin, müasir saat qülləsinin inşası, "Axmaz Göl"ün ekoloji cəhətdən sağlamlaşdırılması da diqqətdə saxlanılmışdır. Kür çayı sahilində, Bankə qəsəbəsi ərazisində mini futbol meydançasının inşası uğurla davam etdirilir. Hazırda rayonun "Şorsulu-Xolqarabucaq-Xəzərkənd" avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən mini futbol meydançası istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində son tamamlama işləri aparılır. Rayonun Kürkənd kəndində 200 şagird üçün, Yuxarı Qaramanlı kənd kəndində 300 şagird üçün məktəb binalarının və Aşağı Surra kənd tam orta məktəbinin əsaslı təmiri və əlavə 10 sinif otağının tikintisi davam etdirilir.
Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 90 mənzilli binanın inşası və idman kompleksinin tikintisi ilə əlaqədar ərazilər ayrılmışdır. Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, 20 Yanvar, M.Əsədov və digər küçələrin təmirinə 3 milyon 515 min manat, yolların saxlanılmasına 535 min manat dəyərində vəsait sərf edilmişdir.
(ardı gələn
sayımızda)
Səxavət
Məmmədli
ədalət.-2013.-10
dekabr.-S.7.