Neftçala - zamana sözü olan rayon

(əvvəli ötən sayımızda)

Yaxşı təhsil yaxşı gələcəkdir

Bütün respublikada olduğu kimi Neftçala rayonunda da təhsilə xüsusi fikir verilir. Rayon Təhsil şöbəsi tərəfindən tədrisin keyfiyyətinin, maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə bir sıra layihələr işlənib hazırlanmışdır.

Rayonun fənn olimpiadalarında birinci mərhələnin 42 nəfər qalibi növbəti mərhələdə iştirak etmiş, onlardan 7 nəfəri birinci yerə layiq görülərək Respublika turunda iştirak etmişlər. Bunlar Xıllı qəsəbə 1 saylı, Bankə qəsəbə 2 saylı, Qədimkənd, Qırmızıkənd, Mirqurbanlı və Cəngan kənd tam orta məktəblərinin şagirdləri olmuşlar. Bankə qəsəbə 2 saylı tam orta məktəbinin şagirdi Azərbaycan tarixi fənni üzrə fəxri yeri tutaraq Respublika qalibi olmuşdur. Yay ayında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 733 nəfər XI sinif şagirdi attestat, 1007 nəfər IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışlar. Bu il rayon üzrə ali məktəblərə tələbə qəbulu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 384 nəfər şagird ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 204 nəfəri tələbə adını qazanmışdır. Həmin tələbələrdən 33 nəfəri 500-600 bal arasında, 10 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Tələbə qəbulu göstəricilərinə görə ən yaxşı nəticə şəhər 1 və 4 saylı, Ərəbqardaşbəyli, Mirsəqulu, Xıllı qəsəbə 1 saylı və Qədimkənd kənd tam orta məktəblərinin payına düşür. Bütün bunlar rayon təhsil işçilərinin növbəti konfransında müzakirə edilmiş və yeni vəzifələr müəyyənləşdirilmişdir. Respublikaəllimlərinin qurultayına nümayəndələrin seçilməsi də unudulmamışdır.

Haqqında danışılan dövr ərzində bu tədris ilinə də ciddi hazırlıq görülmüşdür. Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş :Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları:na uyğun olaraq rayon Təhsil şöbəsində komissiya yaradılmışdır. Komissiyaya daxıl olmuş 129 müraciətdən 112-sinə müsbət rəy verilmişdir.

İsti münasibət uğur gətirər

Neftçala rayonunun kifayət qədər böyük ərazisi var. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə əhali ilə 35 səyyar görüş və qəbul keçirilmişdir. Bu görüşlərdə 3937 nəfər sakin iştirak etmişdir. Keçirilən bu görüşlərdə 189 nəfər 121 tənqidi qeyd və təkliflə çıxış etmişlər ki, bunlardan da 25-i yolların əsaslı təmiri, 17-si yaşayış məntəqəsinin qazlaşdırılması, 24-ü suvarma və drenaj kanallarının lildən təmizlənməsi, 15-i içməli su təminatının yaxşılaşdırılması, 18-i elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi, 5-i təmizlik və abadlıq, 2-si məktəblərin əsaslı təmiri, 15-i digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılmışdır. Yerlərdə aradan qaldırılması mümkün olan problemlər barədə məsələ qaldırılmışdır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 391 nəfər vətəndaş qəbul edilmişdir. İcra Hakimiyyəti başçısı aparatında 202 nəfər, səyyari qəbullarda 189 nəfər vətəndaş dinlənilmişdir. Vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 14 müraciət mənzil ilə təmin olunma, 41 müraciət işlə təmin olunma ilə bağlı olmuşdur. Daha 33 müraciət torpaq məsələləri, 14 müraciət kommunal məsələləri, 25 müraciət evlərin qəzalı olması ilə bağlı və digər qayğılarla bağlı olmuşdur.

Səyyar qəbullar göstərir ki, insanlarla belə təmas bir sıra problemlərin vaxtında aradan qaldırılmasına böyük kömək göstərir.

Mənəviyyata hesablanmış görüş

08 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Neftçala şəhərində vətəndaşlarla qəbul təşkil etmişdir. Qəbulda Neftçala ilə yanaşı Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri də iştirak etmişlər. Vətəndaşları qəbul edən Dövlət Komitəsinin sədri onları narahat edən məsələləri dinləyərək müvafiq istiqamətdə tapşırıqlar vermişdir. Müraciətlər əsasən dini ibadət yerlərinin tikilməsi, bərpası, dini icmaların dövlət qeydiyyatına alınması, icmaların nəzdində :Quran: kurslarının açılması, dini mərasimlərin, xüsusən də aşura mərasimlərinin keçirilməsi üçün maarifləndirmə işinin gücləndirilməsi istiqamətində olmuşdur. Vətəndaşlar bildirmişlər ki, kənd və qəsəbələrdə məscidlər uzaq olduğu üçün gündəlik, xüsusən də cümə namazlarında iştirak etmək çətindir. Buna görə də yaxın yerlərdə ibadət evlərinin tikilməsi vacibdir.

Vətəndaşları narahat edən məsələləri dinləyən Elşad İskəndərov məscidlərin tikintisi üçün müvafiq işlərin aparıldığını, :Quran: kurslarının yaradılmasından ötrü müvafiq sənədlərin Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunmasını qeyd etmişdir.

Dövlət Komitəsinin sədri aşura mərasiminin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi məqsədi ilə Dövlət Komitəsinin hazırladığı tədbirlər planına müvafiq olaraq bütün bölgələrdə maarifləndirmə işləri aparır.

Yığıncaqda bəzi dini icmaların dini ədəbiyyata ehtiyacı olması barədə də məsələ qaldırılıb. E.İskəndərov bildirib ki, komitənin kitabxanasının hesabına həmin dini icmalar qısa zamanda dini ədəbiyyatla təmin olunacaqlar.

Təmiz mənəvi əxlaqa hesablanmış və problemlərin çözülməsinə yönəlmiş bu görüşdən vətəndaşlar xeyli razı qalmışlar. E.İskəndərov yığıncaqda onu da qeyd etmişdir ki, islam dininin əxlaqı keyfiyyətlərinin qorunması üçün insanlar islam fəlsəfəsinə daha dərindən yiyələnməlidirlər.

Səxavət Məmmədli

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

ədalət.-2013.-11 dekabr.-S.7.