CƏLİL MƏMMƏDQULUZADƏ VƏ BU GÜNÜMÜZ

(əvvəli ötən sayımızda)

Cəlil Məmmədquluzadənin öz felyotonlarında verdiyi suallar indi də cavabını gözləyir, indi də maarifpərvər, millətin gələcəyini işıqlı görmək istəyən ziyalıları düşündürür.

Suallara fikir verin: :Bakı qiraətxanalarında niyə bayquşlar banlayır?: :Bakının küçələri niyə dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?: (:Molla Nəsrəddinin xəlvət cavabı:); :Niyə bir o :dərin: molladan soruşmursunuz ki, o dediyi sözlər hansı kitabda yazılıb və kimdən rəvayətdir?: (:Mıncıq:); :Hələ bir mənə de görüm fikrin nədir?: (:İranın Batum konsuluna başıbağlı məktub:); :Axı niyə müsəlmanlar cümə günü alış-veriş eləmsinlər?: (:Cümə günləri:); :Bu nədir? Yəni osmanlı arvadları nə istəyirlər? Necə hüquq? Necə ixtiyarat? Kimdir onların hüququnu pozan?: (:Bu nədir?:); :Neçə yüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənimizi tanıyaq?: (:Bəs nə vaxt?:); :Bundanmı ibarətdir imama təziya saxlamaq?: :Nə vaxt bunun axırı olacaq?: (:Küflə qurdu:); :Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub bizim yaxamızdan yapışıblar? Məgər Avropada belə hərəmxanalar yoxdur? Avropada hansı bir şəhər var ki, orada Əbdülhəmidin hərəmxanasına oxşayan bir lotuxana olmasın?!: (:Dörd yüz qız:); :Görəsən hansı bədəməllərin oduna yanırıq? Görəsən niyə bu günlərə qaldıq?: (:Əvvəlinci söz:); :İndi :Nicat: cəmiyyətindən xahiş edirəm mənə cavab versin görək kimdən ötrü istəyir kitablar çap edib dağıtsın? Və nə vaxt müsəlmanlar fürsət tapacaqlar ki, göz yaşlarını ətəkləri ilə silib, o kitabları oxusunlar?: (:Nə vaxt?:); :İnsafdırmı ki, İranın indiki kasıb vaxtında ondan pul da almaq?: (:Bahalıq:); :Gəlin görək beşikdə yad millətin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?: (:Azərbaycan:); :Aya bu mahalın maarif idarəsi nə fikirdədir və nəyə məşğuldur?: (:Gözəl yerlər:); :Bəs bu millət ki bu şirinlik ilə yuxuya cumub, bəs nə vaxt yuxudan oyancaq?: (:Hələ dəm alır:) və i.a. Maraqlı cəhət budur ki, bu tipli sualların cavabları elə onların sətiraltı mənalarındadır.

Qonşu millətlərlə özümüzü tez-tez müqayisə edən ədibimiz göynəyə-göynəyə millətin övladlarını xoruz döyüşdürməkdən, it boğuşdurmaqdan əl çəkib elm və savad öyrənməyə, qəflət yuxusundan ayılmağa, millətin, xalqın tərəqqisi naminə işlər görməyə səsləyirdi. Divarı yazan :saqqallı uşağın: savadsızlığından dəətə gələn Cəlil Məmmədquluzadə nə biləydi ki, iyirmi birinci əsrin gəncləri gündən-günə çiçəklənən, gözəlləşən ölkəmizin yaraşıqlı binpalarının üstündə əyiş-üyüş xətlərlə öz kimsəyə gərək olmayan internet saytlarının adını yazacaqlar? Cəlil Məmmədquluzadə hardan biləydi ki, ötən əsrdə bekarçılıqdan xoruz döyüşdürən gəncləri əvəz eləyən bu günkü yeniyetmə və cavanlarımızın başı bekarçılıqdan ucuz, tərəqqiyə mane olan, qəflət yuxusunda yatanllara layla çalan televiziya şoularına qarışacaq? Cəlil Məmmədquluzadə nə biləydi ki, iyirmi birinci əsr gəncliyinin digər bir qismi dini təriqətlərin təsiri altına düşüb öz təhsillərini, elmlərini artırmaq, xalqın maariflənməsi üçün mübarizə aparmaq yolundan uzaq düşəcəklər?

Qəbrin nurla dolsun, Mirzə Cəlil, indi bizim sənə çox böyük ehtiyacımız varg

Dilin saflığı, təmizliyi Mirzə Cəlili daim düşündürən məsələlərdən idi. O da digər maarifpərvər ziyalılar kimi çalışırdı ki, məktəblərdə türk dili tədris olunsun. Ancaq onu da yaxşı bilirdi ki, hələ bu icazə ilə hər şey həll olunmur. Dili yeni nəslə mükəmməl öyrətmək üçün mütəxəssis lazımdır. Ancaq ən ağrılı məsələlərdən biri də bu idi ki, öz dilini mükəmməl bilən müəllimlər yox dərəcəsindədir.

:Türk diliəllimlərinin vəəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar: (:Azərbaycan:). Bu cümlənin sətiraltı mənasında gizlənmiş kinayə adamın ürəyini göyüm-göyüm göynədir.

Bədii əsərlərində olduğu kimi, Mirzə Cəlilin :Sizi deyib gəlmişəm:, :Lisan bəlası:, :Dil:, :İlan-qurbağa: (imza, xətt məsələsi) :Savad məktəbləri:, :Maarif işləri:, :Uşaqlarımız:, :Dəxi nə istəyəcəklər:, :Qatıq ağdırmı, qaradırmı?:, :Xala xətrin qalmasın:, :Latın hürufatı və ingilislər:, :Eşit, inanma: və s. felyotonlarında bu və ya digər dərəcədə dil, onun saflığı, yeni əlifba məsələlərinə toxunulur.

Dini, xürafatı Cəlil Məmmədquluzadə kimi tənqid edən ikinci bir ədəbimiz yoxdur. Ancaq onun özünün də yazdığı kimi :Molla Nəsrəddinin məqsədi nə dinə sataşmaqdır, nə təzə bir məzhəb icad etməkdir. Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır: (:Cavabımız:). Mirzə Cəlil :Müsəlmançılıq: adlı məqaləsində qeyd eləyirdi ki, milləti :bir tərəfdən naxçıvanlılıq, bir tərəfdən müsəlmançılıq: yaman günə qoyub. Onu narahat eləyən soydaşlarımızın dinə inamı və etiqadı yox, avamlığı, əqidəsizliyi idi. Cəlil Məmmədquluzadə təsadüfi yazmırdı ki, hər kəs istəsə mən mərc gələrəm ki, tamam Qafqazda məscidlərə doluşub, başlarına vuran müsəlman qardaşların cəmisini bir günün içində özgə bir dinə çöndərmək mümkündür (:İcazeyi-ictihad:). Zaman böyük ədibin bu fikrinin də doğruluğunu bir daha sübut elədi. Təsssüf ki, indi ayrı-ayrı dini təriqətlərin təsiri altına düşən avam, savadsız gənclərimiz az deyil.

Bir tərəfdən avamlıq, nadanlıq, digər tərəfdən :müsəlmanların qeyri millətlərdən də artıq içib keflənmə dərdinə mübtəla olmaları: (:Məşrubat:), məscidlərin ibadətxana yox, dilənçixana olması (:Məscidlərimiz:), müsəlmənların ilin on iki ayını ağlamaq ilə gününü keçirmələri (:İfratın mənfəəti:), Şeytanbazar deyəndə müsəlman aləminin göz önünə gəlməsi (:Səyahətnamə:), Bakıda hərdən bir dəstə, hərdən bir erməni-müsəlman, hərdən bir də bikarçılıq davası düşməsi (:Meşədə gördüklərim:), lotubazlıq və arvadbazlığa rövnəq verən siğəbazlıq məsələsi (:Erməni və müsəlman övrətləri:), bizim yetkin qızlarımıza ər tapılmaması (:Mırt-mırt:), saxta qeyrət, yatanda belə başdan papağın çıxarılmaması (:Çanaq:), müsəlmanların bircə Ramazan ayında yeyib-içməyə on bir ayda xərclədiklərindən çox pul xərcləmələri, küçədə gedəndə, hətta namaz vaxtı belə onların yalnız yemək haqqında fikirləşmələri (:Tədarük:), dünyanın heç bir ölkəsində bizdəki kimi şeytanın modda olmaması (:Şeytan:), qadınların noxudu bozbaşa salanda belə aşpazla yox axundla məsləhətləşmələri (:İstifta:), öz içimizdə yüz yetmiş min din və məzhəb olması (:İcazeyi-ictihad:) və s. bu və buna bənzər məsələlər, həllini gözləyən problemlər Cəlil Məmmədquluzadəni narahat eləyir, onun vətəni, xalqını dərin məhəbbətlə sevən ürəyini ağrıdırdı.

Hələ 1908-ci ildə yazdığı :Gələcək: adlı felyetonda Qafqazda :Tərəqqi:, :Təzə həyat: və :Molla Nəsrəddin: kimi mətbuat orqanlarının altı-yeddi mindən artıq oxucusu yoxdur deyə gileylənən, fəryad eləyən Cəlil Məmmədquluzadə görəsən iyirmi birinci əsrdə qəzet və jurnalların tirajının mindən artıq olmamasını görəndə nə düşünərdi?

Xalqı pis günə qoyan, onu əsarətdə saxlayan siyasətçilər, millətin dərdindən çox öz şəxsi mənfəətləri haqqında düşünən millət vəkilləri, camaatı avam yerinə qoyub onları soyan din xadimləri, :xabi-qəflət:dən ayılmayan millət, dilinə xor baxan ziyalılar, insan hüquqlarını tapdalayanlar, onların şərəf və ləyaqətini təhqir eləyənlər Cəlil Məmmədquluzadə satirasının əsas tənqid hədəfləridir.

Cəlil Məmmədquluzadənin məramı söylədiyi bu cümlələrda aydınca duyulmaqdadır: :Amandır, qardaşlar, huşyar olun!: (:Tərəkəmə:), :Sözün doğrusunu danışmaq da hünərdir: (:Erməni və müsəlman övrətləri:), :Nə qədər ki gözlər yuxudadırlar, heç bir şey görməzlər, amma açılandan sonra çox şey görərlər: (:Divar:)g

Adamı heyrətə gətirən budur ki, görkəmli mütəfəkkirin yüz il bundan əvvəl yazdığı əsərlərin: povest və hekayələrin, pyeslərin, felyeton və məqalələrin heç biri mövzu və problematika, eləcə də bədii sənətkarlıq baxımından öz əhəmiyyətini, aktuallığını itirməmişdir. Cəlil Məmmədquluzadə iyirmi birinci yüzillikdə də bizim müasirimiz, dostumuz, ayıq düşünən, millətə xabi-qəflətdən qurtulmaq yollarını göstərən ziyalımız, sözün doğrusunu deməkdən çəkinməyən qüdrətli, namuslu qələm sahibimizdir.

Rafiq Yusifoğlu,

şair-ədəbiyyatşünas, filologiya

elmləri doktoru, professor

Ədalət.-2013.-11 dekabr.-S.6.