NASİR ƏDƏBİ İRSİNİN ŞƏFƏ

Tələbəlikdən tanıdığım və yaxınlıq etdiyim Şəfəq Nasir imzasını maraqla izlədiyim, sevdiyim qələm sahibidir. Məni ona bağlayan həssaslığı, dosta sədaqəti, torpaq sevgisi, həmkar təəssübkeşliyi, sözə, sənətə özünəməxsus yanaşma tərzidir. Əslində, Şəfəq Nasir istedadlı yazıçıdır. Onun hələ çox illər əvvəl çap edilmiş hekayə,povest kitablarını maraqla oxumuşdum. əllifin mövzu seçmək qabiliyyəti, müşahidələri, həyata, onun təzadlarına münasibəti, insanın duyğu və düşüncələrini,mübarizəsini, yaşam tərzini nasir ustalığı ilə qələmə alması məni məftun edərdi.Yadımdadı, ötən əsrin 90-cı illərində onun :Beyləqanın güllü yazı: adlı kitabı haqqında resenziya da yazmışdım.

Çox sevinirəm ki, qələm dostumuzu ədəbi ictimaiyyət istedadlı yazıçı,publisist, tənqidçi kimi tanıyır və təqdir edir.İstər nəsr əsərlərində,istərsə də ayrı-ayrı müəlliflərin yaradıcılığı,yeni kitabları ilə bağlı qələmə aldığı mülahizələrində, rəy və təkliflərində Şəfəq xanım həmişə orijanlığı ilə seçilıb. Özünəməxsus yazı üslubu vəəllif mövqeyi onun imzasına oxucu marağı gətirib. Şəfəq sözə məsuliyyətlə yanaşan qələm sahibidir. Nəyinsə xatirinə,kiminsə könlünü xoş etmək naminə başdansovdu yazılar ərsəyə gətirmək onun yaradıcılıq manerasına çox yaddı.Təqdir, yaxud da tənqid etdiyi hər bir ədəbi məhsulu dərindən araşdıran, təhlilə çəkən,ustalıqla paralel və müqayisə aparan,analtik süzgəcdən xüsusi həssaslıqla keçirən əsil yaradıcıdır.Bu, çox mühüm şərtdır.Yaradıcılığın ağır və mürəkkəb məqamlarına dərindən bələd olmayanın fikirləri səthi, çiy, hətta yalnış da ola bilər.Mükəmməl yaradıcılığa malik olan başqaları haqqında da doğru fikir yürüdər, dürüst söz deyər. Öz münasibətində də o qədər səmimi və iddiasız olar ki, fikiri təsirli çıxar, sözləri yadda qalar.Əslində, söz demək haqqını qazanmaq lazımdır.İstedad və zəhmət bu haqqın yol göstəricisidir.Xoş o yazarın halına ki, əməyi boşa getmir.Nə özünü, nə də oxucunu aldadır.

Əlbəttə, Şəfəq Nasirin yazdıqlarını oxuyan hər kəs (təbii ki ,mən ədəbi zövqü yüksək olanları nəzərdə tuturam-F.X.) buəllifi dəfələrlə oxumaqdan yorulmaz.O,təqdimatındakı qəhrəmanlarını sevərək, duyaraq, dərindən araşdıraraq oxucularına tanıtmağa çalışır.İstər puplistik, istərsə elmi tədqiqatlarında həmişə yeniliyə can atan,əsasən də ətraflı şəkildə işlənməmiş mövzulara müraciət edən Şəfəq Nasir bu dəfə oxucularının görüşünə ılk irihəcmli tədqiqat əsəri olan :Məmmədəli Nasir: kitabı ilə gəlib.83 il ömür sürmüş Məmmədəli Nasir ötən əsrin əvvəllərində şair, nasir, dramaturq və jurnalist kimi fəaliyyət göstərib.O, həm də :Molla Nəsrəddin: jurnalının ən fəal müxbirlərindən biri olub.Oxuculara məlum olsun deyə bildiririk ki, Şəfəq xanım həm də Məmmədəli Nasirin nəvəsidir.Təbii ki, belə bir gərəkli əsərin yazılmasında onun tədqiqatçı,jurnalist marağı ilə yanaşı övladlıq borcunun da əhəmiyyət daşıdığı danılmazdır. Məhz bu hisslərin birləşməsi nəticəsində ortaya əhatəli və sanballı kitab qoyulub. Bu gərəkli,elmi mənbədən mətbuat işçiləri,ədəbiyyatçılar,tələbələr,eləcə də bu sahə ilə maraqlananlar faydalana bilərlər.

Mən hələ tələbəlik illərindən bilirdım ki, Şəfəq babası haqqında araşdırma aparmaq fikirindədir.Obyektiv səbəbdən tədqiqatlar uzun zamana başa çatsa da sevinirəm ki,qələm dostum nəhayət öz istəyinə yetişdi. Elə bu uğuru üçün də onu ürəkdən təbrik edir və yeni nailiyyətlər arzulayıram.

Üç fəsil,nəticə,ədəbiyyat siyahısından ibarət olan yeni nəşrə kitabın elmi redaktoru,filologiya elmləri doktoru Teymur Əhmədovun yazdığı :Ön söz:də oxuyuruq :Doğma babası olan Məmmədəli Nasiri maarifpərvər ziyalı, yazıçı kimi tanımasına, onun şəxsi arxivi, əlyazmaları ilə tələbəlik illərindən tanış olmasına baxmayaraq, Şəfəq Məmmədova mövzu ətrafında ciddi araşdırma aparmış, Məmmədəli Nasirin yaşadığı və ədəbi fəaliyyət göstərdiyi İrəvan, Gəncə, Tiflis, eləcə də Bakı dövrünün mətbuatını izləmiş, arxivlərə müraciət etmiş, külli miqdarda material toplamış, nəticədə ictimai həyatın tufanlarına məruz qalmış mollanəsrəddinçi yazıçının ədəbi portretini yaratmışdır.:

:Məmmədəli Nasir:həyatı, ədəbi mühiti, ictimai fəaliyyəti: adlanan I fəsildə unudulmaz ədibin uşaqlıq,gənclik illərinə ayna tutaraq onun həyatı,ədəbi,ictimai məşğuliyyəti haqqında oxucuya ətraflı məlumat verən müəllif qəhrəmanının üzləşdiyi naqisliklərdən,başına gələn haqsızlıqlardan,düçar olduğu represiyanın zillətindən,zindanda keçirdiyi ağır günlərdən,daxili əzablarından,dönməzliyindən, dözümündən,dəyanətindən,mübarizə ilə dolu ömrünün keşməkeşlərindən söz açıb.

İrəvanda doğulub(1899-cu il), Bakıda dünyasını dəyişən (1982-ci il), 13 yaşından mətbuata gələn Məmmədəli Nasir ilk qələm təcürbələrindən başlayaraq savadsızlığa,avamlığa qarşı üsyan edib.Millətinin maariflənməsi yolunda apardığı mübarizənin mündəricəsi o qədər genişdir ki,heyrətlənməyə bilmirsən.Ömrünün ən gözəl illərini həbsxanalarda keçirən,təqiblərə məruz qalan,ailəsindən ayrı düşən,bir parça çörək qazanmaq üçün ləzgi dostuna qoşulub qalayçılıq edən Məmmədəli Nasiri əymək mümkün deyildi.Azadlıqdada,dustaqlıqda da əqidəsinə sadiq idi.Hətta o,həbsdə olarkən kaloniyanın rəhbəri öz təəcübünü gizlədə bilməyərək :...səni niyə məhkum ediblər,bilmirəm,amma mən qarşımda çətin dövrün ləyaqətli vətəndaşını görürəm: demişdi.

Məmmədəli Nasirin ədəbi irsini ciddi və əhatəli şəkildə araşdıran müəllif onun yaradıcılıq yolunuəyyən dövrlərə ayıraraq səciyyələndirib.Hər bir rəqəmin-ilin arxasından isə həm də zamanin ağırlığı boylanır.Məmmədəli Nasir İrəvanda doğulmuşdu.Atası Hacı Məmməd şəhərin tanınan,hörmətli simalarından olub. Dini təhsilli,ərəb,fars dillərini mükəmməl bilən,yaxın uzaq məmləkətlərdə çıxan qəzet,jurnallara müştəri yazılan Hacı Məmməd (əslində Məhəmməd -F.X.) həm də el təbibi idi.Min dərdə dərman olan gül-çiçəyin hikmətini yaxşı bildiyindən onları yığıb qurudar,ehtiyacı olanlara yardım edərmiş.Məmmədəli də belə bir ailədə böyümşdü.Doğrudur,atası onu din xadimi görmək istəyirdi,amma Məmmədəli İrəvan Gimnaziyasını seçib.Bu yerdəəllifə bir incikliyimi bildirmək istəyirəm. Mənim sevimli Şəfəqim yazır ki, Məmmədəli Nasir İrəvan şəhərində ortabab kəndli ailəsində anadan olub. Əzizim Şəfəq xanım, şəhərdə kəndli ailəsində doğulmaq-özü də o dövrdə -məntiqə sığmır,axı.Kəndlinin bağı,bostanı, heyvanı,sürüsü,tarlası...olar.Dolanışığı da bu təsərrüfatdan çıxar. Kənddə doğulanın da ictimai məəyi fərqli ola bilir.Müəllim,həkim və s. Əgər irəvanlı Hacı Məmməd xüsusı dini təhsili alıbsa,bir neçə xarici dili mükəmməl bilirsə,dükanı varsa, əczaçılıqla məşğuldursa,dünyada baş verənlərdən xəbərdar olmaq üçün məmləkətlərdə çıxan qəzet-jurnala müştəri yazılırsa,bu şəhərli oğlu necə ortabab kəndli ola bilər?! Əslində, :ortabab kəndli: ifadəsi sovet üsul-idarəsinin uydurmasıdır.Ola bilsin ki,başı zülümlər çəkmiş Məmmədəli Nasir canını çək-çevirlərdən xilas etmək üçün tərcümeyi-halında bu ifadəni qəsdən işlətsın.Elə kitabın ilk fəslində oxuyuruq : :Məmmədəli Nasirin şəxsi anketində...ictimai məəyi sabiq silki,valideynlərinin peşəsi bir qədər fərqli olaraq kəndli,bağban,bağban oğlu,qulluqçu,aptekçi kimi qeyd olunmuşdur.:

Məmmədəli Nasir yaradıcılığının birinci dövrü,müəllifin də yazdığı kimi İrəvanla bağlı olub.O,bir tərəfdən Bakıda nəşr olunan :Sədayı-həqq:, :İqbal: qəzetlərinə maarifçilik işığına bürünmüş yazılar göndərərdi,digər fəaliyyəti də İrəvandakı müxtəlif cəmiyyətlərlə bağlı idi. Mirzə Cəlillə şəxsı tanışlıqdan sonra :Molla Nəsrəddin: jurnalında satirik yazıları,felyetonları müxtəlif imzalarla çap olunmağa başlayıb.

Çar hakimiyyətinin siyasi hiyləgərliyi,daşnakların müsəlmanlara qarşı başladığı qəddarlıq,Qafqazı bürümüş inqilab havası İrəvanda da gərgin vəziyyət yaratmışdı.Soydaşlarımızın başına gələn zülümlər ondan da yan ötmədi.Müəllif yazır: :1918-ci ildən daşnakların təqibi ilə İrəvandan ayrilan Məmmədəli Nasirin həyatının Gəncə dövrü başlayıb.:Beləliklə,doğulduğu şəhərdən didərgin düşən gəncin həyat yolu müxtəlif məkanlardan keçib: ...Tiflis,Moskva, Zaqatala,Bakı, Sibiriin buzlu çölləri... Qəribədir ki,represiyalar onu sıxsada, :xalq düşməni: damğası 20 il həyatına zəhər qatsada Məmmədəli Nasir qələmini əlindən yerə qoymadı.Maraqlıdır ki, bəraət aldıqdan sonra (1956-cı ildən) həyatının yeni dövrü başlayıb.Mətbuatın qapısı üzünə açılır,ona ev verirlər, müxtəlif medallarla,fəxri fərmanlarla təltif edirlər,hətta yaxasına :Qırmızı Əmək Bayrağı Ordeni:ni də asırlar.Amma ... Nə ömrün iflic olmuş 20 ilini geri qaytarmaq mümkün olur,nə də söndürülmüş ocaği yenidən alışdırmaq...

Kitabın 11 fəslində MəmmədəNasirin bədii yaradıcılığını təhlilə çəkən müəllif bu unudulmaz qələm sahibinin İrəvanda şair kimi tanındığını,ilk mətbu əsərinin də :Təəssüf: şeiri olduğunu bildirir.Verilən nümunələrdən duyulur ki, Məmmədəli Nasirin poetik dünyası da çox çalarlı və zəngin olub.Yaşadığı dövrün ab-havası, din fanatizmin ifşası,avamlığın,savadsızlığın tənqidi bu şeırlərin ana xəttini təşkil edir.Elə şeirləri də var ki, bu gündə aktuldır.İnsanı mənəvi təmizliyə,əxlaqı dəyərə səsləyən,ona mərdlik,dəyanət,qürur,mübarizlik ruhunu anlatmağa çalışan şairin aşağıdakı misralarının ahəngindəki hikmətə fikir verin:

 

Qərq olmalı olsan da-dənizlərdə boğulsan,

Heç olmasa da mümkün əgər sahilə çıxmaq,

Namərd əlinə vermə əlin tərki-həyat et,

Namərd əlini tutmaqdan əfzəldi boğulmaq.

 

Yadıma bir el məsəli düşür: :Keçmə namərd körpüsündən qoy aparsın sellər səni.:

Məmmədəli Nasirin dramaturgiya ilə də məşgul olduğunu nəzərə çatdıran Şəfəq xanım ədibin bu sahədəki fəaliyyətini əldə etdiyi faktların köməyi ilə geniş şəkildə şərh edib. Səhnə əsərlərinin məzmunundan,yazılma səbəblərindən ,ideyasindan, toxunduğu mövzunun əhəmiyyətindən ətraflı söz açanəllif yazır: :...onun sənət dünyası həmişə xalq həyatına, ictimai mühitə bağlı olmuşdur.:

Kitabın : Məmmədəli Nasirin publisistikası: adlı 111 fəslindən öyrənirik ki,Azərbaycan millı mətbuatının inkişafında özünəməxsus xidməti ilə seçilən Məmmədəli Nasir bu vacıb və mühüm sahənin yaradıcılarından biri olub.Təəssüf ki, onun həyat və yaradıcılığı bu vaxta kimi ətraflı tədqiq edilməyib.Halbuki Məmmədəli Nasir hər şeydən öncə, kamil publisist idi. Elə onun ədəbi irsinin böyük bir hissəsini də publisistika təşkil edir: :Məmmədəli Nasir publisistikanın müxtəlif janrlarında əsərlər yazmışdır.Kiçik xəbərlərdən başlamış satirik,tənqidi yazıların,felyetonların məzmununu onun içtimai-siyasi həyatla bağlı,müşahidə etdiyi gerçək hadisələr təşkil etmişdir.: Müxtəlif imzalı Məmmədəli Nasir İrəvani (Bu imzanı daha çox sevib-F.X.) müxtəlif qəzet və jurnallarda da yazdıqlarını dərc etdirib: :Molla Nəsrəddin:, :Lək-Lək:, :İqdam:, : Sovqat:, :Məzəli:, :Tuti:, :Açıq söz:, :Hümmət:...Əgər hamısının adını yazmalı olsaq siyahı çox uzanar.Təxminən 50-yə yaxın mətbuat orqanıdır.Şəfəqin izah və təhlillərindən,gətirdiyi nümunələrdən,təqdimatından aydın olur ki,M.Nasirin publisistikası milli mətbuatımıza yenı məzmun, yeni üslub, yeni mövzu gətirmək baxımından da çox əhəmiyyətlidir.Əslində, Məmmədəli Nasir Mirzə Cəlilin çox etibarli,dəyanətli silahdaşlarından biri ıdı.Şəfəqin bu fikirin davamı kimi səslənən bir şərhi də diqqətimindən yayınmadı: :M.Nasirin mollanəsrədinçi kimi xidmətləri ondan ibarətdir ki,C. Məmmədquluzadənin ortaya atdığı bütün məsələlərdə,ictimai-siyasi problemlərin aradan qaldırılmasında,xalqın milli taleyi yolunda ideya mübarizəsini məcmuənin sonuna qədər aparmış, :Molla Nəsrəddin:in məsləkinə sadiq qalmışdır.: Məhz bu sədaqətin və saf əqidənin nəticəsidir ki,illərin rüzgarları ,arxivlərin pası , quruluşların təzadları vəəyyən laqeydliklər də onun yaradıcılığının üstündən qara xətt çəkə bilmədi.Bu , həm də Məmmədəli Nasir İrəvani ədəbi irsinin solmazlığını şərtləndirən Şəfəqin var olmasıdır.Nəsillər arasında körpülərin mövcudluğu millətin,xalqın,ən ümdəsi, Vətənin xeyirinədir.Bu gün Məmmədəli Nasir bir nəslin oğlundan çox , xalqımızın fəxri,milli mətbuatımızın yaradicilarından,ədəbiyyatımızın görkəmli nümayəndələrindən olmaq şərəfini yaşadan örnəkdi,nümunədi.

Bir qələm dostu kimi Şəfəq Nasirə minnətdarlığımı bildirirəm ki,o,böyük səbrlə,cəfakeşliklə çoxcəhətli yaradıcılığa malik Məmmədəli Nasirin həyat və yaradıcılığını tədqiqata çəkərək bu şərəfli,amma çətin işin öhdəsindən bacarıqla gəlib.Təbii ki, bu unudulmaz mətbuat xadiminin ədəbi irsininəyyən hissəsi İrəvanda qalıb.Bununla belə tədqiqatçı əldə etdiyi fakt və məxəzlərin ,eləcə də nəvə kimi uzun illər topladığı xatirələrin,babası ilə ünsiyyətdə olduğu vaxtlar öyrəndikləri,eşidib,gördükləri sayəsində az qala yaddan çıxmış mühüm bir ədəbi irsin taleyinə işıq sala bilib.Müəllifin gəldiyi nəticə bizim hamımızı düşündürməlidir::

M.Nasirin müraciət etdiyi bütün mövzular birbaşa və ya dolayısı yolla Azərbaycan xalqının maariflənməsinə və bu kontekstdə milli-azadlıq ideyalarına bağlı olmuşdur.: Şəfəq Nasir öz araşdırmasını başa çatdıraraq bizə çox dəyərli,sanballı,əhatəli tədqiqat əsəri-elmi monoqrafiya ərməğan etdi. Çox gözəl! Bununla,iş tamamlanmır.Gərəkdir ki,Məmmədəli Nasir İrəvaninin əsərləri latın qrafikası ilə çap edilib bu günkü nəslə çatdırılsın.Bu, çox vacibdir! Həm mətbuat tariximizi öyrənmək baxımından,həm də klassiklərimizi yaşatmalı,onları unudulmağa qoymamalıyıq.

Flora XƏLİLZADƏ

əməkdar jurnalist

Ədalət.-2013.-11 dekabr.-s.6.