Heydər Əliyev Azərbaycanda Meliorasiya və su təsərrüfatı sistemlərinin yaradıcısıdır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sahəsinin titanik inkişafı,ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətimizin bütün təbəqələrindən olanlar yaxşı bilirlər ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı ilə yaşayan rəhbər olub. Onun 1969-1982-ci illərdə Respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə suvarılan torpaqların sahəsi 1.5 dəfə artıb. Uzaq görən siyasəti, xalqına olan tükənməz sevgisi, şəxsi təşəbbüsü və gərgin əməyi nəticəsində Sovetlər ölkəsinin büdcəsindən Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı sahəsinin inkişafına əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2 dəfə çox vəsaitin ayrılmasına nail olub.

Bu illərdə çayların su ehtiyatından səmərəli istifadə etmək məqsədilə respublikamızda Araz su anbarı, Sərsəng su anbarı, Arpaçay su anbarı, Yuxarı Xanbulançay su anbarı, Aşağı Köndələnçay su anbarı, Madagiz su anbarı, Zoqolovoçay su anbarı, Viləşçay su anbarı və digər obyektlər istifadəyə verilmiş və sonrakı illərdə tikilməsi nəzərdə tutulan digər meliorasiya və su təsərrüfatı obyektlərinin layihə-axtarış işlərinə başlanmışdır.

Azərbaycan Respublikası ərazisindəki kənd təsərrüfatı sahəsində istifadəyə yararlı olan 4,5 milyon hektar torpaq sahələrindən 3,2 milyon hektarı suvarmanın aparılmasını tələb edən əkinə yararlı torpaqlardır. Kifayət qədər su ehtiyatı olmadığına görə hazırda ölkəmizin ərazisində suvarılan torpaqların ümumi sahəsi 1,433 milyon hektardır ki, bunun da 75 faizi Kür-Araz düzənliyindədir. Respublikamızda mövcud suvarma sistemlərində ümumi uzunluğu 51755 km olan kanallardan, ümumi uzunluğu 29640 km olan kollektor, su toplayanlar və drenlərdən, bu sistemlərdəki, 118 min müxtəlif təyinatlı hidrotexniki qurğulardan,istismarda olan 910 ədəd nasos stansiyalarindan, 7352 ədəd subartezian quyularından, ümumi su tutumu 21,5 kub. km həcmində olan 135 su anbarından, çayların su ehtiyatından səmərəli istifadə etmək üçün müxtəlif konstruksiyalarda tikilmiş 14 hidroqovşaqlardan, Kür,Araz və digər daşqın törədən çayların sahillərində tikilmiş 1700 km uzunluğunda mühafizə bəndlərindən və digər qurğulardan səmərəli istifadə edilir. Meliorasiya və Su Təsərrüfatı sahəsində istismar olunan obyektlərinin əsas hissəsi Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə yaradılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində fəaliyyət göstərən, Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutunun :Azdövsutəslayihə: 80 il müddətdə ən böyük inkişaf dövrü ulu öndərimiz Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu illərdə olub. :Azdövsutəslayihə: institutunda 1982-ci ildə 1600 əməkdaş çalışıb. Azərbaycan ərazisində 1930-cu ildən hazırki vaxta kimi Meliorasiya və Su təsərrüfatı sahəsində tikilmiş irriqasiya və kollektor drenaj sistemlərinin, bu sistemlərdə olan hidrotexniki qurğuların, suvarma məqsədilə yaradılmış bütün su anbarlarının, mexaniki suvarma məqsədilə tikilmiş nasos stansiyalarının, yeraltı sulardan suvarmada və məətdə istifadə məqsədilə qazılmış subartezian quyularının, Araz, Kür və digər təhlükəli daşqın sərfləri müşahidə edilən çayların sahillərində tikilmiş mühafizə bəndlərinin, çaylar üzərində yaradılmış hidroqovşaqların və digər aidiyyatı tikintilərin demək olar ki, hamısının layihə sənədləri müxtəlif dövrlərdə institutumuzda çalışan mütəxəssislər tərəfindən işlənib.

Ulu öndərimiz Heydər Əliyevin milli kadrların hazırlanması sahəsində apardığı uzaqgörən siyasəti bütün sahələrdə olduğu kimi Meliorasiya və Su Təsərrüfatı sahəsində öz bəhrəsini verib. İnstitutumuzun fəaliyyət tarixi araşdırılarkən məlum oldu ki, 1970-ci ilə kimi respublika ərazisində tikilmiş meliorasiya və su təsərrüfatı obyektlərinin demək olar ki, əksəriyyətinin layihəəllifləri qeyri azərbaycan millətindən olan mütəxəssislər olub. 1980-cı ildən sonra respublikamızda tikilmiş və tikilməkdə olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihəəllifləri Heydər Əliyev məktəbindən bəhrələnmiş milli kadrlar olublar.

Ulu öndərimiz Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə Meliorasiya və Su Təsərrüfatı tikintilərinin layihələndirilməsində qazanılmış zəngin təjrübəsi, yüksək ixtisaslı kadrlarımızın xariji dövlətlərə dəvət almasına və bu ölkələrdə layihə-axtarış işlərində fəal iştirakına imkan yaratmışdır. Meliorasiya və Su Təsərrüfatı obyektlərində layihə-axtarış işlərinin hazırlanmasına yardım etmək üçün institutun əməkdaşları Yəmən Xalq Demokratik Respblikasına, Yəmən Ərəb Respblikasına, Kuba Respublikasına, Əljəzair Xalq Demokratik Respublikasına, Mozambik Xalq Respublikasına, İraq Respublikasına, Suriya Ərəb Respublikasına, Anqola Xalq Respublikasına, İran İslam Respublikasına və digər ölkələrə göndərilmişlər.

Fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən :Azdövsutəslayihə: institutu 1983-jü ildə SSRİ Ali Sovetinin qərarı ilə :Şərəf Nişanı: ordeni ilə təltif olunmuşdur.

Xalqımızın müdrikliyi sayəsində ulu öndər Heydər Əliyev ikinci dəfə Respublika rəhbərliyinə gətirildi. 1993-2003-cü illərdə ölkəmizdə yaranmış yeni iqtisadi şəraitə uyğun geniş miqyasda islahatlar aparıldı. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanın inkişafı, azərbaycan xalqıının rifah halının yaxşılaşdırılması və ilk növbədə əhalinin ərzaq məhsulları ilə davamlı olaraq təminatının qarantı olan Meliorasiya və Su Təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirdi.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində qazandığımız müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. 1991-1993-cü illərdə müstəqilliyimizin gələcəyi şübhə altında idi. Bu illərdə azərbaycan xalqı 1920-ci ildə olduğu kimi yenidən müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının müdrikliyi sayəsində ulu öndərimiz Heydər Əliyevin yenidən respublikaya rəhbərliyə gətirilməsi Azərbaycanı bu bəlalardan qurtardı. Tarix Azərbaycanımızın timsalında belə bir həqiqəti sübut etdi ki, müstəqilliyi əldə etmək, bəlkə də, bir qədər çətin deyil, nəinki onu qoruyub saxlamaq, inkişaf etdirmək. 1993-2003-cü illərdə Azərbaycanın dövlətçiliyi quruldu, ölkənin inkişaf strategiyası müəyyən olundu. Xüsusilə, 1994-cü ildə Xəzər dənizinin neft və qazının işlənməsinə dair :Əsrin Müqaviləsi: adını almış sazişlərin imzalanması və prosesin uğurla axıra çatdırılması Heydər Əliyev şəxsiyyətinin nələrə qadir olduğunu təsdiq etdi.

1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ilə Meliorasiya və Su Təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

Ulu öndərin göstərişi ilə respublikaya qoyulan xariji investisiyalar ilk növbədə aşağıda adı çəkilən Meliorasiya və Su Təsərrüfatı sahələrinə yönəldildi:

1. Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edəjək Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi;

2. Bakı-Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron suvarma sisteminin yenidən qurulması;

3. Vayxır su anbarının tikintisinin başa çatdırılması.

Samur-Abşeron massivinin sxemi Türkiyə Konsorsiumu :SEYAŞ-SUİŞ: və :Azdövsutəslayihə: İnstitutu tərəfindən 1995-1996-jı illərdə hazırlandı. :Azdövsutəslayihə: İnstitutu Almaniyanın layihə şirkəti ilə birgə 1997-ji ildə :Azərbayjanda İrriqasiyanın və Drenac İnfrastrukturunun Bərpası və Yaxşılaşdırılması: layihəsi tərtib olundu.

Samur-Abşeron kanalı suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində, əsasən aşağıdakı işlərin görülməsi müəyyənləşdirildi: Samur Baş suqəbuledijinin bərpası, Xanarx kanalının tikintisi, Samur-Abşeron kanalının 50 km-lik hissəsinin bərpası, Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, Taxtakörpü su anbarının tikintisi, Taxtakörpü-Jeyranbatan kanalının tikintisi.

Nəzərdə tutulan layihələr həyata keçirildikdən sonra Samur-Abşeron kanalı 180 min hektar əkin sahəsini tələb olunan suvarma suyu ilə təmin edəjək və Bakı-Sumqayıt şəhərlərinə su təchizatı məqsədilə saniyədə 22 kub m su vermək mümkün olajaqdır.

MDB ölkələri arasında ilk dəfə Azərbayjanda meliorasiya sahəsində fəaliyyətin hüquqi əsasını müəyyən edən :Meliorasiya və irriqasiya haqqında: Azərbayjan Respublikasının Qanunu 1996-jı ilin sentyarbın 14-də, su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyəjək Azərbayjan Respublikasının Su məjəlləsi Qanunu isə 26 dekabr 1997-ji ildə qəbul edildi.

Meliorasiya və Su Təsərrüfatı sahəsinin inkişafına ulu öndərimiz Heydər Əliyevin göstərdiyi diqqət və qayğını onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev sonrakı illərdə uğurla həyata keçirdi.

Əsası qoyulmuş layihələr başa çatdırıldı, ölkəmizin iqtisadi gücü nəzərə alınaraq Taxtakörpü və Şəmkirçay su anbarları kimi iri layihələrin tikintisinə başlandı. Bu yaxınlarda isə Heydər Əliyevin banisi olduğu Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsi başa çatdırıldı.

Hazırkı vaxtda möhtərəm Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı sahəsini yeni formalarla zənginləşdirir.

Çox fərəhli haldır ki, 1970-1982-ji və müstəqilliyimizin ilkin illərində Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Meliorasiya və Su Təsərrüfatı layihələri Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlar və göstərişlər əsasında müvəffəqiyyətlə başa çatdırılır və yeni layihələrlə zənginləşdirilir.

Elbrus Paşayev

:Azdövsutəslayihə: İnstitutunun direktoru Azərbaycan Respublikasının Əməkdar mühəndisi

Ədalət.-2013.-11 dekabr.-S.4.