"Məmməd
Araz xalqın özü
idi" - yubiley gecəsi
Akademik Milli Dram Teatrında xalq
şairi Məmməd Arazın dövlət səviyyəli yubiley tədbiri keçirildi.
Adalet.Az xəbər verir ki, böyük şairin 80 illik yübiley gecəsində Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Fəttah Heydərov, vitse-spiker Ziyafət Əsgərov Qüdrət Həsənquliyev, Fazil Mustafa, Bəxtiyar Əliyev, Eldar İbrahimov Hadı Rəcəbli və Aqil Abbas iştirak ediblər.
Zalda boş yer yox idi. Buna baxmayaraq Məmməd
Araz işığına
yığışanlar tədbiri ayaq üstə izləyirdilər.
Tədbirdə böyük şairin ailə
üzvləri
iştirak edirdilər. Çıxış üçün ilk söz
Nizami Cəfərova
verildi.
Ədəbiyyatşünas M. Araz poeziyasının dərinliyindən söz açaraq onun şeirlərinin orijinal
olduğunu bildirdi. Nizami Cəfərov vurğuladı ki, Vətəndən, millətdən, xalqdan çox şairlər yazıb, ancaq Məmməd Araz üslubuna, texnologiyasına və istedadına görə tamamilə
orijinal əsərlər yaratmağı bacardı: "Məmməd Araz xalqın sözünü
deməyə haqq qazanmışdı. O
təpədən dırnağa
xalqın özü idi. Xalq Məmməd Araza onun adından
danışmağa icazə vermişdi”.
Millət vəkili Fəttah
Heydərov
da çıxışında
Məmməd Araz dühasından danışdı. Şairlə tez-tez təmasda
olduğunu xatırladan
F.Heydərov
Məmməd Arazın bir şair, bir insan kimi nəhəng xarakterə sahib olduğunu dedi: "Mən
Məmməd Arazla çox yaxın olmuşam. Onun xatirəsi
əbədi olaraq yaddaşıma köçüb. Hər dəfə Nursu kəndinə gedəndə dağlara baxıb bu böyük insanın bir misrasını pıçıldayıram:
"Duman salamat qal, dağ salamat
qal”. Məmməd Araz bütün dovürlərin
şairidir, o həmişə əbədi yaşayacaq".
Yübiley gecəsində ailə
adından millət vəkili
Aqil Abbas danışdı. Məmməd
Araza göstərdikləri qayğıya, ayırdıqları
diqqətə görə
ulu öndər Heydər
Əliyevə və
onun davamçısı,
indiki prezident İlham Əliyevə minnətdarlığını
bildirən
Aqil Abbas, Məmməd Arazın xoşbəxt şair olduğunu dedi: "Məmməd
Arazın bütün
arzuları həyata keçdi. O özünü
xoşbəxt
şair sayırdı.
Məmməd Araz təkcə iki arzusu həyata
keçməyib
ki, onu da
cənab
İlham Əliyevin başçılığı ilə
bütün xalqımız
gerçəkləşdirəcək. Bunun biri
Araz şrımı, biri isə
Qarabağ. Biz hər
iki problemi həll
edəcəyik. Bax onda Məmməd Araz daha da
rahatlıq tapacaq”.
Tədbirin rəsmi hissəsindən sonra bədi
gecə
başladı. Tanınmış qiraət
ustaları Məmməd Arazın
şeirlərini
dedilər.
Müğənnilər bu şeirlərə bəstələnmiş
mahnıları ifa etdilər.
İki saatdan artıq davam edən
yubiley gecəsi alqışlarla
sona çatdı.
Ədalət.-2013.-11
dekabr.-S.3.