Səhnə həm də bir oyundu...
Bugünkü müsahibim Akademik Milli Dram Teatrının istedalı və
gənc
aktrisası əməkdar artist Şəlalə
Quliyevadır.
- Şəlalə
xanım, bir az teatra ilk gəlişinizdən
danışardınız...
- Mənə bu sənəti müəllimim Azər Paşa Nemətov sevdirib. O, məni və aktrisa Məsmə Aslanovanı ilk dəfə teatra özünün hazırladığı "Ah Paris, Paris" tamaşasına baxmaq üçün gətirmişdi. Sonra elə oldu ki, biz həmin tamaşada rol aldıq. Və bu mənim teatrda ilk işim oldu. Olduqca maraqlı bir iş idi. Çünki, ona qədər heç vaxt teatra gəlməmişdim. Həmin dövrdə teatra gəlmək və birdən-birə səhnəyə çıxmaq, mənim üçün gözlənilməz olmuşdu. Buna baxmayaraq çox tez uyğunlaşdım teatra. Bilmədiklərimizi bizə öyrədirdilər. Birdə ki, kimsə nəsə öyrənmək istəyirsə, o, mütləq öyrənir.
- Teatrda
sizi zəhmətkeş
və
işgüzar aktrisa kimi qəbul edirlər.
Zəhmətkeşliyinizi
nəyə
borclusunuz?
- Bu genlə bağlı bir məsələdir. Bizim ailədə demək olar ki, hamı zəhmətkeşdir. Anama bu barədə çox bənzəyirəm. Anamın yetmiş yaşı var, indinin özündə də saat 6-da yuxudan qalxır. Mən hələ də başa düşmürəm ki, o, niyə belə erkəndən oyanır... Üstəlik anam hələ məni çox tənbəl biri hesab edir. O, həmişə deyir ki, sən bundan artığını da edə bilərsən. Mənim özüm üçün də işləmək, daim fəaliyyət göstərmək çox maraqlıdı.
- Rollar
üzərində necə
işləyirsiniz? Özünüzə
məxsus
iş metodunuz var?
- Mənim
bəxtim onda gətirdi
ki, teatra gələndə,
bizim müəllimimiz
bizim qayğımızı çəkə-çəkə bizim
üzərimizdə işləyirdi. Teatrdan heç bir anlayışı olmayan
tələbəni teatra birdən-birə gətirmək
açığı bir az
təhlükəlidi. Amma
sağ olsun Azər Paşa
Nemətov bizdən öz
diqqətini heç vaxt əsirgəmədi. Sonra da elə
oldu ki, Vaqif İbrahimoğlunun quruluş verdiyi bir tamaşada rol aldım. Beləcə işləyə-işləyə öyrəndim. Burda
aktyor yoldaşlar da öz biliklərini əsirgəmədilər.
Birdə ki, mən
2011-ci ildə Moskvada keçirilən
5-ci Beynəlxalq Yay Teatr Məktəbinin kurslarında iştirak
etdim. Orda bir aylıq kursda oldum. Amma inanın ki, həmin
bir ay beş
ilin yerini verdi. Orda da çox şeylər
öyrəndim.
- Həmin kursa getməyiniz
necə
oldu?
- Məni
burdan göndərmişdilər. Aleksandr Kalyaginin təşəbbüsü
ilə
yaranan mktəbdir. Ordakı dərslər artıq sırf püxtələşmiş aktyorlar üçün nəzərdə tutulmuşdu.
Çox
böyük müəllimlər dərs
deyirdi. Hətta orda bir tamaşada da rol aldım. Çox heyfsilənirdim
ki, vaxt azdı. Çünki kursun müddəti cəmi
bir ay idi. Orda Çexov sistemi işləyirdilər. Bu bir az mübahisəli
söhbətdi.
Amma mənə də
belə
gəlir
ki, məhz həmin sistemlə
işləmək lazımdır.
- Rol oynayarkən
həmin
obraza çoxmu qapılırsınız? Yəni olub ki, kontroldan
çıxasınız?
- Yox, qətiyyən elə
bir hal olmayıb.
Çünki səhnə həm
də
bir oyundu. Tamaşa bitdikdən
sonra hər şey qurtarmalı, o rola aid nə
yaratmısansa, hamısı
səhnədə qalmalıdı.
- Bir çox orta yaşlı aktrisalar sənətə gəldikləri cavan çağlarda yaşlı nəsil tərəfindən
qərəzlə, qısqanclıqla
qarşılandıqlarını deyirlər.
Sizə qarşı belə hallar olmayıb?
- Bilirsizmi, elə bir dövr olub ki, mən
beş il
rolsuz qalmışam. Mənə belə
gəlir
ki, bu hər bir aktyorun yaradıcılıq
fəaliyyətində baş verir.
Ancaq mən həmişə öz yaşıma uyğun rollar oynamışam. Yəni həmin
rolun üstündə hansısa nisbətən
yaşlı aktrisa mübahisə
aparmaz axı. O qədər cavan qız rolları oynamışam ki, indi mənə həmin səpkili
rollar təklif olunanda
qəbul
etmirəm.
Deyirəm artıq yaşlanmışam,
başqa rol verin. (gülür)
Çünki məndən sonra da xeyli
gənc
aktrisalar gəlib teatra. Yaxşı olar ki, həmin
rolları onlara versinlər
ki, onlar da öyrənib, açılışsınlar.
- Rejissorlarla iş prosesi necədir?
- Adətən mənimlə rejissorlar arasında çox vaxtı mübahisə
olur. Amma təbii
ki, rejissoru dinləyirəm. Öz fikirlərim
də
olur. Ola bilər
ki, mənim fikrim səhv
olsun. Rejissor məni
başa salmalı və
inandırmağı bacarmalıdı.
Əsas odur
ki, mən rejissora
inanmalıyam. İnanmasam, heç nə alınmayacaq və oynaya bilməyəcəm.
- Tamaşadakı
rolunuza görə başınız keçəl elətdirirsiniz.
Keçəllik sizdə
kompleks yaratmırdı?
- Ssenaridə
belə
bir şey yox idi, bu
tamaşanın quruluşçu
rejissoru moldovalı Petru Vutkereuenin fikri oldu. Səhnə məşqləri başlayanda mənə
sürprizi olacağını
dedi. Məşqin 3-cü günü bunu mənə bildirəndə təbii
ki, mənim üçün
şok oldu. İndi danışmaq əlbəttə
asandı. Ancaq o vaxtı
çox təəccüblənmişdim.
Razılıq verdim. Bir
müddət
alışa bilmirdim elə yaşamağa,
amma sonradan alışdım. Ancaq elə şiddətli
sıxıntı yaşamadım.
Sonra elə
həmin
vəziyyətdə şəhərdə
gəzib
dolaşırdım.
-Kinoyla bağlı nələr düşünürsünüz...
- Çox yaxşı və
maraqlı bir kinoya çəkilməyi
çox istərdim. Qəribədi ki, əvvəllər
filmdə
çəkilmək təklifi
alanda rejissorlar deyirdilər
ki, çox cavansınız, filan rol sizə
yaramır. İndi
isə
deyirlər
ki, filan rol üçün bir az yaşlısınız. Axı mən onlardan cavan, ya qoca rolu
istəmirəm. Öz yaşıma uyğun rol istəyirəm. Bu yaşda təbii ki, on beş yaşlı
qız rolunu oynamaq mənə də
maraqlı deyil.
- Tamaşaçılara
münasibətiniz
necədir?
Məsafə saxlamağa üstünlük
verən
aktrisasınız?
- Tamaşaçılarımı çox sevirəm. Çünki bəzən mənim
bir tamaşama dəfələrlə
gəlib
baxan tamaşaçı
var. Hətta
hərdən mənə yazırlar ki, filan hərəkəti və ya sözü bundan əvvəlki tamaşada demədiniz.
Amma ünsiyyət məsələsinə
gələndə mən ümumiyyətlə tək
tamaşaçı ilə yox, tanımadığım
insanlarla məsafə saxlayıram. Çünki özümün bəlli
bir çevrəm var. Həmin
çevrədə də
olduqca ünsiyyətcil bir insanam. Amma o çevrədən kənarda
yox. Mənə belə
gəlir
ki, bu belə də
olmalıdı.
- Bu yaxınlarda
"İlahi məxluq" filminə
çəkilən Vəfa
Zeynalovanın rolu ilə
bağlı müəyyən mübahisələr yarandı.
Belə
haldan sonra səhnədə soyunmaq təklifi
gəlsə, razılaşarsınız?
- Əgər soyunmaq lazımdırsa, soyunmalısan. Amma o ki, qaldı
həmin
filmə.
Orda açıq-saçıq heç
bir səhnə
yox idi. Açıq-saçıqlıq başqa şeydir.
Bir də
ki, bu sənətdir, filmdir.
Əgər aktrisasansa,
sənə tapşırılan rolu oynamalısan. Çünki bu aktrisanın
işidir.
- Sizin üçün rolun böyüyü, kiçiyi
var?
- Başqası bilmirəm nə deyir, amma məncə rolun böyüyü, kiçiyi var. Mahiyyətli rolun xeyri ondadır ki, aktyor özünü göstərə bilir. Kiçik rolda isə bu çox nadir hallarda baş tutur.
- Seriallara da çəkilirsiniz? Ümumiyyətlə səhnədən çıxıb, seriala çəkilmək necə, çətin deyil ki?
- Bu yaxınlarda dostum Anar Heybətovun
bir müsahibəsini oxudum. O, eynilə mənim demək
istədiyim
fikri səsləndirmişdi.
Seriala sənət kimi baxmıram, ancaq ciddi yanaşıram.
Çünki mən
həmin
işdən
pul qazanıram. Əgər pul qazanıramsa, həmin
işə
necə
ola bilər ki, ciddi yanaşmayım?!
- Siz indi hal-hazırda necə
rolları oynamaq istəriniz?
- İndi psixoloji
rollara üstünlük
verirəm. Komediya rolları
çox oynamışam.
Baş rolum isə
"Anamın kitabı"
tamaşasında olub. İndi isə istəyirəm ki, həm
tamaşaçını düşündürən, həm
də
məndən daha çox zəhmət tələb edən
rollar oynayım.
Yəni özümü realizə etmək
mənim
üçün çətin deyil. Sadəcə olaraq asanlıqla başa gələn
işləri
sevmirəm.
Çünki çətinlik
çox olanda, öyrənmək şansı da daha çox olur.
Samirə
Əşrəf
Ədalət.-2013.-12
dekabr.-S.8.