"Ömrümə "qara kağız" almışam"
Fərqanə
Mehdiyeva: "Kaş
böyüməyəydim, elə
balaca olub həyatın
bu dərdlərini,
ağrılarını görməyəydim"
Şair zamanın sifətidir, hər bir şeirində onu əks etdirməlidir. Belə bir deyim də var: şairin başı edam kötüyündən və dar ağacından ayrılmamalıdır. Deməli, əsl şair insan taleyini şair taleyinə qurban verməlidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Ulduz" jurnalının poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva məhz belə yazarlardandır. Qadın şairlərinin içərisində öz dəst-xətti ilə seçilən Fərqanə xanımın kifayət qədər geniş oxucu auditoriyası var. Onun şeirləri bir çox xalqların dillərində tərcümə edilib, bir sıra şeirlərinə mahnılar bəstələnib.
Fərqanə
Mehdiyeva ilə müsahibəni
təqdim
edirik:
- Fərqanə
xanım, son bir ildir ki, mətbuatda
imzanız görünmür. Yoxsa siz də
həyatın
bu sərt,
amansızlığına tab gətirməyib
qələmi
yerə
qoymusunuz?
- Söz vaxtına çəkər. Keçən il elə bu ayda, bu günlərdə xəstəliyimlə bağlı ömrümə "qara kağız" aldım. Heç özüm də bilmirəm. Bəlkə də ümidsiz görünməyim xəstəliyimin ciddi olması ilə bağlıdır. Keçən il bu vaxt Təbriz şəhərində fəaliyyət göstərən Şəhriyar Klinikasında əməliyyat olundum. Demək olar ki, Təbriz məni ana kimi bağrına basıb yaralarıma məlhəm oldu. Çərrahiyyə əməliyyatına inamla girdim. Çünki uşaq çağlarında rəhmətlik anam deyərdi ki, müharibədən "qara kağızı" gələnlərdən sağ qayıdan da olmuşdu. Anamın bu sözləri yadıma düşdü. Bu gün ümidimi Allaha bağlayıb yaşayıram. Ömrü verən də, alan da Allahdır. Həyatda şeirə o qədər bağlandım ki, sağlamlığımı unutdum.
- Təbrizdə
müalicə aldığınız müddətdə
Cənubi
Azərbaycanla
bağlı hansı təəssüratları
yaşadınız? Xəstə
yatdığınız müddət ərzində
Cənubi
Azərbaycan
şairlərindən kimlər
sizə
baş çəkməyə
gəldi?
- Allah heç
kəsi xəstə eləməsin. Dünyada
ən gözəl varlıq, nemət can
sağlığıdır. Can
ağrıyanda, yorğan-döşək
xəstəsinə çevriləndə adamın gözlərinə heç
nə görünmür. Mən
Təbriz xəstəxanasında yatanda
gözlərim ancaq yol çəkirdi.
Doğmalarımı, özümə
yaxın adamları görmək
istəyirdim, onlardan iynənin
ucu qədər təsəlli almaq istəyirdim. O zaman bir quru söz
də
adama ürək-dirək verirdi. Düzü, Təbriz
də
vətəndir. Amma Təbrizin
yaraları yaramdan da dərin
idi. Təbrizdə olan müddətdə öz dərdimi,
yaralarımı unutmuşdum.
Vaxtilə İranda çox
ədəbi məclislərdə, tədbirlərdə olmuşam.
Tehranda fəaliyyət
göstərən "Azərbaycan
sənətkarlar ocağı"nın rəhbəri Əsədullahın dəvəti ilə
Azərbaycanın
tanınmış sənət adamları
ilə
birlikdə
Tehranda, Təbrizdə
məclislərdə olmuşuq.
Cəvahir həkim
xəstəliyimin çox ciddi olduğunu görüb əməliyyat olmağımı məsləhət
gördü. Təbrizdə tanınmış muğam ustası Həmidağanın
evində
qaldım. Sağ
olsunlar təbrizli qardaşlarımızı,
xəstəxanada məni
tənha
qoymadılar. Cənubi Azərbaycanın
tanınmış şairləri, yazıçıları və incəsənət xadimləri yanıma gəlib mənə ümid verirdilər,
dəstək olurdular. Təbrizin dolanbadolam küçələrini gəzdikdə mənim
şair olduğumu bilənlər məndən Məmməd Arazın şeirlərini söyləməyi xahiş edirdilər. Çünki Təbrizdə Məmməd Araz imzasına böyük hörmət var, onun poeziyasının
vurğunuydular. Bu ruh məni
ayağa qaldırdı.
- Bu gün ədəbiyyatımız quraqlıqdan
solan zəmiyə
bənzəyir. Sizcə, bu nədən irəli gəlir?
- Bu gün şeir yazan çoxdur, ancaq şeir azdır. Çünki hər
bir istedadlı bir istedadsızın qolundan tutub qaldırır. Artıq mizan-tərəzi itib.
Eyni tərifi
və
eyni mükafatı istedadlı da alır, istedadsız da. Vaxtilə bizim çox
istedadlı gündəmdə olmuş
qələm sahiblərimiz
olub. İndinin özündə
də
bu cür qələm sahiblərimiz
var ki, onlar
abırlarına bükülərək küncə çəkiliblər. Ona görə
də
o boşluğu doldurmaq
üçün istedadsız
adamlar hücum çəkir.
Onları qapıdan qovursan,
pəncərədən
girib "mən də
şairəm,
yazıçıyam" deyə çığırırlar. Amma əsl
yazarlar kənarda, küncdə-bucaqda qalıb kənardan bu hadisəni
müşahidə
edirlər.
Əyalətlərdə elə
istedadlı yazarlarımız
var ki, onlar
tanınmırlar. Mətbuat da şöhrət dalınca qaçır.
Üzdə olanlardan müsahibələr alır,
onları efirə çıxardırlar. Axı ədəbiyyat bir-iki
nəfər yazarlardan ibarət deyil.
Elə istedadlılar var
ki, cəmiyyət
olaraq onları tanımırıq. Mən buna Cəlilabadda yaşayan yazıçı
Meyxoş Abdullanı misal göstərə
bilərəm. Onun "Əsir qadın" və "Alagöz" əsərlərini
oxuyanda adamın tükləri
biz-biz olur. Meyxoş Abdulla bu əsərlərində
elə
bil Qarabağ ağrısının heykəlini yonub. Mənasız çoxseriyalı filmlərə vəsait
xərclənilir. Əslində isə "Əsir qadın" kimi
əsərləri kinoya çəkilməlidir. Bax, budur
bizim bəlamız, ədəbiyyatda yaralı
yerimiz. Mənim qəhrəmanlarım isə
gözdən-könüldən uzaq olan istedadlı
qələm sahibləridir.
Sağ olsun Elçin Hüseynbəylini, cəmiyyətin tanımadığı istedadlı
şair və yazıçılar
haqqında "Ulduz"
jurnalında kifayət qədər söz deməyə
mənim
üçün imkan
yaradıb. İndi isə
yeni bir layihə
əsasında
işləyirəm. Gələn ildən
bölgələrdə olan istedadlı gəncləri
axtarıb onların əsərlərini üzə çıxartmağa çalışacağam.
- Sizcə, söz və
ədəbiyyat, ümumiyyətlə, kitab niyə
gözdən
düşüb?
- Söz sözün qədrini
bilənlərin heç vaxt gözündən
düşməyib,
həmişə gözünün üstündə olub. Sözün dəyərini bilən
adam heç
vaxt onu ayaqlayıb keçməz. Söz də
çörək
qədər dəyərli, müqəddəs bir nemətdir.
Gərək onu öpüb
həmişə gözünün üstündə saxlaya biləsən.
- Ölkəmizdə söz sahiblərinə,
yazıçı və şairlərə biganəlik
var. Sizcə
bu nədən doğur?
- Qələm sahiblərinin
bəxti
olsaydı, bəlkə də başqa sənət
sahibi olardı və
bu cür çətin
yükün altına
girməzdilər. Amma bu biganəliyin
elə
özü qələm sahiblərini əsl
yazara çevirir.
Əsl yazarlar
maddi və mənəvi çətinliklər məngənəsində
sıxılır.
Efirlərdə meyxanaya, "şou"ya,
dedi-qopdulara, manstlara, bayağı "sənət"çilərə
daha çox üstünlük verilir. Yəni səsi
olmayan bir gənc
efirə
çıxıb deyir
ki, mən həm müğənniyəm, həm
bəstəkar, həm
də
şairəm.
- Sizcə bunlar düşünülmüş
şəkildəmi edilir? Bu, bizim
gələcəyimizi baltalamaq
deməkdirmi?
- İndi çoxu
ağzında bəstələyib
bəstəkar olub, çoxu da plagiatlığa meyil göstərir. Hətta bu cür adamlar müəyyən
titullar da alıblar. Mənim fikrimcə,
bu cür "şou"lar Qarabağ boyda dərdimizi
unutdurub, baş qatmaq kimi bir
şeydir. Amma dərdi
yenə
çəkən çəkir.
O dərdi
çəkən də
bizim kimi tamaşaçılardır. Hər şeyin dərəcəsi
var, amma əndazədən çıxıblar.
Hər şey qədərində
olanda gözəl olur. Artıq gənclərin yaddaşını bu cür reklamlar korlayıb. Amma milli qəhrəmanların, şəhidlərin, elm adamlarının, istedadlı
qələm sahiblərinin
bu qədər reklamları getsə, bəlkə də
torpaqlarımız bu gün düşmən tapdağında qalmazdı.
- Müasir
ədəbi
mühitdə sanki bir qütbləşmə
var, yəni gənclər
şeirin köhnə
janrlarını bəyənmir.
Yaşlı nəsil isə
gənclərin
yazdıqlarını qəbul etmir.
Çünki gənclər
ənənədən
çıxıb qərbə
üz tutur,
postmodernizmə üstünlük
verirlər.
Siz buna necə
baxırsınız?
- Janrlardan asılı olmayaraq, yazılan şeirlərdə poeziya olmalıdır, oxucunu düşündürməlidir. Söz öz cazibəsi ilə oxucunu özünə çəkməlidir. Postmodernizm də bir yenilikdir. Mən buna qarşı çıxmıram. O şeyin əleyhinəyəm ki, şeiri bayağılaşdırıb onu publisistikaya çevirməsinlər.
- Qadınlardan yaş soruşmazlar. Amma bildiyimə görə
artıq ömrünüzün 50-ci
baharına çatırsınız. Bu
illər
ərzində
nəyə
heyfslənirsiniz?
- Şairin yaşı olmur, payızı-qışı olur. Şairin
cinsi olmur, şair elə şairdir.
Ailəm, uşağım var, çoxsaylı şeirlərim
var. Şeirlərim
mənim
üçün bir övladdır, demək çoxuşaqlı anayam.
Amma uşaqlıq illərinə heyfslənirəm, kaş böyüməyəydim, elə balaca olub həyatın bu dərdlərini, ağrılarını görməyəydim. Çünki mən
uşaq olanda torpaqlarımız bütöv
idi, istənilən
vaxt qatarla Ağdama, Şuşaya gedərdik.
İndi nə ora gedən
qatar var,
nə
də
Şuşa, Ağdam,
Kəlbəcər, Laçın
var...
Qələndər
Xaçınçaylı
Ədalət.-2013.-13
dekabr.-S.7.