ŞİRVANIN AĞDAŞI,
AĞ İNCİSİDİR...
İnamlı olmaq
səlahiyyəti
Son illərin sosial iqtisadi və
mədəni uğurları
respublikamızın həyatında
ciddi və
tarixi inkişafdan xəbər verir. Artıq ən
pessimist insanlar da reallıqlarla barışıb
bu inkişafı etiraf edirlər. Bütün bunlar isə bizi sevindirir, daha gözəl gələcək
üçün ümidlərimizi artırır. İki möhtəşəm Dövlət
Proqramının icrası
illərində biz əsasən nələrə öyrəşdik? Elektrik enerjisinin, qaz yanacağının müntəzəmliyinə, su təchizatının
yaxşıya doğru
formalaşmasına, şəhər və qəsəbələrin,
rayon mərkəzlərinin tanınmaz
dərəcədə
müasirləşməsinə, tikinti-quraşdırma işlərinin modernləşməsinə, ən müasir və yaraşıqlı
məktəblərin, səhiyyə müəssisələrinin xalqın
istifadəsinə verilməsinə, yeni müəssisələrin açılışlarına, aqrar sahənin
inkişafına... Çox
şeylərə!
Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyasının Prezident
İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın
bütün sahələrində
böyük nailiyyətlərin əldə olunmasını,
makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və
tarazlı iqtisadi inkişafı təmin etdi.
Vətənə, Xalqa və Prezidentə
sədaqət nümunəsi
...Ağdaş rayonu da ölkənin digər bölgələri kimi sürətlə
inkişaf etməkdədir. Qədim Ərəş
yurdu bu gün ən
müasir şəhərlərlə yarışacaq əhval-ruhiyyədə, görkəmdədir. Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq
İbrahimov əsl təşkilatçılıq
və
rəhbərlik nümunəsi
göstərərək camaatla əl-ələ verib qazanılan uğurların
daha da möhkəmlənməsinə çalışır. Zəngin təcrübəyə malik olan T.İbrahimov işgüzarlığı, sadəliyi və
səmimiliyi
ilə
sakinlər
arasında böyük
nüfuz sahibidir.
Təbii ki, cənab Prezidentin də rəhbər işçilərdən ən çox tələb
etdiyi elə bu cür mövqe qazanılmasıdır.
Bütün sahələrdə hiss olunan
inkişaf sakinlərdə ruh yüksəkliyi
yaradır. Ağdaşlılar öz rayonlarını
gerçəkdən çox sevir, onun keçmişi və
bu günü ilə
fəxr
edirlər.
Ağdaşlılar şəhəri bəzəyən
müasir tikililəri, xidmət
obyektlərini,
olimpiya kompleksini, park və
bağları qürurla
seyr edirlər. Rayon əhalisi
Heydər
Əliyev parkını, burada istirahət etməyi
çox sevirlər.
Qədim Ərəş yurdu
Əhalisinin sayı 100 min nəfəri ötmüş
rayonlardan olan Ağdaşdan söhbət açarkən
onun keçmişinə də
qısa bir ekskurs etmək zərurəti yaranır. Tarixi keçmişimiz uzun illər
sovet ideologiyası çərçivəsində öyrənildiyinə və
araşdırıldığına görə
Azərbaycan
ərazisindəki bir çox yerlər
və
baş verən hadisələr düzgün istiqamətini itirməli
olmuşdu. Məsələn,
son dövrlərədək qədim Ərəş sultanlığı və Ərəş şəhəri haqqında tarixçilərdən başqa
məhdud
sayda insanın məlumatı
ola bilərdi. Yəni
indi müasir Ağdaş rayonunun orta əsrlərdə Səfəvi-Osmanlı müharibələri zamanı
dağılıb əzəmətini itirən, sonralar
Evliya Çələbi, İsgəndər Münşi,
Antoni Cekinson, Korneli de Bruin və başqalarının məlumatlarında xatırlanan Ərəş yurdunun adını yaşatmağa
iddialı olması təəccüb
doğurmamalıdır. Tariximiz reallıqlar
üzərində yeni araşdırmalarla təstiqlənməlidir. Söhbət konkret olaraq
Ağdaş-Ərəş məsələsindən
gedirsə,
varislik burada ərazinin,
nəsildən-nəsilə ötürülən
ənənələrin
və
digər
faktların əsasında ciddi məna
daşıyır və özünü doğruldur.
Uğur
strategiyası: il sona çatır
İndi yenidən
qayıdaq Ərəş yurdunun bu günlərinə. Söhbət açdığımız kimi, rayonda bütün
istiqamətlər üzrə
inkişaf öz axarı ilə davam etməkdədir.
2013-cü il də
sona çatmaq üzrədir.
İl yekunlaşmamış biz hələ ötən doqquz ayın statistikasına nəzər yetirəndə xeyli işlər
görüldüyünün şahidi oluruq. Eyni zamanda ilin daha
böyük uğurlarla
başa vurulacağına,
üzümüzə
gələn 2014-cü ildə
bir çox yeniliklərin
reallaşacağına inanırıq.
İnkişafın dinamikliyi
2013-cü
Ağdaş rayonunda da sosial-iqtisadi inkişafa nail olunması sahəsində mühüm tədbirlər
görülmüşdür. Bu dövrdə
abadlıq-quruculuq sahəsində tədbirlərin həyata
keçirilməsi
davam etdirilmiş və
əhalinin kommunal xidmətlərlə normal təmin
olunması sahəsində məqsədyönlü işlər
görülmüş, Ağdaş
şəhərində yeni inzibati mərkəzin yaradılması,
orada Heydər Əliyev Mərkəzinin, "Bayraq"
meydanının, rayon İcra
Hakimiyyəti
və
Yeni Azərbaycan Partiyası
Ağdaş rayon təşkilatı üçün inzibati binaların, eləcə də Yanğından Mühafizə idarəsi
üçün yeni binanın tikinti işləri
davam etmişdir. Eyni zamanda yeni yaradılmış
inzibati mərkəzin
yaxınlığında bütün
yardımçı və xidmət
sahələri olan yeni məscid binasının tikintisinə başlanılmış və hazırda tikinti işləri
davam edir.
Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin 2012-ci ilin dekabr
ayında təsdiq etdiyi Ağdaş şəhərinin ərazisinin genişləndirilməsi barədə qanunauyğun olaraq şəhər ərazisinə daxil edilən yaşayış məntəqələrinin də
normal kommunal xidmətlərlə
təmin
edilməsi
üçün lazımi
tədbirlər görülməkdədir.
Rayonda
20 minə
yaxın əhalinin və 12 yaşayış məntəqəsinin
istifadə
etdiyi 34 km uzunluğunda
Ləki-Pirəzə-Xınaxlı kənd
avtomobil yolunun əsaslı
təmirinə başlanmış və yolun 18.1 km hissəsinə asfalt vurulmuş, digər
hissəsində isə
işlər
davam etdirilir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2013.-17
dekabr.-S.7.