ZƏRDABİ
VƏ BU GÜNÜMÜZ
Xalqımızın ləyaqətli oğlu, milli mətbuatımızın banisi, görkəmli alim, maarifpərvər Həsən bəy Zərdabinin (1837-1907) özü və şəxsiyyəti haqqında düşünəndə nədənsə ilk növbədə yadıma Peyğəmbər əleyhisəlamın hədislərindən biri düşür: "::Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşlarına öyrədə"::.
Bu baxımdan yanaşdıqda Həsən bəy Zərdabi gördüyü işlərlə, yazdığı elmi, bədii və publisistik əsərlərlə xalqımızın boynuna böyük minnət qoymuşdur. Ancaq təəssüf ki, biz ömrünü, həyatını millətimizin maariflənməsi yolunda çırağa döndərən bu görkəmli şəxsiyyətin dəyərini lazımi səviyyədə verə bilməmişik. Milli mətbuatımızın yaranması da, teatr tariximiz də, uşaq ədəbiyyatımızın bünövrə daşlarının qoyulması da, təbiətşünaslıq elmimizin inkişafı da, yurdumuzda məktəblərin açılması da, Azərbaycan müəllimlərinin ilk qurultayının keçirilməsi və bu mötəbər tarixi yığıncağa sədrlik etmək şərəfi də ilk növbədə bu görkəmli şəxsiyyətə - Həsən bəy Zərdabiyə nəsib olmuşdur.
Xalqını, onun övladlarını dərin məhəbbətlə sevən Həsən bəyin məqsədi, amalı elm, təhsil, mətbuat, teatr tamaşaları, yeni ruhlu uşaq ədəbiyyatı nümunələri yolu ilə milləti qəflət yuxusundan oyatmaqdan ibarət olmuşdur. Bu sevgi onu hər bir məhrumiyyətlərə, əzəb-əziyyətə, hətta təhqirlərə belə sinə gərməyə vadar etmişdir. Bircə faktı xatırlatmaq yerinə düşərdi. Onun qızlarımızı təhsilə cəlb etmək niyyəti öz soydaşlarımız tərəfindən ikrahla qarşılanmışdır. Həsən bəyin əxlaqsız yuvası açması, qızların namusunu, əxlaqını pozması haqqında edilən cəfəngiyyatla dolu saysız-hesabsız şikayətlərdən sonra qubrnator Zərdabini yanına çağırmış və söhbət əsnasında Həsən bəy öz məntiqi ilə onu heyrətləndirmişdir. Demişdir ki, əgər mən açdığım məktəb əxlaqsız yuvası olsaydı, sevimli həyat yoldaşım onun müdirəsi olardımı? Həqiqətin nə yerdə olduğunu anlayan qubernator Zərdabiyə öyüd-nəsihət edib söyləmişdir ki, axı sənin bu savadsız, xeyir-şərini qanmayan vəhşi camaatın arasında nə işin var? Yaxşı olmazmı ki, gedib Rusiyanın mərkəzi şəhərlərindən birində yaşayıb işləyəsən?
Söz Zərdabiyə bərk toxunmuş və soruşmuşdur:
-Mən
necə
adamam?
Qubernator
tərəddüd etmədən demişdir:
-Sən
son dərəcə savadlı,
dünyagörmüş, dərrakəli bir insansan.
Həsən bəy
acı-acı gülümsünüb
cavab vermişdir:
-Mən
də
o vəhşi
hesab elədiyin adamların
arasından çıxmışam.
Onlar da oxusalar, təhsil görsələr mənim kimi elmli, bilikli
olacaqlarg
Bax Zərdabini bütün çətinliklərə, əzablara, təhqirlərə dözməyə vadar edən
də
onun bu amalı,
istəyi,
xalqına olan sonsuz sevgisi olmuşdur.
Göyçay qəzasının
Zərdab
kəndində ziyalı bir bəy
ailəsində dünyaya göz açan Həsən
bəy
babası Rəhim bəyin,
atası Səlim bəyin
yolunu davam etdirmiş, əvvəlcə mollaxanada
oxumuş, 1852-ci ildə Şamaxı şəhər məktəbində
təhsilini
davam etdirmiş, sonra Tiflis gimnaziyasını
əla qiymətlərlə bitirmişdir.
1861-ci ildə
Moskva universitetinin
"::Fizika-riyaziyyat":: fakültəsinin "::Təbiyyət":: şöbəsinə daxil olan Həsən bəy 1865-ci ildə
ali təhsilini başa
vurandan sonra bütün həyatını, ömrünü
soydaşlarımızın təlim-tərbiyəsinə, onların mənəvi-əxlaqi tərəqqisinə həsr
etmişdir. Nə qədər əzab-əziyyətlərə, mərhumiyyətlərə
sinə
gərmiş,
xalqı maarifləndirmək üçün yollar axtarmış, dərs demiş, "::Əkinçi":: qəzetini nəşr etdirməyə nail olmuş, "::Cəmiyyəti-xeyriyyə":: yaratmış, Azərbaycan milli teatrının təməlinin qoyulmasında yaxından iştirak etmişdir. Qarşısına nə qədər maneələr çıxsa da, o ruhdan düşməmiş, Zərdabda
yaşadığı dövrdə belə
öz elmi-publisistik məqalələri ilə o dövrün mütərəqqi ruhlu qəzet
və
jurnallarında - "::Novoe
obozrenie"::, "::Obzor"::,
"::Kaspi":: və "::Tərcüman"::da çıxış etmiş, özündən sonra zəngin
ədəbi irs qoyub getmişdir.
Təəssüf ki, onun bu irsi də lazımi səviyyədə tədqiq
olunmamışdır.
Həsən bəy Zərdabi
zəngin
həyat
təcrübəsi və
elmi, intellekti, mükəmməl, çoxşaxəli
biliyi sayəsində
dərk
etmişdir ki, millətin
tərəqqisi naminə
yeni nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Bu məqsədlə
o, uşaq ədəbiyyatının yaradılmasına böyük
ehtiyac olduğunu duymuş, tərəqqipərvər ziyalıları
bu işə həvəsləndirmiş,
özü də bacardığını əsirgəməmişdir. Camaatın savadsızlığını,
mətbuatı
oxuya bilmədiyini nəzərə
alan Həsən
bəy
Zərdabi
xalq arasında daha kütləvi olan mahnı janrından istifadəyə üstünlük vermiş
və
fikrini belə əsaslandırmışdır: "::Bizim Qafqaz müsəlmanlarına
heç bir yazı və dil ilə
deyilən
söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən
söz. gşeir
bir böyük alətdir
ki, onunla bizim yuxuda olan
qardaşlarımızı ayıltmaq çox asandır"::.
Öz qənaətində
yanılmadığına əmin olan Həsən bəy
fikir və düşüncələrini, ideyalarını
dostlarının köməyi ilə
həyata
keçirməyə çalışmışdır. S.M.Qənizadə Zərdabinin
təkidi
ilə
"::Rus-müsəlman"::
məktəblərinin tədris planına nəğmələri daxil etməyə nail olmuşdur. Sonra Zərdabi
Hacı Mirağa Mirmöhsünzadədən xahiş etmişdir ki, onun fikir
və
ideyalarını nəzmə çəksin. Beləliklə də
1901-ci ildə
"::Türk nəğmələri məcmuəsi":: nəşr
olunmuşdur. Və bu kitabda olan nəğmələr Zərdabi ideyalarının yayılmasında
müstəsna
əhəmiyyət kəsb
etmişdir.
"::Tərifi-elm"::
adlanan ilk nəğmədə deyilir ki, elmin çox
böyük əhəmiyyəti vardır. "::Millət
ağacına elmlə su ver"::mək lazımdır. Elmi olan adama məkr
və
şeytan heç nə
eləyə bilməz.
"::Tərifi-elm
və
tərbiyə":: şeirində
isə
elm olmasa səadətin mümkünsüzlüyündən, bütün müşküllərin elmlə
öz həllini tapmasından
söhbət
açılır. "::Bitərbiyə ağacda xoş bar olmaz":: qənaəti
də
göydəndüşmə deyildir. Şeirin əsas ideyası hər bəndin sonunda təkrarlanan
"::Elm, maarifdən yetər
insan kamala, bil
kamala":: misralarında verilmişdir.
Silsiləyə daxil olan digər
nəğmələrdə
də
həmin
üslubdan istifadə olunması səciyyəvidir.
"::Nəsihəti-nəfs":: şeirinin hər bəndinin sonunda "::Səfayi-elmdəndir
bil, səadət,
bil şərafət,
olma qafil"::,
"::Pənd"::
şeirinin hər bəndinin
sonunda "::Elm iləndir həmişə aləmdə bil şərafət"::, "::Nəsayeh"::
şeirinin hər bəndinin
sonunda isə "::Elmü
ədəblə qıl dərdə çarə":: misralarının təkrarı təsadüfi
xarakter daşımır
və
Zərdabinin,
onun əqidə, məslək dostlarının
məramı
haqqında dolğun təsəvvür yaradır.
"::Bahariyyat":: adı altında verilən
şeirlərdə belə
əsas fikir təbiət gözəlliklərinin təsvirində yox, elmin, biliyin
təbliğindədir. "::Baği-milləti elmlə
sula":: misrası həmin
şeirlərdən birinin başlıca fikir yükünü öz çiynində götürür. Digər bir şeirdə "::Cəhalət fəslinin
səhmi
pozulub, Elmü ədəb qərənfili düzülüb":: misralarında
"::cəhalət fəsli"::,
"::elm, ədəb qərənfili"::
ifadələri müəllif
qayəsinin
ifadəçisinə çevrilib.
Zərdabi və onun əqidə yoldaşları
elmi insanlara çatdırmaq üçün
məktəbə böyük
ehtiyac olduğunu söyləyirdilər. "::Tərifi-məktəb"::də
cəhalətin tozunu aparmaqda məktəbin müstəsna
əhəmiyyətindən söhbət
açılır:
Gəl nəvaya
söylə
məktəb sözünü,
Qəlbdən pak eylə
cəhlin
tozunu.
Nə rəvadır
sənə, ey aqil olan,
Xabi-qəflət tuta əqlin gözünü?
Məktəbi-mədrəsədir elmü kamala yetirən,
Elmdir, gülşəni-imandı nihalı bitirən.
Bu və
ya buna bənzər fikirlər "::Nəsayeh"::,
"::Təğrib
ətfali-məktəb"::,
"::Fəziləti məktəb":: şeirlərində də
davam etdirilir. "::Elmsiz bəşər heç bəşər
deyil":: qənaəti bu mövzuda olan bütün şeirlərin başlıca leytmotividir.
İslam
əxlaqının mükəmməlliyinə əmin olan, islam
alimlərinin
elmindən
digər
xalqların ustalıqla
bəhrələnməsindən xəbərdar olan Zərdabi
və
onun qələm
dostları inanırlar
ki, əslinə, kökünə qayıdan, elm öyrənən millət əvvəl-axır
səadətə qovuşacaqdır.
Çox
elm, sənaye
ki, bulub qeyrdə
şöhrət,
Etmiş buna bil, milləti-islam sədarət.
Ol vəqt
ki, Harun-Rəşid etdi
xilafət,
Nəşr etdi nə
kim, elm, maariflə
hünərdir.
Canım, vəqti-səhərdir, ayıl,
gör nə xəbərdir?
Əlbəttə, bu günün tələbləri nöqteyi-nəzərindən
yanaşdıqda, dil və
ifadə
baxımdan həmin nəğmələrdə
nöqsan tapmaq o qədər də
çətin
deyildir. Ancaq bu mətnlərdə irəli sürülən
fikirlər
indinin özündə də
əhəmiyyətini, dəyərini itirməmişdir.
Bəli,
bu gün Həsən bəy
Zərdabinin
arzuladığı "::vəqti-səhər":: gəlib
çıxıb. Azərbaycan müstəqil
respublikaya çevrilib.
Hər
sahədə uğurlarımız var. Ancaq
nöqsanlarımız da,
görüləsi
işlərimiz
də
az deyil.
Həsən bəy Zərdabi yazırdı ki, "::Əkinçi":: neçə aydır ki, nəşr olunur. Bundan xarici ölkələrin əksəriyyətinin xəbəri var. Ancaq təəssüf ki, özümüzünkülər bu qəzeti oxumurlar. Qəbrin nurla dolsun, Həsən bəy. İndi uşaq mətbuatımız da sən deyən gündədi. Uşaq ədəbiyyatının mahiyyətini, onun əhəmiyyətini, dəyərini, strateji bir əhəmiyyət kəsb elədiyini təəssüf ki, çoxları başa düşmür və ya başa düşmək istəmir. Azərbaycan televiziya məkanında ədəbiyyatımızın, onun ayrılmaz tərkib hissəsi olan uşaq ədəbiyyatının təbliğinə lazımi səviyyədə əhəmiyyət verilmir, millətin mənəvi tərəqqisinə mane olan şoular, əyləncələr isə baş alıb gedir. Bunun da nəticəsində ":: SMS":: yarışına qoşulanların həm pulu gedir, həm də tərbiyəsi pozulur, zövqü korlanır. Hər hansı qoca və cavan ulduzu birinci etməkdən ötrü qızırğalanmadan yüzlərlə "::SMS":: göndərən kəsin kitab, jurnal almağa əli gəlmirg
"::Əkinçi":: qəzetinin 2 dekabr 1975-ci il tarixli nömrəsində yazılır: "::Bir kişi elmi, ədəbi, tərbiyə ilə mədəniyyəti bərtərəf edib, pul qazanmağı ondan yaxşı tutarsa, ol kişidən millətpərvərlik məlum olurmu? Haşa!":: Bu sözlər bu gün nə qədər aktual səslənir, adamı düşündürür!
Əgər televiziya məkanımızın təbliğatı nəticəsində bu gün Şirin Zərdablı Həsən bəy Zərdabidən daha məşhur, daha populyardırsa, bu gün bizim elmdən, mədəniyyətdən, uşaq ədəbiyyatından ağızdolusu danışmağa haqqımız yoxdug Gəlin ulularımızın ruhunu özümüzdən incik salmayaq, gəlin Mirzə Cəlil demişkən papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşəkg Həsən bəy Zərdabi demişkən:
Canım, vəqti-səhərdir, ayıl, gör nə xəbərdir?
Rafiq Yusifoğlu,
şair-ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor
Ədalət.-2013.-17
dekabr.-S.6.