ŞİRVANIN AĞDAŞI,
AĞ İNCİSİDİR...
(əvvəli ötən sayımızda)
Rayonda digər sosial obyektlərdən - Qolqəti və Ərəbocaq kəndlərində həkim məntəqələri istifadəyə verilmiş, Tofiqi kəndindəki həkim məntəqəsinin tikintisi başa çatmışdır. Rayonun Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180 şagird yerlik, Qaroğlan kəndində isə 80 şagird yerlik məktəb binaları tikilib və Ağdaş şəhərindəki 11 nömrəli uşaq bağçası əsaslı təmir edilib istifadəyə verilmişdir. Ağdaş şəhərindəki 1 saylı uşaq bağçası üçün 55 yerlik yeni bağça binasının tikintisi davam etmişdir. 2013-cü ilin üçüncü rübündə rayonun Tofiqi və Aralbir kəndlərinin hər birində 220 şagird yerlik, Qarağan-Şıxlar, Qülbəndə və Ərəbşəki kəndlərinin hər birində isə 180 şagird yerlik məktəb binalarının tikintisinə başlanılmış və hazırda tikinti işləri davam edir.
İlin əvvəlindən rayonun Kükəl, Birinci Aral, Qarağan-Sədi, Şəmsabad, Qəsil, Pirəzə, Orta Ləki, Qülbəndə, Qoşaqovaq, Hapıtlı, Cardam, Pirkəkə, Aşağı Zeynəddin, Qolqəti, Abad, Qaradağlı, Dəhnəxəlil, Kotanarx və Kotavan kəndlərindəki, həmçinin Ləki qəsəbəsi və Türyançay fəhlə qəsəbəsindəki elektron ATS-lərə sürətli internetin ötürülməsi üçün fiber-optik kabellərin çəkilişi başa çatmışdır.
Enerji daşıyıcılarına tələbat ödənilir
Rayonda əhalinin elektrik enerjisinə və təbii qaz yanacağına təminatını yaxşılaşdırmaq məqsədilə hesabat dövrü ərzində təmir işləri davam etdirilmiş, 72.5 km uzunluğunda elektrik verilişi xətti əsaslı və cari təmir olunmuşdur. Rayonun Kükəl kəndi ərazisində tikintisinə 2010-cu ildə başlanılmış 220/110 kv-luq 2x125 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikinti işləri davam etmişdir. Hesabat dövründə qazla təmin olunan Ağdaş şəhərinin, Ləki qəsəbəsinin küçələrində və digər kəndlərdə müxtəlif ölçülü 25 min 440 poqon metr uzunluğunda qaz xətləri yenisi ilə əvəz olunmuş, rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Bəylik, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağının verilməsi üçün 989 ədəd yeni qaz sayğacı quraşdırılmış və müxtəlif ölçülü 18 min 600 poqon metr uzunluğunda qaz xətləri çəkilmişdir. Ağdaş şəhəri, Pirəyir, Tofiqi, Əmirmahmud və Qarağan-Saat kəndlərinə 20 ədəd yeni qaz tənzimləyici şkaf qoyulmuşdur. İlin əvvəlindən rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağı verilmişdir.
Su-kanalizasiya sistemi yenidən
qurulur
Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin əsas mərhələsinin həyata keçirilməsi üçün tenderin qalibi olmuş Türkiyənin "ALKE" Şirkəti tərəfindən 2012-ci ildə layihənin əsas hissəsinin icrasına başlanılmış və bu ilin ötən 9 ayı ərzində işlər davam etmişdir. Ağdaş şəhərinin ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq, şəhər ərazisinə qatılmış yaşayış məntəqələrinin də su-kanalizasiya xidmətləri ilə təmin edilməsi üçün yeni layihə işlənməyə başlanmışdır. Bununla əlaqədar olaraq Ağdaş şəhərinə yaxın olan və magistral su-kanalizasiya xətlərinin üstündə yerləşən kəndlərin içməli su və kanalizasiya xidmətləri ilə təmin olunması üçün müvafiq sənədlər hazırlanır.
Rayonun sənaye xəritəsində yeniliklər
Ötən dövrdə rayonda sənaye sahələrinin inkişaf etdirilməsi sahəsində müəyyən tədbirlər görülmüş, "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexi, beton istehsalı zavodu istifadəyə verilmiş, qarışıq yem istehsalı müəssisəsinin tikinti işləri davam etmişdir. Hesabat dövründə rayonda keçən ilin eyni dövründəkindən 4.3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatı yüksəlişdə
Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı sahəsində də müəyyən işlər görülmüşdür. Rayonda əkilmiş 16274 hektar taxıl sahəsindən 43452.6 ton taxıl istehsal olunmuşdur. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 302.6 ton gübrə satılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarına görə istehsalçılara dövlət yardımının verilməsi təmin edilmişdir.
Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin tikintisində son tamamlanma işləri görülərək, kompleksə Macarıstandan 400 baş yerli şəraitə nisbətən uyğun ətlik və südlük istiqamətli mal-qara gətirilmişdir. Hesabat dövründə rayon ərazisində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 1000 hektar sahədə Biyan yetişdirilməsi və istehsalı müəssisəsinin yaradılmasına başlanılmışdır.
Uğurlu iqtisadi
siyasətin Ağdaş nümunəsi
Ötən doqquz ay ərzində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən ilkin statistik məlumatlara görə ümumi məhsul buraxılışı 4.7 faiz və ya 8 milyon 674 min manat artaraq 193 milyon 237 min manat, sənaye məhsulu istehsalı 4.3 faiz və ya 223.4 min manat artaraq 5 milyon 407 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 9.3 faiz və ya 10 milyon 515 min manat artaraq 123 milyon 247 min manata çatmışdır. 2013-cü ilin doqquz ayında rayonda 370-i daimi olmaqla 1630 yeni iş yeri yaradılmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-18
dekabr.-S.7.