YENİ TİPLİ ORTA
İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR
(mövzu
əsasında
IX yazı)
(əvvəli
ötən sayımızda)
Öz uğurları ilə diqqəti cəlb edən belə təhsil müəssisələrindən biri də Ağdaş Dövlət Humanitar Kollecidir. İllərdir ki, bura "Təhzilə xanımın məktəbi" kimi tanınır və bütün respublikada şöhrət qazanır. Bunun əsas səbəblərindən biri də təbii ki, 30 ildən yuxarı müəssisəyə rəhbərlik edən Tənzilə Şıxıyevanın pedaqoji ustalığı, yüksək təşkilatçılıq bacarığı və doğma kollektivinə olan tükənməz məhəbbətidir. Əvvəllər burada təhsil alan tələbələrin əksəriyyəti, haradasa 99%-i qızlar olduğundan, onlara hər yerdə həm də "Tənzilənin qızları" da deyirdilər. Elə indinin özündə də. Tənzilə Şıxıyevanın bu yüksək keyfiyyətləri layiqincə qiymətləndirilib. Respublikanın Əməkdar müəllimi olan Tənzilə xanım eyni zamanda "Tərəqqi" medalına da layiq görülüb.
İndi Ağdaş Dövlət Humanitar Kolleci adlanan bu təhsil müəssisəsi 1928-ci ildən qızlar məktəbi kimi fəaliyyətə başlayıb.
Sonralar Ağdaş Pedaqoji Məktəbi və Ağdaş Pedaqoji Texnikumu kimi fəaliyyətini davam etdirib. 2002-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və buna müvafiq olaraq Təhsil Nazirliyinin əmrinə əsasən ləğv edilmiş Ağdaş Kənd Təsərrüfatı Texnikumu ilə birləşdirilərək Ağdaş Dövlət Humanitar Kolleci yaradılmışdır.
Bu tanınmış təhsil müəssisəsi 1994-cü ildə yeni binaya, yəni indiki müasir görkəmli binaya köçürülüb. Burada şəraitin daha da yaxşılaşdırılması, maddi teniki bazanın yeniləşməsi üçün direktorun təşəbbüsləri və əməyi danılmazdır.
Doğrudan da Ağdaş Dövlət Humanitar Kolleci özünəməxsus ənənələri olan nümunəvi təhsil müəssisələrindən biridir. Kollecin direktoru Təhzilə Şıxıyeva da söhbətimizin başlanğıcında orta ixtisas təhsilinin müasir dövr üçün vacibliyini mütəxəssis baxışı ilə diqqətə çatdırdı:
"Hazırda orta ixtisas təhsili müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə ərazisi üzrə bərabər paylanması, bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və xərc tələb etməsi ölkə iqtisadiyyatının və sosial sferanın tələbatına uyğun orta ixtisaslı kadrların hazırlanmasına geniş imkan yaradır.
Bazar münasibətləri şəraitində orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, düşüncə, ekoloji, hüquqi, informasiya bilikləri, kommunikativ mədəniyyət, sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini şüurlu şəkildə təhliletmə qabiliyyəti, qeyri-müəyyənlik şəraitində müstəqil fəaliyyət və məsuliyyət tələb edir. Bu keyfiyyətləri özündə ehtiva edən mütəxəssislər hazırlamaq üçün orta ixtisas təhsili sahəsində müvafiq islahatların aparılması bu gün fəaliyyət göstərən bir çox kolleclərin timsalında özünün uğurlu həllini tapmaqdadır. Son illər bizim kollecin fəaliyyət istiqaməti xeyli genişlənib. Bunun nəticəsi olaraq tələbələrin də sayı artıb.
Hazırda kollecdə 1400 nəfər tələbə təhsil alır. Kollecə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qaydaları əsasında aparılır. Ona görə də demək olar ki, burada Azərbaycanın əksər rayonlarından tələbələr var. Kollecdə 122 müəllim çalışır. 8 ixtisas üzrə kadr hazırlanır. Tələbə gənclərin tərbiyə işlərinin əsasını tədris olunan fənlərə böyük həvəs oyatmaq, ideya siyasi tərbiyənin yaxşılaşdırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və başqa istiqamətlər təşkil edir. Dərs ilinin əvvəlindən indiyədək kollecdə xeyli kütləvi tədbirlər də keçirilmiş və müxtəlif mövzulu bu cür tədbirlər müntəzəmliklə davam edəcəkdir. Kollecin tədris metodiki informasiyasının əsas mənbələrindən biri olan kitabxanasıdır.
14000 nüsxə
kitabdan ibarət
kitabxana fondunun 825
nüsxəsini tədris metodiki
ədəbiyyat təşkil edir. Kitabxanaya
eyni zamanda 16 adda qəzet
və
jurnal da daxil olur...
Öyrənirik ki, kollecdə 21 fənn kabineti fəaliyyət göstərir. Bunlardan üçü
kompüterləşdirilmiş
otaqlardır. Ümumiyyətlə kollecin müəllim və
tələbələrinin
ixtiyarında 100 ədəddən
çox kompüter dəsti
vardır ki, bunlardan da məqsədyönlü şəkildə istifadə
edilir. Kollecin maddi-texniki bazasını
daha da möhkəmləndirmək
üçün əlavə tədbirlər də
görülür.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-21
dekabr.-S.6.