ƏNƏNƏLƏRİ YAŞADAN QƏDİM ŞƏKİ
(mədəniyyət
və
turizm)
Durğunluqdan inkişafa...
Biz respublikamızın timsalında mədəniyyət və turizm mövzusuna istiqamət alarkən yaxın keçmişdəki qəribə bir dönəmi heç vaxt yaddan çıxarmamalıyıq. Etiraf etməliyik ki, səksəninci illərin sonu, doxsanıncı illərin əvvəlləri mədəniyyət sahəmizdə, xüsusilə kənd rayonlarımızın əksəriyyətində böhran səviyyəsinədək enən bir durğunluq müşahidə olunurdu. İllərlə davam edən bu durğunluğun müəyyən obyektiv səbəbləri vardısa da, vəziyyətdən çıxış yolları aramaq baxımından cəhdlər hiss olunmurdu. Xoşagəlməz hal idi. Sanki hamı mədəniyyət evlərinin, klublarının, xalq teatrlarının, kitabxanaların... boşalmasına, günlərlə, həftələrlə sükuta qərq olmasına öyrəşirdi.
Şəkidə də belə
olmuşdu...
Ancaq sonralar vəziyyət yaxşıya doğru dəyişməyə başladı. Ümummilli
lider Heydər
Əliyevin hakimiyyəti
dövründə
bünövrəsi qoyulub başlanan böyük quruculuq
işləri Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildi. Ölkəboyu
nəhəng işlər aparıldı.
Bu
yüksəliş, bu tərəqqi Azərbaycan
Respublikasının adi vətəndaşından tutmuş,
onun rəhbərlərinə
kimi sevinc bəxş etdi. Ölkə
Prezidenti İlham Əliyev də regionlara
səfərləri zamanı ictimaiyyət nümayəndələri
ilə
görüşlərində bu
sevinci bölüşür,
Azərbaycan
Respublikasının gələcəyinin daha
gözəl
olacağına inandığını bildirir.
Ölkə
rəhbərliyinin
qayğısı mədəniyyət
və
turizm sektorunda dönüş yaratdı
Son illər qədim Şəkinin də bütün istiqamətlərdə nəzərəçarpacaq inkişafı diqqəti cəlb etməkdədir. Rayon rəhbərliyinin ciddi səyi nəticəsində Prezidentin tarixi fərmanları hər yerdə olduğu kimi Şəkinin həm perspektiv, həm də gündəlik həyatında mühüm rol oynayır. Abadlıq və müasirləşmə, bir-birinin ardınca istifadəyə verilən müxtəlif təyinatlı obyektlərin timsalında yeni iş yerlərinin açılması, aqrar sahədəki irəliləyiş əhalini daha böyük uğurlara ruhlandırır.
Paralel olaraq digər sahələrin - səhiyyə, təhsil, mədəniyyət və başqa strukturların da inkişafını yaddan çıxarmamalıyıq. Burada mədəniyyət sahəsi xüsusi diqqət tələb edir. Şəki nadir bölgələrdən biridir ki, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinə aid bütün şəbəkələrə malikdir. Nazirlik və rayon rəhbərliyi tərəfindən göstərilən qayğı Şəkinin adı ilə bağlı keçmiş ənənə və şöhrətinin daha mükəmməl məzmun daşımasını təmin etmişdir.
Bütün istiqamətlərdə
adını doğruldan geniş
şəbəkə
Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə də çox uğurlu kadr təyin olunub. Mirvari Zeynalova bu çətin və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməyə çalışır. İşgüzarlığı, ciddi fəaliyyəti və rəhbərlik səriştəsi diqqəti cəlb edir. Məhz bu səbəbdəndir ki, rayonu əhatə edən böyük bir mədəniyyət və turizm şəbəkəsi az vaxt ərzində mərkəzdən tutmuş ucqarlaradək sakinlərin qəlbən və ruhən üz tutduğu, qaynayıb-qarışdığı sevimli bir dünya kimidir. Fikir verin, Şəki Mədəniyyət və Turizm Şöbəsi nəzdində 149 şəbəkə, o cümlədən 69 klub müəssisəsi (9 şəhər mədəniyyət evi (!!!), 10 şəhər mədəniyyət klubu, 14 kənd mədəniyyət evi, 36 kənd mədəniyyət klubu), 65 kitabxana (16 şəhər kitabxanası (!!!), 1 qəsəbə və 48 kənd kitabxanası), 4 musiqi məktəbi, 1 uşaq incəsənət məktəbi, 6 muzey, 2 dövlət memarlıq qoruğu, 1 dövlət rəsm qalareyası və 1 turizm informasiya mərkəzi fəaliyyət göstərir. Bütün bu mədəniyyət və turizm şəbəkələri üzrə 1500 nəfərə yaxın işçi çalışır.
Şöbə müdiri Mirvari Zeynalova gələcəyə nikbin baxır. Bunu belə əsaslandırır ki, ayrı-ayrı şəxslərin nöqsan və pis əməlləri şöbənin ümumi fəaliyyətində keçmişdə qalan faktlardır. Böyük bir şəbəkənin fəaliyyəti yüksək səviyyədə formalaşaraq öz varlığını təsdiq etməlidir. M.Zeynalova söhbətimiz zamanı deyir:
- Şöbəmiz öz fəaliyyətini perspektiv plan əsasında quraraq rayon əhalisinə mədəni-maarif və turizm işinin bütün forma və metodlarından istifadə etməklə xidmət göstərir. Mədəniyyət və Turizm Şöbəsi rayonda keçirilən ictimai-siyasi tədbirlərə, əlamətdar tarixi günlərə, xalqımızın adət-ənənələrini özündə yaşadan milli bayramlara həsr olunmuş yaddaqalan mədəni-kütləvi tədbirlər hazırlayıb həyata keçirir. Son vaxtlar Şəkidə keçirilən bir sıra günlər, bayramlar artıq beynəlxalq miqyas alaraq respublikamızdan uzaqlarda da diqqət çəkir. Bütün bunlar bizi çox sevindirir və ruhlandırır. Eyni zamanda fəaliyyətimizə nəzarətini və qayğısını daim diqqətdə saxlayan Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bizim daha yaxşı çalışmağımıza əlavə stimul yaradır. Doğma Şəkimizin qədimliyi, tarixi keçmişi, bir çox ənənələrin indinin özündə belə necə var qorunub saxlanılması və digər amillər əsas verir ki, vətənimizin qədim və gözəl guşəsi olaraq başqa özünəməxsusluqları da dünyaya qabarıq şəkildə tanıda bilək.
Şəkinin
mədəniyyət
simvolları
M.Novruzova deyir: Şəkiyə turist axını nəyə görə çoxdur və müntəzəmliklə də artmaqdadır? Öz həmvətənlərimizi və təbii ki, daha çox xarici ölkə turistlərini Şəkiyə çəkib gətirən, cəlb edən onun qədim abidələri ilə yanaşı, həm də qədim sənətkarlıq ənənələridir. Papaqçılıq, dulusçuluq, misgərlik, boyaqçılıq, sərraclıq, nalbəndlik, nəqqaşlıq, bədii tikmə, xovlu parça üzərində tikmə, daş üzərində, dəmir üzərində, taxta üzərində oyma, dabbaqlıq... məhz Şəkiyə məxsus olan xalq tətbiqi sənət növlərindən şəbəkə və təkəlduz bu gün də Şəkidə yaşamaqda, nəsildən-nəsilə ötürülməkdədir. Turistlər məhz bu cür sənət nümunələri yaradan insanları, onların necə çalışdıqlarını görüb heyran olurlar. Turistləri daha çox heyran edən həm də qədim karvansaralar və məşhur Xan sarayıdır.
Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk
müstəqil
xanlığın əsasını
qoyan Hacı Çələbi
xanın nəvəsi Hüseyn
xanın dövründə
- 1761-1762-ci illərdə istifadəyə verilmişdir.
Dahi Nazim Hikmət sarayı seyr etdikdən
sonra yazmışdır: "Əgər Azərbaycanın başqa qədim
tikililəri
olmasaydı belə,
təkcə Şəki Xan
sarayını dünyaya göstərmək bəs
edərdi..."
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2013.-24
dekabr.-S.7.