Bu, Saatlı rayonudur
(əvvəli ötən sayımızda)
Saatlı şəhərində diqqəti cəlb edən mühüm işlərdən biri də qısa vaxt ərzində Bayraq Meydanı kompleksinin yaradılması olmuşdur. Bayraq Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyefini əks etdirən "Şəhidlər" və "31 Mart - Azərbaycanlıların soyqırımı" abidələrinin ərazisi ilə birləşərək 2 hektar ərazini əhatə edir.
Meydanda aypara şəkilli Bayraq muzeyi tikilmiş, daş postament üzərində metaldan tökülmüş Azərbaycanın xəritəsi və dövlət gerbi əks olunmuşdur. Ulu Öndərin dövlət müstəqilliyi barədə dediyi sözlər və Azərbaycan himninin sözləri stendlər üzərində həkk olunmuşdur. Muzeyin daxili kompazisiyası və mahiyyəti birbaşa Ulu Öndərin xatirəsinə həsr olunmaqla Azərbaycanda ilk və yeganə memarlıq abidəsidir. Muzeyin daxilində Azərbaycanda mövcud olmuş qədim dövlətlərin bayraqlarının surətləri dözəldilmişdir. Meydanda 82 metr hündürlüyündə bayraq qülləsi ucaldılmış, dövlət bayrağı asılmışdır. Meydanda aparılan abadlıq və yaşıllıq işləri çərçivəsində 2500 kvadrat metr sahədə üzlük plitələr döşənmiş, 160 metr orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş hasarlar, 120 metr tağ şəkilli hasarlar hörülmüşdür. 3 ədəd qədim qala qapıları qoyulmuş, orta əsr Azərbaycan əsgərlərinin tökmə materiallardan 5 ədəd heykəli meydanda yerləşdirilmişdir ki, bundan 3 ədədi qala divarları üzərində, 2 ədədi isə muzey ərazisində qoyulmuşdur. Meydanın ərazisində 2 ədəd fontan tikilmiş, daimi işıqlandırma və su sistemləri quraşdırılmış, yaşıllıq zolağı salınmış, ağac və gül kolları əkilməklə ətraf ərazi bütövlükdə abadlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, Qarayevkənd-Smadakənd avtomobil yolunun, eləcə də Olimpiya İdman Kompleksinin və Bayraq Meydanının açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxış etməsi rayonun tarixində əlamətdar hadisələrdən biri olmuşdur. Bunu ölkə başçısının rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Saatlı rayonu haqqında söylədiyi fikirlər bir daha təsdiq edir.
Aqrar sahənin də
öz uğurları var
Əsasən əkinçilik və maldarlıqla məşğul olan Saatlı rayonunda uğurlar silsiləsi davam etdirilir. Dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına yaxşı imkanlar yaratmışdır. Ölkə prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsini mühüm dövlət tədbiri kimi qeyd etmək lazımdır. Bu ilin əvvəlində 5824 nəfər buğda istehsalçılarına 816,2 min manat pul yardımı verilmişdir. Bundan əlavə 10077 nəfər istehsalçıya əkin sahəsi üçün 1907,1 min manat subsidia ödənmişdir.
Saatlı "Aqroservis" filialı və müvafiq təşkilatlar tərəfindən 2013-cü ilin 9 ayı ərzində 5261 nəfər istehsalçıya 23825,45 hektar becərilən əkin üçün 50 faiz güzəştlə, ümumilikdə 3857,4 ton azot gübrəsi satılmışdır. 2013-cü ilin məhsulu üçün ötən ilin payızında 23902 hektar taxıl əkilmişdir. 2013-cü ildə 20960 hektar buğda əkin sahəsi biçilmiş, 86232 ton buğda məhsulu yığılmışdır. Bu da hər hektardan 41,1 sentner məhsuldarlıq deməkdir.
Haqqında danışılan müddət ərzində diri çəkidə 5894 ton ət, 32759 ton süd və 5421 min ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıq sahəsində artım müşahidə edilmiş, iribuynuzlu mal-qara 66866 başa, xırdabuynuzluların sayı 101947 başa çatdırılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara 83 baş, qoyun və keçilərin sayı 1138 baş çox olmuşdur.
Rayonun əkin torpaqlarının su təminatının yaxşılaşdırılmsı üçün melorasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 225,15 kilometr kollektor-drenaj 611 min kub metr lildən təmizlənmişdir. 482 kilometr suvarma kanallarında texnika ilə 1255 min kub metr lildən təmizlənmə işləri aparılmış, 120 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir.
Qayğı həmişə var, problem isə olmamalıdır
Saatlı rayon sakinlərinin sosial-məişət qayğıları da daim diqqət mərkəzindədir. Əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların ehtiyac və qayğıları ilə bağlı müraciətləri nəzarətdə saxlanılır. Bunların dəqiq uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Gənc ailələrin qeydiyyata alınaraq, onların mənzil-məişət problemləri ilə bağlı məlumatlar aidiyyəti mərkəzi icra orqanlarına təqdim olunmuşdur.
2013-cü ilin 9 ayında 20 yaşayış məntəqəsində 144 nəfər vətəndaşın mənzilinə telefon xətti çəkilmişdir. Saatlı poçt filialı 20 kənd, 3 şəhər poçt şöbəsi tərəfindən əhaliyə, təşkilatlara bütün növ nümunəvi poçt xidmətləri göstərmişdir.
Əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması daim diqqətdə saxlanılmışdır.
Saatlı rayonu Azadakənd kəndində SİP kabel və SMART-kart tipli sayğacların quraşdırılması işlərinə başlanmışdır. Hazırda 231 dayaq basdırılaraq 6,3 kilometr elektrik xətti çəkilmişdir. Bu tədbirlər rayonun 7 yaşayış məntəqəsində başa çatdırılmışdır.
Rayonda 66 ədəd istismar müddəti başa çatmış "Sənayecihaz" tipli məişət qaz sayğacı "ELESTER" G-4 tipli qaz sayğacı ilə əvəz olunaraq küçə xəttinə çıxarılmışdır. Ümumilikdə, 5516 abonent bu tipli qaz sayğacı ilə təmin olunmuşdur.
Bir sözlə, Saatlı rayonunda sosial
qayğılar olsa da,
bu sahədə heç
bir problem
yaşanmır.
Səxavət
Məmmədli
Ədalət.-2013.-26
dekabr.-S.7.